LAZAR

“lazar” sözündən olub “optik kvant generatoru” deməkdir.
LAYİQƏ
LAZIM
OBASTAN VİKİ
Katolikos Lazar
Katolikos Lazar (Qafqaz albanlarının dili:𐔾𐔰𐔰𐔵𐔰𐕙) və ya Ğazar (erm. Ղազար) - Alban katolikoslarından biri. Mxitar Qoşun katolikoslar siyahısında adı 7-ci yerdə çəkilir. Alban salnaməsində göstərilir ki, o Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, Bərdə və Beyləqanın arasında, müasir Ağcabədidə) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir. Kirakosa görə 8 il hakimiyyətdə olmuşdur.
Lazar Biçeraxov
Lazar Fyodoroviç Biçeraxov (1882-1952) - çar ordusunda kazak qoşunları polkovniki. Milliyətcə osetindir. Birinci dünya müharibəsi dövründə İranın şimalında hərbi əməliyyatlar aparan rus qoşunlarının tərkibindəki kazak qoşunlarınınn komandanı. == Biçeraxov və Azərbaycan == Oktyabr inqilabından sonra ingilis komandanlığı Biçeraxovun rəhbərliyi altındakı 1500 nəfərlik hərbi qüvvəni Bakını almaq üçün istifadə etmək qərarına gəldi. Böyük məbləğ qarşılığında buna razılıq verən Biçeraxov 1918-ci ilin iyunun 27-28-də ingilis generalı Denstervillə Bakıya hücum planını müzakirə etmişdi. Plana əsasən, Biçeraxov Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinə müraciətində Bakını türk qoşunlarından qorumaq üçün öz dəstəsinin sovet qoşunları tərkibinə daxil olunması təklifini vermişdi. Bolşeviklərə nifrət etməsinə baxmayaraq, Biçeraxov türk qoşunlarının Bakıya girməsinə də mane olmağa çalışırdı. Hətta öz sədaqətini sübut etmək üçün o, ingilislərin bir sıra gizli planları barədə Bakı Sovetinə məlumatlar da vermişdi. === Bakıya gəlişi === Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə məğlubiyyət qarşısında qalan BXKS Biçeraxovun yardımından istifadə etməyə razılıq verdi. Lakin 1918-ci ilin iyulun sonunda Qafqaz İslam Ordusuna qarşı hərbi əməliyyatların ümidsiz olduğunu görən Biçeraxov cəbhə xəttini tərk edərək, öz dəstəsi ilə birlikdə Dağıstana keçmiş, Petrovsk-Port (Mahaçqala) şəhərini tutmuş, A. Denikinlə əlaqə yaratmışdı.
Lazar Brankoviç
Lazar Brankoviç (1421 və ya 1427, Serbiya – 20 fevral 1458, 20 yanvar 1458 və ya 1458) — Brankoviç ailəsinin Serbiya tarixindəki ikinci hökmdarı. == Həyatı == 1421-ci ildə doğulub. 20 fevral 1458-ci ildə vəfat edib.
Lazar Lagin
Lazar İosifoviç Ginzburq (Lagin) (4 dekabr 1903-16 iyun 1979) - sovet yazıçı və şairi. Lazar Ginzburq - yazıçının əsl adıdır. == Həyatı == Lazar Ginzburq (Lagin) 4 dekabr 1903-cü ildə Vitebsk şəhərində yəhudi ailəsində anadan olub. O, İosif Fayveleviç Ginzburqun ailədə beş uşaqdan birincisi idi. Növbəti il, Lazarın atası İosif pul qazanmaq məqsədi ilə Minskə köçüb burada mağaza açdı. 1919-cu ildə 15 yaşlı Lazar orta məktəbi bitirib attestat alır. Və məktəbi qurtardıqdan sonra könüllü olaraq Vətəndaş müharibəsinə gedir. 1920-ci ildə isə RK(b)P-nin üzvü olur. 1922-ci ildən Lazar Laginin şeir və qeydləri qəzetdə nəşr olunmağa başlayır. 1924-cü ildə Rostov na-Dona gedən Lagin Vladimir Mayakovski ilə görüşür və Mayakovski onun şeirləri yüksək qiymətləndirir.
