KASNİ
KASTİ
OBASTAN VİKİ
Abana (Kastamonu)
Abana — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Paflaqoniyada, Bozkurt şəhərinin şimalında yerləşir. == Tarixi == Abana şəhərindən 3 km şərqdə, Hacıvəli burnunda, Hacıvəli kəndi yaxınlığında, Egina adasından olanlar tərəfindən salınmış Eginet adlı koloniyası var idi. == İstinadlar == == Xarici keçidlər == "Abana Tarihi". Kastamonu Müftülüğü (türk). Diyanet İşleri Başkanlığı. 2019-01-07. İstifadə tarixi: 2020-09-28. "Abana" (türk). Kültür ve Turizm Bakanlığı.
Anna Kastilo
Anna Kastilo Ferre (isp. Anna Castillo Ferré; 9 oktyabr 1993, Barselona) — İspaniya aktrisası.
Araqonlu Mariya (Kastiliya kraliçası)
Araqonlu Mariya (isp. María de Aragón; 1403, Kastiliya – 18 fevral 1445, Villakastin[d], Kastiliya və Leon) – Araqon kralı I Ferdinandın qızı və Kastiliya kraliçası. == Həyatı == Mariya 1403-cü ildə Kastiliyada dünyaya gəldi. Atası sonrakı illərdə Araqon taxtına əyləşən Ferdinand, anası isə Alburkerkeli Elyanora idi. 1416-cı ildə atası vəfat etdi və taxta qardaşı Alfonso keçdi. Buna baxmayaraq qardaşı ölkədə sevilmirdi və oğul varisi də yox idi. Bu səbəblə Kastiliya ilə müttəfiq olmaq niyyətində idi. Bu məqsədlə bacısı Mariyanı 1418-ci ildə əmisi oğlu olan Kastiliya kralı II Conla evləndirdi. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız oğlu yetkinlik yaşına çatdı: Ketrin (1422–1424) — doğumundan ölümünədək Asturiya şahzadəsi. Elyanora (1423–1425) — bacısının ölümündən qardaşının doğumunadək Asturiya şahzadəsi.
Baltazar Kastilyonenin portreti (Rafael)
Baltazar Kastilyonenin portreti — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1514–1515-ci illərdə yağlı boya ilə işlədiyi portret. Əsər Parisin Luvr muzeyində saxlanılmaqdadır.
Brenda Kastillo
Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu. == Həyatı və karyerası == Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir.
Donika Kastrioti
Donika Kastrioti kimi də tanınan Andronika Arianiti (alb. Andronika Arianiti; 1428, Kanina[d] – 1505, İspaniya) — alban zadəgan qadını və alban lideri İskəndər bəyin (Georgi Kastrioti doğum adıdır) həyat yoldaşı. O, Osmanlılara qarşı davam edən üsyanın öncəki lideri Georgi Arianitinin qızı idi. == Həyatı == Donika 1428-ci ildə Kaninada anadan olub. Onun atası Georgi Arianiti Arianiti ailəsinin üzvü idi, onun ərazisi Şkumbin vadisi və köhnə Via Egnatia yolu boyunca uzanaraq indiki Bitolanın şərqinə qədər uzanırdı. Anası Mariya Muzaka Myzeçe bölgəsinə hökmranlıq edən Muzaka ailəsinin üzvü idi.Qaeta müqaviləsindən bir ay sonra, 21 aprel 1451-ci ildə İskəndər bəy Donika ilə evləndi və beləliklə, indiki Albaniyanın cənub-qərbində yerləşən Luşnya şəhərindəki Şərqi Pravoslav Ardenika Monastırında Arianiti ailəsi ilə əlaqələri gücləndirdi. Daha sonra bacısı Angelina serb hökmdarı Stefan Brankoviç ilə evləndi. O, Serb Pravoslav Kilsəsində müqəddəs kimi hörmətlə qarşılanır.Osmanlının Albaniyanı fəth etməsindən sonra Kastriotilərə Neapol Krallığında torpaq verildi. Onlar feodal domenini, Qalatinadakı San-Pietro Hersoqluğunu və Soleto Qraflığını (İtaliya, Leççe əyaləti) əldə etdilər. Donika və İskəndər bəyin yeganə övladı olan II Corc Kastrioti Serbiya despotu Lazar Brankoviçin qızı İrene Brankoviç Palaiologina ilə evləndi.Donika, Neapol Kralı I Ferdinandın ikinci həyat yoldaşı, Araqonlu İoanna ilə yaxın dostluq münasibətləri qurmuşdu.
