kompot
konferans
OBASTAN VİKİ
Hibrid kompüter
Hibrid kompüter (ing. hybrid computer) həm rəqəmsal, həm də analoq sxemləri olan kompüter. Rəqəmsal sxemlər ikilik ədədlərin sıfırlarını və birlərini "qoşmaq-ayırmaq" tipli diskret siqnallar şəklində göstərir; onlar praktiki olaraq bütün kompüterlərdə, o cümlədən fərdi kompüterlərə tətbiq olunur. Analoq sxemlər kəsilməz dəyişən fiziki kəmiyyətlərin (məsələn, gərginlik və cərəyan şiddətinin) qiymətlərini göstərmək üçün istifadə olunur; onlara texniki quraşdırma və başqa sahələrdə (çox zaman, sənayedə) tətbiq olunan bəzi xüsusi kompüterlərdə rast gəlmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Kompüter savadlılığı
Kompüter savadlılığı (computer literacy) – kompüterlərdən səmərəli istifadə vərdişləri də daxil olmaqla, onlar haqqında biliklərin səviyyəsi. Bəzən (və tamamilə əsassız olaraq) kompüterlərə, dərin texniki biliklərin və ya riyaziyyat və elektronika sahəsində yüksək ixtisaslaşmanın gərək olduğu sistem kimi baxırlar. Əslində isə başqa fənnlər kimi, hesablama texnıkasında da müxtəlif səviyyəli səriştəlilik (kompetentlik) mümkündür. Kompüter savadlılığının ən az ixtisaslaşdırılmış səviyyəsi kompüterin işə salınması ardıcıllığı, sadə tətbiqi proqramların çalışdırılması, istifadə olunması və işinin başa çatdırılması, informasiyanın yadda saxlanılması və çapı kimi bacarıqların olmasını nəzərdə tutur. Daha yüksək səviyyədə kompüter savadlılığı anlayışı daha detallaşdırılmış olur; məsələn, mürəkkəb tətbiqi proqramlarla manipulyasiya etməyi və ola bilsin, BASIC və ya C kimi dillərdə proqramlaşdırmağı bacarmaq lazımdır. Kompüter savadlılığının ən yüksək səviyyəsi elektronika, assembler dili kimi sahələrdə xüsusi biliklərin olmasını nəzərdə tutur. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence – Avropa kompüter hüququ) daha geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, onu alanın informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və başlıca tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil, yəni testləməni istər Microsoft proqram məhsulları (Windows 98, 2000, XP, Vista; Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” (OPEN SOURCE) tətbiqi proqramları (Linux (Unix), Open/Star Office) üzrə aparmağa imkan verir. ECDL Tədris planı aşağıdakı modullardan ibarətdir: 1. İnformasiya texnologiyalarının əsasları 2. Kompüterdə iş.
Kompüter terminalı
Kompüter terminalı (ing. Computer terminal) — verilənləri kompüterə daxil etmək və alınan nəticələri çıxışa vermək üçün elektron, yaxud elektromexaniki qurğu (adətən, monitor klaviatura ilə). İlk terminallar teletayp makinaları idi. İndi də çox iri kompüter sistemlərində fərdi kompüterlərdən terminal kimi istifadə olunur. Terminal emulyasiyası – kommunikasiya proqramı vasitələri ilə istifadə olunan terminaldan fərqli terminalın mübadilə protokolunun və komandalarının təqlid edilməsi. Fərdi kompüterləri meynfreymlərə qoşmaq üçün də istifadə olunur. Terminalla iş seansı – terminaldan bilavasitə istifadəyə sərf olunan zaman. Sonlandırmaq – prosesin, yaxud proqramın sona çatması. Sonlandırma normal da ola bilər, qəzalı da. İkinci hal istifadəçinin komandası, aparat və ya proqram təminatında olan xətalar səbəbindən baş verə bilər.
Kompüter tomoqrafiya
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Kompüter tomoqrafiyası
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Kompüter təhlükəsizliyi
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) – kompüter sistemləri və şəbəkələrinin icazəsiz şəkildə məlumatların açıqlanması, oğurlanması və ya texniki vasitələr, proqram təminatı və ya verilənlərin (data) zədələnməsi ilə nəticələnə bilən zərərli aktorlar tərəfindən hücumdan, habelə proqram təminatının pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemlərinə, internetə və Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına olan inamın genişlənməsi və smartfonlar, televizorlar və müxtəlif əşyaların internetini (IoT) təşkil edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması ilə əlaqədardır. Kibertəhlükəsizlik həm informasiya sistemlərinin mürəkkəbliyinə, həm də onların dəstəklədiyi cəmiyyətlərə görə müasir dünyanın ən mühüm problemlərindən biridir. Elektrik paylanması, seçkilər və maliyyə kimi genişmiqyaslı sistemləri, dövlət və əhalinin məlumatlar bazasını və s. idarə edən sistemlər üçün təhlükəsizlik xüsusilə yüksək əhəmiyyət kəsb edir. == Tarix == İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi. 1967-ci ilin aprel ayında Uillis Var (Willis Ware) Spring Joint Computer Conference-ında təşkil etdiyi sessiya və Ware Hesabatının sonradan nəşri kompüter təhlükəsizliyi sahəsinin tarixində təməl məqamlar oldu.
Kompüter virusları
Virus proqramları və ya kompüter virusları - texniki vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edir, verilənlərin silinməsinə, zədələnməsinə, dəyişdirilməsinə gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqram özünü təxminən bioloji virus kimi aparır: özü-özünə çoxalır, sistem faylları daxilində gizlənir və kompüterə və ya sistemə ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). Virus xarici yaddaş qurğularından (disketlərdən), elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktubları və resursları maksimum dərəcədə az istifadə etməniz məsləhətdir. Virus faylları kompüterə yalnız icra edilən fayllarla birlikdə daxil ola bilər. Mətn sənədləri, rəsmlər, arxivlər, cədvəllər və s. risk obyekti hesab oluna bilməz. Yeganə istista bir sıra ofis proqramlarındakı ssenarilərdir ki, bunlara makrovirus deyilir (makroviruslar hazırda böyük təhlükə təşkil etmir, bu, daha çox proqramların xətalarından irəli gələn problemlərdən qaynaqlanır). == Tarixi == Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. "Kompüter virusu" termini 1984-cü ildə ABŞ-də keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. == Virus proqramlarının təsnifatı == Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar: yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar; yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident; əməliyyat sisteminə görə: MS-DOS, linux, Mac OS, Windows 7/8/10/11 destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli; virus alqoritminin xüsusiyyətlərinə görə: "tələbə" virusları, kompanyon-viruslar, ""soxulcanlar" (worm), "stels"-viruslar ("görünməz" viruslar), "polimorf"-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.
