Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kimono
Kimono — Yaponiyada milli geyim. Qədim zamanlarda Yaponiyada yaranmış bu geyim növü, müasir zamanda idman geyimi kimi də istifadə edilir, məsələn:Cüdo, Ciu-Citsu, Sambo,Karate və s. Bu geyimin idman yarışlarında davamlı olması üçün xüsusi şəkildə tikilir. Geyimi bel kəməri tamamlayır.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina, Attika – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Fillip Kinono
Fillip Kinono (d. 10 dekabr 1997) — Marşall adalarını təmsil edən üzgüçü. Fillip Kinono Marşall adalarını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Fillip Kinono birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:12.94 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 112-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
I Kimon
I Kimon və ya Kimon Koalem (q.yun. Κίμων Κοάλεμος; e. ə. VI əsr, Afina – güm. e. ə. VI əsr, Afina) — Filaidlər ailəsindən olan Afina aristokratı, üç qat Olimpiya mükafatçısı, Pisistratidlərin əmri ilə öldürülmüşdür. Kiçik Miltiadın atası. == Mənşəyi == Kimon Attikanın ən qədim, varlı və güclü ailələrindən olan aristokratik Filaidlər ailəsindən idi. Filaidlərin əcdadı Zevsin oğlu Eak və oğlu Filey tərəfindən Troya müharibəsi iştirakçısı Ayaks Telamonid sayılırdı.
Kitano
Kitano (北野) və ya Kitano İcinkan (北野異人館) – Yaponiyanın Hyoqo prefekturasının Kobe şəhərində tarixi rayon. Meyci dövrünün sonunda və Tayşo dövrünün əvvəllərində gəlmiş xeyli saydakı əcnəbi sakinlərinə görə tanınır. İcinkan (異人館) terminə Yaponiyada əcnəbilərin məskunlaşdığı əraziləri bildirmək üçün işlədilir. İcinkan rayonları başqa yerlərdə də (məsələn, Hakodate və Naqasaki) mövcud olsa da, təbii fəalkətlər və müharibələr üzündən qorunub saxlanılmamışdır.Ərazidəki bir çox tikili memarlığı ilə diqqəti cəlb etdiyindən Kobe şəhərinin əsas turistik bölgələrindən biri hesab olunur. == Həmçinin bax == Ənənəvi Tikililər Qrupları == İstinadlar == == Xarici keçidlər == (ing.) City of Kobe: photo a la Carte Arxivləşdirilib 2007-10-20 at the Wayback Machine — Kitano bölgəsinin şəkilləri. (yap.) Ijinkan Net — Bölgə haqqında turistik məlumatlar.
Kivano
Kivano (lat. Cucumis metulifer) — meyvə növü. Kivano meyvəsi Avropa, Şimali Amerika, Mərkəzi və Cənubi Afrikada geniş yayılıb. Bu meyvə qeyri-adi görünüşə malikdir. Belə ki, onun səthi qorxulu tikanlarla örtülüb. İçərisində isə yaşıl maye yığılıb. Dadı banan, kivi və limonun qarışığına bənzəsə də, meyvədən yemiş ətri gəlir.
Komino
Komino (malta Comino, malta Kemmuna) — Malta arxipelaqına daxil olan kiçik ada. Aralıq dənizinin suları ilə əhatələnir. Qozo və Malta adaları arasında qərarlaşır. Ümumi sahəsi 3,5 km²-dir. 2017-ci il məlumatına görə ada əhalisinin sayı 3 nəfərdir. == Tarixi == Adanın adı Maltada geniş yayılmış yaban toxumunun adından gəlir. Roma hakimiyyəti dövründə Kominoda kəndlilər yaşayırdılar, lakin uzun müddət ada zəif məskunlaşmış və ya hətta tərk edilmişdir. Adanın sahilləri əhəng daşları ilə kəsilmiş və orta əsrlərdə quldurlar və qaçaqmalçılar arasında çox populyar olan dərin mağaralarla kəsilmişdir. Daha sonra Malta cəngavərləri bu adadan ov və istirahət üçün istifadə edirdilər. 1285-ci ildən bəri Kominoda yəhudi mistiki və kabbalisti İbrahim Əbulafiyanın evi olmuşdur.
Komodo
Komodo adası (ind. Pulau Komodo) — İndoneziyaya məxsus olan ada. Adanın sahəs 390 km² təşkil edir. Vulkan məşəlli adadır. Ada əhalisinin sayı cəmi 2 min nəfərdir (2006). == Coğrafiya == Komodo adası Kiçik Zond adaları qrupuna daxildir. Sumbava (qərb) və Flores (şərq) adalarıarasında yerləşir. Ada Komodo milli parkı ərazisinə daxildir. Komodo varanının vətənidir. == Əhalisi == Adanın hazırkı əhalisi Sulavesi adasından bura gətirilmiş buqi qəbiləsindən olan dustaqların törəmələridir.
