Kaviria tomentosa
Kaviria tomentosa (lat. Kaviria tomentosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin kaviria cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c+3c; B2ab (i,ii, iii, iv, v). Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Gövdəsi və yarpaqları uzun və bozumtul tüklərlə örtülü olan, əsasından güclü budaqlanan, 20-50 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15 mm uzunluqda, 1-2 mm enində, xətvari, yarımsilindrikdir. Çiçəkyanlığının yarpaqcıqları bitişikdir, düz, uzun tüklərlə örtülüdür. Meyvələmədə çiçəkyanlığı ilə birlikdə 6-8 mm dimaetrində olan narıncı, sonradan qaralan, qanadları böyrəkvari və ya tərs-yumurtavaridir. Tozluğu lansetvari, yumşaq, tezqopan, çıxıntılıdır. Dişicik ağzı demək olar ki, sütuncuğa bərabər, bizvaridir.