Kompüter şəbəkələri
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir. Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: kompüterlər; kommunikasiya avadanlıqları; şəbəkə əməliyyat sistemləri; şəbəkə tətbiqləri (network applications); əlaqə kanalları. == Kompüter şəbəkəsi: əsas anlayışları == Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir. Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
Kompüter şəbəkəsi
Kompüter şəbəkəsi — Rabitə xətləri və xüsusi proqram təminatı ilə bir-birilə əlaqəli kompüterlər və periferiya avadanlıqları sistemindən ibarətdir. İnformasiyanın əldə olunması, ötürülməsi və istifadəçilərin mövcud informasiyadan birgə istifadəsini təmin etmək üçün kompüter şəbəkələrinin olması vacib şərtdir. Məsafədən asılı olaraq, rabitə xətləri kimi kabeldən, telefon xətlərindən, radiorabitədən, peyk rabitəsindən və optik lifli xətlərdən istifadə olunur. Ən populyar kompüter şəbəkəsi internetdir. Kompüter şəbəkələrinin əsas komponentləri aşağıdakılardır: kompüterlər; kommunikasiya avadanlıqları; şəbəkə əməliyyat sistemləri; şəbəkə tətbiqləri (network applications); əlaqə kanalları. == Kompüter şəbəkəsi: əsas anlayışları == Kompüter şəbəkələrinin əsas anlayışları aşagıdakılardır: Server — şəbəkənin işini mərkəzləşdirilmiş şəkildə idarə edən və yaxud şəbəkənin digər kompüterlərinə öz resurslarını (fayl, printer, kartic, və s.) istifadəyə verən, müvafiq proqram təminatı ilə təchiz olunmuş, xüsusi ayrılmış yüksək məhsuldarlığa malik olan kompüterdir. Kliyent kompüteri — (kliyent, işçi stansiyası) serverin resurslarına (serverə) giriş əldə edən şəbəkə istifadəçisinin kompüteridir. Proqram-server – verilmiş kompüterin resurslarına şəbəkənin digər kompüterlərindən giriş sorğularina xidmət üçün təyin edilmiş proqramdır. Proqram-kliyent — uzaqda yerləşən resurslara giriş üçün sorğuların yaradılması və göndərilməsi, həmçinin sorğuya uyğun olaraq istifadəçinin kompüterində informasiyanın alınması və əks etdirilməsi üçün təyin edilmiş proqramdır (misal, vebbrauzer). Konsentrator — bir neçə əlaqə kanalını bir kanala kommutasiya edən qurğudur.
Kompüter Qurğuları
Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur. == İnkişaf tarixi == EHM-lər inkişaf tarixinə uyğun olaraq aşağıdakı mərhələlərdən keçmişdir: I nəsil (1950-1959) - elektron lampalı kompüterlər. Onlardan əsasən riyazi məsələlərin həlli üçün istifadə olunurdu.Bu nəsil maşınların sürəti və yaddaş tutumu çox az, proqram təminatı zəif, enerji sərfi çox böyük idi.
Kompüter animasiyası
Kompüter animasiyası və ya hərəkətli şəkillər — kompüter vasitəsi ilə yaradılan hərəkətli şəkillər. Kompüter animasiyası son dövrlər yalnız əyləncə sahəsində deyil, eyni zamanda elmdə, istehsalatda və müxtəlif işgüzar sahələrdə geniş istifadə olunur. Kompüter qrafikasının köməyi ilə yaradılan animasiyalar qrafikada olduğu kimi müxtəlif növlərə bölünür: Vektor qrafikası Rastr qrafikası Fraktal qrafika Üçölçülü qrafika. == Animasiya konstruktorları == Animasiya görüntülərini yaratmaq üçün çoxlu sayda pullu və pulsuz proqramlar vardır: Adobe Photoshop — pullu GIMP (Linux-da istifadə olunur) — pullu Adobe Flash Professional — pullu CoffeeCup — yalnız pulsuz Blender (Linux-da istifadə olunur) — pulsuz == Proqramlaşdırılmış animasiya == Animasiya obyektləri, əsasən, 2 dil ilə proqramlaşdırılır: Java-Script — Brauzer dili Action-Script — Flash dili ilə işləmə zamanı tətbiq edilir. == Ədəbiyyat == Rick Parent: Computer Animation: Algorithms and Techniques.
Kompüter elmləri
Kompüter elmləri —hesablama, avtomatlaşdırma və informasiya mövzularını öyrənən elmdir. Kompüter elmləri özündə nəzəri (alqoritmlər, hesablama nəzəriyyəsi, informasiya nəzəriyyəsi və s.) və tətbiqi (kompüter hissərəinin və proqram təminatının yaradılması) sahələri birləşdirir. Kompüter elmləri akademik tədqiqat sahəsi hesab olunur və proqramlaşdırmadan fərqlidir.
