KƏSMİK

сущ. цуру хьана атӀай некӀедин цӀвегь хкуддамаз амукьдай мукаш хьтин къафун.
KƏSMƏT
KƏSMİKLƏŞDİRMƏK
OBASTAN VİKİ
Kəsmik
Kəsmik – insan orqanizmi üçün faydalı qidalardan biri olan, qatılaşmış sud məhsulu. Azərbaycanda xalq arasında kəsmik hazırlamaq üçün təzə sağılmış südə bir qədər qatıq əlavə edilir və ocağa qoyulur, süd qaynama dərəcəsinə çatanda kəsilir (çürüyür). Hazır məhlulu torbaya töküb süzürlər. Azərbaycanın bir sıra rayonunda dələmədən də kəsmik hazırlanır. Kəsmiyin sənaye istehsalı üçün süd turşusu bakteriyaları ilə süd mayalandırılır və zərdab kənar edilir. Kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor, dəmir, maqnezium və s. vardır. Yağlılığına görə kəsmik yağlı (ən azı 18%), yarım yağlı (9%), yağsızlaşdırılmış (0,6%) növlərə bölünür. 100 q yağlı kəsmiyin kaloriliyi 230 kkal-dir (960 kc). 1 kq belə kəsmik yağlılığı 3,0—3,5% olan 5,9—6,9 kq süddən hazırlanır.
Kəsmikli bulka
Kəsmikli kətə
Kətə və ya Əhər şirnisi — Şərqi Anadolu və Cənubi Azərbaycan mətbəxlərinə xas, bir növ xəmir işidir. Edilən bölgəyə görə fərqliliklər göstərməkdədir. Ərzurum da edilən açma Kətə un, yağ, duz, bir az şəkər, yaş maya və su ilə yoğurulduqdan sonra bir saat qədər gözlədilməsi və dinlən/istirahət edən xəmirdən alınan bezələrin oxlov köməyi ilə orta incəlikdə bir kövrək halında açılaraq, üzərinə əridilmiş marqarinin sürtülməsi və rulo halında sarılıb, kiçik parçalara kəsilməsi, daha sonra kəsilən bu parçaların iki dənəsi birləşdirilmək şərtiylə arasına istəyə görə qoz, un qovurması, pendir (istənsə şokolad) qoyulması və çox xəmirlə oynamadan yağlanılmış nimçəyə qoyularaq yüksək nizamlı sobaya verilərək bişirilməsi şəklində edilməkdədir. Kayseri kimi fərqli bölgələrdə içi boş və daha sərt şəkildə edilməkdədir. Posofda isə halvalı (içli Kətə) olaraq növləri vardır.

Значение слова в других словарях