KAZ
KAZAK
OBASTAN VİKİ
Eliza Kazanova
Eliza Kazanova (26 noyabr 1973, Genuya) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Eliza Kazanova, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Daha sonra Eliza Kazanova, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Ermitaj bağı (Kazan)
Ermitaj sarayı - Kazanın Vahidov rayonunda yerləşir. Əvvələr saray Alaksandr, İznov və Nikalay (bu sarayın sahibinin familiyası) sarayı adlanıb. == Harada yerləşir == Tarixi şəhərin mərkəzində, Marusov və Butlerov təpələrinin və iki yarğanın arasında, Tukuya meydanı mərkəzində yerləşir. Arxa hissəsində Şaparov küçəsi, digər hissələrində isə Nekras və Mayakov küçələri keçir. Parkın sahəsi 4 hektardır. == Tarixi == Müharibə illərində park dağılmış və sonra yenidən qurulmuşdur. 1950-ci ildə parkda kinoteatr və sonra isə uşaq sahəsi salındı. Sonra burada Lenin və Kirovun büstlərini qoydular. SSRİ dağıldıqdan sonra büstlər götürüldü. == İndiki vəziyyəti == Burada 500-ə yaxın müxtəlif növ ağac cinxləri mövcuddur.
Fərid Kazakov
Fərid Kazakov (tam adı: Fərid Kamil oğlu Kazakov; 24 dekabr 1997, Bakı) — Tatar əsilli Azərbaycan rəqqası, balet artisti, xoreoqraf, baletmeyster. Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi və digər nüfuzlu yarışların laureatıdır. Kazakov həmçinin bir sıra beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya Gecələri" Beynəlxalq müsabiqə-festivalının baş mükafatının sahibi, Azərbaycan, Rusiya və Gürcüstanın çoxqat çempionu, "Zabradance" Bakı gimnastika və rəqs məktəbinin baş məşqçisi və Moskva "Olympus Grace" gimnastika və rəqs məktəbinin yaradıcısı və rəhbəridir. == Yaradıcılığı == Fərid Kazakovun hələ uşaq yaşlarında sirk tamaşasında gördüyü hava gimnastikasından gimnastika və rəqsə həvəsi yaranır. Sonra valideynləri Fərid üçün Bakı Gimnastika Məktəbinə müraciət edir. Orada komissiya dərslər üçün lazım olan təbii məlumatların olmaması səbəbindən onu qəbul etmir. Çox keçmədən yaxşı nəticələr göstərməyə başlayır və sonradan müxtəlif yarışlarda qalib gəlir. O, xoreoqrafiya dərslərində yaxşı nəticələr göstərir. Təlimçilərin məsləhəti ilə valideynləri Fəridi həmin vaxt Bakı Xoreoqrafiya Məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyası) göndərir. Qəbul imtahanlarında bədii rəhbər, Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Tamilla Şirəliyeva Fəridin istedadını xüsusi qeyd edir.
Jurinea kazachstanica
Jurinea kazachstanica (lat. Jurinea kazachstanica) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kazac
Kazac (fars. كزج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,047 nəfər yaşayır (278 ailə).
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Kazak Hetmanlığı
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir.
Kazak Jdanovun binası (Novoçerkassk)
Kazak Jdanovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur.
Kazakh TV
Kazakh TV — Qazaxıstan Respublikasının ilk milli peyk telekanalıdır. Ölkənin ən böyük media holdinqlərdən biri olan "Xabar" ASC-nin strukturuna daxildir. Telekanal HotBird 13B, Galaxy 19, Eutelsat 36B və AsiaSat 5 vasitəsilə 118 ölkədən və dörd qitədən olan tamaşaçılara təqdim olunur. Kanalın məzmunu 100% yerli istehsaldır. Kazakh TV hazırda 300 milyondan çox tamaşaçıya malikdir. Televiziya proqramları bir neçə tematik sahələri (mədəniyyət, ənənələr, tarix, turizm və investisiya imkanları) əhatə edir. == Tarixi == Telekanal 25 oktyabr 2002-ci ildə Caspionet adı ilə yayıma başladı. 1 sentyabr 2012-ci ildə telekanal adını dəyişərək Kazakh TV oldu. Caspionet Qazaxıstanda ilk milli peyk kanalı oldu. Yerli media bazarında üç dildə (Qazax, Rus, İngilis) yayımlanan ilk 24 saatlıq telekanal, Qazaxıstanın dünyadakı əlamətinə çevrildi.
