kompton
kompüter-dəstəkli
OBASTAN VİKİ
Hibrid kompüter
Hibrid kompüter (ing. hybrid computer) həm rəqəmsal, həm də analoq sxemləri olan kompüter. Rəqəmsal sxemlər ikilik ədədlərin sıfırlarını və birlərini "qoşmaq-ayırmaq" tipli diskret siqnallar şəklində göstərir; onlar praktiki olaraq bütün kompüterlərdə, o cümlədən fərdi kompüterlərə tətbiq olunur. Analoq sxemlər kəsilməz dəyişən fiziki kəmiyyətlərin (məsələn, gərginlik və cərəyan şiddətinin) qiymətlərini göstərmək üçün istifadə olunur; onlara texniki quraşdırma və başqa sahələrdə (çox zaman, sənayedə) tətbiq olunan bəzi xüsusi kompüterlərdə rast gəlmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kompüter Qurğuları
Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. == İnkişaf tarixi == EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir: I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi.
Kompüter animasiyası
Kompüter animasiyası və ya hərəkətli şəkillər — kompüter vasitəsilə yaradılan hərəkətli şəkillər. Kompüter animasiyası son dövrlər yalnız əyləncə sahəsində deyil, eyni zamanda elmdə, istehsalatda və müxtəlif işgüzar sahələrdə geniş istifadə olunur. Kompüter qrafikasının köməyi ilə yaradılan animasiyalar qrafikada olduğu kimi müxtəlif növlərə bölünür: Vektor qrafikası Rastr qrafikası Fraktal qrafika Üçölçülü qrafika. == Animasiya konstruktorları == Animasiya görüntülərini yaratmaq üçün çoxlu sayda pullu və pulsuz proqramlar vardır: Adobe Photoshop — pullu GIMP (Linux-da istifadə olunur) — pullu Adobe Flash Professional — pullu CoffeeCup — yalnız pulsuz Blender (Linux-da istifadə olunur) — pulsuz == Proqramlaşdırılmış animasiya == Animasiya obyektləri, əsasən, 2 dil ilə proqramlaşdırılır: Java-Script — Brauzer dili Action-Script — Flash dili ilə işləmə zamanı tətbiq edilir. == Ədəbiyyat == Rick Parent: Computer Animation: Algorithms and Techniques.
Kompüter elmləri
Kompüter elmləri —hesablama, avtomatlaşdırma və informasiya mövzularını öyrənən elmdir. Kompüter elmləri özündə nəzəri (alqoritmlər, hesablama nəzəriyyəsi, informasiya nəzəriyyəsi və s.) və tətbiqi (kompüter hissərəinin və proqram təminatının yaradılması) sahələri birləşdirir. Kompüter elmləri akademik tədqiqat sahəsi hesab olunur və proqramlaşdırmadan fərqlidir.
Kompüter faylı
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: "İnformatika-7", "Lesson1", "sgfg123", "Bölüm_1". Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | " simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. == Növləri == Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Kompüter gözlüyü
Kompüter gözlüyü – kompüterin ekranına iki və ya üç fut (1 fut = 30.48 sm) məsafədən baxmaq üçün gözlük. Kompüter gözlüklərinin linzalarının üzərinə süzgəc funksiyasını yerinə yetirən bir neçə qatdan ibarət xüsusi örtük çəkilir. Belə çoxqatlı “süzgəc” monitordan şüalanan və spektrlərin göz üçün ziyanlı olan sahələrinin qarşısını alır və gözü daimi titrəmələrdən qorumağa kömək edir. Bundan başqa, kompüter gözlüyünün örtüyündə antistatik qat da var ki, linzaları maqnitləşmədən, gözləri isə maqnit sahəsinin təsirindən qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Kompüter ikonu
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi — elektrik mühəndisliyi və kompüter elmlərininin müxtəlif sahələrini özündə birləşdirən və kompüter sistemlərini yaradan mühəndislik sahəsi. Kompüter mühəndisləri elektron mühəndislik, kompüter elmləri, aparat-proqram təminatı inteqrasiyası, proqram təminatı dizaynı və proqram mühəndisliyi üzrə bilik tələb edir. O, elektrik mühəndisliyi və kompüter elminin texnika və prinsiplərindən istifadə edir və süni intellekt (AI), robototexnika, kompüter şəbəkələri, kompüter arxitekturası və əməliyyat sistemləri kimi sahələri əhatə edə bilər. Kompüter mühəndisləri fərdi mikrokontrollerlərin, mikroprosessorların, fərdi kompüterlərin və superkompüterlərin dizaynından tutmuş dövrə dizaynına qədər hesablamanın bir çox aparat və proqram təminatı aspektlərində iştirak edirlər. Mühəndisliyin bu sahəsi təkcə kompüter sistemlərinin necə işlədiyinə deyil, həm də onları daha geniş mənzərəyə necə inteqrasiya edəcəyinə diqqət yetirir. Robot texnikası