KƏSMƏK I f. Doğramaq, bölmək. Yavaş ol, ay kişi, paraları elə kəsirsən ki, elə bil hər biri bir qoçdur (N.Xəzri).
KƏSMƏK II f. İş vermək. Qəşəng qıza baxmaq üstündə adamı günahkar hesab etsələr, gələrək hər yüz nəfərdən doxsan doqquzuna iş kəsələr (Q.İlkin).