Kirov rayonu (rus. Кировский район, başq. Киров районы) — Rusiyanın subyektlərindən biri olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin yeddi şəhər rayonundan biri. Kirov rayonu Ufa şəhərinin cənubunda yerləşir. Rayondakı yaşayış məntəqələrinin birləşdirilməsini nəzərə alaraq rayon, yığcam olmayan üç ayrı hissədən ibarətdir. Rayonda həmçinin, tarixi və yeni əldə edilən hissələr arasında, şəhər-daxili bölgədə iştirak etməyən yaayış məntəqələri də var. Rayondan keçən Ufa çayının üzərində, Yuxarı Dudkinski adası yerləşir.[1]
Rayon | |
Kirov rayonu | |
---|---|
rus. Кировский район başq. Киров районы | |
54°41′ şm. e. 55°59′ ş. u.HGYO |
|
Ölkə |
Rusiya Başqırdıstan Respublikası |
Daxildir | Ufa şəhər dairəsi |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1935-ci il |
Sahəsi | 131 km² |
Saat qurşağı |
UTC +6 yayda UTC +7 |
Əhalisi | |
Əhalisi | ▲ 163,609 nəfər (2017) |
Etnik tərkib | Ruslar, başqırdlar |
Dini tərkib | Xristiyanlar, müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 347 |
Rayon Ufa şəhər dairəsinin cənubunda yerləşir. Rayonun qərbində Dyoma rayonu, şimalında Lenin rayonu, şərqində Kalinin və Oktyabr rayonları, cənubunda isə, Ufa şəhər dairəsinin sərhədləri yerləşir. Rayonun ərazisi 131 km²-dir.
Rayon, 13 noyabr 1935 tarixində, Qızıl Ordu deputatları, kəndlilər və Ufa Şəhər Sovetinin Rəyasət Heyətinin qərarı ilə yaradılmışdır. 10 dekabr 1935 tarixində Başqırd MSSR-ın Mərkəzi İcra Komitəsinin qərarı ilə, rayonun sərhədləri "Zentsov küçələrindən Sutoloka istiqamətinə, köhnə Ufa, Qaraçı Tala, Puqaçevski Sloboda və Şərq Slobodasına sahib olaraq" müəyyən edilmişdi. Beləliklə, şəhərin ən qədim yeri olan, Ufa Tarixi Şəhər Mərkəzi rayonun sərhədlərinə aid edilmişdi. Rayonun qurulduğu zaman, ərazidə 79,000 nəfər yaşayırdı. Onların yalnız 5,000-i sənaye müəssisələrində işləyirdi. Bu müəssisələrə dağ-mədən avadanlıqları, kərpic, alabaster, pivəçilik və süngüləmə sənayesi aiddir. Rayonda həmçinin, qənnadı fabriki, ət kombinatı və mətbəə var idi. Yaşayış fondu çox az idi. Bir rayon sakininə 3,3 kvadrat metr mənzil sahəsi düşürdü. Döşənmiş küçələrin uzunluğu 15 kilometr idi, su isə vətəndaşlara 10 su dağıtıcı sütunla təmin edilirdi. Rayonda yerləşən 10 ibtidai, 8 natamam orta və 7 orta məktəblərdə, 13,000 şagird və 427 müəllim var idi. Bundan başqa, rayonda 3 fabrik-zavod məktəbi, 4 texnikum və bir universitet fəaliyyət göstərirdi. Rayonda, 5,000 nəfərdən çox insan savadsız qalırdı. Rayonun klinikasında ayda 11,770 ziyarətçi üçün iki dispanser və bir uşaq məsləhətçisi var idi. Rayonun sakinləri mədəniyyət ehtiyaclarını əsasən fabriklərdə və artellərdə olmaqla, 10 klub və 17 qırmızı küncdə təmin edirdilər. Rayonda 5 kitabxana mövcud idi.