kompüter mühəndisliyinin tətbiqlərindən biridir. Kompüter mühəndisliyi adətən quraşdırılmış mikrokontrollerlər üçün proqram təminatı və proqram təminatının yazılması , VLSI çiplərinin dizaynı, analoq sensorların dizaynı, qarışıq siqnal dövrə lövhələrinin dizaynı və əməliyyat sistemlərinin layihələndirilməsi daxil olmaqla sahələrlə məşğul olur. Kompüter mühəndisləri həmçinin mühərriklər, rabitə və sensorlar kimi elektrik sistemlərini idarə etmək və izləmək üçün rəqəmsal sistemlərdən istifadə etməyə əsaslanan robototexnika tədqiqatları üçün də uyğundur. Bir çox ali təhsil müəssisələrində kompüter mühəndisliyi tələbələrinə kiçik və yuxarı kurslarda dərindən öyrənmə sahələrini seçməyə icazə verilir, çünki kompüterlərin dizaynında və tətbiqində istifadə olunan biliklərin tam genişliyi bakalavr dərəcəsinin əhatə dairəsindən kənardadır . Digər üniversiteler kompüter mühəndisliyini əsas diqqət mərkəzi kimi elan etməzdən əvvəl mühəndislik tələbələrindən bir və ya iki illik ümumi mühəndisliyi bitirmələrini tələb edə bilər.
Kompüter oyunları
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.
Kompüter oyunu
Kompüter oyunu (ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar. == Tarixi == İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq, proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir. Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi. Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub. Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı. O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu. Şaquli, üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı.
Kompüter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. == Komponentlər == Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Kompüter proqramları
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir. Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusu tərəfindən yerinə yetirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlaşdırılmış dillərinin köməyi ilə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir). Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı. == Sistem proqramları == Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s.
Kompüter proqramı
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir. Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusu tərəfindən yerinə yetirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlaşdırılmış dillərinin köməyi ilə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir). Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı. == Sistem proqramları == Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s.
Kompüter qrafikası
Kompüter qrafikası – həm şəkillərin sintezi (yaradılması) üçün, həm də real dünyadan əldə edilmiş vizual informasiyanın emalı üçün instrument vasitəsi kimi kompüterlərdən istifadə olunan fəaliyyət sahəsidir. == Ümumi Dəyərləndirmə == Kompüter qrafikası termini geniş mənada istifadə olunur ki, bu da mətn və səssiz kompüterlərdə demək olar ki, hər şey kimi müəyyən edilir. Tipik olaraq kompüter qrafikası termini bir çox fərqli şeyə aiddir. Kompüter tərəfindən görüntü məlumatlarının işlənməsi və göstərilməsi Şəkilləri emal etmək və yaratmaq üçün istifadə olunan müxtəlif texnologiyalar Rəqəmsal sintezin həyata keçirilməsi və vizual məzmunun işlənməsi üçün öyrənilən sahələr olan kompüter elminin alt sahələri Bu gün kompüter qrafikasının geniş istifadə sahəsi var. Kompüter şəkilləri televiziyada, qəzetlərdə, məsələn, hava hesabatlarında və ya hər cür tibbi investisiya və cərrahi prosedurlarda tapıla bilər. Yaxşı qurulmuş diaqram mürəkkəb statistik məlumatları asan başa düşülən və şərh olunan formatda təqdim edə bilər. Multimediadakı qrafika məqalələri, hesabatları, tezisləri və digər təqdim edilə bilən materialları göstərmək üçün istifadə olunur. Çox güclü alətlər vizual məlumatları təkmilləşdirə biləcək. Kompüter bir çox müxtəlif növ kateqoriyalara ayrılmış təsvirlər istehsal edə bilər: ikiölçülü, üçölçülü və animasiya qrafikası. Texnologiya inkişaf etdikcə 3D (3 ölçülü = üçölçülü) kompüter qrafikası çox geniş yayılmışdır, lakin 2D (ikiölçülü)) qrafikadan hələ də geniş istifadə olunur.
