KEÇMƏ

1
I
сущ. от глаг. keçmək 1:
1. проходка. Keçmə uzunluğu маш. длина проходки, keçmə üzrə kəsik горн. сечение в проходке
2. прохождение. Keçmə anı момент прохождения
3. переход
4. физ. диффузия
II
прил. проходной. Keçmə svetoforu ж.-д. проходной светофор
2
сущ. от глаг. keçmək 2
KEÇİSÖYÜDÜ
KEÇMƏK
OBASTAN VİKİ
Bağırsaq keçməzliyi
Bağırsaq keçməzliyi — bağırsaqların bu, yaxud digər səviyyəsində kənar edilə bilməyən maneə əmələ gələrək, onun içindəkilərin irəliləməsini pozaraq əmələ gəlir. Bağırsaq keçməzliyinin iki əsas forması ayırd edilir: dinamik; mexaniki. Dinamik bağırsaq keçməzliyi bağırsaqların iflici yaxud spazması nəticəsində bağırsaqlarda irəlilədilmə pozulduqda inkişaf edir. Mexaniki bağırsaq keçməzliyin öz növbəsində iki növü ayırd edilir: obturasion; stranqulyasion. Birinci halda maneə bağırsağın içində yerləşərək bacanı tıxaclayır (şiş, qurd yumağı) və bağırsaq keçməzliyinə səbəb olur. Stranqulyasion keçilməzliyi zamanı bağırsaq bacanı xaricdən və müxtəlif cərrahi əməliyyatlardan sonra əmələ gələn yapışmaların (bitişik yerləri) sıxılıb əzilməsi nəticəsində baş verir. == Əlamətləri == Ən çox təsadüf edilən bağırsaq keçməzliyinin əlamətlərindən qarın nahiyəsində bərk tutma şəkilli ağrıları qeyd etmək olar. Stranqulyasion keçilməzliyində ağrılar daimi olub, tutma şəkilli xarakter daşıyaraq, qəflətən başlayır. Ağrıların dözülməz səviyyəsində qarında "tərpənməni" müşahidə etmək olar. Obturasion keçməzliyində ağrılar elə intensiv olmayaraq, tədricən inkişaf edir.
Keçmədin
Keçmədin — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Keşməddin Şamaxı rayonunun Qalaybuğrut inzibati ərazi vahidində kənd. Buğurt çayının (Ağsu çayının qolu) sahilində, dağlıq ərazidədir. Keşmaddin variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, kəndin adı Keçmədin olmalıdır. Ərazi sıx meşəlik və dağlıq olduğundan vaxtilə guya toqquŞma zamanı qoşun Qaladərəsi kəndi istiqamətinə keçə bilmədiyi üçün kənd belə adlandırılmışdır. Kəndin ərazisindəki Davalı nova, Yaralı düzü kimi mikrotoponimləri də kəndin adı ilə əlaqələndirirlər. Lakin güman etmək olar ki, kəndin adı qədim türk dillərindəki keşməl keçmə (korpu) və din (dağlıq ərazidə yaylaq, dayanacaq) komponentlərindən düzəlib, "korpu yaylaq" mənasındadır. Əhalisi Kənd əhalisi 218 nəfərdir ki, onunda 103 nəfəri kişi, 115 nəfəri isə qadınlar təşkil edir.
Keçməməsi (rəqs)
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Keçməməsi rəqsi

Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Nazik bağırsaq keçməzliyi sindromu
Nazik bağırsaq keçməzliyi sindromu — Kəskin bağırsaq keçməzliyi möhtəviyyatın bağırsaqdan keçişinin kəskin dayanması nəticəsində meydana çıxan təcili cərrahi vəziyyətdir, bağırsağın kəskin genişlənməsi, hipovolemiya və sepsis ilə xarakterizə olunur. Bu patoloji vəziyyət erkən müddətlərdə aradan qaldırılmadıqda ölüm ehtimalı yüksək olur.

Значение слова в других словарях