1959[2] | 1970[3] | 1979[4] | 1989[5] | 2002[6] | 2003[7] | 2004[7] |
---|---|---|---|---|---|---|
100,566 | ▼93,177 | ▲120,722 | ▲149,237 | ▼141,955 | ▼141,803 | ▼138,744 |
2005[7] | 2006[7] | 2007[7] | 2008[7] | 2009[8] | 2010[9] | 2013[10] |
▼135,083 | ▼130,762 | ▼127,102 | ▼127,091 | ▲129,133 | ▲147,062 | ▲154,409 |
2014[11] | 2015[12] | 2016[13] | 2017[14] | |||
▲156,820 | ▲160,546 | ▲162,234 | ▲163,609 |
2010-cu ildə rayonun ərazisi 13,108 hektar idi. Rayonda 158,000-dən çox insan yaşayır (Ufa şəhər əhalisinin 13,8%-i). Kirov sakinlərinin orta yaşı 39.1 ildir. Rayon əhalisinin 55%-i qadınlardan təşkil olunmuşdur. Rayonun 32%-i 14-30 yaş arasındakı insanlardan təşkil olunmuşdur. Rayonda, Başqırdıstan Respublikasının Qurultayının Dövlət Məclisinin Respublika evi yerləşir. Mənzil fondunun sayı 2 milyon kvadrat metrdən çoxdur. Son illərdəki yeni mənzil kampaniyaları Ufa şəhəri çox inkişaf etmişdir. Rayonda, yeni "Dostluq", "Beloreçenski", "Qaraydel", "Yanaulski", "Radio", "Cənub", "Yeni" mikrorayonları salınmışdır. Rayonun mərkəzi, Saray Neft İşçiləri Mədəniyyəti, Başqırdıstan Respublikasının Milli Muzeyi, Rusiya Federasiyasının Başqırdıstan Respublikası Pensiya Fondu İdarəsi, Məcid Qafuri adına Başqırdıstan Dövlət Akademik Milli Dram Teatrı, Başqırdıstan Respublika Milli Gənclər Teatrı, Başqırdıstan Respublikası Mərkəzi Bankı, Sotsinvestbank və "Qostini Dvor" ticarət və biznes kompleksi kimi müasir binalar yerləşir.
Sənaye gücü baxımından rayon, Ufa şəhərinin sənaye bölməsi olan şimal hissəsindən daha zəifdir, lakin Ufa sənayesinin əsasları və ənənələri Kirov rayonunda qoyulmuşdur. Rayonda iqtisadi fəaliyyətlə məşğul olan təxminən 5,500 müəssisə və təşkilat qeydiyyatdan keçib. Rayonda, "Pharmstandard — Ufa vitamin zavodu" ASC, "Elektroapparat" ASC (maşınqayırma), "Condi", "Bəsmineral" ASC (neft hasilatı), "Silver Snow" (dondurma fabriki), "Ufa Bread Products Facility" ASC (un dəyirmanı) kimi müəssisələrdən başqa, tibbi məhsullar, elektrik avadanlıqları, kommunikasiya, tikiş və toxuculuq məhsulları istehsal edən 20 böyük və orta ölçülü sənaye müəssisələri mövcuddur. Kiçik biznesin inkişafı hər il keçdikcə sürətlənir. Rayonda, 1,400 kiçik müəssisə və 5,000 çox fərdi sahibkar fəaliyyət göstərir. İqtisadiyyatın bu sahədə işləyən güclü əmək qabiliyyətli əhalisinin sayı 15%-ə çatıb.
1924-cü ildə, daha sonra Ufa şəhəri № 1 poliniklinika adlandırılan, Mərkəzi Ambulans Poliniklinika İnstitutu açılmışdır. Rayonda, Kardiologiya Mərkəzi, Respublika Uşaq Klinika Xəstəxanası, № 4 Şəhər Doğum Evi , Təcili Xəstəxana, Peşə və İnsan Sağlamlığı İnstitutu və "Yaşıl Çəmənlik" Sanatoriyası yerləşir. Rayon, ən mürəkkəb əməliyyatların aparıldığı Ufa Göz Xəstəlikləri İnstitutuna görə Rusiyada şöhrət qazanmışdır. Bu uşaqlara körpəlikdən yoxlamalar aparan yeganə Oftalmologiya mərkəzidir
Kirov rayonunda çox-məqsədli "Dinamo" stadionu, "Burevestnik" üzgüçülük hovuzu, 73 idman zalı, 7 üzgüçülük hovuzu və 93 idman meydançası yerləşir.
Kirov rayonunda Ufa köhnə məscidi, İxlas məscidi, Müqəddəs Serqey kilsəsi, Şəfaət kilsəsi, Spasski kilsəsi və Milad-Boqoroditski kilsəsi yerləşir.