Kompüter faylı
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: “İnformatika-7”, “Lesson1”, “sgfg123”, “Bölüm_1”. Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | “ simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. == Növləri == Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Kompüter gözlüyü
Kompüter gözlüyü – kompüterin ekranına iki və ya üç fut (1 fut = 30.48 sm) məsafədən baxmaq üçün gözlük. Kompüter gözlüklərinin linzalarının üzərinə süzgəc funksiyasını yerinə yetirən bir neçə qatdan ibarət xüsusi örtük çəkilir. Belə çoxqatlı “süzgəc” monitordan şüalanan və spektrlərin göz üçün ziyanlı olan sahələrinin qarşısını alır və gözü daimi titrəmələrdən qorumağa kömək edir. Bundan başqa, kompüter gözlüyünün örtüyündə antistatik qat da var ki, linzaları maqnitləşmədən, gözləri isə maqnit sahəsinin təsirindən qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Kompüter ikonu
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi — elektrik mühəndisliyi və kompüter elmlərininin müxtəlif sahələrini özündə birləşdirən və kompüter sistemlərini yaradan mühəndislik sahəsi. Kompüter mühəndisləri elektron mühəndislik, kompüter elmləri, aparat-proqram təminatı inteqrasiyası, proqram təminatı dizaynı və proqram mühəndisliyi üzrə bilik tələb edir. O, elektrik mühəndisliyi və kompüter elminin texnika və prinsiplərindən istifadə edir və süni intellekt (AI), robototexnika, kompüter şəbəkələri, kompüter arxitekturası və əməliyyat sistemləri kimi sahələri əhatə edə bilər. Kompüter mühəndisləri fərdi mikrokontrollerlərin, mikroprosessorların, fərdi kompüterlərin və superkompüterlərin dizaynından tutmuş dövrə dizaynına qədər hesablamanın bir çox aparat və proqram təminatı aspektlərində iştirak edirlər. Mühəndisliyin bu sahəsi təkcə kompüter sistemlərinin necə işlədiyinə deyil, həm də onları daha geniş mənzərəyə necə inteqrasiya edəcəyinə diqqət yetirir. Robot texnikası kompüter mühəndisliyinin tətbiqlərindən biridir. Kompüter mühəndisliyi adətən quraşdırılmış mikrokontrollerlər üçün proqram təminatı və proqram təminatının yazılması , VLSI çiplərinin dizaynı, analoq sensorların dizaynı, qarışıq siqnal dövrə lövhələrinin dizaynı və əməliyyat sistemlərinin layihələndirilməsi daxil olmaqla sahələrlə məşğul olur. Kompüter mühəndisləri həmçinin mühərriklər, rabitə və sensorlar kimi elektrik sistemlərini idarə etmək və izləmək üçün rəqəmsal sistemlərdən istifadə etməyə əsaslanan robototexnika tədqiqatları üçün də uyğundur. Bir çox ali təhsil müəssisələrində kompüter mühəndisliyi tələbələrinə kiçik və yuxarı kurslarda dərindən öyrənmə sahələrini seçməyə icazə verilir, çünki kompüterlərin dizaynında və tətbiqində istifadə olunan biliklərin tam genişliyi bakalavr dərəcəsinin əhatə dairəsindən kənardadır . Digər institutlar kompüter mühəndisliyini əsas diqqət mərkəzi kimi elan etməzdən əvvəl mühəndislik tələbələrindən bir və ya iki illik ümumi mühəndisliyi bitirmələrini tələb edə bilər.
Kompüter oyunları
Videooyun, həmçinin video oyun və ya kompüter oyunu — televizor ekranı, virtual reallıq kaskası və ya kompüter monitoru kimi ikiölçülü və ya üçölçülü video displey cihazında əks əlaqə yaratmaq üçün istifadəçi interfeysi ilə qarşılıqlı əlaqədən ibarət elektron oyun. Videooyunlar 1980-ci illərdən bəri əyləncə sənayesinin mühüm bir hissəsinə çevriliblər. Onların incəsənət nümunəsi olması mübahisəli bir mövzudur. Videooyunları oynamaq üçün istifadə olunan elektron sistemlər platformalar adlanır. Videooyunlar bir və ya bir neçə platformalar üçün hazırlanır və satışa çıxarılır. Böyük, xüsusən jetonla fəaliyyət göstərən bir şassisə nümayiş etdirən arkada sistemi kimi xüsusiləşdirilmiş platformalar 1980-ci illərdə məşhur idilər, ancaq onların populyarlığı tədricən azalmış, onların yerini daha münasib platformalar almışdır. Bu platformalara videooyun konsolları kimi videooyunlara həsr olunmuş cihazlar, eləcə də notbuk və stolüstü kompüter kimi ümumi məqsədli kompüterlər daxildir Videooyunlar üçün istifadə edilən giriş cihazi – kontroller platformalarında asılı olaraq fərqli olurlar. Ümumişlək kontrollerlərə geympadlar, coystiklər, siçanlar, klaviaturalar, mobil cihazlardakı taçskrinlər, hətta insan bədəni ("Kinect" sensoru vasitəsilə) daxildir. Oyunçular videooyuna televizor və ya kompüter ekranı kimi displey cihazında baxa bilərlər. Videooyunlarda adətən səsucaldanlardan və ya qulaqlıqlardan çıxan səs effektləri, musiqi və səs aktyoru dialoqları olur.
