Kəbə

is. 1) Kaaba, Ka’ba (édifice cubique au centre de la grande mosquye de Mecque) ; 2) məc. chose f sainte ; lieu m sacré ; sanctuaire m

Keyptaun
kəbin
OBASTAN VİKİ
Kəbə
Kəbə (ərəb. الْكَعْبَة‎ 'Kub'), bəzən Kəbə əl-Müşərrəf (ərəb. الْكَعْبَة الْمُشَرَّف‎ 'Kəbə-i şərif') olaraq da adlandırılır, İslamın ən mühüm məscidi, Səudiyyə Ərəbistanın Məkkə şəhərində bir binadır. İslamda ən müqəddəs yerdir. Müsəlmanlar tərəfindən Beytullah ( Allahın evi ') adlandırılır və namazda müsəlmanların qibləsidir. Məlumdur ki, İslamdan əvvəlki Ərəbistan yarımadasında çoxsaylı kubik məbud evləri (Kəbə) tikilmiş, haram aylarda ərəblər tərəfindən müqəddəs sayılan yerlər və məbud evləri ziyarət edilmiş və burada müxtəlif ibadətlər yerinə yetirilmişdir. Samariyalı İbranilərin Əl-Əsatir (nağılları) və ya Musanın sirləri kitabında İsmail və onun böyük oğlu Nebayotun Kəbə və Məkkəni tikdiyinə dair bir ifadə var. Müsəlmanların, erkən İslamda Kəbəyə istiqamətlərini dəyişməzdən əvvəl namaz zamanı Qüds istiqamətinə baxdıqlarına inanılır. Kəbənin tarix boyu dəfələrlə yenidən tikildiyinə inanılır. Bunlardan ən məşhuru İbrahim və oğlu İsmayılın,Həcər və İsmayılı tərk etdikdən bir neçə il sonra Məkkə vadisinə qayıtdıqları zaman etdikləridir.
Müqəddəs Kəbə