Emmanuel Dreyk del Kastillo
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Fidel Kastro Diaz-Balart
Fidel Kastro Diaz-Balart (isp. Fidel Ángel Castro Díaz-Balart; 1 sentyabr 1949, Havana – 1 fevral 2018, Havana) - Kubalı Nüvə fizikası mütəxəssisi və dövlət xadimi. Kuba İnqilabının rəhbərlərindən olmuş Fidel Kastronun böyük oğlu. Atasına olan bənzərliyi səbəbindən tez-tez yerli mətbuat tərəfindən Fidelito (azərb. kiçik Fidel‎) təxəllüsü ilə tanınmışdır.Fidel Kastro Diaz-Balart SSRİ dönəmində Moskva şəhərində yerləşən M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almış və SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq tikintisi sonradan yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidel Balart 2018-ci ildə paytaxt Havana şəhərində, 68 yaşında olarkən intihar etmişdir.
Gilyen de Kastro
Gilyen de Kastro (isp. D. Guillén de Castro y Bellvís, 1569—1631) — İspaniya dramaturqu. == Həyatı == Lope de Veqa dramaturgiyasının humanist ənənələri ilə bağlı olan dramaturqlar arasında Gilyen de Kastro özünəməxsus şərəfli bir yer tutur. O daha çox İspaniyanın qəhrəmanı olan Sid haqqında dramatik xronikası ilə məşhurdur. Həmin xronikanın "Sidin gəncliyi" adlandırılan birinci hissəsi sonralar Kornel tərəfindən yenidən işlənmiş və fransız klassist janrının tarixində yeni səhifə açmışdır. Əlbəttə, bir həqiqəti heç vaxt unutmaq olmaz ki, Kastronun əsəri ilə Kornelin "Sid"i arasında o qədər də ciddi yaxınlıq yoxdur. Kornel ispan dramaturqunun əsərindən faydalansa da, məzmun və formaca yeni bir əsər yaratmışdır. Gilyen de Kastro Lope de Veqa məktəbinin ədəbi prinsiplərinə uyğun olaraq milli poetik ənənələrdən qidalanır, xalqın qəhrəmanlığını tərənnüm edir. Dramaturq hadisə və xarakterləri realistcəsinə göstərsə də, xalq rəvayət və dastanlarından gələn romantikadan da imtina etmir. Bir çox başqa əsərlərində olduğu kimi, Kastro burada da əsərlərin süjetini xalq romanslarından almışdır.
III Henri (Kastiliya kralı)
Kastiliyalı III Henri və ya Yaslı Henri (isp. Enrique el Doliente) (4 oktyabr 1379, Burqos, Kastiliya və Leon – 25 dekabr 1406, Toledo) – Kastiliya kralı. Kastiliya kralı I Con və ilk xanımı Araqonlu Elyanoranın ən böyük oğlu idi və atasının vəfatının ardından Kastiliya kralı olmuşdur. == Həyatı == === İlk illəri === Henri 1379-cu ildə Burqos şəhərində dünyaya gəldi. Yenicə Kastiliya kralı olan I Conun və xanımı Araqonlu Elyanoranın ilk övladı idi. Gələcəkdə Araqon taxtına oturan kiçik qardaşı Ferdinandla birlikdə böyüdü. Uşaqlıq illəri kralın yaxın adamlarından Don Ninonun xanımı İnes la Veqanın himayəsində keçdi. Dövrün önəmli din adamlarından dərslər aldı və gələcəkdə Sevilya yepiskopu olan Dieqo Maldonado onun dini təhsilindən məsul idi. === Evliliyi === Doğumundan qısa zaman sonra Portuqaliya taxtının varisi Beatrislə evlənməsinə qərar verildi. Bu evlilik uzun zamandır davam edən Portuqaliya-Kastiliya müharibəsinə son vermək məqsədilə planlaşdırılmışdı ancaq baş tutmadı.