Kompüter savadlılığı
Kompüter savadlılığı — elementar istifadədən kompüter proqramlaşdırmasına və qabaqcıl problemlərin həllinə qədər bacarıq səviyyələri ilə kompüterlərdən və əlaqəli texnologiyadan səmərəli istifadə etmək biliyi və bacarığı. Kompüter savadlılığı kiminsə kompüter proqramları və tətbiqlərini istifadə etməsindəki rahatlıq səviyyəsinə də aid edilə bilər. Digər dəyərli bir nüans isə kompüterlərin necə işlədiyini başa düşməkdir. Kompüter savadlılığı kompüter proqramlaşdırmasından fərqləndirilə bilər: bu kompüter proqramlarının istifadəsində tanışlıq və bacarığa deyil, onların dizaynına və kodlaşdırılmasına diqqət yetirir. Böyük Britaniya və ABŞ də daxil olmaqla müxtəlif ölkələr milli kompüter savadlılığının yüksəldilməsi üçün təşəbbüslər irəli sürüb. == Zəmin == Kompüter savadlılığı rəqəmsal platformalarda ünsiyyət qurmaq və ya məlumat tapmaq bacarığı olan rəqəmsal savadlılıqdan fərqlənir. Müqayisəli olaraq, kompüter savadlılığı kompüterlərdən istifadə etmək və onların necə işlədiyinə dair əsas anlayışı saxlamaq qabiliyyətini ölçür. İnsanın kompüter savadlılığı adətən anket vasitəsilə ölçülür ki, bu da onların mətn yazmaq və dəyişdirmək, kiçik kompüter əməliyyat problemlərini aradan qaldırmaq və kompüterdəki məlumatları təşkil etmək və təhlil etmək qabiliyyətini yoxlayır. Kompüter istifadəçiləri kompüter savadlarını artırmaq üçün hansı kompüter bacarıqlarını təkmilləşdirmək istədiklərini ayırd etməli və bu bacarıqlardan daha məqsədyönlü və dəqiq istifadə etməyi öyrənməlidirlər. Kompüter savadlılığı haqqında daha çox öyrənməklə, istifadəçilər istifadə etməyə dəyər olan daha çox kompüter funksiyalarını kəşf edə bilərlər.
Kompüter terminalı
Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur. Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur. Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman. Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.
Kompüter tomoqrafiya
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Kompüter tomoqrafiyası
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Kompüter təhlükəsizliyi
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) — kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanma, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələ bilən zərərli aktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemləri, internet, habelə Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına qarşı etibarın artmasına görə vacibdir. Smart telefonlar, televizorlar və əşyaların internetini (IoT) təmin edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması da bu sahənin əhəmiyyətini artırır. Kibertəhlükəsizlik həm məlumat sistemlərinin qarışıq olması, həm də dəstəklədikləri cəmiyyətlərə görə müasir dünyanın ən mühüm məsələlərindən biridir. Təhlükəsizlik xüsusilə də distrubasiya, seçkilər və maliyyə kimi geniş əhatəli fiziki təsirlərə malik irimiqyaslı sistemləri idarə edən sistemlər üçün böyük əhəmiyyət daşıyır. Kibertəhlükəsizliyin bir çox istiqaməti elektron şifrələr və şifrələmə kimi rəqəmsal müdafiə sxemlərini əhatə edir, lakin ondan həmçinin metal kilidlər kimi fiziki təhlükəsizlik müdafiələrinə yönəlmiş icazəsiz müdaxilələrin qarşısını almaq üçün hələ də istifadə edilir. == Tarix == İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi.