Mimino
Mimino (gürc. მიმინო) — SSRİ-də 1977-ci ildə istehsal olunmuş kinokomediya. == Rollarda == Filmində baş rolu gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze (təyyarəçi Valiko Mizandari), digər baş rolları Frunzik Mkrtçyan (dilicanlı Ruben Xaçikyan) və Yevgeni Leonov (müharibə veteranı Voloxov) oynayıblar. == Maraqlı faktlar == 14 oktyabr 2011-ci ildə Tbilisidə "Mimino" abidəsinin açılışı olmuşdur. Bundan əvvəl isə 2011-ci ilin iyul ayında "Mimino" qəhrəmanlarına Ermənistanın Dilican şəhərində də abidə qoyulmuşdur.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Kioto
Kioto (yap. 京都市 — Paytaxtların paytaxtı) — Yaponiyada şəhər. Kinki bölgəsində yerləşir. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın — Tokionun adı alınır. Çox sayda qədim tarixi binaları və məbədləri var. İkinci dünya müharibəsi zamanı şəhər bombardman olunmadığına görə sayı 1500-dən artıq olan bu məbədlər toxunulmaz qalmışdır. 794-cü ilsən 1869-cu ilədək Yaponiyanın paytaxtı, Yaponiya imperatorlarının əsas iqamətgahı olub. Şəhərin qədim adı — Xeyan, Xeyan-kyö (yap. 平安京, "Sülh və əmin-amanlıq paytaxtı"). Kioto həmçinin gözəl meyvə bağları ilə məşhurdur.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Aleksandr Simonov
Aleksandr Vladimiroviç Simonov (rus. Александр Владимирович Симонов; 15 iyun 1972, Klin, Moskva vilayəti) — Rusiya kinooperatoru, quruluşçu operator. == Həyatı == Aleksandr Simonov 15 iyun 1972-ci ildə Moskva vilayətinin Klin şəhərində anadan olmuşdur. 1989-1991-ci illərdə məktəbi bitirdikdən sonra Odessa kinostudiyasında çəkiliş texnikası üzrə mexanik, operator assistenti, ikinci operator kimi işləmişdir. 1996-cı ildə Leonid Kalaşnikovun emalatxanasında ÜDKİ-nin operatorluq fakültəsini bitirmişdir. Quruluşçu operator kimi peşəkar fəaliyyətə 1997-ci ildə diplom işi olan "Əsgər və səfeh qız" qısametrajlı filmi ilə başlamışdır. O, bu filmə görə Münhen Beynəlxalq Film Festivalının münsiflər heyətinin xüsusi mükafatını qazanmışdır. 2004-cü ildə "Mən səni sevirəm" filmini çəkərək böyük kinoda debütə imza atmışdır. Ona xüsusi şöhrət gətirən film isə 2006-cı ildə lentə alınmış "Bumer. İkinci film" dramı olub.
Eva Simons
Eva Simons (27 aprel 1982, Amsterdam) holland müğənni. LMFAO, Afrocek və Will.i.am kimi müğənnilərlə oxuduğu mahnılar ilə tanınmışdır.
François Kamano
Fransua Kamano (1 may 1996 və ya 2 may 1996, Konakri) — Liqa 1 təmsilçilərindən olan Bordo FK klubunda hücumçu kimi çıxış edən peşəkar Qvineya futbolçusudur. == Klub karyerası == === Bastiya === Kamano öz peşəkar karyerasında debütünü Bastiya klubu ilə Liqa 1-də 9 avqust 2014-cü ildə Olimpik Marsel FK klubuna qarşı oyunda etmişdir. Kamano sona 8 dəqiqə qalmış Kristofer Mabulunu əvəz etmişdir. Həmin görüşdə Bastiya liqa görüşündə Marsel ilə 3-3 bərabərə qalmışdır. Kamano ilk qolunu 20 dekabr 2014-cü ildə Kann FK klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə Bastiya Kann ilə 1-1 bərabərə qalmışdır. === Bordo === 2016-ci ilin iyul ayında Kamano AİK, Vilyarreal FK, Renn FK və Genqam klublarından maraqlı təkliflər almasına baxmayaraq, Bordo FK klubu ilə dörd illik müqavilə imzalamışdır. Kamano €2.5 milyon qarşılığında Bordo klubuna transfer olunmuşdur. == Karyera statistikası == === Klub === 11 Mart 2017 tarixində yenilənib === Milli komanda === 10 İyun 2017 tarixində yenilənib ==== Milli komanda qolları ==== 1 Sentyabr 2016-cı il məlumatlarına əsasən. Nəticələr və qollar Qvineya hesablamasının birinci siyahısındadır.