Kompüter oyunu
Kompüter oyunu (ing. computer game) – interaktiv proqram təminatlarının populyar növünə aid olan proqram. Oyunun gedişini klaviatura, coystik və ya başqa qurğu ilə idarə etmək olar. == Tarixi == İlk kompüter oyunlarının ixtirası cəhdi 1940-cı ildə, kompüterdə şahmat alqoritmi tərtibini ingilis riyaziyyatçısı Alan Türinq,proqram yazmaq amerikalı mühəndis Klod Şennon tərəfindən edilmişdir.Amma həmin illərdə bu proqramla işləməyə gücü çatacaq elektron-hesablama maşını, müasir dildə desək, kompüter yox idi.Ona görə də Klod Şennon "Kompüterlər üçün şahmat oyunlarının proqramlaşdırılması" məqaləsini dərc etməklə kifayətlənməli olub. Növbəti addım İngiltərənin Kembric Universitetinin alimi Aleksandr Duqlas tərəfindən atıldı.O,1952-ci ildə kompüter üçün ilk elektron qrafika oyunu yaratdı."OXO" adlanan oyunun çox sadə qaydaları vardı:doqquzxanalı kvadratdakı xanaları oyunçu və kompüter növbə ilə "X" və "O" hərfləri doldururdu.Şaquli,üfüqi və diaqonal istiqamətdə bir sıranı eyni hərflərlə dolduran oyunçu qalib sayılırdı. Nəhayət,1961-ci ildə Stiv Rassel başda olmaqla bir qrup proqramçı "Kosmik müharibə" oyununu yaratdı.Bu,məhdud yanacaq və silah ehtiyatına malik iki ulduz gəmisinin döyüşü idi.Yanacağı və silahı daha tez tükənən tərəf məğlub oldu.Beləliklə,"Kosmik müharibə" kommersiya tipli ilk kompüter oyunu oldu. 1970-ci illərin ortalarında kompüterlər həddən artıq böyük və baha idi.Buna görə də kompüter oyunları maraq doğursa da,uğur gətirmirdi.Bu vəziyyətdən çıxış yolunu Alman əsilli Amerika alimi Ralf Bayer tapdı: o, kompüter oyununu yox, videooyunların yeni tipini və onları televizorun ekranına imkanı verən kiçik, ucuz qurğu ixtira etdi.1971-ci ildə o, "Magnavox Odyssey" qoşma cihazına patent aldı. 1970-ci illərin ikinci yarısında fərdi kompüterlərin istehsalına başlandıqdan sonra video və kompüter oyunları biznesi sürətlə inkişaf etməyə başladı.1983-cü ildə dünya üzrə kompüter oyunları bazarının dövriyyəsi 3,2 milyard dollar təşkil edirdi. 2000-ci illərdə videooyun konsolu ilə mübarizəsində məğlub olmuş olsa belə,Sonralar,müasir dövrdə,yəni 2018-ci ildə kompüter oyun bazar dövriyyəsi 27,7 milyard dollara çatdı. = Kompüter Oyun Növləri = Son illərdə sosial media və internetin inkişafı nəticəsində yeni kompüter oyun növləri:Onlayn oyun,bulud oyun,sosyal şəbəkə oyunları, çox oyunçulu oyunlar meydana gəldi.Bunlarla yanaşı,daha köhnə oyun növləri:macəra,rpg(role playing game),mmorpg(massively multiplayeronline role playing game),fps(first person shooter),tps(third person shooter),rts(real time strategy),tbs(turn based strategy),simülasiya,gizlilik və s.
Kompüter platforması
Kompüter platforması - proqramı işlətmək üçün təchizat arxitekturasıdır. Özündə müxtəlif əməliyyat sistemləri, proqramlaşdırma dilləri, istifadəçi interfeysi və s. sistemləri cəmləşdirir. Əməliyyat sistemlərinin platformalarına misal olaraq Microsoft Windows platformasını göstərmək olar. == Komponentlər == Kompüter platformasının komponentləri, əsasən, aşağıdakıları məlumatlar ehtiva edir: Gömülmüş sistemlər proqram təminatına əməliyyat sistemlər olmadan qoşula bilir. Proqram təminatının strukturu olan Freymvork hazır funksionallığı təmin edir. Brauzer proqram təminatına bənzəyir. Brauzer əməliyyat sistemində işləyir, lakin bunun brauzerdəki proqram təminatı ilə heç bir əlaqəsi yoxdur. Java kimi virtual mexanizmdə yazılan bütün hərflər maşın koduna oxşar formatda toplanır və bu format "Bayt-kodu" kimi tanınır.
Kompüter proqramları
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən b alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir. Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusuərəfindən yerinə tirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlşdırm dillərinin köməyi ə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir). Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı. == Sistem proqramları == Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s.
Kompüter proqramı
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən b alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir. Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusuərəfindən yerinə tirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlşdırm dillərinin köməyi ə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir). Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı. == Sistem proqramları == Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s.
Kompüter qrafikası
Kompüter qrafikası – həm şəkillərin sintezi (yaradılması) üçün, həm də real dünyadan əldə edilmiş vizual informasiyanın emalı üçün instrument vasitəsi kimi kompüterlərdən istifadə olunan fəaliyyət sahəsidir. == Ümumi Dəyərləndirmə == Kompüter qrafikası termini geniş mənada istifadə olunur ki, bu da mətn və səssiz kompüterlərdə demək olar ki, hər şey kimi müəyyən edilir. Tipik olaraq kompüter qrafikası termini bir çox fərqli şeyə aiddir. Kompüter tərəfindən görüntü məlumatlarının işlənməsi və göstərilməsi Şəkilləri emal etmək və yaratmaq üçün istifadə olunan müxtəlif texnologiyalar Rəqəmsal sintezin həyata keçirilməsi və vizual məzmunun işlənməsi üçün öyrənilən sahələr olan kompüter elminin alt sahələriBu gün kompüter qrafikasının geniş istifadə sahəsi var. Kompüter şəkilləri televiziyada, qəzetlərdə, məsələn, hava hesabatlarında və ya hər cür tibbi investisiya və cərrahi prosedurlarda tapıla bilər. Yaxşı qurulmuş diaqram mürəkkəb statistik məlumatları asan başa düşülən və şərh olunan formatda təqdim edə bilər. Multimediadakı qrafika məqalələri, hesabatları, tezisləri və digər təqdim edilə bilən materialları göstərmək üçün istifadə olunur. Çox güclü alətlər vizual məlumatları təkmilləşdirə biləcək. Kompüter bir çox müxtəlif növ kateqoriyalara ayrılmış təsvirlər istehsal edə bilər: ikiölçülü, üçölçülü və animasiya qrafikası.Texnologiya inkişaf etdikcə 3D (3 ölçülü = üçölçülü) kompüter qrafikası çox geniş yayılmışdır, lakin 2D (ikiölçülü) ) qrafikadan hələ də geniş istifadə olunur. Son onillikdə o, informasiya vizual effektləri, elmi vizual effektlər kimi digər ixtisaslaşmış sahələrdə də inkişaf edir.
