KÜRƏK

KÜRƏK I is. Avar çəkmək üçün alət. Oğlan tez kürəkləri buraxıb onu qolları arasına aldı (S.Qədirzadə).

KÜRƏK II is. anat. İnsanın arxa tərəfi, qurşaqla çiyinləri arasındakı hissəsi, kürək sümüyü.

KÜRƏK III is. Torpaq və s. Atmaq üçün ağacdan qayrılmış uzundəstəkli alət. Alməmməd kişinin uşağı çoxuydu. O, külfətini dolandırmaxdan ötrü… Cavanşir mahalının meşələrindən ağac, taxta daşıyar; kürək, şana qayırıb satar, uşaqlarını birtəhər dolandırardı (“Aşıq Ələsgər” dastanı).

KÜRƏ
KÜRƏKLİ
OBASTAN VİKİ
Kürək
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Kürək (dəqiqləşdirmə)
Kürək
Kürək (texnika)
Kürək turbinlərdə, nasoslarda və kompressorlarda mediumun nəqlinə xidmət edir. Kürəyin alt və üst səthlərini əlaqələndirən divar cərəyan kanalının parametrlərini müəyyən edirlər. Onun ölçüsündən asılı olaraq kürəyin giriş və çıxışı arasında yaranan cərəyan impulsu müxtəlif olur. Bununla cərəyan kürəyə təsir edən qüvvə yaradır. Çarx üzrə yan-yana düzülmüş kürəklər tor əmələ gətirir. Rotor üzərinə bərkidilmiş və turbin daxilində yerləşdirilmiş kürəklər iş zamanı medium ilə maşının hərəkətli hissələri arasında güc ötürücüsü rolunu oynayır. Fırlanan kürəkli çarxdan fərqli olaraq yönəldici çarx gövdə ilə tərpənməz bərkidilir və reaksiya momentini gövdəyə ötürür. Kürəklər onları çarxda bərkitmək üçün ayaqdan və tətbiq sahəsindən asılı olaraq müəyyən qalınlıqlı lövhədən ibarətdir. Kürəyin profili kürəklərin tətbiq olunduğu güc maşınlarında sorma və sıxma tərəflərinin həndəsi formasıdır. O, kürəklər arasında cərəyan axınının parametrlərini müəyyən edir.
Kürək sümüyü
Kürək sümüyü (lat. scapula) — çiyin qurşağına aid, döş qəfəsinin arxasında yerləşən bir cüt sümük. İnsanda kürək sümüyü yastı, üçbucaq formaya malikdir, əmək aləti olan belə bənzəyir. Kürək sümüyü çiyin oynağını əmələ gətirən əsas sümük olub, xüsusi oynaq səthləri ilə körpücük sümüyü və bazu sümüyü ilə birləşmə əmələgətirir.
Qanadabənzər kürək
Qanadabənzər kürək (ing. scapula alata) – ön dişli əzələni innervasiya edən uzun döş sinirinin zədələnməsi nəticəsində yaranan deformasiyadır.
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.
Kürəkaltı əzələ
Kürəkaltı əzələ (lat. musculus subscapularis) üçbucaq formalı böyük çiyin əzələsi olub, kürəküstü çuxurdan başlanır, bazu sümüyünün kiçik qabarına bağlanır. Rotator manjetinin 4 əzəsindən biri olan kürəkaltı əzələ həmin əzələlər içərisində ən böyüyü və ən güclüsüdür, belə ki, bu əzələ manjetin ümumi gücünün 50%-ni təşkil edir. Əsas funksiyası qolun daxilə rotasiyasını təmin etməkdir.
Kürəkayaqlılar
Kürəkayaqlılar (lat. Scaphopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi.
Kürəkbasan mahalı
Kürəkbasan mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Paytaxtı— Sərhədləri — == Mahalın tarixi == 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir. Onlardan biri də Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalıdır.
Kürəkburun
Kürəkburun (lat. Scaphirhynchus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi. Şimali Amerikanın şirin sularında yaşayır.
Kürəkburunlar
Kürəkburunlar (lat. Scaphirhynchinae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan yarımfəsilə.
Kürəkcik
Kürəkcik (paddle) – kompüter oyunlarında: xüsusən obyekti ekranda şaquli və üfüqi hərəkət etdirmək üçün istifadə olunan manipulyator. Oyunun idarə olunması dəstəyin döndərilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, ekranda obyekti (məsələn, tennis raketini) bir ox üzrə (iki istiqamətdə) hərəkət etdirmək olur. Hansısa başqa hərəkətləri yerinə yetirmək üçün əlavə düymələri də ola bilər. Belə manipulyatorlar 1970-ci illərdə istifadə olunurdu və 1980-ci illərin ortalarında, demək olar ki, “yoxa çıxdı”, onların yerini daha rahat olan coystiklər tutdu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Kürəkeş (Vərziqan)
Kürəkeş (fars. كوراكش‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (44 ailə).
Kürəkli
Kürəkli (Karbi) — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində məzrə adı
Kürəkvariyarpaqlı murdarça
Kürəkvariyarpaqlı murdarça (lat. Rhamnus spathulifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, İranda, Kiçik Asiyada təbii halda yayılmışdır == Botaniki təsviri == Budaqları tikanlı ağac və ya kol bitkisidir. Bitkinin hündürlüyü 8 metrə çatır. Yarpaqları ellepsvari və ya lansetvaridir, uzunluğu 2,5-7 sm, eni 7-25 mm-dir. Çiçəkləri poliqam və ya ikievli sarı və ya ağ olub kiçik qruplarla, bəzən də tək yerləşir. May-iyun aylarında çiçəkləyir. Meyvəsi qara rəngli olub, yeməli deyil. Kökündə boyoq maddəsi, alkaloidlər vardır. Meyvəsində 2-4 möhkəm toxumları yerləşir.
