KİRO

I
(Kürdəmir)
xalçada olan əyrilik. – Xala, xalçada bir az kiro var
II
(Salyan)
acı. – Alma hələ yetişimi: b, kirodı
III
(Salyan)
bax kiroy
KİRNİTMƏX’
KİROY
OBASTAN VİKİ
Dumbbell Nan-Kiro Moteru?
How Heavy Are the Dumbbells You Lift? (azərb. Qaldırdığın hantellər nə qədər ağırdır?‎) və ya orijinal adı ilə Danberu Nan-Kiro Moteru? (ダンベル何キロ持てる?, azərb. Neçə kiloqram hantel qaldıra bilərsən?‎) – Yabako Sandroviç tərəfindən yazılan idman manqa seriyası. Seriya, 2016-ci ilin avqust ayından bəri Shogakukan nəşriyyatının Ura Sunday jurnalında və və MangaONE tətbiqində nəşr olunur. Doga Kobo tarafından istehsal olunmuş anime seriyası adaptasiyası 2019-ci ilin iyulun sentyabrına qədər yayımlanıb. == Məzmun == 17 yaşlı orta məktəb şagirdi Hibiki Sakura adi, lakin qarınqulu bir qızdır. Yavaşca genişlənən belinin paltarında problem yaratdığını başa düşərək yaxınlıqdakı idman salonuna yazılmaq qərarına gəlir.
Kiro Qliqorov
Kiro Qliqorov (mak. Киро Глигоров; d. 3 may 1917, İştip, Serbiya Krallığı - ö. 1 yanvar 2012, Skopye, Makedoniya) — Makedon siyasətçi; Makedoniyada demokratik seçkilərlə hakimiyyətə gəlmiş ilk prezident. == Həyatı == 3 may 1917-ci ildə İştipdə anadan olmuşdur. == Təhsili == Belqrad Universitetinin Hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == Keçmiş Yuqoslaviya Kommunist Partiyasının üzvü olaraq federal səviyyədə müxtəlif vəzifələrdə çalışmış Qliqorov, 1974-1978-ci illərdə parlament spikeri vəzifəsini icra etmişdir. 1990-cı ilin dekabrında Makedoniya Parlamenti tərəfindən prezident seçilmiş, demokratik seçkilərlə 27 yanvar 1991-ci ildə Makedoniya Respublikasının ilk prezidenti olmuşdur. 1994-cü ildə ikinci dəfə prezident seçilmişdir. == Sui-qəsd == 1990-cı illərdə Balkanları əhatə edən döyüşlərdən ölkəsini uzaq tutmaq istəyən Qliqorov 1995-ci ilin oktyabrın 3-də öz evindən igamətgahına kedərkən, avtomobilinə bombalı hücum edilmişdir.
Kirov Azərbaycanda (film, 1976)
== Məzmun == Film AK(b)P MK-nın I katibi vəzifəsində çalışmış Sergey Kirovun fəaliyyətindən bəhs edir.
Kirov adaları
Kirov adaları və ya Sergey Kirov adaları (rus. Oстрова Кирова, rus. Aрхипелаг Сергея Кирова) — Qara dənizdə yerləşən kiçik adalardan ibarət olan arxipelaqdır. Bu adalar Kerova adaları kimi də tanınır. Kiçik adalardan ibarət olan bu arxipelaq tundra bitkiləri ilə zəngindir. Kirov adaları Qara dənizdə, Sibir sahillərindən təxminən 140 km məsafədə yerləşmişdir. Bu arxipelaq İosif Stalinin Siyasi Bürosunun üzvü olan Sergey Kirovun şərəfinə adlandırılmışdır. Ən böyük adası olan İsaçenko adasının sahəsi 168 km²-dir. Bu ada öz adını rus mikrobioloqu və botaniki olan Boris İsaçenkodan almışdır. İsaçenko adasında bir sınaq stansiyası da yerləşmişdir.
Kirov rayonu
Kirov rayonu — Bakı şəhərinin indiki Binəqədi rayonu. Kirov rayonu (Şimali Osetiya) — Şimali Osetiyada rayon. Kirov rayonu (Ufa) — Ufada rayon. Kirov rayonu (Stavropol diyarı) — Stavropol diyarında rayon.