Köməkçi kompüter
Null (kompüter)
Null - qiyməti olmayan simvolun kodu. NULL simvolunun kompüter üçün mənası var: yaddaşda yer tutur, simvol kimi göndərilir və ötürülür, ancaq heç nə bildirmir, ekranda və ya kağızda yer tutmur və heç nə etmir. Verilən sahələrini tamamlamaq, sətirləri başa çatdırmaq və informasiya bloklarını bir-birindən ayırmaq üçün NULL çox tez-tez istifadə olunur. Kompüterlərin əksəriyyətində istifadə olunan ASCII yığınında NULL-un kodu 0 olur. Kompüter əməliyyatlarında NULL, həm də ona göndərilən istənilən informasiyanı "tullayan" qurğu kimi istifadə oluna bilər, yəni kompüter üçün belə qurğu ekran və ya printer kimi fiziki "görünə" bilsə də, NUL, alınmış lazımsız və ya test informasiyasını göndərmək üçün "zibil qabıdır". == Boş dövrə == Boş dövrə (null cycle ) - proqramın açılması (yerinə yetirilməsi) üçün gərəkli olan ən qısa zaman aralığı; yəni proqramın yeni verilənlər və ya göstərişlər (komandalar) yığınını emal etmədən “dövr keçməsi” üçün gərəkli olan zaman. == Boş-modem == Boş-modem və ya sıfır-modem (null modem) - iki yanaşı duran kompüteri birləşdirmək üçün istifadə olunan xüsusi kabel; modemdən istifadə etmədən iki kompüter arasında faylların ötürülməsi məqsədilə tətbiq olunur. == Boş göstərici == Boş göstərici (null pointer) - proqramlaşdırmada: sıfıra istinad. Göstəricinin belə qiyməti, məsələn, funksiyanın işinin uğursuz nəticəsini bildirə bilər. Bu qiymət çox zaman göstəriciyə başlanğıc, yaxud susqunluq qiyməti kimi mənimsədilir.
Oxuma (kompüter)
Oxuma (en. read) - İnformasiyanın qaynaqdan alınması. Kompüterin informasiyanı başlıca olaraq diskürənlərdən alması üsulu; bunun “əks” prosesi olan yazma informasiyanın yaddasaxlama qurğusuna (məsələn, diskə), printerə, ekrana, yaxud lent quğusuna verilməsidir. Diskdən oxuma dedikdə informasiyanın diskdən yaddaşa ötürülməsi başa düşülür. Klaviaturadan simvolların alınmasını da kompüter üçün oxuma əməli hesab etmək olar. Readme – (“məni oxu”) istifadəçiyə gərəkli olan, ancaq verilmiş proqram məhsulunun sənədlər toplusuna daxil edilməmiş, yaxud satışa buraxılma anında meydana çıxmış informasiyaların olduğu faylın adı. README faylları diskdə adi formatlanmamış mətn şəklində yerləşdirilir ki, onları istənilən proqramda – mətn redaktorunda asanca açmaq olsun. Bu fayllar READ.ME, README.1ST, README.NFO, README.TXT, READ_ME.TXT, yaxud README.DOC kimi də adlana bilər. Oxuma xətası (en.read error) kompüterin informasiyanı yaddasaxlama qurğusundan, yaxud başqa qaynaqdan (məsələn, xarici daşıyıcıdan) alması prosesində yaranan xətadır. Yalnız oxuma üçün (en.
AIDS (kompüter virusu)
AIDS Turbo Pascal 3.01a-da yazılmış və COM sənədləri üçün bir kompüter virusudur. AİDS, MS-DOS "uyğun fayl" zəifliyindən istifadə etdiyi bilinən ilk virusdur. MS-DOS-da, həm foo.com, həm də foo.exe mövcuddursa, foo.com həmişə əvvəlcə icra ediləcəkdir. Beləliklə, yoluxmuş com faylları yaradaraq, QİÇS kodu hər zaman nəzərdə tutulan exe kodundan əvvəl icra ediləcəkdir. AİDS virusu aktivləşdikdə ekranda aşağıdakı göstərilir; ATTENTION I have been elected to inform you that throughout your process of collecting and executing files, you have accdientally (sic) ¶HÜ¢KΣ► [PHUCKED] yourself over: again, that's PHUCKED yourself over. No, it cannot be; YES, it CAN be, a √ìτûs [virus] has infected your system. Now what do you have to say about that? HAHAHAHAHA. Have ¶HÜÑ [PHUN] with this one and remember, there is NO cure for AIDS Yuxarıdakı mesajda "AIDS" sözü ekranın təxminən yarısını əhatə edir. Sistem daha sonra dayandırılır və yenidən işə salmaq üçün gücləndirilib yenidən yüklənməlidir. AIDS virusu yoluxmuş bir com sənədinin ilk 13.952 baytını yazır.
Apple Kompüter Siçanı
Apple Kompüter Siçanı — Apple tərəfindən əvvəl Apple seriyası üçün, daha sonra Macintosh kompüter seriyası üçün hazırlanan bir siçandır. İstehlakçılara təqdim olunan ilk kommersiya məqsədli siçanlardan biridir. İllər boyu Apple-n özünəməxsus dizaynını özündə əks etdirən siçanları fərqli bir forma və funksiyaya malik olmuşdur. Apple tərəfindən istehsal olunan siçanlar, adətən tək bir düymə ilə idarə olunurlar. 2005-ci ildə Apple bir sürüşmə topu və dörd proqramlaşdırılması mümkün "düymə" xüsusiyyətli bir siçan tanıtdı. Apple tərəfindən istehsal olunan bütün siçanlar, Appleın optik LED əsaslı nəzarət mexanizmləri 2000-ci ilə qədər sürüşmə topu mexanizmi ilə işləyirdi. Appleın ən yeni siçanları lazer texnologyasını istifadə edir == Tarixi == 1979-cu ildə Apple, bir iş kompüteri planlaşdırırdı və eksperimental texnologiyalarının bəzilərini görmək üçün "Xerox Parc" araşdırma mərkəzi ilə birgə layihə hazırlamışdı. Douglas Engelbart "SRI International"da çalışarkən siçanı icad etdilər. Ən böyük problemlərdən biri, istehlakçı əsaslı bir fərdi kompüter üçün istifadəyə yararlı olamayn siçanın xərcinin 400 ABŞ dollarından yuxarı olması idi. Əsl siçan təxminən on il boz rəng və profillərdən ibarət düzbucaqlı bir blok formasında qaldı.
