LAME DUCK
LAMPLIGHT
OBASTAN VİKİ
Elektrik lampası
Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı. XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.
Lampa
Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
Lampa xalçaları
Lampa xalçaları və ya Ləmpə xalçaları — Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən xovlu xalça. == Ümumi məlumat == Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən "Lampa xalçaları" əvvəlcə XIX əsrin I yarısında Şuşada toxunmuş, bir müddət sonra həmin xalçalar Qarabağ xalçaçılıq məktəbinin bütün xalçaçılıq məntəqələrində toxunmağa və təkmilləşməyə başladı. Bir qayda olaraq, "Lampa xalçaları" dəst (komplekt) şəkildə : iki yan və bir ortalıq xalçası kimi toxunurdu. == Bədii analiz == Həm strukturuna, həm də kompozisiyasına görə "Lampa" xalçaları Qarabağ xalçaçılıq məktəbinin ən mürəkkəb əsəri hesab olunur. Müəyyən dərəcədə Cəbrayıl qrupuna daxil olan "Xanlıq xalçası" və Təbriz qrupuna daxil olan Ləçək–turunc xalçasını xatırlatmasına baxmayaraq, bu xalçaların kompozisiyası çox orijinaldır. "Lampa" xalçalarının kompozisiyası uzunsov formaya malikdir. Bu xalçanın kompozisiyası üçün orta sahənin mərkəzində böyük səkkizkünclü medalyon (göl) səciyyəvidir. Gölin yuxarı və aşağı hissələrində "Lampa" üçün xarakterik olan uzunsov formalı kətəbələr yerləşir. Göllər və kətəbə ardıcıl olaraq orta sahənin sonunadək təkrarlanır. Əksər hallarda bu böyük elementlər – şaquli forma yaradan qellər və kətəbə "başlıq"la başa çatır.
Lampa xalçası

Lampas
Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır. Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi. Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur. Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər.
Lampedusa
Lampedusa (yun. Λοπαδούσσα Lopadoussa; it. Isola di Lampedusa) — İtaliyanın Siciliya bölgəsinə bağlı ada. Aralıq dənizində yerləşən ada Peleqi adalar qrupuna daxilidir və bura daxil olan üç adadan ən böyüyü sayılır. Peleqi adalarına daxil olan digər iki ada isə Linosa və Lampione adalarıdır. Adanın əsas xüsusiyyəti İtaliyanın ən ucqarda yerləşən torpaq sahəsi olmasıdır. Lampedusa adası Şimali Afrika sahillərinə ən yaxın olan Avropa adalarından biridir. Şimali Afrika ölkəsi olan Tunisin sahil ərazilərindən adaya olan məsafə 113 kmdir. Adanın inzibati cəhətdən bağlı olduğu Siciliya olan məsafə 205, Maltaya olan məsafə isə 176 kmdir. Lampedusa adasının sahəsi 20 km² təşkil edir və adanın ümumi əhalisi 4.500 nəfərə yaxındır.
Lamprachaenium
Lamprachaenium (lat. Lamprachaenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Lamprachaenium microcephalum
Lamprachaenium (lat. Lamprachaenium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Lampridiformes
Bəzəklilentşəkillikimilər (lat. Lampriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Lampriformes
Bəzəklilentşəkillikimilər (lat. Lampriformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Lamprocephalus
Lamprocephalus (lat. Lamprocephalus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lamprocephalus montanus B.Nord.
Lamprocephalus montanus
Lamprocephalus (lat. Lamprocephalus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lamprocephalus montanus B.Nord.
Lamprofillit
Lamprofillit — mineral, Na3Sr2Ti3[(O,OH,F)2ïSi2O7]2. == Haqqında == Lamprofillit - rombik. Kristalları lövhəvari-uzunsov. Ayrılması lövhə üzrə - mükəmməl. Aqreqat radial-şüalı. Rəngi qırmızı-qonur. Parıltısı yarımmetallik. Sərtliyi 2-3. Xüsusi çəkisi 3,5. Nefelinli siyenitlərdə və onların peqmatitlərində.
