Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qasbinə
Qasbinə — Azərbaycan Respublikasının Balakən rayonunun Mahamalar kənd inzibati ərazi dairəsində kənd. Bu toponim avar dilindəki "kats" (aşırım) və Azərb. dilindəki "binə" sözlərindən ibarət olub, "aşırımlı binə" mənasındadır. Əski türk dilində qas "uca" deməkdir; binə vaxtilə köçəri tayfaların müvəqqəti yaşayış yerini bildirirdi. Binələr sonralar daimi yaşayış məntəqəsinə çevri lirdi. Qasbinə "qas tayfasının məskunlaşdığı yer" mənasını da bildirir.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Françesko Qabbani
Françesko Qabbani (it. Francesco Gabbani; d. 9 sentyabr 1982, Karrara, İtaliya) — İtaliya müğənnisi və bəstəkarı. O, 2016-cı ildə İtaliyanın Sanremo Musiqi Festivalında iştirakından sonra şöhrət qazanmışdır. 2017-ci ildə isə həmin festivalda qələbə qazanaraq, İtaliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir. == Musiqi karyerası == === 2009-2014: Başlanğıc və Greitist Iz === 2009-cu ildə Françesko Qabbani Mira Leon ilə birlikdə "Filodoro" mahnısını ifa etmişdir. 2011-ci ildə ifaçının "Estate" və "Maledetto amore" sinqlları ilk dəfə təqdim edilmişdir. 2013-cü ildə o debüt albomunda yer alacaq "I dischi non si suonano" və "Clandestino" sinqllarını pərəstişkarlarına təqdim etmişdir. Debüt albom2014-cü ilin may ayında işıq üzü görmüşdür. Albom İtaliya albom siyahılarında 59-cu yerədək yüksələ bilmişdir.
Qasbinə bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaranə (Urmiya)
Qaranə (fars. قارانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 421 nəfər yaşayır (79 ailə).
Şibanə (Sərdəşt)
Şibanə (fars. شيبانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 46 nəfər yaşayır (11 ailə).
Abşeron qabanı
Abşeron qabanı (lat. Sus apscheronicus), həmçinin və ya Abşeron donuzu və ya Binəqədi donuzu — müasir Şərqi Cənubi Qafqaz ərazisində orta pleystosen dövründə yaşamış çöl donuzunun nəsli kəsilmiş növü. Qalıqlar Azərbaycanın Binəqədi yaşayış məntəqəsi yaxınlığında dördüncü dövr çöküntülərində aşkar edilmişdir. == Xarakteristikası == Bu növ qaban yeni endemik növə aiddir. Şərqi Asiya zolaqlı donuzlar (Sus vittatus) qrupu ilə çox oxşarlıqlara malik olsa da, bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, bu növ olduqca böyük bullae ossae ilə seçilir. Gözyaşı sümüyünün kvadrata yaxın forması var (uzunluğun eninə nisbəti – 0,75). Abşeron çöl qabanının kəllə sümüyündə alveolun kökündə nisbi qalınlıq göstəricisi (yuxarı-aşağı diametrin ön-arxaya nisbəti) 66,6, digər çöl donuzlarının kəllələrində isə (Sus cristatus, Sus vittatus, Sus scrofa nigripes, Sus scrofa attila) 75 ilə 81,8 arasında dəyişir. Həmçinin, Abşeron qabanının Sus scrofa kəllələrindəki yuxarı köpək dişləri ilə müqayisədə yuxarı köpəyin aşağı səthində daha kəskin və daha aydın uzununa yivlər və qabırğalar vardır. Abşeron qabanının iki alt çənəsindəki dişlər qorunmamışdır.
Ağbulaq (Gavbazə)
Ağbulaq — İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pirtac qəsəbəsindən 7,5 km cənub-şərqdədir.
Ağdaş (Gavbazə)
Ağdaş - İranın Kürdüstan ostanında kənd. == Coğrafi yerləşməsi == Bicar şəhristanının Mərkəzi bölgəsinin Gavbazə kəndistanında, Pintac qəsəbəsindən 16 km cənubdadır.
Qarbine Muqurusa
Qarbine Muqurusa İspan professional tennis oyunçusu. Tennisə 3 yaşında başlayan Muqurusa tek qadınlar sıralamasında 2-ci sırada yer alaraq karyerasının ən yüksək dərəcəsinə çatmışdır.
Kaiane Aldorino
Kaiane Aldorino — 2009-cu ilin Dünya Gözəli
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Astragalus parrowianus var. gaubae
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.