KATARAL
KATEQORİYALI
OBASTAN VİKİ
Kateqoriya
Kateqoriya (yun. kategoria) — fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə 1)obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum; 2)dərəcə, qrup; 3)fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış; 4)dilçilikdə yekcins qrammatik mənaların məcmusu; 5)işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri; 6)fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar; 7)reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8)hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi. Fəlsəfədə: Kateqoriya ( fəlsəfə) — obyektiv fikir bildirmə prinsipləri; reallıq və təfəkkür məsələlərinə dair ümumi və əsas anlayışlar ; Riyaziyyatda: Ber kateqoriyası; Lyusternik - Şnirelman kateqoriyası; kateqoriyalar nəzəriyyəsi; Pedaqogikada : Pedaqogika kateqoriyaları — pedaqoji elmin əsasını təşkil edən əsas prinsiplər Linqvistikada : terminal kateqoriya, leksik kateqoriya — ingiliscə (lexical category) — nitq hissəsi kimi ; söz kateqoriyası — terminal kateqoriya ilə tipi ilə ayrılan tərkib hissə ; qrammatil kateqoruiya — qrammatik mənaların əksliklərinin qapalı sistemi ; "qrup", "dərəcə", "çoxluq", "cəm", "koqorta", "seçim" mənalarında : Nəqliyyat vasitələrinin kateqoriyaları; həkim kateqoriyası; insan kateqoriyaları; Vikipediya kateqoriyaları — Vikipediya internet ensiklopediyasında məqalələrin hansısa əlamətlər üzrə sistemləşdirilməsi və qruplaşdırılması mexanizmi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Cins (taksonomik kateqoriya)
Cins (latınca genus) — yarımcinsləri birləşdirən taksonomik kateqoriya. Təsnifat ierarxiyasında fəsilə qrupundan aşağında, növ qrupundan isə yuxarıda yerləşir. Hər bir nominal cinsin tipini "tipik növ" adlı, nominal növ təmsil edir. Tərkibinə tipik növ daxil olan yarımcins cinsin öz adını daşıyır. Yarımcins canlının adında cins ilə növ ifadə edən sözlərin arasında yazılır, məsələn Microtus (chionomys) nivallis. Növdən yüksək taksonomik kateqoriyalar uninominaldırlar, odur ki, bir sözdən ibarətdirlər. Cinsin adı ismin adlıq halında olmalı və böyük hərflə yazılmalıdır, məsələn Felis, Primula, Bacillis. Beynəlxalq kodeksin botanika nomenklaturasına görə cins qrupuna, cins və yarımcins (subgenus) müstəsna olmaqla, seksiya (sectio), yarımsıra (subseries) kateqoriyaları daxildir. Bunların adı uninominal deyil, ranq və taksonun kombinasiyasıdır. Məsələn, Primula series Acaules.
Dəstə (taksonomik kateqoriya)
Dəstə (ordo) heyvan sistematikasında bir neçə fəsiləni birləşdirən taksonomik kateqoriya. Yaxın dəstələr sinif əmələ gətirir (mükəmməl sistematikalarda dəstə əvvəlcə tamdəstə və yarımsinif, sonra isə sinfi təşkil edir). Bitki sistematikasında sıra dəstəyə müvafiq tutulur.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Kateqoriya 1 kabel
Kateqoriya 1 kabel (ing. Category 1 cable) və ya 1-ci kateqoriyalı kabel. Qısaldılmış fomrası: Kat 1 (ing. Cat 1) — İnformasiya texnologiyaları sistemlərində istifadə olunmuş ilk və zəif axın kabel standartlarından biri. Hal-hazırkı dövrdə ən zəif kabel standartlarından biri hesab olunur. İlk dəfə 1985-ci ildə satışa buraxılmışdır və telefon xidmətlərində səs məlumatlarının ötürülməsi üçün istifadə olunmuşdur. Bu kabel tipi ümumilikdə 1Mhz-dən az frekansları dəstəkləyir. Analoq telefon sistemlərində istifadəsi mümkündür və 568 standartının heç bir versiyasında mövcud deyil. Qoruyucusuz Burulmuş Cüt (ing. Unshielded Twisted Pair or UTP) kabel standartları tələblərini tam olaraq qarşılaya bilməmişdir.
Kateqoriya 2 kabel
Kateqoriya 2 kabel (ing. Category 2 cable) və ya 2-ci kateqoriyalı kabel. Qısaldılmış fomrası: Kat 2 (ing. Cat 2) Qoruyucusuz Burulmuş Cüt kabel sinifinin telefon və məlumat kommunikasiyası üçün nəzərdə tutulmuşdur. İlk dəfə istehsal olunduğu zamanlarda yüksək qiymətləndirilməsə də Kat 1-ə nisbətən öz keçərliliyini qoruyub saxlaya bilmişdir. Çünki Kat 1-dən daha keyfiyyətli və sağlam kabel olaraq qimətləndirilir. Qoruyucusuz Burulmuş Cüt standartlarını tam olaraq qarşılaya bilməməkdədir. Kat 2 kabel üzərindən transmissiya üçün uyğun maksimum tezlik 4 MHz, maksimum ötürücülük qabiliyyəti 4 Mbit/s-dir.