Kompüter virusları
Virus proqramları və ya kompüter virusları — texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edir, verilənlərin silinməsinə, zədələnməsinə, dəyişdirilməsinə gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində gizlənir və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktubları və resursları maksimum dərəcədə az istifadə etməniz məsləhətdir. Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istista bir sıra ofis proqramlarındakı ssenarilərdir ki, bunlara makrovirus deyilir (makroviruslar hazırda böyük təhlükə təşkil etmir, bu, daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır). == Tarixi == Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. "Kompüter virusu" termini 1984-cü ildə ABŞ-də keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. == Virus proqramlarının təsnifatı == Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar: yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar; yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; əməliyyat sisteminə görə: MS-DOS, linux, Mac OS, Windows 7/8/10/11 destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli; virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-viruslar, ""soxulcanlar" (worm), "stels"-viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.
Kompüter şəbəkələri
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir. Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: kompüterlər; kommunikasiya avadanlıqları; şəbəkə əməliyyat sistemləri; şəbəkə tətbiqləri (network applications); əlaqə kanalları. == Kompüter şəbəkəsi: əsas anlayışları == Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir. Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
Kompüter şəbəkəsi
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir. Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: kompüterlər; kommunikasiya avadanlıqları; şəbəkə əməliyyat sistemləri; şəbəkə tətbiqləri (network applications); əlaqə kanalları. == Kompüter şəbəkəsi: əsas anlayışları == Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir. Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
Köməkçi kompüter
Null (kompüter)
Null — qiyməti olmayan simvolun kodu. NULL simvolunun kompüter üçün mənası var: yaddaşda yer tutur, simvol kimi göndərilir və ötürülür, ancaq heç nə bildirmir, ekranda və ya kağızda yer tutmur və heç nə etmir. Verilən sahələrini tamamlamaq, sətirləri başa çatdırmaq və informasiya bloklarını bir-birindən ayırmaq üçün NULL çox tez-tez istifadə olunur. Kompüterlərin əksəriyyətində istifadə olunan ASCII yığınında NULL-un kodu 0 olur. Kompüter əməliyyatlarında NULL, həm də ona göndərilən istənilən informasiyanı "tullayan" qurğu kimi istifadə oluna bilər, yəni kompüter üçün belə qurğu ekran və ya printer kimi fiziki "görünə" bilsə də, NUL, alınmış lazımsız və ya test informasiyasını göndərmək üçün "zibil qabıdır". Boş dövrə (null cycle) — proqramın açılması (yerinə yetirilməsi) üçün gərəkli olan ən qısa zaman aralığı; yəni proqramın yeni verilənlər və ya göstərişlər (komandalar) yığınını emal etmədən "dövr keçməsi" üçün gərəkli olan zaman. Boş-modem və ya sıfır-modem (null modem) — iki yanaşı duran kompüteri birləşdirmək üçün istifadə olunan xüsusi kabel; modemdən istifadə etmədən iki kompüter arasında faylların ötürülməsi məqsədilə tətbiq olunur. Boş göstərici (null pointer) — proqramlaşdırmada: sıfıra istinad. Göstəricinin belə qiyməti, məsələn, funksiyanın işinin uğursuz nəticəsini bildirə bilər. Bu qiymət çox zaman göstəriciyə başlanğıc, yaxud susqunluq qiyməti kimi mənimsədilir.
