KOLÇAK

qolçak, iş zamanı qola taxılan xüsusi qol geyimi; Rus tarixində əks-inqilabçı kimi tanınan admiral A.V.Kolçak (1874-1920) elə bu adla tarixdə qalmışdır.
KOLATAN
KOMENDANT
OBASTAN VİKİ
Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874, Aleksandrovskoye[d], Sankt-Peterburq quberniyası[d] – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Aleksandr Kolçak

Kolçak adası
Kolçak adası (1937–2005 illərdə Rastoquev adası) — Kara dənizinin Taymır körfəzində yerləşən ada. Ada Taymır yarımadasında yerləşən Təyyarəçilər yarımadası sahilində Zeeberq közfəzi yaxənlığında qərar tutur. Materikdən Rastorquev boğazı ilə ayrılır. Adanın uzunluğu 20 km, eni isə 6 km, maksimal hündürlüyü 50 m təşkil edir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə İmperator Elmlər akademiyasının təşkil etdiyi Rusiya Qütb ekspedisiyası zamanı kəşf edilmişdir. Bu ekspedisiyaya Eduard Vasileviç Toll rəhbərlik etmişdir. Tollun fikri ilə adanın şimalı Kolçaq burnu olaraq qeydə alınmışdır. Aleksadr Vasiliviç Kolçak ekspedisiyanın hidroqrafı olmuşdur. Bir müddət sonra ada bütünlüklə Kolçak adlandırılır. Burun idə Rusiya Coğrafiya cəmiyyətinin üzvü olan şair Konstantin Konstatinoviç Sluçevskinin (1873–1905) şərəfinə adlandırılır.
Kolçak hökuməti
Kolçak hökuməti (18 noyabr 1918 – 5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət. == Aparıcı dövlətlərin mövqeyi == İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər: 1)Vladivostokun azad liman olmasını elan etməsi; 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi; 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun — Harbin hissəsinin verilməsi; 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi; 5) Yaponiyaya Şimali Saxalinin satılması. 1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər.
Vasili Kolçak
Vasili Kolçak (17 (29) aprel 1837, Odessa, Xerson quberniyası – 4 (17) aprel 1913, Sankt-Peterburq) —Rusiya hərbçisi, Krım müharibəsi iştirakçısı. İlyas paşanın nəvəsi ştabs-kapitan Vasili Kolçak Kırım müharibəsində iştirak edir. Sevastopolun (keçmiş adı Aktıyar) müdafiəsində dayanır. 1893-cü ildə general-mayor rütbəsində istefaya çıxır. Əslən kazak olan Olqa İlina adlı qızla evlənir. Gələcəyin admiralı Aleksandr Kolçak onların yeganə oğlu idi. Kolçaka bəlkə də hərb işinə sevgi ulu babası olan türk qalasının rəisi İlyas paşadan keçmişdi. Hər kəs onda şərq qanı qaynadığını xüsusilə göstərirdi. Sonralar isə düşmənləri onun Sibir diktatoru seçilərkən əslən türk olduğunu birdən-birə yada salıb qabardırdılar.