KURMAK

qurmaq
KURİYE
KURMAY
OBASTAN VİKİ
Ziya Kurmakayev
Ziya Əhmədcanoviç Kurmakayev (15 fevral 1911, Tatar Şmalak[d], Saratov quberniyası[d] – 9 may 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri (1976–1980), Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri (1967–1976), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1950–1953), Azərbaycan SSR xalq sovxozlar komissarı (1940–1941). Ziya Əhmədcanoviç Kurmakayev 1911-ci ildə Saratov quberniyasının Kuznets qəzasının Şumalak kəndində anadan olmuşdur. Kiçik yaşlarından Bakıya köçmüş, burada "Gənc mədənçi" neft məktəbini bitirərək Budyonnı adına mexaniki zavodda işləmişdir. Ziya Kurmakayev 1930-cu ilin sonlarından komsomol işində olmuşdur. 1933-cü ildə Sovet Ordusu sıralarına çağrılaraq Tiflis şəhərində avtomobil, zirehli maşın və tank hissəsində hərbi xidmət keçmişdir. Orduda komsomol və partiya işinə seçilmiş, tərxis edildikdən sonra komsomolda müxtəlif vəzifələrdə işləmişdir. Ziya Kurmakayev 1937-ci ildə Bakı Şəhəri Lenin (hazırkı Sabunçu) Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilmiş və həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinə keçirilmişdir. 1939-cu ilin dekabr ayından Ziya Kurmakayev Azərbaycan SSR xalq torpaq komissarının müavini, sonra isə Azərbaycan SSR xalq sovxozlar komissarı olmuşdur. Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun müxtəlif hissələrində siyasi işdə çalışmış, 1942-ci ilin yayından isə Qərb cəbhəsində diviziyanın siyasi şöbə rəisi olmuşdur. Sonralar mərkəzi, birinci, ikinci və üçüncü Belorusiya cəbhələrində müxtəlif komanda-siyasi vəzifələrə göndərilmişdir.