Nüvə (kompüter)
Nüvə (kompüter) — əməliyyat sisteminin nüvəsi əməliyyat sisteminin mərkəzi hissəsidir. O, tətbiqi proqramlara prosessor zamanını və yaddaş kimi kompüterin resürslarını bölüşməyi təmin edir. Bundan başqa, nüvə fayl sistemi və şəbəkə protokolları servislərini təqdim edir. Nüvə əməliyyat sisteminin əsas elementi olaraq proqramların resurslardan ıstıfadəsində ən aşağı səviyyəni təşkil edir. Bu zaman Nüvə- proqramın proseslərinin proseslərarası əlaqə mexanizmi ilə qarşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə (ƏS-in sistem çağırışlarına) müraciətini təmin edir. Qeyd olunan məsələnin həlli yolları nüvənin arxitekturasından və onun həyata keçirilməsi üsulundan asılı olaraq müxtəlif ola bilərlər. Aşağıdakı nüvə arxitekturaları mövcuddur: Monolit nüvə Modullardan təşkil olunmuş nüvə Mikronüvə Ekzonüvə Nanonüvə Hibrid nüvə Monolit nüvə zəngin qurğu seçiminə malik olur. Monolit nüvəni xarakterizə edən xüsusiyyətlərdən biri onun bütün hissələrinin yaddaşın eyni ünvan məkanında işləməsidir. Köhnə monoloit nüvələrdə qurğuların tərkibinin hər hansı şəkildə dəyişikliyə məruz qalması halında onların yenidən kompilyasiyasını tələb olunurdu. Müasir monolit nüvələrəin əksəriyyəti isə iş zamanı nüvənin funksional imkanlarını artıran modulların yüklənməsini təmin edirlər.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. == Tarixi == PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
Kompüter-dəstəkli təlim
Təhsil texnologiyası — öyrənməyi asanlaşdırmaq üçün kompüter avadanlığının, proqram təminatının və təhsil nəzəriyyəsi və praktikasının birgə istifadəsi. "EdTech" abreviaturu adətən təhsil texnologiyası yaradan şirkətlər sənayesinə aid edilir. "EdTech Inc.: Selling, Automating and Globalizing Higher Education in the Digital Age" (2019) adlı kitabda Tanner Mirrlis və Şahid Alvi "EdTech sənaye mülkiyyəti və bazar qaydalarına istisna" olmadığını vurğulayır, "EdTech" sənayesini "mənfəət əldə etmək məqsədilə təhsil bazarı üçün kommersiya avadanlıqlarının, proqram təminatının, mədəni malların, xidmətlərin və platformaların maliyyələşdirilməsi, istehsalı və paylanması ilə məşğul olan bütün özəl şirkətlər kimi" müəyyən edir. Onlara görə, "bu şirkətlərin əksəriyyəti ABŞ-də yerləşir, Şimali Amerikada təhsil bazarlarına sürətlə genişlənir və bütün dünyada getdikcə böyüyür". == Tərifi == Təhsil Kommunikasiyaları və Texnologiyaları Assosiasiyası (TKTA) təhsil texnologiyasını "müvafiq texnoloji prosesləri və resursları yaratmaq, istifadə və idarə etməklə öyrənmənin asanlaşdırılması və performansın təkmilləşdirilməsinin tədqiqi və etik təcrübəsi" kimi müəyyən etmişdir. Bu, tədris texnologiyasını "öyrənmə proseslərinin və resurslarının layihələndirilməsi, inkişafı, istifadəsi, idarə edilməsi və qiymətləndirilməsi nəzəriyyəsi və təcrübəsi" kimi ifadə edilir. Beləliklə, təhsil ztexnologiyası avadanlıq, eləcə də elmi tədqiqatlardan əldə edilən proseslər və prosedurlar kimi bütün etibarlı və etibarlı tətbiqi təhsil elmlərinə aiddir. Müəyyən bir kontekstdə nəzəri, alqoritmik və ya evristik proseslərə istinad edə bilər. Bu, mütləq fiziki texnologiya demək deyil. Təhsil texnologiyası texnologiyanın təhsilə müsbət şəkildə inteqrasiyası prosesidir ki, bu da daha müxtəlif öyrənmə mühitini və tələbələrin texnologiyadan, eləcə də ümumi tapşırıqlarını necə istifadə etməyi öyrənmələrinə kömək edir.