Kazakhtelekom
" Kazakhtelekom" (qaz. «Қазақтелеком»; Qazaxtelekom) — milli şirkət statusuna sahib olan bir qazax telekommunikasiya şirkəti. Qazaxıstanın ən böyük sabit telefon operatoru olmaqla yanaşı, milli məlumat ötürmə şəbəkəsinin ən böyük operatorlarından biridir. Genişzolaqlı İnternet, interaktiv televiziya, mobil rabitə, yerli və şəhərlərarası telefon rabitəsi və s. Şirkətin iki əsas ofisi Astana və Almatı şəhərlərində yerləşir. Qazaxıstanın bütün bölgələrində filialları var. == Tarixi == Kazakhtelecom milli səhmdar cəmiyyəti Qazaxıstan Respublikası Nazirlər Kabinetinin 17 iyun 1994-cü il tarixli, dövlət müəssisələrinin əmlakını təhvil verməklə Kazakhtelecom milli səhmdar cəmiyyətinin yaradılması haqqında 666 nömrəli qərarına əsasən yaradılmışdır. respublika daxilində geniş rabitə xidmətləri göstərən səhmdar cəmiyyətləri və telekommunikasiya təşkilatları (Qazaxıstan Respublikası Rabitə Nazirliyinə məxsusdur) nizamnamə kapitalına. == Magistral məlumat ötürmə şəbəkəsinin inkişafı == 2008-ci ildə Kazakhtelecom SC əhalinin yüksək keyfiyyətli rəqəmsal şəhərlərarası, beynəlxalq rabitə ilə təmin edilməsi çərçivəsində, ümumi uzunluğu daha çox olan fiber optik rabitə xəttlərini özündə birləşdirən Milli Məlumat Super magistralının (NİSM) tikintisini başa çatdırdı. respublikanın regional mərkəzlərini, Almatı və Astana şəhərlərini birləşdirən 11.500 km-dən çox.
Kazakkol (Uçalı)
Kazakkol (başq. Ҡаҙаҡҡол, rus. Казакку́лово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Kazaklar
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Kazalinsk
Kazalinsk (qaz. Қазалы) — Qazaxıstanın Qızılorda vilayətinin Kazalin rayonundakı şəhər. Kazalinsk şəhər rəhbərliyinin inzibati mərkəzi və yeganə yaşayış məntəqəsi. KATO kodu - 434423100 . Şəhər Sırdərya çayının sağ sahilindədir. 1903-cü ildə qurulan Orenburq-Daşkənd dəmir yolu (Kandıaqaş-Arıs hissəsi) üzərində Kazalinsk dəmir yolu stansiyası (kod 670507), şəhərdən 12 km şimalda, bölgə mərkəzi - şəhər- tipli qəsəbə Ayteke-Bi (keçmiş Novokazalinsk). Bu yaşayış məntəqəsinə Kazalinsky sifəti də tətbiq olunur. XX əsrin ikinci yarısında Aral dənizi və Sırdərya deltasının deqradasiyasından əvvəl sakinlərin əsas məşğuliyyəti balıqçılıq və balıq emalı idi. Hal-hazırda bağlanmış bir balıq və kərpic zavodu var idi. Şəhər rəsmi olaraq Aral dənizi ekoloji fəlakət zonasına daxil edilmişdir.