Sinif (taksonomik kateqoriya)
Sinif (latınca classis) biologiyada qohum və oxşar əlamətli heyvan dəstələrini və bitki sıralarını birləşdirən ali taksonomik kateqoriyalarından biri. Sinif anlayışını fransız botaniki J.Turnefor vermiş, sonra Karl Linney özünün "Təbiətin sistemi" (1735) əsərində dürüst olaraq iyerarxiya təsnifat qruplarını göstərmişdir. Siniflər oxşar quruluşlarına və əcdadlarına görə toplanaraq, təsnifatın ən yüksək pilləsi olan tipi təşkil edir. Sinifüstü (superclassis) zoologiyada qəbul edilmişdir. Nəsil ağacının yüksəkdə duran şaxələrindən biridir. Sinifüstünə aid olan canlılar quruluşca çox kəskin fərqlənirlər. Sinifüstünün əhatə etdiyi canlılara məxsus quruluş tipləri təkamülün ilk dövrlərində yaranmışdır. Odur ki, bu quruluş xüsusiyyətləri ali kateqoriyalı taksonlarda əks olunmuşdur və onların birinin digərinə keçid ehtimalı fəsilə və cinslərdə olduğundan da azdır. Məsələn, kəlləlilər (Craniata), çənəsizlər (Agnatha) və çənəlilər (Gnathostomata) sinifüstüləri və s. Beynəlxalq kodeksdə fəsilədən yüksək ranqlı takson adlarına aid qaydalar yoxdur.
Tip (taksonomik kateqoriya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Məntiqi kateqoriyalar
Məntiqi kateqoriyalar — məntiqi kateqoriyalar, adlandırılması mümkün olan müxtəlif varlıqlar haqqında əsaslı olaraq təsdiq edilə bilən ən ümumi anlayışdır. Bu səbəblə bunları ancaq nümunələr və onların xüsusiyyətlərindən hər hansı biri ilə təsvir etmək mümkündür.
Taksonomik kateqoriyalar
Taksonomiya (ing. taxonomy) — yun. taxis – dərəcə, sıra və qanun – taksonlar, onların qruplaşdırılması və tabeliliyi haqqında elm və ya yaxud təsnifatın prinsipləri haqqında təlim. Sistematikada bir ərazinin orqanizmləri öyrənilərkən ümumi əlamətləri olan oxşar fərdlər toplusu rast gəlir. Növü təşkil edən belə fərdlər toplusu başqa əlamətlərə malik fərdlər toplusundan aşkar fərqlənir. Məlumdur ki, yalnız eyni növdən olan və cinsi yolla çoxalan fərdlər bir-biri ilə cütləşir, ayrı-ayrı növ fərdləri arasında cütləşmə getmir. Bir çox ümumi əlamətlərə malik növləri taksonun daha yüksək ranqı (dərəcəsi) olan cinsə daxil edirlər. Cinslər isə fəsilədə birləşdirilir və i.a. Taksonların bir-birinə tabe olan formalarının bu qayda ilə yüksəlməsi təsnifatda iyerarxiya sistemi adlanır. Bu sistem əsasında fərdlər, onun zirvəsnndə isə bu sistemin bütün dərəcələrinin tabe olduğu takson durur.
Kateqoriyalar
Kateqoriya (yun. kategoria) — fikir, təyin etmə, mülahizə, ittiham, əlamət – müəyyən etmə 1)obyektiv varlığın (filologiyada dilin) ən mühüm hadisələrini ifadə edən elmi məfhum; 2)dərəcə, qrup; 3)fəlsəfədə maddi aləmin ümumi və mühüm xassələrini əks etdirən anlayış; 4)dilçilikdə yekcins qrammatik mənaların məcmusu; 5)işçilərin peşəkarlıq səviyyəsini, yaxud əmtəələrin keyfiyyətini müəyyən edən dərəcə, sıra yeri; 6)fəlsəfədə gerçəklik hadisələrin, idrakın ümumi və mühüm xassələrini, tərəflərini, münasibətlərini əks etdirən əsas anlayışlar; 7)reallıq hadisələrinin ən ümumi xassələrini və əlaqələrini ifadə edən elmi anlayış; 8)hadisələrin, əşyaların, şəxslərin hər hansı bir əlamətə görə birləşdirilmiş qrupu, dərəcəsi. Fəlsəfədə: Kateqoriya ( fəlsəfə) — obyektiv fikir bildirmə prinsipləri; reallıq və təfəkkür məsələlərinə dair ümumi və əsas anlayışlar ; Riyaziyyatda: Ber kateqoriyası; Lyusternik - Şnirelman kateqoriyası; kateqoriyalar nəzəriyyəsi; Pedaqogikada : Pedaqogika kateqoriyaları — pedaqoji elmin əsasını təşkil edən əsas prinsiplər Linqvistikada : terminal kateqoriya, leksik kateqoriya — ingiliscə (lexical category) — nitq hissəsi kimi ; söz kateqoriyası — terminal kateqoriya ilə tipi ilə ayrılan tərkib hissə ; qrammatil kateqoruiya — qrammatik mənaların əksliklərinin qapalı sistemi ; "qrup", "dərəcə", "çoxluq", "cəm", "koqorta", "seçim" mənalarında : Nəqliyyat vasitələrinin kateqoriyaları; həkim kateqoriyası; insan kateqoriyaları; Vikipediya kateqoriyaları — Vikipediya internet ensiklopediyasında məqalələrin hansısa əlamətlər üzrə sistemləşdirilməsi və qruplaşdırılması mexanizmi. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Значение слова в других словарях