II Con (Kastiliya kralı)
Kastiliyalı II Con (isp. Juan II) (6 mart 1405 – 21 iyul 1454, Valyadolid) – Kastiliya kralı. Kastiliya kralı III Henri və xanımı Lankasterli Ketrinin ən kiçik övladı idi və atasının ölümünün ardından hələ 1 yaşında ikən Kastiliya kralı elan edildi. Əmisi Araqon kralı I Ferdinand və anası isə taxt naibi oldular. 1416-cı ildə əmisinin, 2 il sonra isə anasının vəfatı ilə təkbaşına hakimiyyəti ələ aldı. == Həyatı == II Conun 48 il davam edən səltənəti Kastiliya tarixinin ən uzun dönəmlərindən biridir. Bununla yanaşı, o, tarixdə güclü monarx olaraq tanınmadı. Belə ki, günlərini ibadətlə, ov əyləncələri və cəngavər yarışları tərtibləməklə keçirirdi. Ən yaxın adamı olan Alvaro Luna, kralın ikinci xanımı Portuqaliyalı İzabellanın sarayda güc qazandığı dönəmə qədər onu təsiri altında saxlayırdı. Kraliçanın da hazırladığı intriqalarla Alvaro Luna kral tərəfindən edam edildi və ömrünün sonuna qədər bu səbəblə özünü günahlandırdı.
II Henri (Kastiliya kralı)
II Henri (isp. Enrique II) və ya Qardaş qatili Henri (isp. Enrique el Fratricida) (13 yanvar 1334, Sevilya – 29 may 1379) — Trastamar sülaləsinə mənsub ilk Kastiliya və Leon kralı. Saysız üsyan və döyüşlərin ardından 1369-cu ildə ögey qardaşı Zalım Pyotru qətlə yetirərək taxta çıxdı. == Həyatı == === Atasının səltənətində === Don Henri Kastiliya kralı XI Alfonsonun məşuqəsi Elyanora Quzmandan doğulan 10 övladından dördüncüsü idi. Anası Leon kralı IX Alfonsonun nigahdan kənar şəcərəsindən idi. Üstəlik o və əkiz qardaşı Fadriki Alfonso cütlüyün yetkinlik yaşına çatan ən böyük oğlanları idi. Doğulduqdan sonra yerli əsilzadələrdən Rodriqo Alvarez tərəfindən övladlıq alınsa da, atalığı bir il sonra vəfat etdi. Daha sonra atası tərəfindən bir çox mülk hədiyyə edildi və Trastamar qrafı təyin olundu. Beləcə, Trastamar sülaləsinin əsası qoyulmuş oldu.
IV Henri (Kastiliya kralı)
Kastiliyalı IV Henri (isp. Enrique IV) (5 yanvar 1425 – 11 dekabr 1474, Madrid, Madrid vilayəti[d]) – Kastiliya kralı. Kastiliya kralı II Con və ilk xanımı Araqonlu Mariyanın ən böyük oğlu idi və atasının ölümünün ardından Kastiliya kralı elan edildi. Onun səltənətində yerli əsilzadələr gücləndi və mərkəzi hakimiyyət zəiflədi. == Həyatı == === İlk illəri === Henri 1425-ci ildə Valyadoliddə dünyaya gəldi. Atası Kastiliya kralı II Con, anası isə Araqon kralı I Ferdinandın qızı Mariya idi. Dünyaya gəldikdən sonra "Asturiya şahzadəsi" ünvanı böyük bacısı Elyanoradan alınaraq ona verildi və atasının varisi olaraq elan edildi. Doğulduğu əsnada ölkənin idarəsi atasının yaxın adamı Alvaro Lunanın əlində idi. Kralın yeganə varisi olaraq Henri də Alvaronun himayəsində böyüdü. Ölkədə ayaqlanan zadəganlara qarşı mübarizə aparan Alvaro Luna bu mübarizəsində vəliəhdin gücündən istifadə etdi.
I Con (Kastiliya kralı)
Kastiliyalı I Con (isp. Juan I) (24 avqust 1358 – 9 oktyabr 1390, Alkala-de-Enares[d]) – Kastiliya kralı. Kastiliya kralı II Henri və xanımı Yuanna Manuelin ən böyük oğlu idi. O, rəsmi tacqoyma mərasimi keçirilən son Kastiliya monarxı idi. == Mənbə == Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico.