Kompüter soyutma sistemi
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (digər adı ilə CERT. GOV. AZ / az. KİMM, en. Computer Emergency Response Team) Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmət göstərir. Mərkəz Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərir. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sahə üzrə görülən işlər və ümumi vəziyyət barədə rüblük qiymətləndirmə hesabatını təqdim edir. == Mərkəzin əsas vəzifə və funksiyaları == kompüter təhlükəsizliyinə müasir təhdidlər haqqında istifadəçilərdən, kompüter texnikası və proqram təminatı istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan alınan informasiyanın, eləcə də konkret kompüter insidentlərinə, kompüter sistemlərinin qorunması üçün tətbiq edilən proqram-texniki vasitələrin effektivliyinə aid materialların toplanması, təhlili və müvafiq məlumat bazalarında yığılması; kompüter təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi əsasında dövlət orqanlarındakı istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən ən səmərəli proqram-aparat vasitələrinin tətbiq edilməsinə dair tövsiyələrin işlənib hazırlanması, istifadəçilərə məsləhət xidmətləri və texniki kömək göstərilməsi; kompüter sistemlərinə xaker hücumlarının qarşısını almaq üçün məlumatların operativ qəbulu və təcili kömək göstərilməsi, internet şəbəkəsinin və digər informasiya sistemlərinin, o cümlədən lokal və korporativ sistemlərin istifadəçilərinə kompüter təhlükəsizliyinə yaranan təhdidlər haqqında vaxtında məlumat verilməsi və kompüter insidentlərinin təhqiqatında dövlət orqanlarına kömək etmək; kompüter təhlükəsizliyinin təmin edilməsinə dair proqram və texniki vasitələrin seçilməsində məsləhətlər verilməsi, kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin nöqsanları və çatışmazlıqları aşkar edildikdə proqram təminatı satıcıları ilə əməkdaşlıq; dövlət müəssisələrinin informasiya təhlükəsizliyi bölmələrinin yaradılmasında və müvafiq normativ sənədlərin işlənib hazırlanmasında onlara kömək göstərilməsi; kompüter cinayətləri və informasiya təhlükəsizliyinin hüquqi təminatı məsələlərinə dair müvafiq qurumlarla, xarici ölkələrdəki "CERT" şöbələri ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq, informasiya və iş təcrübəsi mübadiləsi; dövlət orqanlarının müvafiq bölmələri ilə kompüter insidentləri haqqında zəruri informasiyanı vaxtında əldə etmək üçün qarşılıqlı fəaliyyət göstərmək və kompüter hüquq pozuntularının (xaker və virus hücumlarının) qarşısının alınmasında köməklik göstərmək və təlimat keçirmək. == Mərkəzin funksiyaları == Mərkəz ona həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: kompüter insidentləri haqqında informasiyasını vaxtlı-vaxtında qəbul edir və kompüter insidentlərinin qarşısının alınması, belə hallara yol verilməməsi və onların təhqiqi məsələlərində informasiya sistemlərinin və İnternet şəbəkəsinin istifadəçilərinə kömək göstərir; Mərkəzin saytı vasitəsilə istifadəçilərlə qarşılıqlı informasiya fəaliyyətini təmin edir, saytda istifadə edilməsi tövsiyə olunan kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin siyahısını və sorğu informasiyasını yerləşdirir; Mərkəz kompüter insidentlərinin aradan qaldırılmasına dair işlərin gedişində ona məlum olmuş informasiyanın həmin insidentdən zərər çəkmiş istifadəçinin razılığı olmadan üçüncü tərəfə bildirməyəcəyinə zəmanət verir. Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə, təqdim edilən və yayılan informasiyaya görə öz səlahiyyətləri həddində məsuliyyət daşıyır. Mərkəz bu və ya digər sistemlərin və resursların fəaliyyətini dayandırmaq hüququna malik deyil, lakin həmin məsələlərin həll edilməsi üçün onların müvafiq hüquq-mühafizə orqanlarına verilməsi hüququnu özündə saxlayır. Mərkəz ondan alınmış informasiyanın düzgün başa düşülməməsi nəticəsində istifadəçilərin təqsiri üzündən baş verə biləcək səhvlərə, zərərə, birbaşa və ya dolayı itkilərin digər növlərinə görə məsuliyyət daşımır.

Значение слова в других словарях