Kazalmacore QVK
VBC Casalmaggiore — Seriya A1-də mübarizə aparan İtaliya qadın voleybol klubu. == Tarixi == VBC Casalmaggiore 2008-ci ildə yaradılmışdır. İtaliya Voleybol Federasiyası kluba lazımi lisenziyanı təqdim edərək onun 2008-09 mövsümündən etibarən Seriya B2-də mübarizə aparmasına izin vermişdi. Bundan sonra Casalmaggiore sözü gedən liqada səkkizinci yeri tutmuşdu. Ancaq 2009-10 mövsümündə komanda süpriz çempionluq yaşayaraq bir üst liqaya yüksəlmişdi. Bu liqada da debütdəcə gələn ikincilik onun 2011-12 mövsümündə Seriya A2-də mübarizə aparmasına şərait yaratmışdı. İki mövsümü də ikinci liqa da keçirən Casalmaggiore nəhayət 2013-14 mövsümündə istəyinə nail ola bilmişdi. Belə ki, komanda tarixində ilk dəfə olaraq əsas liqada — "Seriya A1" elitasında iştirak hüququ qazanmışdı. Bu liqada da komandanın debütü elə də uğursuz alınmadı. Liqanın normal sezonunda ilk yeddiyə girən klub pley-offa yüksələ bilmişdi.
Kazalnuovo di Napoli
Kazalnuovo di Napoli (it. Casalnuovo di Napoli) — İtaliyanın Kampaniya regionunda şəhər.
Kazan
Kazan və ya Qazan (tatar. Казан, Qazan) — Rusiya Federasiyasında şəhər, Tatarıstan Respublikasının paytaxtı, Volqa çayının sağ sahilində yerləşir. Rusiyanın iri iqtisadi, siyasi, elmi, mədəni və idman şəhərlərindən biridir.. Şəhər Rusiyanın "üçüncü paytaxtı" hesab edilir. Qeyri-rəsmi şəkildə dünya tatarlarının paytaxtı da hesab edilir.
Kazan (stansiya)
Kazan Dəmiryolu Stansiyası - Kazan şəhərinin mərkəzində, Privağzalnaya meydanında yerləşir. Vağzal binası 1896-cı ildə Henrik Ruşun) layihəsi əsasında inşa edilmişdir. Şəhərin görməli yerlərindən biridir. Şəhər ətrafı terminal isə 1967-cı ildə inşa edilmiş və 2005-ci ildə yenidən bərpa edilmişdir. Kazan stansiyası 36 cüt uzaq və 13 yaxın məsafəli qatarlara xidmət edir. Üstəlik xidmət arasında şərq istiqamətində olan dizel qatarları da vardır. İl ərzində vağzal 8 mln sərnişinə xidmət edir. Stansiyada 15 yol, bir neçə aşağı platforma və yolların üstündə bir yerüstü üst keçid var. Bütün əsas platformalarda işləyən liftlər vardır. Stansiyanın ərazisi qapalıdır.
Kazan Ali Tank Komandanlığı Məktəbi
Kazan Ali Tank Komandanlığı Məktəbi – Kazanda yerləşən bir Rusiya hərbi akademiyası. İndiki rəhbər Mironçenko Valeri Nikolayeviç, şagird sayı təxminən 4000 nəfərdir, məktəbin yeri Orenburq traktdır. == Tarix == 22 fevral 1919-cu ildə rəsmi olaraq quruldu. Bu gün Kazanda ilk müsəlman piyada kursları təşkil edildi. 1923-cü ildə müdir kurslarının yerində Tatar-Başqırd baş məktəbi quruldu. === Kama Tank Mərkəzi === 1922-ci ildə Cenova Konfransı, Konfransın imzaladığı Rappal Sazişi çərçivəsində Rusiya ilə Veymar Respublikası arasında əməkdaşlıq qurdu. Alman tank məktəbi, hərbi şəhərcik və poliqon Kazandakı Kargopol alayının ərazisinə əsaslanır. Beləliklə Kama Tank Mərkəzi quruldu. 5 sentyabr 1933-cü ildə Kama Tank Mərkəzinin fəaliyyətləri tamamlandı. Son Alman nəqliyyatı 1933-cü ildə Kazanı tərk etdi.
Kazan Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. == Ümumi baxış == Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.
Kazan Beynəlxalq Hava Limanı
Kazan Beynəlxalq Hava Limanı (tatar. Казан Халыкара Аэропорты; rus. Международный аэропорт Казань) (IATA: KZN, ICAO: UWKD) — Rusiyada, Kazan şəhərindən 25 km cənub-şərqdə yerləşən hava limanı. Tatarıstanda yerləşən ən böyük hava limanı, Rusiyada isə 15-ci ən işlək hava limanıdır. Hava limanı bölgədə 3,8 milyona yaxın insana xidmət edir.
