Mərkəzi Klinik Xəstəxana
Mərkəzi Klinik Xəstəxana — 1960-cı ildə inşa edilərək 300 çarpayılıq Səhiyyə Nazirliyinin 1 nömrəli Klinik Xəstəxanası adı ilə fəaliyyətə başlamışdır. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərancamı ilə Mərkəzi Klinik Xəstəxananın rekonstruksiyasına başlanmışdır. 2001-ci ilin iyun ayından Mərkəzi Klinik Xəstəxana adı ilə müasir səhiyyə sisteminin bütün faktor və meyarlarını özündə əks etdirən, beynəlxalq standartlara cavab verən, yüksək səviyyəli xəstəxana olaraq fəaliyyətə başlamışdır.
Mərkəzi Klinik Xəstəxana 3 blok, 4 şöbə (poliklinika, diaqnostika, stasionar, təcili yardım), 97 yataq, 4 əməliyyatxana, 12 yataqlı reanimasiya və intensiv terapiya bölmələrindən ibarətdir. Xəstə yataq otaqları 1 nəfərlik, 2 nəfərlik, CİP-VİP xüsusiyyətlidir.
Xəstəxanada 105 həkim, 250-yə yaxın tibb bacısı və kiçik tibb işçiləri və inzibati personal da daxil olmaqla 600 personal fəaliyyət göstərir.