KİOT

ikona üçün şüşəli kiçik qutu.
KİNİŞT
KİRDİGAR
OBASTAN VİKİ
Ataqo məbədi (Kioto)
Ataqo məbədi (愛宕神社, Ataqo-cinca) – Yaponiyanın Kioto şəhərinin Ukyo rayonundakı Ataqo dağında yerləşən şintoist məbədi. == Tarixi == Məbəd çox uzun müddət Ataqo dağda yerləşən buddist məbədi olan Hakuun məbədi ilə assosiasiya olunurdu. Belə ki, bu buddist məbədi döyüş meydanında qələbəni gətirdiyinə inanılan bodhisattva Cizoya həsr olunmuşdu. Ataqo məbədindəki şintoizm ilahların Cizonun Yaponiyadakı inkarnasiyaları hesab edilmişdir. İnanca görə məbədin ilahları paytaxtı qoruyur, yanğınların qarşısını alır və döyüşçülərin qayğısına qalır. Buna görə də məbədə tez-tez ziyarətlər baş tutmuş və Yaponiyada Ataqo məbədinin bir çox qolu tikilmişdir. 1868-ci ildə şintoizmlə buddizmin ayrılmasından sonra məbədin buddizmlə olan əlaqəsi kəsilmiş və buddizm simvolları məbəddən yığışdırılmışdır. == Xüsusiyyətlər == Ataqo məbədi iki məbəddən ibarətdir. Əsas məbəd (honqu) alov kamisinin anası İzanamiyə, kənd təsərrüfatı kamisi Vakumusubiyə, eləcə də, digər üç kamiyə həsr olunmuşdur. İkinci dərəcəli məbəd (vakamiya) alov kamisi Kaqutsuçiyə və digər iki kamiyə həsr olunmuşdur.
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Kioto Universiteti
Kioto Universiteti (yap. 京都大学) — Yaponiyanın Honşu adasının Kioto şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından olan Yeddi Milli Universitetdən biridir. Asiyanın ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil müəssisəsi Yaponiyanın ikinci ən qədim universitetidir. Dünyanın qədim və ən nüfuzlu elmi-tədqiqat mərkəzlərindəndir. == Tarixi == 18 iyun 1897-ci ildə Yaponiya imperatoru ölkədə ikinci ali məktəbin - Kioto İmperator Universitetinin yaradılması haqqında sərəncam imzalayır. 1899-cu ildə universitetdə hüquq və tibb fakültələri, universitet hospitalı, 1906-cı ildə filologiya, elm və texnika fakültələri yaradılır. 1914-cü ildə elm və texnika fakültəsi mühəndislik və elm fakültələrinə bölünür. 1919-cu ildə burada iqtisadiyyat fakültəsi açılır. Universitetin fəaliyyəinin ilkin dövründə bu ali məktəbə prezident Yaponiyanın Təhsil Nazirliyi tərəfindən seçilir. Lakin universitetin professor-müəllim heyəti buna etiraz edir, muxtariyyət tələb edərək, 1915-ci ildən rəhbərlərini özləri seçməyə başlayırlar.
Kioto prefekturası
Kioto prefekturası (yap. 京都府 Kyōto fu) — Yaponiyanın Honşu adasında yerləşən Kansai regionunda prefektura.