Lampropeltis
Lampropeltis (lat. Lampropeltis) — suilanıkimilər fəsiləsinə aid ilan cinsi. Təxminən 45 alt növ tanınır. Onlar zəhərli olmayan ilanlardır.
Lampropeltis californiae
Lampropeltis getula californiae (lat. Lampropeltis getula californiae) — lampropeltis cinsinə aid heyvan yarımnövü.
Lampropeltis getula
Lampropeltis getula (lat. Lampropeltis getula) — lampropeltis cinsinə aid ilan növü.
Lampropeltis getula californiae
Lampropeltis getula californiae (lat. Lampropeltis getula californiae) — lampropeltis cinsinə aid heyvan yarımnövü.
Lampropeltis getula goini
Lampropeltis getula (lat. Lampropeltis getula) — lampropeltis cinsinə aid ilan növü.
Lampropeltis getulus brooksi
Lampropeltis getula (lat. Lampropeltis getula) — lampropeltis cinsinə aid ilan növü.
Lampropeltis triangula
Lampropeltis triangulum (lat. Lampropeltis triangulum) — lampropeltis cinsinə aid heyvan növü.
Lampropeltis triangulum
Lampropeltis triangulum (lat. Lampropeltis triangulum) — lampropeltis cinsinə aid heyvan növü.
Lamprothyrsus
Cortaderia (lat. Cortaderia) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Lamprothyrsus Pilg. Moorea Lem.
Lampsak
Lampsak (qədim yun. Λάμψακος) — İndiki Türkiyə ərazisində mövcud olmuş Qədim Yunan şəhəri . Hazırda 10700 nəfər əhalisi olan şəhərin müasiri Türkiyənin Çanaqqala bölgəsinə aid olan Lapsekidir. == Qədim tarix == Pityussa kimi bilinən bu yer bir müddət Finikiya və Miletin müstəmləkəsi olub. E.ə 6-cı əsrdə Lampsak Böyük Miltiad və Gelibolu yarımadasına yaxın yaşayan afinalılar tərəfindən hücuma məruza qaldı. E.ə 5–6-cı əsrlərdə Lidiya,Fars imperiyası,Afina,Sparta bu əraziləri özünə tabe etdi. I Artaksers buranı Femistokla tapşırdı.Mikale savaşından sonra Lampsak Afina dəniz ittifaqına qatılanda onun sərvətinə on iki talent pul verildi. E.ə 411-ci ildə afinalıların üsyanı yatırıldı. E.ə 196-cı ildə Qədim Roma şəhəri Selevki hökmdarı III Antioksun hücumundan qorudu.Strabon və Siseron kimi şəxslər Roma hakimiyyəti altında onun daha da çiçəklənməsinə yardım etdilər. Orada doğulduğu deyilən Priap da buranı nəzarətdə saxlayırdı.
Lampunq
Lampunq İndoneziya əyalətidir, Sumatra adasının cənub ucunu tutur. Şimal-qərbdən Benqkulu əyaləti ilə qısa bir sərhədi və şimaldan Cənubi Sumatra əyaləti ilə daha uzun bir sərhədi var. Bura öz dillərində danışan və öz yazılı yazılarına sahib olan Lampunq xalqının əsl evidir. Paytaxtı Bandar Lampunqdur.
Lampunqlar
Lampunqlar, lamponqlar, oranqabunqlar və ya abunqlar — İndoneziyada, Cənubi Sumatranın Lampunq əyalətində yaşayan xalq. 1995-ci ilin məlumatına görə, sayları 300 min nəfərdir. Hal-hazırda yaşadıqları əraziyə Cənubi Sumatranın qərb hissəsində XV əsrdə gəlmişlər. == Dil == Lampunq dilində danışırlar. İndoneziya dili də yayılmışdır. == Mədəniyyət == Maddi mədəniyyətlərinə görə malayyalılara yaxındırlar. == İqtisadiyyat == Əsas məşğuliyyətləri əkinçilikdir. Bir sıra rayonlarda balıqçılıq inkişaf etmişdir. Heyvan və quş saxlayırlar.