Kooperasiya

fiziki şəxslərin kollektiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə könüllü üzvlük əsasında birləşməsi, birliyi.
Konyunktur
Kooperasiyalaşma
OBASTAN VİKİ
Kooperasiya
Kooperasiya (lat. cooperatio "əməkdaşlıq") — müəyyən sayda insanların (sahibkarlar, müəssisə rəhbərləri, istehlakçılar) və ya müəssisələrin ya bir və eyni ümumi əmək, istehsal prosesində və ya müxtəlif, lakin bir-biri ilə əlaqəli əmək proseslərində birgə iştirak etdiyi əməyin və ya ümumilikdə fəaliyyətin təşkili forması /istehsal/ istehlak. == Növləri == Birləşmə formasına görə: şaquli kooperasiya; üfüqi kooperasiya. == Tarixi == Kooperasiya tarixi 200 ildən çox əvvələ gedib çıxır. Kooperativlərin ilk təşkilatçılarından biri 1752-ci ildə Filadelfiyada yaşayış sığortası kooperativi yaradan ABŞ-ın yaradıcılarından biri olan Bencamin Franklindir. Avropada 1769 və 1777-ci illərdə İngiltərədə yaranan toxucu və dərzi kooperativləri birincilər sırasındadır. Rusiyada ilk rus kənd təsərrüfatı azad cəmiyyəti 1765-ci ildə Sankt-Peterburqda meydana çıxdı və Avropada səkkizinci oldu. Robert Ouen və Çarlz Furye əməkdaşlıq nəzəriyyəsinin baniləri və müəllimləri hesab olunurlar. Onların irsi bir dogmaya çevrilmədi, lakin tənqid və yenidən qiymətləndirməyə məruz qaldı. Raiffeisen kredit əməkdaşlığının atası hesab olunur.
Azərbaycan Kooperasiya Universiteti
Azərbaycan Kooperasiya Universiteti və ya qısaca AKU — Azərittifaqın tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Kooperasiya Universitetinin əsası 1964-cü ildə qoyulmuşdur. Azərbaycan hökumətinin və Azərittifaqın İdarə Heyətinin müraciətinə əsasən keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı (Sentrosoyuz) İdarə Heyətinin 8 yanvar 1964-cü il tarixli qərarı ilə ilk dəfə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılaraq Ticarətin iqtisadiyyatı və Əmtəəşünaslıq ixtisasları üzrə tələbə qəbulu aparılmışdır. Bakı Tədris-Məsləhət Məntəqəsi keçmiş SSRİ Sentrosoyuzu İdarə Heyətinin müvafiq qərarları ilə 1969-cu ildə MKİ-nun Bakı Qiyabi İqtisad fakültəsinə, 1974-cü ildə MKİ-nun Bakı filialına çevrilmişdir. 1975-ci ildə Sentrosoyuzun qərarı ilə filial MKİ-nun tərkibindən çıxarılaraq Ukraynanın Poltava Kooperativ İnstitunun tərkibinə verilmiş, 1990-cı ildə yenidən MKİ-nun tabeliyinə keçirilmişdir. Bu illərdə filialda 5 ixtisas üzrə, o cümlədən respublikada ilk dəfə Kənd təsərrüfatı məhsulları tədarükünün iqtisadiyyatı və təşkili ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığı aparılmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarixli 8 saylı qərarı ilə Moskva Kooperativ İnstitunun (MKİ) Bakı filialı Azərittifaqın mülkiyyətinə verilmiş, Azərittifaq İdarə Heyətinin 19 mart 1993-cü il tarixli 31 saylı qərarı ilə həmin filialın bazasında müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılmış və Nizamnaməsi təsdiq edilmişdir. İnstitut yaradılarkən onun tərkibində 2 fakültə, 6 kafedra fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə 1997-ci ildən başlayaraq universitetdə magistr hazırlığı həyata keçirilir. Heydər Əliyevın 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanı ilə verilmiş tapşırığa müvafiq olaraq Azərittifaqın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə institutun profili genişləndirilərək 3 may 2011-ci ildə onun bazasında Azərbaycan Kooperasiya Universiteti yaradılmış, onun Nizamnaməsi 8 may 2002-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Dövlət qeydiyyatı haqqında 46 nömrəli Şəhadətnamə verilmişdir.
Azərbaycan Kooperasiya İnstitutu

