KƏSMƏK

f.
1. Kəsərti vasitəsilə bütövdən bir hissə ayırmaq; bölmək, parçalamaq. Çörəyi kəsmək. Ağacın budağını kəsmək. İpi kəsmək.
[Koroğlu] durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. Koroğlu”.
Mağaza sahibi iki arşın yarım ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi… N.Nərimanov.
[Çingiz:] Cəbi lələ, get.
Piri babanın təriflədiyi balından kəs, yeyək. S.S.Axundov.

// Öz vəzifəsini görmək (kəsici, iti şey haqqında). Bıçaq yaxşı kəsir. Balta kəsmir.
2. Kəsən alətlə yarmaq, yaralamaq. Əlini kəsmək. Barmağını kəsmək.
// Kəsən alətlə ucunu almaq, kəsib götürmək. Saç kəsmək. Dırnaq kəsmək.
// Kəsib atmaq, kəsib götürmək (cərrahiyyə əməliyyatı zamanı). Sağ qıçını kəsmək. Baş barmağını kəsdilər.
– Mən çox ağır yaralanmışdım, sağ qolumu dibindən kəsmək qorxusu vardı. S.Hüseyn.
Şərəfoğlunun qarnını yarmış, bağırsağını kəsib tikmişdilər. M.İbrahimov.

// Boğazlamaq, başını bədənindən ayırmaq. Toyuq kəsmək. Qoyun kəsmək.
[Qaraçılar] quzunu kəsib damaqla yeməyə başlayırlar. Qaçaq Nəbi”.
[Hacı Murad:] …Kim sənə izin veribdir ki, toyuq kəsirsən? S.S.Axundov.
Məmməd kişi həyətdə təzəcə kəsdiyi qoyunu şaqqalayırdı. S.Rəhman.

// Təkərləri ilə üzmək, kəsib aralamaq (qatar, tramvay və s. haqqında). Tramvay oğlanın sol qıçını kəsdi.
□ Bir-birini kəsmək – kəsişmək, birbirinin üstündən keçmək.
Bir-birini kəsən, istiqaməti seçilməyən təkər izləri, deyəsən, dünənkilərdir. Mir Cəlal.

3. Bədəni sıxan bir şeydən ağrı hiss etmək. Rezin ayağımı kəsir. Toqqa belimi kəsir.
[Həmzə] yüyəni qorxudan elə dartır ki, dəhnə az qalır atın cövzələrini kəssin. Koroğlu”.

4. Qısaltmaq, gödəltmək. Saçını kəsmək. Paltarın ətəyindən kəsmək.
5. Şiddətli təsir etmək, kəskin ağrı vermək, göynətmək. Şaxta kəsir. Soyuq adamı kəsir.
[Sevər:] Fəqət soyuq məni kəsmiş, dilim tutmur, danışdırmayın! C.Cabbarlı.
Qışın dondurucu bir günü idi.
Soyuq qılınc kimi kəsirdi. A.Şaiq.
Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Çəmənzəminli.

6. Dayandırmaq, saxlamaq, son vermək, daha davam etdirməmək.
[Nurəddin] ağlamağını kəsib xəyala getmişdi. S.S.Axundov.
Sarxan bir an üçün atəşi kəsdi. M.Hüseyn.
Uşaq qorxusundan dərhal ufultusunu kəsdi. Mir Cəlal.

□ Qabağını kəsmək – qarşısına çıxmaq, getməyə qoymamaq, dayandırmaq. Korun qabağını əliağaclı kəsməzlər. ( Ata. sözü ).
…Dilənçi qabağımızı kəsib pul istədi. M.S.Ordubadi.

7. Daha verməmək, məhrum etmək, istifadəsini dayandırmaq. Qazı kəsmək. Suyu kəsmək. İşığı kəsmək. Telefonu kəsmək.
8. Bir yeri tutub dayanmaq. Qapını kəsib durmaq.
– Şəhərin dərvişləri, dilənçiləri, seyid və mollaları tamamilə yolun sağını və solunu kəsmişdi(lər). M.S.Ordubadi.

9. Ara vermək, dayanmaq, sakitləşmək.
Sulu qar kəsmişdi. Ə.Əbülhəsən.
Axşamdan əsməyə başlayan külək sübhə yaxın birdən kəsdi. Ə.Məmmədxanlı.

