KONU
KONUM
OBASTAN VİKİ
Keziban Konukcu Kok
Keziban Konukcu Kok (1972, Aksaray) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Keziban Konukcu Kok 1972-ci ildə Aksaray ilində anadan olub. İTÜ İnşaat Mühəndisliyi Bölməsindən məzun olub. Tələbə illərində əvvəlcə feminizmi, sonra isə sosializmi qəbul edib. 1996-cı ildə yoxsul məhəllələrdə işlərin aparılması üçün nəzərdə tutulmuş Dayanışma Evlərinin qurucularından olub. 1997-2017-ci illərdə müəllim olaraq çalışıb. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 2017-ci ildə tutduğu vəzifədən azad edilib. Yol Siyasi jurnalı, Karşı Mahalle və Yeni Yaşam qəzetlərində məqalələri dərc olunub. 2004-cü ildə Sosialist Dayanışma Platformasının (SODAP) qurucu üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.