Kirov rayonu (Bakı)
Binəqədi rayonu (əvvəlki adı: Kirov rayonu) — Bakıda rayon. Mərkəzi Binəqədi şəhər tipli qəsəbəsidir. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Kirov rayonu Binəqədi rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir. == Tarixi == Binəqədi rayonu 28 aprel 1920-ci il tarixində Kirov rayonu adı ilə yaradılmışdır. 29 aprel 1992-ci ildən Binəqədi rayonu adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Rayon şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarımadasının şimal-qərbində yerləşir. == Mədəniyyəti == Rayonda 1957-ci ildə yaradılmış, 450 yerlik N.Nemətov adına Biləcəri Dəmiryolçuların Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evinin nəzdində "Dəmiryolçular" xalq çalğı alətləri ansamblı, "Qatar" rəqs ansamblı, Teatr studiyası, rəssamlıq emalatxanası, peşə kursları və dərnəkləri mövcuddur. Binəqədi Mərkəzi Mədəniyyət evi Tamaşaçı zalında oturacaq yerlərinin sayı: 350 Binəqədi qəsəbə Mədəniyyət evi Xocasən qəsəbə klubu 1941-ci ildən fəaliyyət göstərir.
Kirov rayonu (Stavropol diyarı)
Kirov rayonu (rus. Кировский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Novopavlovsk şəhəridir. Əhalisi 26.062 nəfərdir (2020). == Coğrafiyası == Kirov rayonu ərazisi eyni adlı şəhər dairəsinin yerləşdiyi ərazidə, Stavropol diyarının cənub sərhəddində, Malka və Zolka çayları boyunca cənub-qərbdən şimal-şərqə uzanır. Rayon cənubda Kabardin-Balkar Respublikası, qərbdə Predqorski və Georgievski rayonları ilə, şimalda Sovet və Stepnovski, şərqdə Stavropol diyarının Kursk rayonları ilə həmsərhəddir. == Tarixi == İlçe 1935-ci ildə Qeorqievski rayonunun tərkibindən ayrılaraq qurulur. Əvvələr Apollonski (dəmir yolu stansiyasının adından götürülür.) adlandırıldı. Apollonski rayonu birbaşa Şimali Qafqaz Regional İcraiyyə Komitəsinə tabe olur. Ərazisində İşçi Xalq Deputatları kənd Sovetlərinin 2 icraiyyə komitəsi və Fəhlə Xalq Deputatları kənd Sovetlərinin 2 icra komitəsi var idi.
Kirov rayonu (Ufa)
Kirov rayonu (rus. Кировский район, başq. Киров районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kirov rayonu Ufa şəhərinin cənubunda yerləşir. Rayondakı yaşayış məntəqələrinin birləşdirilməsini nəzərə alaraq rayon, yığcam olmayan üç ayrı hissədən ibarətdir. Rayonda həmçinin, tarixi və yeni əldə edilən hissələr arasında, şəhər-daxili bölgədə iştirak etməyən yaayış məntəqələri də var. Rayondan keçən Ufa çayının üzərində, Yuxarı Dudkinski adası yerləşir. == Coğrafiya == Rayon Ufa şəhər dairəsinin cənubunda yerləşir. Rayonun qərbində Dyoma rayonu, şimalında Lenin rayonu, şərqində Kalinin və Oktyabr rayonları, cənubunda isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun ərazisi 131 km²-dir.
Kirov rayonu (Şimali Osetiya)
Kirov rayonu (oset. Кировы район) - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Elxot kəndidir. == Coğrafiya == Kirov rayonu respublikanın şimal-qərb hissəsində, Kabarda-Balkariya ilə sərhəddə yerləşir. Rayonun sahəsi 410.74 km²-dir. Aşağıdakı rayonlarla həmsərhəddir: şimal-şərqdə Mozdok rayonu, şərqdə Pravoberejnı rayonu, cənubda Ardon və Diqorski rayonları, eləcə də qərbdə və şimalda Kabarda-Balkariyanın 3 rayonu. Rayonun hidroqrafik şəbəkəsi Terek, Kambileevka, Urux, Zmeyka çayları və onların qolları ilə təmsil olunur. Bir sıra meliorasiya kanalları da mövcuddur. == Tarixi == 2 dekabr 1934 SSRİ sosialist partiyasının Şimali Osetiyanə bölməsinin qərarı ilə beş kənd sovetliyi təşkil edilir: Elxotovski, Stavd-Dordski, Zmeyski, İranski və Komsomolski. 17 mart 1935-ci ildə SSRİ MİK qərarı ilə Elxotov rayunun adı Kirov rayonu olaraq dəyişdirilir.