// Sakitləşdirmək, dayandırmaq, nəhayət vermək.
Yüngül, sərin meh əsir; Yağmuru birdən kəsir. A.Səhhət.

10. Örtmək, mane olmaq, qabağını tutmaq.
Enməyə başladı Boranlı dağı; Qayalıq, ağaclıq kəsmişdi yolu. A.Şaiq.
Günəş qabağını kəsən buludlarla vuruşurdu. S.Rəhimov.

11. Kəsici bir şeylə öldürmək.
[Məhbuslar:] Bir-bir kəsəcək, ağa dərviş, bizi Məstavər. Ü.Hacıbəyov.
– Ay dayı, görəsən nə olar ona? – Kimə? – Bu, Hacını kəsən Osmana? H.K.Sanılı.

12. Cəza təyin etmək, cəza vermək. Tənbeh kəsmək. İş kəsmək.
[İsmayıl:] Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi. Ə.Haqverdiyev.
Cəfərqulu əvvəlcə güman etmişdi ki, … ədalətlə işə baxıb bəyə qisas kəsəcəklər. Qantəmir.

13. Qırmaq, doğramaq.
[Kəndli:] Ağa, mənim öz əlimlə əkib-becərdiyim badamlığı kəsirlər. Mir Cəlal.

// Ağacın, meynənin və s.-nin quru və artıq hissələrini qırmaq; budamaq. Meynələri kəsmək.
14. Hər hansı bir səbəbə görə tutmaq, saxlamaq, verməmək (əmək haqqının, maaşın bir hissəsini, ya hamısını). Maaşını kəsmək.
// Qət etmək, üzmək (əlaqəni, münasibəti).
Nədənsə kəndlilər [Hacı Sultanla] alışverişlərini kəsdilər. S.Hüseyn.

15. Qəlibə tökmək və ya döyməklə hazırlamaq. Kərpic kəsmək.
// Pul haqqında. Pul kəsmək.
16. Boyuna, bədəninə görə ölçüb biçmək. Paltar kəsmək. Kostyum kəsmək.
17. Çəpərləmək, hasarlamaq, ayırmaq, aranı hasar (barı, arakəsmə) ilə bölmək. Otağı ortadan kəsmək.
18. Bir işi görüb başa çatdırmaq, tamamlamaq. Xana kəsmək.
– Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev.

19. Oğurlamaq, yarmaq. Ev kəsmək.
– Bir gün lotubaşı dedi ki, gəlin gedək, padşahın xəzinəsini kəsək. Aşıq Qərib”.

20. Qarşısını almaq, toxtatmaq, dayandırmaq. Ağrını kəsmək. Əlinin qanını kəsmək. Qızdırmanı kinə kəsər.
21. məc. dan. Ürəyindən keçmək, ürəyində sevmək, istəmək, meyli olmaq.
Yalan yoxdu, bir az səndən kəsirəm; O səbəbdən məhlənizdə əsirəm. Aşıq Ələsgər.
[Qarı:] Olmaya baldızından kəsirsən? – dedi. S.Rəhimov.

22. məc. dan. Ağır təsir etmək, çox toxunmaq, yandırmaq. Bu söz məni kəsdi.
23. köhn. Sünnət etmək. Uşağı kəsmək.
24. dan. Pis qiymət vermək (imtahanda və s.-də). Tələbəni kəsmək. Ədəbiyyatdan kəsmək.
25. Bir sıra isimlərlə birləşdirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ayağını kəsmək, gözünü kəsmək, dil kəsmək, sözünü kəsmək, ətini kəsmək.

Синонимы

  • KƏSMƏK hasarlamaq — çəpərləmək
  • KƏSMƏK dayandırmaq — saxlamaq
  • KƏSMƏK doğramaq — yarmaq — qırmaq

Омонимы

  • KƏSMƏK KƏSMƏK I f. Doğramaq, bölmək. Yavaş ol, ay kişi, paraları elə kəsirsən ki, elə bil hər biri bir qoçdur (N
KƏSMƏCƏ
KƏSMƏŞİKƏSTƏ

Значение слова в других словарях