Kimiko Tsumura
Kimiko Tsumura (津村紀三子, Tsumura Kimiko, 16 avqust 1902, Akaşi – 12 aprel 1974) – Yaponiya no aktrisası və dramaturqu. O, no tamaşalarında çıxış edən ilk qadınlardan biridir. == İlk illəri == Kimiko Tsumura 16 avqust 1902-ci ildə Yaponiyanın Akaşi şəhərində doğulmuşdur. O, üç qızdan və bir oğuldan ibarət ailənin ən gənc üzvü idi. Kimiko doğulduqdan dərhal sonra ailə işlə əlaqədar olaraq Tokioya köçmüşdür. Kimikonun atası Masumi biznesmen idi və uşaqlarının sənət təhsilinə böyük önəm verirdi. Kimikonun böyük bacısı Şizuko no nəğmələrini və rəqslərini öyrənmiş, digər bacısı Çiyo isə peşəkar rəssamdan ənənəvi rəssamlıq dərsləri almışdır.Kimiko əvvəlcə Çiyo kimi rəssamlıqla məşğul olsa da, 13 yaşından etibarən ənənəvi teatr sənətinə maraq göstərməyə başlamışdır. Həmin dövrdə Tokioda qızlar üçün no dərsləri təşkil olunsa da, onların no tamaşalarında çıxış etmələrinə icazə verilmirdi. == Karyerası == Tsumura 17 yaşında aktyor Kanze Kasetsunun tələbəsi olmuşdur. Təhsili zamanı 200-ə qədər ənənəvi no tamaşasını öyrənmiş və əzbərləmişdir.
Kimiko Şiratori
Kimiko Şiratori (d. 6 iyun 1968) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Kirovo-Çepetsk
Kirovo-Çepetsk — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Kisoro (rayon)
Kisoro — Uqandanın Qərb bölgəsinə daxil olan rayon. == Yerləşməsi == Kisoro rayonu şimaldan Kanunqu rayonu, şərqdən Kabale rayonu, cənubdan Ruanda və qərbdən Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Kisoro qəsəbəsi Kabalenin qərbində, yol ilə taxminən 45 kilometr (28 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il əhali siyahıyaalınması zamanı rayon əhalisi 186 870 nəfər olaraq qiymətləndirilmişdir. 2002-ci il siyahıyaalınması zamanı əhalinin sayı 220 300 nəfər idi. 27 avqust 2014-cü il tarixində aparılan ölkə əhalisinin siyahıya alınması zamanı rayon əhalisi 281 705 nəfər təşkil etmişdir. == Din == 2002-ci ilin sentyabr ayına olan məlumata görə rayon sakinlərinin dini mənsubiyyəti: Xristianlıq - 95,8 faiz, İslam - 0,8 faiz, digərləri - 1,3 faiz, heç biri - 2,2 faiz.
Komodo varanı
Komodo varanı və ya Komondo əjdahası (lat. Varanus komodoensis) — Əsl varanlar fəsiləsinə aid kərtənkələ növü. Növ ancaq İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılmışdır. Adanın yerli əhalisi onları ora və ya buaya darat("yerüstü timsah") adlandırırlar. Bu canlı dünyada hazırda yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir. Ölçülərinin böyüklüyü Ada qiqantizmi. ilə izah edilir. == Xüsusiyyətləri == === Xariçi görünüş === Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25–2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir.
Konstantin Simonov
Konstantin (Kirill) Mixayloviç Simonov (15 (28) noyabr 1915, Petroqrad – 28 avqust 1979[…], Moskva) — rus yazıçısı, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı (1974), Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı. == Həyatı == Pyeslərin, ssenarilərin, publisistik oçerk və yol qeydlərinin, ədəbi-tənqidi məqalələrin müəllifidir. Simonova müharibə (1941-1945) dövrü lirikası daha çox şöhrət qazandırmışdır. Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatıdır. Konstantin Simonov, İosif Stalinin göstərişi ilə Fransa, Yaponiya, hətta ABŞ-yə yollanıb, bu ölkələrdə siyasi təbliğatla məşğul olurdu. 1976-cı il fevralın 13-də SSRİ Elmlər Akademiyasında Sovet İttifaqı Kommunist Partiyası MK-nın baş ideoloqu M.Suslovun tələbi ilə böyük bir müzakirə keçirilir. Qırmızı imperiyanın hakim elitası: akademiklər, siyasi xadimlər, yazıçılar Oljas Süleymenovu "Az-Ya" kitabına görə mühakimə edirlər. Akademik B.A.Rıbakov özü ilə birlikdə 45 şovinisti ayağa qaldırır. Hamıdan çox qəzəblənən, Oljas Süleymanovu məşum "37-ci il" terminləri ilə hədələyənlərdən biri B.Y.Abayev olur. Yalnız bir nəfər - Konstantin Simonov qazax xalqının böyük oğlunun müdafiəsinə qalxır.
Kozue Akimoto
Kozue Akimoto (秋元 梢, Akimoto Kozue, 27 iyul 1987, Tokio) – Yaponiya dəb modeli və aktrisası. LesPros Entertainment ilə əməkdaşlıq edir. Atası 58-ci böyük sumo çempionu olan Çiyonofuci Mitsuqudur. Boyu 1.65 santimetrdir.
Limonu evkalipt
Corymbia citriodora (lat. Corymbia citriodora) — mərsinkimilər fəsiləsinin corymbia cinsinə aid bitki növü.