KÜLMƏ²

сущ. нугъ. ламу кӀазар чуькьвена кьуру авун патал чан.
KÜLMƏ¹
KÜLRƏNGİ
OBASTAN VİKİ
Külmə
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.
Adi külmə
Adi külmə (lat. Rutilus rutilus) — Çəkilər fəsiləsinə Külmə cinsinə aid balıq növü. Çoxlu sayda yarımnövlər əmələ gətirir. Külmələrə Bütün Avropada, Şərqi İngiltərədən tutmuş Alpdan şimladakı ərazilərdə, Sibirin bütün göl və çaylarında, Xəzər və Aral dənizinin hövzəsində rastlamaq mümkündür. Bel nahiyəsi qaradır, mavi və zeytuni yaşıl nöqtələrə sahib olur. Böyür və qarın nahiyəsi isə gümüşü rəngdədir. Bel və quyruq üzgəci yaşıl-boz, sinə üzgəcləri sarımtıl, qarın və anal üzgəcləri isə qırmızı olur. Bununla yanaşı bəzi fərdlər sarı göz və üzgəclərə sahiblər. Pulcuqları gümüşü, üzərlərində, yan və bel nahiyələrində qırmızı nöqtələr olur. Adətən sürülər halında zəif axın olna ərazilərdə, yosunların çox olduğu bölgələrdə dolaşırlar.
Külmə balığı
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.
Soyuqbulaq külməsi
Soyuq bulaq külməsi (lat. Pseudophoxinus sojuchbulagi) — Çəkilər fəsiləsinə aid balıq növü. Azərbaycanın endemik canlısıdır. İlk dəfə 1950-ci ildə Akademik Əbdürrəhmanov tərəfindən Ağstafa rayonu ərazisində Kür çayı akvatoriyasında aşkarlanmışdır. Bədəni bir qədər hündür, yanlardan isə basıqdır. Qarın və sinə üzgəcləri narıncı, digər üzgəcləri isə bozdur. Cinsi diformizim zəyifdir. Uzunluğu 9,8 sm, çəkisi isə 15 q-dır. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild.
Xəzər külməsi
Xəzər külməsi (lat. Rutilus caspicus ) — Chordata tipinin növüdür. Çox saylı yerli növdür. Beli yaşılımtıl, böyürləri və qarnı gümüşüdür. Kürütökmədən əvvəl erkək fərdlərin bədəni xırda epitel çıxıntıları ilə örtülü olur. Azərbaycan sularından ovlanmış ən iri fərdinin uzunluğu 37 sm, kütləsi 700 q, yaşı isə 6 il olmuşdur. Yarımkeçici balıq olub, dənizin çaylara yaxın sahələrində yaşayır. Kürü tökmək üçün Kiçik Qızılağac körfəzinə, Dəvəçi limanına və Xəzərə tökülən çaylara girir. Varvara, Mingəçevir, Yenikənd, Şəmkir, Naxçıvan su anbarlarında, Kür ətrafı göllərdə daim şirin suda yaşayan populyasiyaları vardır. Ömrünün uzunluğu orta hesabla 5-6 ildir, cinsi yetkinliyə 2-3 yaşlarında çatır, fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Şirvan külməsi
Şirvan külməsi və ya Azərbaycan külməsi (lat. Pseudophoxinus atropatenus) — Çəkikimilər fəsiləsinə aid bir növdür. Azərbaycanda Qəbələ rayonunun Türyançay sistemindəki bulaq sularında (Nic və Çuxur Qəbələ kəndlərində olan bulaqlarda) yayılmışdır. Lakin arealın məhdudluğu, antropogen təsirlər (yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və s.) növə təhlükə yaradır. Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır. D III 7-8, A III 7 (8), squ. 37-39. orta hesabla 37,9 - dur. Yan xətt pulcuqları dəliksiz pulcuqların arasında nizamsız düzülmüşdür. Yan xətt tam deyildir.

Значение слова в других словарях