Kolleksiyaçı
Kolleksiya (lat. collectio — toplantı, toplanmış) — bir və ya ümumi kateqoriyada birləşdirilmiş əşyaların və ya sənət əsərlərinin (kitablar, əlyazmalar, arabalar, boyalar, markalar, sikkələr və s.) toplanması.
Kolleksiya elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusudur. Kolleksiyanın toplanmasına materialın toplanması, təhlili və redaktə edilməsi daxildir. Eyni mövzuyla əlaqədar olan rəsm əsərləri, əşyalar və mövzuların toplanması qədim dövrlərdən bəllidir. Kolleksiya toplamaq məşğuliyyəti kolleksiyaçılıq, kolleksiya toplayan, kolleksiyaçılıq ilə məşğul olan şəxs isə kolleksiyaçı adlanır. Kolleksiyaçılar topladıqları kolleksiyaları sərgilərdə nümayiş etdirirlər. Bəzən onlar kolleksiyaları muzeylərə və ya dövlətə hədiyyə edirlər.
== Kolleksiya nümunələri ==
Pul kolleksiyası
Pul kolleksiyası sikkə və ya kağız pulların toplanmasıdır. Bir elm kimi buna numizmatika da deyilir, lakin numizmatika təkcə pulların toplanması deyil həm də onların incələnməsini (pulların neçənci ildə zərb olunması, neçənci ilə qədər istifadə olunması, qiyməti və s.) öyrənən elmdir.