Kazan Dövlət Energetika Universiteti
Kazan Dövlət Energetika Mühəndisliyi Universiteti, Volqa bölgəsində enerji sahəsində profilli yeganə universitetdir. 1968-ci ildə Moskva Enerji İnstitutunun Kazan filialı olaraq quruldu. Kazan Enerji İnstitutu 2000-ci ildə universitet dərəcəsinə layiq görülmüşdür. Ölkənin ən yaxşı 3 universitetindən biri olan Kazan Power Universiteti (digər ikisi İvanovo və Moskvada), təhsil şərtləri və texniki təchizat baxımından bölgənin ən yaxşı universitetlərindən biridir. Universitet Tatarıstan Respublikasının, Rusiya Federasiyasının, yaxın və uzaq xaricdəki enerji sistemləri üçün mütəxəssislər hazırlayır. Bu gün universitetdə Rusiyanın digər bölgələrindən, MDB, Asiya və Afrikadan 10.000-dən çox tələbə və aspirant təhsil alır. Universitetin müəllim heyəti 535 tədqiqatçıdan ibarətdir (bunlardan 304 nəfəri elmlər namizədi, 66 nəfəri elmlər doktorudur). Universitetdəki müəllim heyətinin 24% -i doktorlar və professorlar, 84% -i müxtəlif səviyyəli alimlərdir. Universitetin alimləri arasında Rusiya Elmlər Akademiyası və Tatarıstan Elmlər Akademiyasının müxbirləri var. Kazan Dövlət Enerji Universiteti istilik və elektrik enerjisi, elektrik mühəndisliyi və elektronika, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə mövzusunda araşdırmalar aparır.
Kazan Dövlət Memarlıq və İnşaat Universiteti
Kazan Dövlət Memarlıq və İnşaat Universiteti (KDMİU) (əvvəlki Kazan İnşaat İnstitutu (Kİİ), Kazanda yerləşən və 1930-cu ildə qurulmuş rus ali təhsil müəssisəsidir. == Tarixi == 1889-cu ildə Rusiya İmperiyası Xalq Təhsili Nazirliyinin xüsusi bir komissiyası, Volqa-Ural tacirlərinin təşəbbüsü ilə Kazanda texniki işçilər yetişdirən bir təhsil müəssisəsi açmağa qərar verdi - iki səviyyəli peşə təhsili olan birləşmiş Sənaye Məktəbi : mexaniki, kimyəvi və inşaat ixtisasları ilə ikincil kimyəvi və aşağı texniki. Sənaye məktəbinin formalaşması ilə Kazanda və Volqa-Ural bölgəsində inşaat təhsili başlayır. Təhsil binasının ilk daşı 12 iyun 1896-cı ildə qoyuldu. Təhsil binalarının tikintisi üçün müqavilə V. və A. Şəxslər qardaşlarının Ticarət Evi ilə bağlanmışdır. Binaların tikintisinə nəzarət etmək üçün Kazan təhsil bölgəsinin memarı S.V.Beçko-Druzin təyin edildi. Binanın özü məşhur memar Konstantin Oleşkeviç tərəfindən dizayn edilmişdir. Rusiya Müvəqqəti Hökümətinin 30 may 1917-ci il tarixli 131 saylı fərmanına uyğun olaraq, bir bina da daxil olmaqla üç şöbədən ibarət olan (30 sentyabr 1917-ci il tarixdən) Kazan Politexnik Məktəbinə çevrildi. 21 Noyabr 1918-ci ildə Xalq Təhsil Komissarlığının universitetlər şöbəsinin 3420 nömrəli əmri ilə birincisini daxil edən Kazan Sənaye, İqtisadiyyat və Sənət Kolleci yaradıldı: Kazan Politexnik Məktəbi, Kazan Rəssamlıq Məktəbi, Kazan Ticarət Məktəbi və Vilna Kimya və Texniki Məktəbi. 2 yanvar 1919-cu ildə, RSFSR Xalq Təhsil Komissarlığının universitetlər şöbəsinin 22 saylı fərmanı ilə Kazan Sənaye, İqtisadiyyat və Sənət Kolleci, 9 yanvarda bir hissəsi olaraq işinə başlayan Kazan Politexnik İnstitutuna çevrildi.