Avropa kompüter istehsalçıları assosiasiyası
Avropa kompüter istehsalçıları assosiasiyası - kompüter avadanlıqları istehsal edən Avropa firmalarının təşkilatı; mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və ABŞ-nin CBEMA (Computer and Business Equipment Manufacturers Association) assosiasiyasının analoqudur. 1961-ci ildə yaradılmış bu qurum 1994-cü ildən European Association for Standardizing Information & Computer Systems adlanır. İnformasiya texnologiyaları üzrə standartların işlənib hazırlanması və irəlilədilməsi ilə məşğul olur. Mövcud olduğu müddətdə 270-dən artıq standart, o cümlədən proqramlaşdırma dilləri üçün ECMA-262 spesifikasiyasını işləyib hazırlayıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Bakı Kompüter Kolleci
Bakı Kompüter Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 30 iyun 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Kompüter Litseyinin bazasında yaradılmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı İdarəetmə və Texnologiya Kollecinə qoşulmuşdur.Bakı Kompüter Litseyi 1996-2001-ci illərdə fəailyyət göstərmişdir. İlk dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin eksperimental bazası kimi fəaliyyətə başlayan Bakı Kompüter Kolleci 2001-ci ilin iyul ayının sonunda Təhsil naziri Misir Mərdanovun təşəbbüsü ilə yaradılmışdır. Bu təhsil müəssisəsi profilinə görə respublikamızda nadir orta ixtisas məktəblərindən biridir. Kollecin yaradılmasında onun ilk direktoru, təhsil nazirliyinin idarə edilməsinin məlumat sistemi şöbəsinin müdiri, ümumtəhsil məktəblərində İKT-nin tətbiqi üzrə BMT layihəsinin direktoru vəzifələrində çalışmış, hazırda Təhsil Nazirliyinin nəzdində yaradılan təhsil sisteminin informasiyalaşması idarəsində şöbə müdiri, fizika-riyaziyyat elmləri namizədi Bilal Hüseynovun böyük əməyi olmuşdur. Məhz bu şəxsin zəhməti və ciddi səyləri nəticəsində Kollecdə bacarıqlı və elmi səviyyəsi yüksək olan bir pedaqoji kollektiv formalaşmışdır. Hazırda kollektivə informatika sahəsində respublikamızda tanınmış mütəxəssislərdən biri, 2000-2004-cü illərdə Dünya Bankının bir sıra mövzuları üzrə milli məsləhətçisi olmuş İradə Səfərova rəhbərlik edir. Kollec dövlət təhsil müəssisəsidir. Burada 4 ixtisas üzrə təhsil almaq mümkündür: 1.Avtomatlaşdırılmış sistemləri və hesablama texnikasının proqram təminatı (Bu peşənin əsas aspekti proqramlaşmanın əsaslarını tələbələrə aşılamaqdan ibarətdir). 2.Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının istismarı və servis xidməti (Tələbələr diaqnostlaşmanın əsas elementləri, quraşdırılması, FK-nın texniki qüsurlarının aradan qaldırılması və onun periferiya quruluşunu öyrənirlər). 3.Laboratoiya diaqnostikası (Tələbələr tibbi diaqnostikada istifadə olunan kompüter texnikası ilə davranmaq bacarıq və vərdişlərinə yiyələnirlər).
Beyin-kompüter interfeysi
Beyin-kompüter interfeysi və ya zehin-texnika interfeysi və ya beyin-texnika interfeysi beyin ilə xarici bir cihaz arasındakı birbaşa əlaqə yoludur. Beyin-kompüter interfeysi əsasən insanın idraki və ya duyğu ilə əlaqədar olan motor funksiyalarına kömək etmək və ya onları təmir etmək məqsədilə istifadə olunur. Beyin-kompüter interfeysi sahəsində tədqiqatlar ilk dəfə 1970-ci illərdə NSA və DARPA köməyi ilə Kaliforniya Universitetində başladı. Beyin-kompüter interfeysi ifadəsi bu tədqiqatlardan sonra çap olunmuş məqalələrdə ilk dəfə istifadə edilmiş və beləliklə, elmi ədəbiyyata daxil olmuşdur. Beyin-kompüter interfeysi tədqiqatları daha çox eşitmə, görmə və hərəkət qabiliyyəti kimi duyğuları bərpa etmək məqsədilə neyroprotez tədqiqatlar sahəsinə cəlb edilmişdir.
Daxili qurğular (kompüter)
Kompüterin daxili qurğuları — kompüterin əsas işini təmin edən qurğulardır: Ana plata (prosessor, kontrollerlər, əməli yaddaş qurğusu (RAM), keş-yaddaş, akkumulyator batareyaları); Prosessorları qurmaq üçün adapterlər; Daimi yaddaş qurğusu (Winchester, ROM); Səs platası; Qida bloku.Prosessor – hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs – saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs. Yaddaş qurğuları Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar: Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaş olub, kompüterdəki bütün fayllar, qovluqları özündə saxlayır. İlk dəfə 1973-cü ildə İBM 3340 sistemin yaddaşında yaradılıb. Əməli yaddaş qurğusu (Random Access Memory – RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.
Fərdi cib kompüteri
PDA — (ing. Personal Digital Assistant, PDA — "fərdi cib kompüteri") —geniş funksional imkanlara malik olan portativ hesablama qurğusudur. Əvvəlcə PDA orqanayzer kimi istifadə üçün nəzərdə tutulmuşdur. Klassik PDA-da zəng etmək xidməti yoxdur. Buna görə də hal-hazırda klassik PDA-lar mobil rabitə funksiyası olan smartfonarla əvəz olunmuşdur. İngilis dilində "cib kompüteri" söz birləşməsi (Pocket PC) Microsoft firmasının ticarət markasıdır, yəni yalnız PDA növlərindən birinə aiddir, amma qurğuların bütün sinfini ifadə etmir. İngilis dilində bu tip qurğuların bütün sinfi üçün PDA abreviaturu istifadə olunur. == Tarixi == PDA ixitirasının dəqiq tarixi məlum deyil. Ancaq onu demək olar ki, cib kompüterləri ideyası 1970–1990-cı illərdə meydana gəlmişdir. ilk illərdə yalnız proqramlaşdırılan kalkulyatorlardan ibarət olan PDA daha sonralar videoya baxmağa və internetə girməyə imkan verən rəngli PDA qurğuları ilə əvəz olunmuşdur.
