KONTRPLAK
KONUK
OBASTAN VİKİ
Gətirmə konusu
Gətirmə konusu (yerüstü) -relyef forması, daima və müvəqqəti su axarlarının gətirdiyi kövrək materialların dərə, qobu və yarğanların aşağı hissəsində, dağlardan düzənliyə çıxdığı sahələrdə, axının canlı qüvvəsinin kəskin azalması nəticəsində, toplanmasından əmələ gəlir.Yastı yarımkonus görkəmində olub, zirvə hissəsi su axımının istiqamətinin əksinə yönəlir.Əsasən böyük gətirmə konusları dağ çaylarının qonşu düzənliyə çıxan sahələrində əmələ gəlir.
Konurbanizasiya
Konurbanizasiya bir neçə şəhərin və digər urbanizasiyalaşmış ərazilərdən meydana gəlmiş bir regiondur. Əksər hallarda, bu çox mərkəzli bir urbanizasiyalaşmış zonadır və nəqliyyat vahid bir şəhər əmək iqtisadiyyatını yaratmaq üçün birləşdirmək və ya əmək regionuna səyahət etmək üçün inkişaf etdirilmişdir. Bu anlayış ilk dəfə 1915-ci ildə Patrik Geddesin Cities In Evolution adlı kitabında işlənilib.
Konus
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır.Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Konus adası
Konus adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa buernundan 3 km şimal-qərbdə, İviniçaman adasından isə 7 km şimal-şərqdə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. Uzunluğu 1,3 km, eni 0,7 km-dir. Maksimal hündürlüyü 258 metrdir. Adadan şimal-şərqdə Vtoroy adası yerləşir.
Konusgövdə ilankölgəsi
Konusgövdə ilankölgəsi (lat. Ferula narthex) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin i̇lankölgəsi cinsinə aid bitki növü.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms)-mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır.Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Konuşin burnu
Konuşin burnu (rus. Конушин) — Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxil olan, Kanin yarımadasında yerləşən burun. Burun Volosova çayı mənsəbindən 6,7 mil cənubda yerləşir. Ağ dənizə daxil olan Mezen körfəzi sahillərini yuyur. Öz növbəsində hündürlüyü 50 metrə çatan bir tirənin dənizə aşılan bir çıxıntısıdır. Burundan şimaldakı sahillər Kanin sahili, cənubdakı sahillər isə Konuşin sahili adlanır. Əsasən qumlu-gilli suxurlardan təşkil olunmuşdur. Burundan şimalda dəniz sahili nisbətən hündür və sərtdir. Cənubda doğru isə hündürlük azalır. Burunda Konuşinski mayakı quraşdırılmışdır.
Lava konusu
Lava konusu- (rus. конус лавовый, ing. lava cone) baş­­lıca olaraq massiv lava axın­larından təşkil olunmuş vulkan konusu. Piroklastik layları olmayan l. k. nadir hallarda rast gəlinir.
Ovuntu konusu
Ovuntu konusu (rus. конус осыпи, ing. rock talus cone, talus accumulation, acree, apron) — dik yamacın Ətəyində aşınma materiallarının, zirvəsi yuxarı çevril­miş yarım konus şəklində top­lanması. Konusun yamacının meyl­liyi 30-40° olur.
Sofiya Konux
Sofiya Konux (9 mart 1980, Çelyabinsk) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Sofiya Konux, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu. Sofiya Konux, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Sofiya Konux, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu.
Tim Konuey
Tim Konuey (ing. Tim Conway; 15 dekabr 1933 – 14 may 2019) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Vulkan konusu
Vulkan konusu – (rus. вулканический конус, ing. volcanic cone) vulkanın ağızı ətrafında vulkan materiallarının toplanması nəticəsində əmələ gələn, kəsik konus şəklində vulkan qurğusu. Vulkan konusları ən sadə vulkanik relyef formalarındandır.
Yüzyüzeyken Konuşuruz
Yüzyüzeyken Konuşuruz — 2011-ci ilin may ayında Əngin Sevik və Kaan Boşnak tərəfindən qurulan türk alternativ rok qrupu. Başda Kaan Boşnakın öz mahnılarını ifa edərək yayımlaması ilə qurulan layihə izləyicilərinin böyük marağına və təqdirinə səbəb oldu. Bu zamana qədər bir çox musiqiçinin müşayiət etdiyi qrup, Əhməd Can Kalyoncu, Can Tunaboylu və Rəsul Ökmənin iştirakı ilə son formasını almışdır. == Haqqında == Ən böyük solo konsertləri 7 aprel 2019-cu il tarixində Bostancı Tamaşa Mərkəzində 5000 nəfərlik bir auditoriya ilə həyata keçirilmişdir. Bu konsert qeydə alınmış və 25 oktyabr 2019-cu ildə internetdə rəsmi olaraq yayınlanmışdır. Konsertin hər anını — hazırlıq mərhələsindən ifa anınadək bütün hissələri özündə cəmləşdirən sənədli film tamaşaçılara təqdim edilmişdir.10 yanvar 2020-ci ildə yayımlanan Kazılı Kuyum adlı sinqlları Nyu-York Red Bull musiqi studiyasında lentə alınmışdır. Analoq olaraq qeyd olunan Kazılı Kuyum musiqisi 24 yanvar 2020-ci il tarixində satışa çıxdı.
İnversion moren konusları
İnversion moren konusları — (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones)yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10-12 metrə qədər çatır / en kəsiyi 2,5-3 dəfə hündürlüyündən böyük olur. / Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, «Ölü buzlaq» sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. /mis: Pamir/.
Şlak konusu
Şlak konusu- (rus. шлаковый конус, ing. schlag cone) şlak və adətən bazalt və andezit-bazalt tərkibli vulkan materiallarından təşkil olunmuş və vulkanın bir dəfə püskürməsi nəticəsində əmələ gəlmiş konus formalı kiçik, sərbəst monogen vulkan. Konusun daxili hissəsində qırıntı materiallar adətən qırmızı kərpic rəngində və bir-birinə yapışaraq birləşmiş şəkildə olur.
забо́титься заштукату́ривать кара́ковый свире́пствовать шебутно́й автоста́нция аннигили́ровать балери́нка доме́ривать зависа́ть зата́риться нацеди́ться сабота́жничать стиха́рь власфимисать airport Curitiba outhouse procrastination rebutment Tupungato volitant декодированный иноверец монада