KATARAKTLI
KATEQORİYA
OBASTAN VİKİ
Eksudativ-kataral diatez
EKD ətraf mühitin qıcıqlarına qarşı dəri və selikli qişalarda baş verən dəyişikliklərlə təzahür edən uyğunlaşma pozuntusudur. O, mədə-bağırsaq traktının fermentativ sisteminin yaş xüsusiyyətləri, immun sisteminin vəziyyəti və ətraf mühitin orqanizmə təsiri ilə əlaqədardır. Bətndaxili inkişafa mənfi təsir edən amillər – dölün hipoksiyası, mərkəzi sinir sisteminin perinatal zədələnməsi, infeksion xəstəliklər, çoxsaylı medikamentoz müalicələr, qidalanmanın xarakteri EKD yaradan səbəblərdəndir. Bu zaman genetik faktor da mühüm əhəmiyyət kəsb edir və çox hallarda EKD-li körpələrin valideynləri də uşaq ikən bu vəziyyətdən əziyyət çəkirlər. == Kliniki əlamətləri == EKD-li uşaqlarda həyatın ilk həftələrindən dəridə davamlı bişməcələr, dərinin quru və avazımış olması, başın tüklü hissəsində çətin təmizlənən qartmaq, yanaqların dərisinin qızarması və qabıqlanması (bu, soyuq havanın təsirindən daha da kəskinləşir), içərisinə maye yığılan və qaşınan düyüncüklər və artıq çəki müşahidə oluna bilər. Eyni zamanda gözlər, bronxlar, ağız boşluğu, mədə-bağırsaq sisteminin selikli qişaları da bu prosesə cəlb oluna bilir. EKD-li uşaqlarda kliniki əlamətlərin kəskinləşməsi qidalanmanın pozulması və bəzən də iqlim şəraiti səbəbindən baş verir. == EKD-nin profilaktikası == EKD-nin profilaktikaslna ilk növbədə hamiləlik dövründə başlamaq məsləhətdir. Bunun üçün gələcək ana öz qida rasionundan allergenləri mümkün qədər çıxarmalı, ginekoloq isə dölün bətndaxili inkişafına nəzarət etməlidir. Uşağı doğum evindən evə gətirən andan onu əhatə edən mühitdəki allergenləri mümkün qədər aradan qaldırmaq lazımdır.

Значение слова в других словарях