Kiçik kompüter sistemləri interfeysi
Kiçik kompüter sistemləri interfeysi (SCSI, Small Computer System Interface) – Amerika Milli Standartlar İnstitutunun (American National Standarts Institute, ANSI) X3T9.2 komitəsinin müəyyənləşdirdiyi yüksəksürətli paralel interfeys standartı. SCSI interfeysindən kompüteri periferiya qurğuları ilə (məsələn, sərt diskləri və printerləri), eləcə də lokal şəbəkədə başqa kompüterlə əlaqələndirmək üçün istifadə olunur. SCSI interfeysi ilə kompüterə 6 periferiya qurğusu, o cümlədən sərt disklər, CD-ROM disksürənləri, skanerlər, əlavə sərt disklər və əlavə CD-ROM disksürənləri qoşmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kompüter soyutma sistemi
Kompüter üzrə mühəndis
== İxtisas haqqında anlayış == Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. == İxtisas üçün lazım olan xüsusiyyətlər == Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (digər adı ilə CERT.GOV.AZ / az. KİMM, en. Computer Emergency Response Team) Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmət göstərir. Mərkəz, Azərbaycan Respublikasi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərkibində fəaliyyət göstərir. Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sahə üzrə görülən işlər və ümumi vəziyyət barədə rüblük qiymətləndirmə hesabatını təqdim edir. == Mərkəzin əsas vəzifə və funksiyaları == kompüter təhlükəsizliyinə müasir təhdidlər haqqında istifadəçilərdən, kompüter texnikası və proqram təminatı istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan alınan informasiyanın, eləcə də konkret kompüter insidentlərinə, kompüter sistemlərinin qorunması üçün tətbiq edilən proqram-texniki vasitələrin effektivliyinə aid materialların toplanması, təhlili və müvafiq məlumat bazalarında yığılması; kompüter təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi əsasında dövlət orqanlarındakı istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən ən səmərəli proqram-aparat vasitələrinin tətbiq edilməsinə dair tövsiyələrin işlənib hazırlanması, istifadəçilərə məsləhət xidmətləri və texniki kömək göstərilməsi; kompüter sistemlərinə xaker hücumlarının qarşısını almaq üçün məlumatların operativ qəbulu və təcili kömək göstərilməsi, internet şəbəkəsinin və digər informasiya sistemlərinin, o cümlədən lokal və korporativ sistemlərin istifadəçilərinə kompüter təhlükəsizliyinə yaranan təhdidlər haqqında vaxtında məlumat verilməsi və kompüter insidentlərinin təhqiqatında dövlət orqanlarına kömək etmək; kompüter təhlükəsizliyinin təmin edilməsinə dair proqram və texniki vasitələrin seçilməsində məsləhətlər verilməsi, kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin nöqsanları və çatışmazlıqları aşkar edildikdə proqram təminatı satıcıları ilə əməkdaşlıq; dövlət müəssisələrinin informasiya təhlükəsizliyi bölmələrinin yaradılmasında və müvafiq normativ sənədlərin işlənib hazırlanmasında onlara kömək göstərilməsi; kompüter cinayətləri və informasiya təhlükəsizliyinin hüquqi təminatı məsələlərinə dair müvafiq qurumlarla, xarici ölkələrdəki “CERT” şöbələri ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq, informasiya və iş təcrübəsi mübadiləsi; dövlət orqanlarının müvafiq bölmələri ilə kompüter insidentləri haqqında zəruri informasiyanı vaxtında əldə etmək üçün qarşılıqlı fəaliyyət göstərmək və kompüter hüquq pozuntularının (xaker və virus hücumlarının) qarşısının alınmasında köməklik göstərmək və təlimat keçirmək. == Mərkəzin funksiyaları == Mərkəz ona həvalə edilmiş vəzifələri yerinə yetirmək üçün aşağıdakı funksiyaları həyata keçirir: kompüter insidentləri haqqında informasiyasını vaxtlı-vaxtında qəbul edir və kompüter insidentlərinin qarşısının alınması, belə hallara yol verilməməsi və onların təhqiqi məsələlərində informasiya sistemlərinin və İnternet şəbəkəsinin istifadəçilərinə kömək göstərir; Mərkəzin saytı vasitəsilə istifadəçilərlə qarşılıqlı informasiya fəaliyyətini təmin edir, saytda istifadə edilməsi tövsiyə olunan kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin siyahısını və sorğu informasiyasını yerləşdirir; Mərkəz kompüter insidentlərinin aradan qaldırılmasına dair işlərin gedişində ona məlum olmuş informasiyanın həmin insidentdən zərər çəkmiş istifadəçinin razılığı olmadan üçüncü tərəfə bildirməyəcəyinə zəmanət verir.Mərkəz Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə, təqdim edilən və yayılan informasiyaya görə öz səlahiyyətləri həddində məsuliyyət daşıyır.Mərkəz bu və ya digər sistemlərin və resursların fəaliyyətini dayandırmaq hüququna malik deyil, lakin həmin məsələlərin həll edilməsi üçün onların müvafiq hüquq-mühafizə orqanlarına verilməsi hüququnu özündə saxlayır. Mərkəz ondan alınmış informasiyanın düzgün başa düşülməməsi nəticəsində istifadəçilərin təqsiri üzündən baş verə biləcək səhvlərə, zərərə, birbaşa və ya dolayı itkilərin digər növlərinə görə məsuliyyət daşımır. == Mərkəzin emal etdiyi kompüter insidentləri == Mərkəz öz fəaliyyətində aşağıdakı kompüter insidentlərini nəzərdən keçirir və emal edir: şəbəkələrin baza qovşaqlarının və iri server resurslarının iş qabiliyyətinin pozulması, sistem informasiyasının dağılması və ya nüfuzdan salınmasına səbəb ola biləcək hücumlar; inzibatçı imtiyazları əldə etməyə yönəlmiş hər hansı şəbəkə hücumları; dövlət orqanlarının informasiya resurslarına və ayrı-ayrı hostlara DoS (Denial of Service) və DDoS hücumlar. kompüter viruslarının məqsədyönlü şəkildə göndərilməsi; informasiya şəbəkələrinin qorunması sistemlərinin o cümlədən zərərli proqramlar (sniffer, rootkit, keylogger və s.) tətbiq edilməsin yolu ilə dağıdılması; milli informasiya şəbəkələrinin və hostların skanlaşdırılması; parolların və başqa autentifikasiya informasiyasının seçilməsi və ələ keçirilməsi; informasiya resurslarından sanksiyalaşdırılmamış istifadə.