Kürəkçay
Kürəkçay — Azərbaycanın Goranboy, Göygöl və Yevlax rayonları ərazisindən axan çay, Kürün sağ qolu. Uzunluğu 186 km, hövzəsinin sahəsi 2080 km²-dir. Mənbəyi Murovdağ silsiləsinin şimal yamacından (3100 m) başlayır. Başlıca qolları sağdan, Gorançay (uzunluğu 33 km), Ağsuçay (uzunluğu 15 km) soldan isə Korçay (uzunluğu 38 km), Azadçay (uzunluğu 18 km) çaylarıdır. Çayın hövzəsində bir sıra göllər vardır. Bunlardan ən böyüyü Göygöl və Maralgöldür. Axımı əsasən yeraltı (47%) və qar (43%), qisman də yağış (10%) sularından əmələ kəlir. Orta illik su sərfi 14,5 kub m/san-dir. Bunun da çox hissəsi yaz (32%) və yay (42%) aylarında keçir. Payız, qış fəsillərində keçən axımı illik axımın 10-15%-ni təşkil edir.
Kürəkçay (Goranboy)
Kürəkçay — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Kürəkçay qəsəbəsi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qazançı kəndi mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Qəsəbə Kürəkçay dəmir yolu stansiyası yanında salınmışdır. Dəmir yolu stansiyası 1908-ci ildə tikilmiş, yaxınlıqdan axan Kürəkçayın adı ilə adlandırılmışdır. Yaşayış məntəqəsinin adı da çayın adındandır. == Coğrafiyası və iqlimi == Qəsəbə düzənlikdə yerləşir.
Kürəkçay (dəqiqləşdirmə)
Kürəkçay — Azərbaycanın Goranboy, Göygöl və Yevlax rayonları ərazisindən axan çay, Kürün sağ qolu. Kürəkçay (Goranboy) — Azərbaycanın Goranboy rayonunda qəsəbə. Kürəkçay müqaviləsi — Qarabağ və Şəki xanlıqlarının Rusiya İmperiyasının tərkibinə keçməsi barədə Qarabağ xanı İbrahimxəlil xan ilə Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov arasında imzalanan müqavilə.
Kürəkçay bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kürəkçay müqaviləsi
Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə. == Müqaviləyə qədər siyasi şərait == Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi.
Kürəkçay traktatı
Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə. == Müqaviləyə qədər siyasi şərait == Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi.
Kürəkçi
Kürəkçi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yaşayış məntəqəsi Pirimbel tayfasının Kürəkçi tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, Talış dağlarının Peştəsər silsiləsinin ətəyindədir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 410 nəfər əhali yaşayırdı.
Kürəkən
Kürəkən — Bir insanın qızının, bacısının, ümumən bir qızın qohumları tərəfindən ərinə müraciəti. Məsələn:Mahmud kürəkən, Əhməd kürəkən və s. "Kürəkən" sözü bəzi yerlərdə "yeznə" kimi də deyilir.
Kürəkən Abdullah Paşa
Kürəkən Abdullah Paşa (bilinmir – may 1735, Aydın, Osmanlı imperiyası) — Osmanlı sultanı III Əhməd və I Mahmud dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən türk olub, Aydında doğulmuşdur. Bölgənin tanınmış ailələrindən olduğu üçün qısa zamanda yüksəlmiş, 1720-ci ilin yanvarında Aydın bölgəsinin vergi məmuru olmuşdur. Cəsurluğu və hərbi sahədəki qabiliyyəti səbəbilə 1726-cı ilin fevralında vəzirlik rütbəsi aldı. Bu vəzifədə ikən 1 iyun 1728-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1731-ci ildə Şam, 1732-ci ildə Hələb, 1734-cü ildə isə Aydına təyin olunur. 1735-ci ilin mayında vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani I cild, səh.
Kürəkən Ağa Mehmed Paşa
Ağa Mehmed Paşa (ö. 1771) — Osmanlı sultanı III Mustafa dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Nişli olub, Hacı Hüseyn Paşanın bacısı oğludur. Dayısının kəndxudası olaraq xidmət etdikdən sonra 1758-ci ildə baş durnaçı, 1762-ci ilin mayında yeniçəri ağası oldu. 1 noyabr 1763-cü ildə vəzir rütbəsiylə sədarət naibi, həmin ilin dekabrında isə kaptan-ı dərya təyin edildi. Bu vəzifədə ikən 1764-cü ilin mayında Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. Nigahın ardından 1765-ci ilin fevralında Vidin, aprelində Anadolu və Bosniya, 1766-cı ilin martında Rumeli valisi oldu. 1769-cu ilin mayında Hotin sərdarı təyin edildi ancaq həmin ilin sentyabrında vəzirliyi geri alınaraq Şumnuya sürgün edildi. 1770-ci ildə vəzirliklə Hələb bəylərbəyi olsa da, bölgədə aldığı sərt tədbirlər səbəbilə, ertəsi il yeniçərilər tərəfindən qətlə yetirildi. == Mənbə == Sicill-i Osmani IV cild, səh.

Значение слова в других словарях