I Filip (Kastiliya kralı)
I Filip və ya Kastiliyalı Filip (fr. Philippe de Castille; 22 iyun 1478, Brügge – 25 sentyabr 1506[…], Burqos, Kastiliya və Leon) — Burqundiya hersoqu və Habsburq ailəsinə mənsub olan ilk Kastiliya kralı. Müqəddəs Roma imperatoru Maksimilyan və xanımı Burqonlu Mariyanın oğlu olan Filip hələ 4 yaşında ikən anası vəfat etdi və beləcə 4 yaşlı Filip Burqundiya hersoqu oldu. 1496-cı ildə atasının istəyilə Kastiliya kralı Ferdinand və xanımı Kastilyalı İzabellanın qızı Yuanna ilə evləndi. Bundan başqa razılaşmaya görə Filipin bacısı Marqarita da İspaniya kralının oğlu və varisi Conla evləndi. Nikahdan 4 il sonra xanımı Yuanna qardaşı, böyük bacısı və bacısının kiçik oğlunun vəfatı ilə Kastiliya taxtının varisi oldu. 1504-cü ildə qaynanası Kastiliyalı İzabellanın vəfatı ilə xanımı Yuanna Kastiliya taxtına keçdi və beləcə, Filip Kastiliyanın de-yure kralı oldu. Ancaq bundan 2 il sonra vəfat etdi. Filip İspaniyadakı ilk Habsburq monarxı idi və bu günədək gələn bütün İspaniya krallarının əcdadı hesab olunur. Atasından öncə vəfat etmişdi və bu səbəblə nə Müqəddəs Roma imperatoru ola bildi, nə də onun mientras me la agarraba con 2 manos.
I Pyotr (Kastiliya kralı)
I Pyotr (isp. Pedro I) və ya Zalım Pyotr (isp. Pedro el Cruel) (30 avqust 1334, Burqos, Kastiliya və Leon – 23 mart 1369) — Kastiliya və Leon kralı. Din xadimlərinə qarşı etdiyi zülm və işgəncələr səbəbilə Papa V Urban tərəfindən aforoz edildi. == Mənbə == Tuchman, Barbara Wertheim (1978), A distant mirror: the calamitous 14th century, Random House Taylor, Nathaniel Lane (2004). "The Literary Heritage of Sancha de Ayala". nltaylor.net. Mérimée, Prosper (1849). The History of Peter the Cruel, King of Castile and Leon. London: R. Bentley Dillon, John Talbot (1788).
Jan Kasteks
Jan Kasteks (fr. Jean Castex; 25 iyun 1965[…], Vik-Fezansak[d]) — 3 iyul 2020-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız siyasətçi. == Həyatı == Cənub-qərb fransız aksenti olan Kasteks Sandra Ribelayq ilə evlidir, dörd qızı var.Sərbəst katalan dili danışan Kasteks Fransanın cənubundakı katalan kimliyinin və digər regional həssaslıqların müdafiəçisi hesab olunur. Keçmiş həmkarlar ittifaqı lideri Jan-Klod Mayi və "Charlie Hebdo"-un keçmiş yazarı, həkim Patrik Pellu ilə də dostdur. == Siyasi fəaliyyəti == 2010-cu ildən 2011-ci ilə qədər 2000-ci ildə Şərqi Pireneydə Pradesə bələdiyyə sədri seçilən Kasteks Səhiyyə Naziri Ksavye Bertran rəhbərliyi altında Fransua Fiyonun nazirliyində Baş Qərargah rəisi olaraq çalışdı. Raymond Subidən sonra, 2011–2012-ci illərdə Prezident Nikolas Sarkozinin rəhbərliyi altında Eliseyin baş katibi olaraq çalışdı. XHB-də 2012-ci il seçkilərində Fiyonu dəstəklədi.Yerli səviyyədə Kasteks 2010–2015-ci illərdə Langedok-Russilyon bölgə müşaviri kimi çalışdı və 2015-ci ildən Şərqi Pireneyin şöbə müşaviri vəzifəsində çalışdı. Kasteks 2017-ci ilin sentyabr ayında 2024 Olimpiadası və Paralimpiadasına idarələrarası nümayəndə təyin edildi, eyni zamanda Milli İdman Agentliyinin prezidenti təyin edildi. 2 aprel 2020-ci ildə Fransada COVID-19 pandemiyası dövründə tətbiq olunan karantin mərhələlərinin koordinatoru təyin edildi. Kasteks sosial baxımdan mühafizəkar hesab edildiyi 2020-ci ilin əvvəlinə qədər Respublikaçıların üzvü idi.