Kompüter İnsidentlәri üzrә Mәslәhәt Mәrkәzi
Kompüter İnsidentlәri üzrә Mәslәhәt Mәrkәzi Enerji Departamentində orijinal kompüter hadisələrini tədqiq edən qrupdur == Tarixi == Kompüter İnsidentlәri üzrә Mәslәhәt Mәrkәzi ABŞ Energetika Nazirliyi yanında 1989-cu ildə yaradılmışdı və Lawrence Livermore Milli Laboratoriyasında yerləşir. == Məqsədi == Mərkəzin əsas məqsədi Energetika Nazirliyi əməkdaşlarının və podratçılarının kompüter təhlükəsiz-liyinin təmin edilməsidir. FIRST-in təşkilatçılarından biridir. == Fəaliyyəti == Internet istifadəçilərinin boşluqlar haqqında dövri məlumatlandırılması üçün CIAC mərkəzi də CERT/CC-yə analoji olaraq öz veb serverində (http://llnl.ciac.gov) və göndəriş siyahılarında informasiya bülletenləri (Advisories) nəşr edir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Kompüter Əməliyyat Sistemləri
Əməliyyat sistemi (ing. Operation System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Ümumi təyinatlı əməliyyat sistemi - (ing. GPOS (general purpose operating system), rus. операционная система общего назначения) – gerçək zamanlı əməliyyat sistemlərindən fərqli system. Belə əməliyyat sistemləri kompüterin resurslarının paylanması ilə məşğul olur və istifadəçilərə tətbiqi proqramlarla işləməyə imkan verən inkişaf etmiş qrafik interfeysə malikdir. Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlıqların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.
Kompüterin arxitekturası
Arxitektura anlayışı geniş bir sistemin komponentlərinin birləşmə konstruksiyasını ifadə edir. Bu termin adətən prosessorlara, hesablama sistemlərinə və eynilə istənilən mürəkkəb sistemə tətbiq oluna bilər- məsələn, "əməliyyat sisteminin arxitekturası", "mikroprosessorun arxitekturası", "kompüterin arxitekturası" və s. Baxılan mövzuda "arxitektura" termini iki məna kəsb edir. Onun birincisi mikroprosessorun icra edə biləcək əmrlər toplusu və əmr sisteminin mikroprosessorda icra olunmasının texnologiyasını əks etdirirsə, ikinci halda o, operativ yaddaşın və sistem şininin strukturu, giriş/çıxışın təşkili prinsiplərini və ümumiyyətlə hesablama sisteminin əsas hissələrinin əlaqələndirilmə prinsiplərini əks etdirir. "Kompüterin arxitekturası" dedikdə, onun hesablama sistemi olaraq əsas hissələrinin fiziki və məntiqi baxımdan əlaqələndirilmə prinsipləri nəzərdə tutulur. == Mənbə == M.A. Camalbəyov, R.Ə. Fərəməzov. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H.Əliyev adına AAHM, 2009. – 307 səh.
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kompüterin gücü
Kompüterin gücü (ing. computer power) – kompüterin müəyyən işi görə bilmək bacarığı (imkanı). Əgər kompüterin gücünü, onun müəyyən zaman aralığında yerinə yetirdiyi komandaların sayı kimi təyin etsək, onda gücü bir saniyədə milyon komandalarla (million instructions per second, MIPS) və ya bir saniyədə sürüşkən nöqtəli milyon əməliyyatlarla (MFLOPS) ölçmək lazımdır. Maşının imkanlarını qiymətləndirərkən, qarşıya qoyulan məqsəddən asılı olaraq, onun gücünü başqa üsullarla da ifadə etmək olar. İstifadəçilər və ya alıcılar gücü çox zaman operativ yaddaşın həcmi, prosessorun işləmə sürəti və ya kompüterin bir dəfəyə emal etdiyi bitlərin sayı (8, 16, 32 və s.) kimi terminlərlə xarakterizə edirlər. Beləliklə, bu cür qiymətləndirmələrə çox zaman başqa amillər də cəlb olunur; onlardan ən önəmli ikisi bunlardır: kompüterin komponentləri nə dərəcədə birgə işləyə bilər və onlardan tələb olunan funksiyalara nə dərəcədə uyğundurlar. Kompüter çoxlu elementlərdən ibarət olduğundan, onun gücü hər bir komponentdən, o cümlədən istifadəçidən də asılı olur. == Güc mənbəyi == Güc mənbəyi (ing. power supply) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğudur. Güc mənbəyinin bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Ventilyatoru vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır;Güc mənbəyi kompüterin müxtəlif komponentləri içərisində elektriklə təchiz etmənin əsas komponenti sayılır.Onun funksiyalarına elektrik enerjisinin dəyişdirilməsi ilə yanaşı mütləq müəyyən edilmiş ötürücü kompüterin hər hansı komponentinə ötürülməsidir.Ona görə də güc mənbəyi ilə bağlı olan hər hansı problemlər sonda bütün sistemin nasazlığına gətirib çıxara bilər.

Значение слова в других словарях

бро́мовый запуха́ть комро́ты куплети́ст поча́ток с избы́тком стон туркофо́бство филигра́нщица шиши́ што́пка застига́ть лакони́чность монголо́идная раса химиза́тор bipyramid death wish festival Low Sunday moon-blind titleless губить крестьянствовать обтёсывать сдельный