LƏÇƏKLƏNMƏK

f. Ləçək-ləçək olmaq, ləçək açmaq, ləçək halına gəlmək. Qızılgül ləçəkləndi.
– Bənövşə çiçəkləndi; Yarpağı ləçəkləndi; Yatdığı yalan oldu; Ölümü gerçəkləndi. (Bayatı).
…Məktəbin həyəti yazın al gülü və təzə-təzə böyüyüb ləçəklənən qoz yarpağı ətri ilə dolu idi. Ə.Əbülhəsən.

LƏÇƏKLƏNMƏ
LƏÇƏKLİ

Значение слова в других словарях