Словарь арабских и персидских слов, используемых в классической азербайджанской литературе

  • VƏSƏX

    ə. çirk, kir, murdarlıq

    Полностью »
  • VƏSƏN

    ə. büt, sənəm

    Полностью »
  • VƏSƏNİ

    ə. bütə sitayiş edən adam, bütpərəst

    Полностью »
  • VƏSƏT

    ə. 1) orta, aralıq; 2) mərkəz, göbək

    Полностью »
  • VƏSƏTİ

    ə. ortada olan, ortadakı

    Полностью »
  • VƏSF

    ə. 1) bir şəxsin və ya bir şeyin keyfiyyəti; sifəti; 2) tərif etmə, təsvir etmə. Vəsfi-hal bir şeyin və ya şəxsin hal və xüsusiyyətlərini təsvir etmə

    Полностью »
  • VƏSFGU

    ə. və f. vəsf edən, tərif deyən, tərifləyən

    Полностью »
  • VƏSFİ

    ə. bir hal və ya keyfiyyətə aid olan

    Полностью »
  • VƏSİ

    VƏSİ ə. 1) ölənin vəsiyyətini yerinə yetirməyə məmur olan şəxs; 2) başqasını əvəz edən adam, başqası əvəzinə iş görmək ixtiyari olan adam; 3) canişin

    Полностью »
  • VƏSİQƏ

    ə. şəxsiyyəti təsdiq edən sənəd

    Полностью »
  • VƏSİLƏ

    ə. 1) vasitə; 2) səbəb, bəhanə; 3) fürsət; 4) aralıq mərtəbə, halqa

    Полностью »
  • VƏSİLƏCU

    ə. və f. səbəb axtaran; bəhanə gətirən

    Полностью »
  • VƏSİM

    ə. 1) damğa vurulmuş; 2) damğalanmış, nişanələnmiş; 3) m. gözəl, qəşəng, göyçək

    Полностью »
  • VƏSİYYƏT

    ə. 1) ölümündən sonra birisinin yerinə yetirilməli əmri; tapşırığı; 2) nəsihət, tövsiyə, tapşırıq

    Полностью »
  • VƏSİYYƏTNAMƏ

    ə. və f. vəsiyyət yazılmış sənəd, yazılı vəsiyyət

    Полностью »
  • VƏSL

    ə. 1) birləşmə, bitişiklik; 2) sevgiliyə qovuşma; vüsal

    Полностью »
  • VƏSM

    ə. 1) bax vəsmə (1-ci mənada); 2) nişan, əlamət; 3) heyvanı dağlama

    Полностью »
  • VƏSMƏ

    ə. 1) damğa, dağ; 2) möhür; 3) qaşa çəkilən qara rəng, boya; basma

    Полностью »
  • VƏSSAF

    ə. 1) həmişə vəsf edən, həmişə tərifləyən; 2) vəsfiyyə yazan, məddah

    Полностью »
  • VƏSSAFFAT

    ə. Qur’anda bir surənin adından and olsun cərgə ilə düzülənlərə!

    Полностью »
  • VƏSSƏLAM

    ə. kifayətdir; bəsdir; qurtardı, bu qədər

    Полностью »
  • VƏSVAS

    ə. 1) aludə edən; aldadan; 2) yoldan çıxaran; 3) özünə ram edən, özünə tabe edən; 4) m. şeytan, iblis

    Полностью »
  • VƏSVƏSƏ

    ə. şübhə, tərəddüd

    Полностью »
  • VƏŞM

    ə. bədənə şəkil döydürmə

    Полностью »
  • VƏŞŞƏMS

    ə. Qur’anda bir surənin adından and olsun Günəşə!

    Полностью »
  • VƏTE

    VƏTE’ ə. 1) tapdama, basma; 2) ata minmə; 3) cinsi əlaqədə olma

    Полностью »
  • VƏTƏD

    ə. 1) qazılmış yer; 2) qazma, qazıq

    Полностью »
  • VƏTƏN

    ə. birisinin doğulduğu yer, ana yurdu

    Полностью »
  • VƏTƏNCÜDA

    ə. və f. vətəndən ayrı düşmüş, qürbətdə yaşayan

    Полностью »
  • VƏTƏNDUST

    ə. və f. bax vətənpərəst

    Полностью »
  • VƏTƏNİ

    ə. vətənə aid olan, vətəndən olan

    Полностью »
  • VƏTƏNPƏRƏST

    ə. və f. bax vətənpərvər

    Полностью »
  • VƏTƏNPƏRVƏR

    ə. və f. vətənini sevən

    Полностью »
  • VƏTƏNPƏRVƏRANƏ

    ə. və f. vətənpərvərcəsinə, vətənpərvər kimi

    Полностью »
  • VƏTƏNPİRA

    VƏTƏNPİRA(Y) ə. və f. vətəni bəzəyən, vətəni zinətləndirən

    Полностью »
  • VƏTƏNPİRAY

    VƏTƏNPİRA(Y) ə. və f. vətəni bəzəyən, vətəni zinətləndirən

    Полностью »
  • VƏTƏR

    ə. 1) yay kirişi; 2) saz teli; 3) qövsün iki ucunu birləşdirən düz xətt

    Полностью »
  • VƏTİRƏ

    ə. 1) dar yol; 2) üslub, qayda, yol; 3) burun deşiklərini bir-birindən ayıran pərdə

    Полностью »
  • VƏTTUR

    ə. Qur’anda bir surənin adından and olsun Tur dağına!

    Полностью »
  • VƏTVAT

    ə. yarasa, gecəquşu

    Полностью »
  • VƏZ

    VƏZ’ ə. 1) vəziyyət; 2) qoyma; 3) aid etmə; 4) icad, təsis; 5) verilmə, vergi; 6) biçim, tərz. Vəz’i-həml «yükünü qoyma» doğma, doğuş, hamiləlikdən qu

    Полностью »
  • VƏZAİF

    ə. «vəzifə» c. vəzifələr

    Полностью »
  • VƏZAİFŞÜNAS

    ə. və f. öz vəzifələrini bilən adam

    Полностью »
  • VƏZAN

    f. əsən (külək haqqında)

    Полностью »
  • VƏZARƏT

    ə. 1) nazir vəzifəsi; nazirlik; 2) bax vəzarətxanə

    Полностью »
  • VƏZARƏTXANƏ

    ə. və f. nazirlik

    Полностью »
  • VƏZƏN

    VƏZ’ƏN ə. 1) qoyularaq; 2) aid edilərək; 3) icad edilərək; 4) vəziyyətdə, halda

    Полностью »
  • VƏZİ

    VƏZİ’ ə. alçaq, bayağı. VƏZ’İ ə. 1) müəyyən tərzdə olan; biçimli; 2) müəyyən hala görə; vəziyyətcə

    Полностью »
  • VƏZİFƏ

    ə. 1) qulluq, xidmət, iş; 2) maaş, aylıq, donluq

    Полностью »
  • VƏZİFƏDAR

    ə. və f. 1) vəzifəsi olan, etməyə borclu olan; 2) vəzifə sahibi; 3) vəzifəli

    Полностью »