Kəbə basqını (1979)
Kəbə basqını — Kəbədə 20 noyabr 1979-cu ildə başlayan və 4 dekabr 1979-cu ilə qədər davam edən silahlı qarşıdurma. Bu basqını təşkil edən qrupun başında 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cuheyman əl-Uteybi dayanırdı. Basqın zamanı o, təbliğat aparmaq üçün Məscidül-Həramdakı camaatı girov götürür, rəhbərlikdən siyasi tələblər irəli sürür və qaynı Məhəmməd ibn Abdullah əl-Kəhtanini Mehdi elan edir. İki həftə davam edən basqın, Fransanın antiterror birləşmələrinin dəstəyi ilə baş tutan hərbi əməliyyat nəticəsində başa çatıb və əsir götürülən basqınçıların bütün üzvləri, o cümlədən Cuheyman əl-Uteybi, Səudiyyə Ərəbistanı qanunlarına əsasən qolları kəsildikdən sonra edam edilib. == Basqın öncəsi == Basqına rəhbərlik edən Cuheyman əl-Uteybi Nəcdin köklü bədəvi qəbilələrindən biri olan Uteybə qəbiləsindən idi. Babası olduğu iddia edilən Sultan ibn Bəcad əl-Uteybi bu bölgədə 1920-ci illərin sonunda Səud sülaləsinə qarşı üsyan qaldıran Sələfi Müsəlman QardaşlığıQardaşlıq hərəkatına rəhbərlik etmişdi. Əsgərlikdən ayrıldıqdan sonra 1973-cü ildə Mədinədə universitet təhsilinə başlayan Uteybi, gələcəkdə bacısı ilə evlənəcəyi, basqının digər mühüm üzvü olan Məhəmməd Abdullah əl-Kəhtani ilə tanış olur. Təhsil aldığı müddətdə mehdilik və fitnə hədislərinə diqqət yetirmiş, dünyanın sonu ilə bağlı hədisləri o dövrün dünya şəraiti ilə uyğunlaşdırmışdır. Sələfi və vəhhabi inanclarına uyğun olaraq İslama dəvət adlı qrup təşkil edib və tərəfdarlar toplayıb. 1978-ci ilin yayında Uteybinin başçılığı ilə onun yüz nəfər ardıcılı Səudiyyə rəhbərliyinə qarşı nümayiş təşkil etsə də, sorğu-suallardan sonra “zərərsiz” olduqları qəınaətinə gələrək sərbəst buraxılıblar.
Kəbək xan
Kəbək xan Betsbulan (v. 1414) — Litva ordusunun köməyi ilə qardaşını devirmişdi. Özü də II Bərkə xan tərəfindən devrilmişdi.
Kəbəloba qülləsi
Kəbəloba qülləsi və ya Kint bürcü — Zaqatalanın qədim Kebeloba kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Qüllənin giriş qapısı şimal-şərq divarında, yer səviyyəsində yerləşir. Digər üç divarın hərəsində isə bir mazqal vardır. İkinci yarusun hər divarında iki mazqal yerləşdirilmişdir. Burada döşəmə səviyyəsində axar yeri düzəldilmiş və taxta novla əlaqələndirilmişdir. Qüllənin üçüncü yarusu ehtimal ki, yaşayış məqsədi ilə istifadə edilmişdir. 1.30 x 0.75 m tərəflərə malik böyük pəncərənin bu mərtəbədə yerləşməsi də həmin ehtimal təsdiq edir. Pəncərə qüllənin şimal-şərq divarındadır. pəncərə kanarı kimi iri monolit daşlar istifadə edilmişdir. Həmin daşlarda açılmış dəliklərdən taxta pəncərə qapaqları asılırdı.
Kəbənin açarları
Kəbənin açarları — müqəddəs Kəbə evinin açarı Əslən Həzrəti İslam peyğəmbəriin tayfasından[mənbə göstərin] – Qureyşlərdən olan Əş-Şeybi nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını özlərində saxlayır və nəsildən-nəsilə keçirirlər. Kəbənin açarlarını saxlayan Əş-Şeybi ailəsinin icazəsi olmadan Allah Evinin qapıları açılmır. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının Məkkəyə səfərində və ildə iki dəfə təmizlik üçün Kəbə evinin qapıları açılır. Kəbənin sirlərindən biri də məhz bu açarla bağlıdır. Belə ki, açarı Əş-Şeybi ailəsindən başqa birisi əlinə aldığı təqdirdə belə müqəddəs evin qapıları açılmır.[mənbə göstərin] Amma Əş-Şeybi ailəsindən kiçik bir uşaq belə açarı götürsə qapı açılar.[mənbə göstərin] Kəbə evinin açarının, örtüyünün, həmçinin Kəbə yaxınlığındakı İbrahim Peyğəmbərin ayaq izinin əks olunduğu daşın yer aldığı Məqami-İbrahim adlı yerin açarı da Əş-Şeybi ailəsindədir. Məhəmməd Peyğəmbər zamanında Kəbənin açarının kimdə qalmasına dair gərgin müzakirələrin getməsi və peyğəmbərin bunu Əş-Şeybi ailəsinə verməsi yazılı qaynaqlarda da yer alıb. Müqəddəs Kəbə evinin açarlarını saxlayan, Qureyş qəbiləsindən Əbdüləziz Əş Şeybi 2010-cu ilin noyabr ayının 10-da - 87 yaşında dünyasını dəyişib. Bu gündən sonra keçirilən təhvil-təslim tədbirində açarlar Əbdüləziz Əş-Şeybinin qardaşı Əbdülqədir Əş-Şeybiyə verilib.
Kəbərkənd
Köbərkənd və ya Kəbərkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzəxan Qaraqoyunlu kənd inzibati ərazi dairəsində kənd. Köbərkənd kəndi Qarabağ düzündədir. Oykonim "dik yerdə salınmış kənd" mənasındadır.
Kəbərlər
Kəbərlər — Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri. == Tarix == IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi. Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar. Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib. === Azərbaycanda === Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar. == Mənbə == Q. A. Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s.
Kəbəç (Auırqazı)
Kəbəç (başq. Кәбәс, tatar. Кәбәч) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Kəbəç kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 10 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Tatarlar (78%) üstünlük təşkil edir.
Kəbəç (Avurğazı)

Значение слова в других словарях