kollektorlu
kolloidal
OBASTAN VİKİ
Kolloid kimya
Kolloid kimya yüksək dispersliyə malik heterogen sistemlərin fiziki-kimyəvi xassələrini öyrənir. Kolloid hissəciklər böyük xüsusi səthə malik olduqlarından kolloid sistemdə səth hadisəsi böyük rol oynayır. Əgər hər hansı bir faza xırdalanmış şəkildə digər fazanın həcmində paylanarsa belə sistemlərə dispers sistemlər deyilir. Həcmdə paylanan faza dispers faza, həcmində paylanma baş verən faza dispers mühit adlanır. Dispers sistemlər dispersliyə görə fərqləndirilirlər: Xüsusi səth hissəciyin səthinin sahəsinin onun həcminə olan nisbətidir. Aydındır ki, disperslik böyük olduqca xüsusi səth də böyük qiymətə malik olur. Dispersliyə görə dispers sistemlər 3 yerə bölünürlər: Kobud dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a>10-7 m Kolloid dispers sistemlər. Bu halda hissəciklərin ölçüsü a=10 -710 -9m Molekulyar dispers sistemlər a<10 -9m Kobud dispers sistemlər heterogendirlər, özbaşına əmələ gəlmirlər, termodinamiki davamsızdırlar. Heç bir süzgəcdən keçmirlər, dializə uğramırlar, adi mikroskopla, bəzən gözlə də görünürlər.
Kolloid stabilliyinin təyini
Kolloid stabilliyinin təyini — sürtkü yağlarının kolloid stabilliyi dörd üsul ilə təyin edilir. == Üsullar == I üsul — sürtkü yağlarında çöküntünün miqdarının təyini. 20 ml yağı benzinlə qarışdırıb 30–60dəq. sentrafuqada fırladmaqla çöküntü təyin edilir. Çöküntü müşahidə edilmədikdə yağ kolloid stabilli hesab edilir. II üsul — müəyyən müddət saxlanılan yağda çöküntünün olub olmamağı gözlə təyin edilir. Yağ 90 sutka ərzində saxladıqdan sonra onun xarici görünüşü(şəffaflığı, bulantılığı), qələvi ədədinin(əvvəl və sonra) dəyişilməsi müşahidə edilmədikdə bu yağ kolloid stabilhesab edilir. III üsul — yağda hidrolitik üsulla çöküntünün təyini. Yağı 1,0% distillə suyu ilə qatışdırıb, 30 sutka saxladıqdan sonra çöküntünün olub olmamağı gözlə təyin edilir. Qələvi ədədinin(əvvəl və sonra), sink və kalsiumun(əvvəl və sonra) dəyişilməsi ilə təyin edilir.
Sulfonat aşqarlarının kolloid stabilliyi
Kolloidlər
Kolloidlər (kolloid sistemləri) — ən yüksək dərəcəli parçalanma həddinə çatmış ikifazalı dispers sistemlərdir. Yapışqanaoxşar deməkdir və 1861-ci ildə Qrem tərəfindən bu ad təklif edilmişdir. == Qrupları == Kolloid məhlullar liofob (hidrofob) və liofil (hidrofil) olmaqla iki qrupa ayrılır. Liofob kolloid məhlulda dispers mühit ilə dispers faza arasında qarşılıqlı təsir (solvatlaşma, hidratlaşma) ya heç olmur və ya çox zəif olur. Göstərilən qarşılıqlı təsir güclü olanda kolloid məhlul liofil adlanır. liofob təbiətli məhlulun xarakterik misalı kükürdün suda əmələ gətirdiyi kolloid məhlul ola bilər.Bu parçalanmada heterogenlik hələ mühafizə olunub qalır, başqa sözlə, dispersiya fazası ilə dispersiya mühitinin arasında ayrılma səthi olur (dispersiya fazası hissəciklərinin ölçüləri 10-5-10-7 sm, yaxud 0,0001 mm-dək). Kolloidlər molekulyar dispers (həqiqi məhlullar) və kobuddispers (suspenziya-emulsiya) arasında aralıq vəziyyəti tutur. Kolloidlər dayanıqlılıq dərəcəsini müəyyən edən mühüm əlamət fazaların ayrılma sərhədində sərbəst səthi enerjinin miqdarıdır. Sərbəst səthi enerjinin miqdarı kəmiyyətinin azalması sistemin termodinamik dayanıqlığının yüksək olmasını göstərir. Uyğun olaraq dispers fazası ilə dispersiya mühiti arasında çox sıx əlaqələrlə səciyyələnən (s<0.1 erq/sm2) liofil kolloidlər və koaqulyasiyaya meyil edən (s>0.1erq/sm2) liofob kolloidlər ayırılır.
Torpaq kolloidləri
Torpaq kolloidləri - ölçüsü 0,2 mkm-dən (bəzi müəlliflərə görə 0,1 mkm-dən) kiçik torpaq hissəciklərinə deyilir. == Kolloid == Ümumiyyətlə kolloid hər hansı maddənin yüksək dərəcədə kiçik hissələrə parçalanmış (və ya disperslik) halı adlanır. Hər bir bərk cismi xırdalamaq yolu ilə kolloid halına salmaq olar. Təbii halda torpağın kolloid hissəcikləri kəltənlər və aqreqatlar şəklində birləşmiş olurlar. Onları yenidən kolloid hissəciklərə ayırmaq üçün torpaq natrium ionları ilə doydurulur. Kolloid hissəciklər yarandıqları mühitdə asılı halda olur. Kolloidlərin bu halına zol deyilir. Kənar təsir nəticəsində kolloidlər zol halını itirib çökməyə başladıqda bu hadisə koaqulyasiya (pıxtalaşma) adlanır. Kolloidlərin yükünü itirmiş və iriləşmiş yumşaq çöküntülərinə gel deyilir. Torpaq kolloidləri mineral, üzvi və üzvi-mineral olmaqla üç qrupa bölünür.

Значение слова в других словарях