Bakı Biznes və Kooperasiya Kolleci
Bakı Biznes və Kooperasiya Kolleci == Haqqında == 80 illik tarixə malik indiki Bakı Biznes və Kooperasiya Kolleci 1939-cu ildən Bakı Kooperativ Texnikumu kimi fəaliyyətə başlamışdır. H. Əliyevin 30 avqust 2000-ci il tarixli 391 saylı fərmanına uyğun olaraq 2001-ci ildə Bakı Kooperativ Texnikumu daha geniş profilli orta ixtisas təhsilli kadrlar hazırlayan Bakı Biznes və Kooperasiya Kollecinə çevrilmişdir. Kollec geniş maddi texniki bazaya malikdir. Kollecdə ən müasir avadanlıqlarla təchiz olunmuş interaktiv elektron lövhə otaqları, sürətli internetlə təmin olunmuş kompüter laboratoriyaları, çox saylı kitab fonduna malik kitabxana, oxu zalı, yüksək ixtisaslı mütəxəssis yetişdirmək məqsədilə təcrübə keçmək üçün laboratoriya otaqları, idman zalı, yeməkxana, tibb məntəqəsi və akt zalı fəaliyyət göstərir. Hal-hazırda kollecdə 2100-ə yaxın tələbə təhsil alır. Onların keyfiyyətli mütəxəssis kimi hazırlanmasında 120 nəfər yüksək ixtisası və elmi dərəcəsi olan müəllimlər çalışır. Təhsil müəssisəsində böyük oxu zalı, zəngin kitabxana, akt zalı, günün tələblərinə cavab verən idman zalı, geniş və işıqlı fənn kabinetləri, elektron lövhə və kompüterlərlə təchiz edilmiş auditoriyalar tələbələrin ixtiyarındadır. Təbii ki, təhsil üçün yaradılmış şərait, müasir tələblərə cavab verən maddi-texniki baza tədrisin yüksək keyfiyyətinə etibarlı bir zəmanətdir. Tədris korpusunda laboratoriyalar, kompüter otaqları, 600 yerlik akt və örtülü idman zalı vardır. == Tarixi == === Yaranma tarixi === XX-ci əsrin Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı İdarə Heyətinin qərarı ilə 1922-ci ildə Bakının Balaxanı kəndində qısa müddətli tədris kursları kimi fəaliyyətə başlayıb.
Kənd təsərrüfatı kooperasiyası
Kənd təsərrüfatı kooperasiyası — kooperasiya növü. Bu, birlikdə məhsul istehsal etmək, yaxud digər fəaliyyət növlərini (məhsul emalı və satışı, istehsal vasitələri ilə təchizat və s.) icra etmək üçün kənd təsərrüfatı məhsulları istehsalcılarını birləşdirir. XIX əsrin birinci yarısında Qərbi Avropa, XIX əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində və Rusiyada yaranmışdır. Kənd təsərrüfatı kooperasiyası inkişaf etmiş bir çox kapitalist ölkəsində mürəkkəb sosial-iqtisadi orqanizmə çevrilərək kənd təsərrüfatı məhsulları istehsalını, emalını, saxlanılmasını, realizəsini, kənd təsərrüfatının kreditlətdirilməsini, kənd təsərrüfatı üçün istehsal vasitələri istehsalını və s. əhatə edir. Kənd təsərrüfatı kooperativləri çox zaman öz fəaliyyətlərini şaquli inteqrasiya əsasında qururlar. Kənd təsərrüfatı kooperasiyası daha cox Skandinaviya ölkələrində, Niderland, İslandiya və Yaponiyada inkişaf etmişdir. Bu ölkələrdə kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatının kreditləşdirilməsində mühüm rol oynayır, yeyinti sənayesində, topdan ticarətdə, mineral gübrələr, bir sıra kənd təsərrüfatı texnikası istehsalında və s. hakim mövqə tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Cobia, David, editor, Cooperatives in Agriculture, Prentice-Hall, Englewood Cliffs, NJ (1989), p.

Значение слова в других словарях