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Kazan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (KazSUCA) Rusiyanın Tatarıstan bölgəsində Kazan şəhərində yerləşir. == Heyət == Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qurucusu Rusiya Federasiyası Mədəniyyət Nazirliyidir. Universitetin rektoru Rivkat Yusupovdur. KazSUCA, 32 professor, 107 baş müəllim, 148 elmlər doktoru da daxil olmaqla 300-dən çox müəllim ilə təmsil olunur. Universitetin 70-ə yaxın professor və müəlliminə Tatarıstan Respublikasının və Rusiya Federasiyasının fəxri adları verilmişdir, bunların arasında Rusiya Federasiyası və Tatarıstan Respublikasının dövlət mükafatları laureatları da var. Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təxminən 3000 tələbə var (əyani və qiyabi fakültələrdə təhsil alanlar). Universitet 9 fakültə, 30 bölmədən ibarətdir. KazSUKA 25 lisenziyalı proqramı, 3 magistr proqramını, 5 mütəxəssis proqramını yerinə yetirir. == Beynəlxalq fəaliyyət == Beynəlxalq fəaliyyət Universitetin inkişafı və modernləşdirilməsinin prioritet istiqamətlərindən biridir və təhsil məkanının genişləndirilməsinin, universitet elminin inkişafının, beynəlxalq təhsil müəssisələri ilə sosial və mədəni qarşılıqlı əlaqələrin strateji yollarından biri kimi qəbul edilir. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün Universitet xarici liseylər və universitetlərlə birbaşa ünsiyyət qurur.
Kazan Dövlət Tibb Akademiyası
Kazan Dövlət Tibb Akademiyası, Rusiya Səhiyyə Nazirliyinin Davamlı Peşəkar Təhsil Tibb Akademiyasının təhsil şöbəsidir və əvvəllər müstəqil bir ali təhsil müəssisəsidir. == Tarixi == 22 aprel 1920-ci ildə V. İ. Kazan Vilayət İcraiyyə Komitəsinin Leninin 50 illiyinə həsr olunmuş iclasında universitet "V. Mən Lenin adına Kazan Klinik İnstitutu ". 1923-cü ildə Kazan Klinik İnstitutu RSFSR Xalq Səhiyyə Komissarlığının elmi müəssisələri siyahısına daxil edildi. 1925-ci ildə institut "VI. Lenin Dövlət Həkimlərin İnkişafı İnstitutu. " 1995-ci ildə Akademiya adlandırıldı. 2003-cü ildən — Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Kazan Dövlət Tibb Akademiyası. Qurumun ilk rektoru professor Roman Albertoviç Luria idi. Mars Konstantinoviç Mixaylov 1980–2007-ci illərdə rektor vəzifəsində çalışıb. 2007–2015-ci illərdə akademiyanın rektoru Kamil Shaharovich Ziyatdinov vəzifəsində çalışıb. 2015-ci ildə Rüstəm Şamiloviç Xasanov rektor təyin edildi (2016-cı ildən filial direktoru).
Kazan Dövlət Tibb Universiteti
Kazan Dövlət Tibb Universiteti (KSMU) Kazandakı tibb universitetidir.\ Kazan Dövlət Tibb Universiteti Rusiyanın ən böyük və ən qədim universitetlərindən biridir. Təməli 1814-cü ilin mayında, Kazan Universitetində tibb fakültəsi qurulduğu zaman qoyuldu. Təhsil rus və ingilis dillərində aparılır. Tatar dilinin istifadəsi ilə bağlı tibbdə dərslər verilir. == Tarix == 18 noyabr 1804-cü il İmperator I Aleksandr Kazan Universitetini və onun Tibb Elmləri Bölməsini yaratdı. 15 may 1814-cü il Tibb Elmləri Fakültəsi Kazan Universitetində açılır. XIX əsrin ilk yarısı. İlk professorlar: K. F. Fuchs, F. H. Erdman, I. O. Brown, N. A. Skandovski, E. F. Aristov. Anatomiya Teatrının (1837, klassikliyin şah əsəri) və Universitet Klinikasının tikintisi. XIX əsrin ikinci yarısı.