Karlos Kastanyeda
Karlos Kastanyeda (25 dekabr 1925[…] – 27 aprel 1998[…], Los-Anceles, ABŞ) — yazıçı. == Həyatı == Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir. On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur.
Karlos Kastanyo Xil
Karlos Kastanyo Xil (16 may 1965 – 16 aprel 2004) – Kolumbiyada sağçı paramilitar təşkilat olan Kordoba və Uraba Kəndlilərinin Özünümüdafiə Qüvvələrinin (ACCU) qurucusu. Qrup, ataları Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARK) tərəfindən əsir götürülüb öldürüldükdən sonra Karlos ilə qardaşları Fidel və Visente tərəfindən quruldu. ACCU daha sonra Kolumbiya Birləşmiş Özünümüdafiə Qüvvələrinin (AUC) qurucu üzvlərindən biri oldu. == İlk illəri == Karlos 1965-ci ildə Amalfidə heyvandarlıqla məşğul olan bir ailənin oğlu olaraq dünyaya gəldi. 1981-ci ildə atası İesus Kastanyo, FARK partizanları tərəfindən qaçırıldı və azad edilməsi üçün 50 milyon peso tələb edildi. Kastanyolar sadəcə 16 milyon toplaya bildilər. Nəğd ödənişə baxmayaraq, atalarını ölümcül vəziyyətdə bir ağaca bağlanmış şəkildə tapdılar.Atalarının ölümü ilə Fidel, Visente və Karlos başda FARK kimi solçu partizanlara qarşı mübarizə aparmaq fikri ilə Kordobada bir çox silahlı paramilitar qrupun yaradılmasında fəal iştirak etməyə başladı. Özünümüdafiə qüvvələri olaraq adlandırılan bu qruplar, ilk başda yerli torpaq və ferma sahibləri ilə biznesmenlər tərəfindən maliyyələşdirildi, daha sonra isə narkotik ticarəti və fidyələrdən gəlir əldə etməyə başladı. Karlosa qardaşı, ordu zabitləri və paramilitar qrupun əməkdaşları, həmçinin, İsrailli Yair Klein tərəfindən döyüş təlimi keçildi. 1980-ci illərdə Kastanyo qardaşların narkotik kartelləri ilə əlaqələri möhkəm idi.
Karlos Kastenada
Karlos Kastanyeda (25 dekabr 1925[…] – 27 aprel 1998[…], Los-Anceles, ABŞ) — yazıçı. == Həyatı == Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir. On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur.
Kasta sistemi
Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn mövzulardan biri olan kasta sistemi 1975-ci ildə faktiki olaraq aradan qaldırıldı, amma Bollivud filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ də ölkənin ucqar bölgələrində həyata keçirilir. Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta" termini portuqalca olub "saf soy" anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sisteminin özünü "Varna" və "Cati"olaraq ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman, Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən, Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən ikinci faktordur. Kasta içərisində "yüksəklik və əsalət" baxımından "pilləli" bir zəncir söz mövzusudur. Maraqlı olan bir durum isə bu sistem içərisində "zənginliyə" dayalı bir ayrımın olmamasıdır. Yəni bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır. == Varna təlimi == Kasta sistemini ayaqda tutan ən önəmli faktor "Varna" təlimidir.
Kastalya
Kastalya (isp. Castalla) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Oyya-de-Kastalya ərazisinin 114,6 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 10513 nəfərə çatmışdır.
Kastamonu
Kastamonu — Türkiyənin Kastamonu ilinin inzibati mərkəzi.
Kastamonu Universiteti
Kastamonu Universiteti ya da qısaca KASÜ — 1956-cı ildə yaradılan dövlət universitetidir. == Fakültələr və kafedralar == KASÜ Kuzeykent Kastamonu Yerleşkesinde başlıca 5 fakültə və bunlara bağlı 35 kafedra vardır == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
зачо́каться неизу́ченность обсева́ть трог фондооснащённый шесто́к выпа́ривать остри́чь пружи́нисто сою́зничество учреди́тельский архимандрит верх габион кружка animality bedframe devonport house-raising octode изготовлять модерный радиолог разругаться трихина