Kirov vilayəti
Kirov vilayəti (rus. Кировская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kirovkənd
Kirovkənd (Qax) — Qax rayonunun Qaradolaq kəndinin 8 fevral 2000-ci ilə qədərki adı. Kirovkənd (Ucar) — 2008-ci ilə qədər Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Kirovkənd (Qax)
Qaradolaq (əvvəlki adı: Kirovkənd) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Qax rayonunun İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılmışdır. == Toponimikası == Sovet hakimiyyəti illərində bu yaşayış məntəqəsi sovet partiya və dövlət xadimi S.M.Kirovun şərəfinə Kirovkənd adlandırılmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 186 nəfər yaşayır. 47 təsərrüfat mövcuddur.
Kirovkənd bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kirovo-Çepetsk
Kirovo-Çepetsk — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Kirovoqrad
Kropivnitski (ukr. Кропивницький, əvvəllər Yelizavetqrad), Ukraynada, Kirovoqrad vilayətinin idarə mərkəzi şəhər. Kremençuk-Odessa dəmiryolunun Yuxarı İnqul Çayını kəsdiyi nöqtədən yerləşir.
Kirovoqrad vilayəti
Kirovoqrad vilayəti (ukr. Кіровоградська область) — Ukraynanın mərkəzində yerləşən vilayət.
Kirovqrad
Kirovqrad — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən şəhər.
Kirovsk
Kirovsk (Murmansk vilayəti) — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir. Kirovsk (Leninqrad vilayəti) — Leninqrad vilayətinin Kirovsk rayonunun inzibati mərkəzi.
Kirovski kənd dairəsi
Kirovski kənd dairəsi — Krasnodar diyarının Soçi kurort-şəhər ərazisində yerləşən inzibati-ərazi vahidi. Kənd dairəsi Lazarevski rayonu daxilindədir. Dairənin inzibati mərkəzi — Txaqapş auludur. Psezuapse və Çusxvac çaylarının hövzələrində, şəhər hüdudlarından kənarda yerləşən bölgənin ərazilərini və yaşayış məntəqələrini birləşdirir. == Coğrafiyası == İnzibati ərazi vahidi Soçi kurort şəhərinin Lazarevski rayonunun mərkəzi hissəsində yerləşir. Kənd dairəsinə dörd qəsəbə daxildir. Lazarevski rayonunun ikinci ən böyük inzibati vahididir. Kirovski aşağıdakı inzibati ərazi vahidlərinin əraziləri ilə həmsərhəddir: şimal-qərbdə Lıqotxski kənd dairəsi, cənub-şərqdə Kiçmayski kənd dairəsi, həmçinin qərbdə Soçi şəhərinin mikrorayonları ilə sərhəddir. Şərqdə kənd dairəsi Baş Qafqaz silsiləsi ilə həmsərhəddir. Kənd dairəsi Böyük Soçinin dağətəyi və dağlıq ərazilərində yerləşir.
Kirovski rayonu (Rostov-na-Donu)
Kirovski rayonu (rus. Кировский район) Rostov-na-Donu şəhəri ərazidə yerləşən, 1936-cı ildə təsis edilən rayon. Rayon ərazisində istər Cənub Federal Dairəsinin istərsə Rostov vilayətinin inzibati binaları, iri iqtisadi və ticarəti şirkətlər həmcinin iri iri mədəniyyət mərkəzləri yerləşir. == Tarixi == Rayonun tarixi taleyi onunla bağlıdır ki, rayon Rostov-na-Donu şəhərinin əsas hissəsində təşkil edilmişdir. Məhs burada 1749-cu ildə şəhərin əsası qoyulmuşdur. Burada təbii su mənbəyi olmuşdur ki, ondan hətta I Pyotr belə içmişdir. Rayon ərazisində yerləşən Sedov küçəsi Rostov-na-Donu şəhərinin ən böyük və mərkəzi küçələrindən olmuşdur. Ərazi şəhər tarixinin bir çox mühüm hadisələrinə sahidlik etmişdir. Artıq XVIII əsr Rostov güçlü müdafiə və ticarət şəhəri funksiyasını oynayırdı. Buradan xaricə kənd təsərrüfatı malları, dəmir məmulatları ixrac edilirdi.
Kirovsko-Vıborqskaya xətti
Sankt-Peterburq metrosunun 1-ci xətti — Sankt-Peterburq metrosunun xətlərindən biridir. SSRİ dövründə, 15 noyabr 1955-ci ildə açılıb. Xəttin uzunluğu 29.57 km-dir və 19 stansiyadan ibarətdir.