Kioto protokolu
Kioto protokolu (yaponca: 京都議定書, Hepbörn: Kyōto Giteisho) qlobal istiləşmə və iqlim dəyişiqliyi mövzüsünda mübarizə aparmağa yönəlik beynəlxalq protokol. Müqavilə, 1992-ci il BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasını (UN FCCC) genişləndirən beynəlxalq müqavilə idi və iştirakçı dövlətlər qlobal istiləşmənin baş verdiyi və insan tərəfindən törədilən CO2 emissiyalarının buna təkan verdiyinə dair elmi konsensusa əsaslanaraq, istixana qazları emissiyalarını azaltmağı öhdəsinə götürmüşdür. Kioto protokolu 11 dekabr 1997-ci ildə Yaponiyanın Kioto şəhərində qəbul edilmiş və 16 fevral 2005-ci ildə qüvvəyə minmişdir. 2020-ci ildə Protokola 192 tərəf (Kanada 2012-ci ilin dekabrından qüvvəyə minmiş protokoldan çıxdı) qoşulmuşdu. Kioto protokolu UNFCCC-nin atmosferdə istixana qazlarının konsentrasiyalarını “iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyəyə” endirməklə qlobal istiləşmənin başlanğıcda azaltmaq məqsədini reallaşdırdı. Kioto protokolu Əlavə A-da sadalanan yeddi istixana qazına: karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O), hidroftorkarbonlar (HFCs), perfluorokarbonlar (PFC), kükürd heksaflorid (SF6), azot trifluorid (NF3) tətbiq edilib. Doha raundu zamanı ikinci uyğunluq dövrü üçün azot trifluorid da əlavə edilib. Protokol ümumi, lakin fərqli öhdəliklər prinsipinə əsaslanırdı. O, ayrı-ayrı ölkələrin iqtisadi inkişaf sayəsində iqlim dəyişikliyi ilə mübarizədə müxtəlif imkanlara malik olduğunu qəbul edir və buna görə də atmosferdəki istixana qazlarının hazırkı səviyyələrinə cavabdeh olduqlarını əsas götürərək, cari emissiyaları azaltmaq öhdəliyini inkişaf etmiş ölkələrin üzərinə qoyurdu. Protokolun ilk öhdəlik dövrü 2008-ci ildə başlayaraq, 2012-ci ildə sona çatıb.
Bambuk meşəsi (Kioto)
Saqano bambuk meşəsi (嵯峨野竹林, Saqano çikurin) və ya Araşiyama bambuk meşəsi (嵐山竹林, Araşiyama çikurin) – Yaponiyanın Kioto şəhərinin Araşiyama rayonunda yerləşən bambuk meşəsi. Bu meşənin ortasında keçən cığır Kiotonun görməli yerlərindən biri hesab olunur. == Yerləşməsi == Saqano bambuk meşəsi Kioto şəhərinin şimal-qərbində yerləşən Araşiyama rayonuna daxil olan Saqano adlı bölgədə yerləşir. Bu səbəbdən sadəcə Araşiyama bambuk meşəsi adı ilə də tanınır. Meşənin girişində Tenryu məbədi yerləşir. Bambuk yapon mədəniyyətində gücün simvolu olduğu üçün məbəd burada tikilmişdir. Meşədən keçən cığırın sonunda isə səssiz filmlərin ulduzu olmuş Denciro Okoçinin keçmiş evi olan Okoçi-Sanso villası yerləşir. == Xüsusiyyətlər == Meşənin sahəsi 16 km2 təşkil edir. Külək əsərkən bambuklar bir-birinə dəyir və diqqəti cəlb edən səsə səbəb olur. Yaponiya Ətraf Mühit Nazirliyi meşəni "Yaponiyanın 100 səs landşaftı"ndan biri elan etmişdir.
Kioto İnformatika üzrə Araşdırmalar Kolleci
Kioto İnformatika üzrə Araşdırmalar Kolleci — Yaponiyanın Kioto şəhərində yerləşən İnternet texnologiyası kolleci. Kollec veb biznes texnologiyası və veb sistemlərinin inkişafına diqqət yetirən Tətbiqi İnformasiya Texnologiyaları üzrə magistr dərəcəsi təklif edir. Kollecin Beynəlxalq nüfuzu var. == Tarixi == Kioto İnformatika üzrə Araşdırmalar Kolleci (KİAK) 2004-cü ildə yaradılmışdır. O, Kioto Komputer Gakuin (KKG) şirkətinin rəhbərlik etdiyi KKG Qrupunun bir hissəsi kimi yaradılmışdır. Qurumda kompüterlərdən istifadə etməklə seminarda proqramlaşdırma üzrə kurslar keçirilir. Bu seminarlardan sonra tələbələrin sayı artmışdır. 1983-cü ildən KKG tələbələrə pulsuz fərdi kompüter krediti proqramı təqdim etdi. == Beynəlxalq əlaqələri == === İnformatika Təhsilinin Beynəlxalq İnkişafı proqramı === İnformatika Təhsilinin Beynəlxalq İnkişafının məqsədi informatika proqramlarının müxtəlif ölkələrdə kompüter təhsilini genişləndirməkdir. 1988-ci ildə kollec tərəfindən müxtəlif ölkələrin məktəblərinə fərdi kompüterlər hədiyyə edilmişdir.

Значение слова в других словарях