Lazar Parapetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Ermənistan krallığı – 510, Pərpi, Sasanilər dövləti) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450–451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481–484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Lazar Parpetsi
Lazar Parapetsi (erm. Ղազար Փարպեցի; 442, Pərpi, Ermənistan krallığı – 510, Pərpi, Sasanilər dövləti) — V əsr erməni tarixçisi. Knyaz Vardan Mamikonyanın xahişi ilə Favstos Buzandın tarixini davam etdirən keşiş. == Ermənistan tarixi == Lazar Parpetsi tərəfindən V əsrin sonu-VI əsrin əvvəllərində yazılmış Ermənistan tarixi əsərində Cənubi Qafqaz xalqlarının istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edilir. Parpetsi 387-ci ildə Ermənistanın parçalandığı vaxtdan V əsrin sonlarınadək olan bir dövrdə baş verən hadisələri əhatə edir. Sənədlərə və müasirlərinin dediklərinə əsaslanan müəllif 450–451-ci illərdə Sasanilər əleyhinə hərəkat haqqında Yelişenin məlumatlarını zənginləşdirir və 481–484-cü illərdə Cənubi Qafqaz xalqlarının Sasanilərə qarşı üsyanını təsvir edir. Parpetsinin əsəri bir də ona görə qiymətlidir ki, bütün erməni müəlliflərindən fərqli olaraq o, bütün Qafqaz xalqları arasındakı yekdillik və bərabərliyi tez-tez xatırladır. == Ədəbiyyat == Muradyan, Gohar. ŁAZAR PʿARPECʿI // Encyclopaedia Iranica. 2018.
Lazar Xrebelyanoviç
Lazar Xrebelyanoviç (serb. Лазар Хребељановић; 1329[…] – 15 iyun 1389, Kosovo sahəsi) — Serbiyanın sonuncu müstəqil knyazı.
Lazar Şaineanu
Lazar Şaineanu (23 aprel 1859- 11 may 1834) — rumın dilçisi, folklorçusu. == Həyatı == Lazar Şaineanu 1859-cu ildə anadan olmuşdur. 1901-ci ildə Fransaya köçmüş, École des hautes étudesdə təhsil işçisi olaraq çalışmışdır. Şäineanu rumın dili üzrə yazdığı əsərlərlə tanınmışdır. Bundan əlavə türk dili, türk tarixi və türk mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən bir əsər yazmışdır. «Influenta orientalä asupra limbei şi culturei romäne» (1900) adı ilə nəşr olunan bu əsərdə rumin dilində türk dilindən alınma sözlərdən bəhs olunur. Şäineanudan əvvəl Theophil Loebelde bu haqda əsər yazmışdır («Elemente turceştı, ara- beştı şi persane ın limba Romänä», 1894). Loebel Şäineanunun əsəri ilə əlaqədar öz fikir və düşüncələrini də dərc etdirmişdir («Contributioni i observatiuni relative la opera "Influenta orientalä" de L. Şäineanu», 1909). Son illərdə Heinz F. Wendt «Die türkischen Elemente im Rumänischen» (1960) adlı əsərində rumin dilində istifadə olunan türk sözlərini təkrar gözdən keçirsə də, Şäineanunun tədqiqatları bu sahədə nəşr olunan ilk əsər olaraq öz əhəmiyyətini itirməmişdir.
Lüdviq Lazar Zamenhof
Ludovic Lazarus Zamenhof (Ludwik Lejzer, Ludwik Łazarz) (d. 15 dekabr 1859, Belostok – ö. 14 aprel 1917, Varşava) — göz həkimi, filoloq və dünyada ən çox istifadə olunan süni dil olan Esperantonun yaradıcısıdır.
Lazar Drlyaça
Lazar Drlyaça (10 fevral 1882, Bosniya və Herseqovina – 13 iyul 1970, Bosniya və Herseqovina) — Bosniyalı rəssam. == Həyatı == Bosanski Novi yaxınlığındakı Blatnada bosniyalı serb ailəsində anadan olub. O, 1906-cı ilin oktyabrında Vyanada Təsviri Sənətlər üzrə imtahan verir və 1911-ci ildə Serbiya Krallığının pavilyonu üçün Romada Beynəlxalq Sərgidə iştirak edir. Bundan sonra rəssamlıq məktəbində oxumaq üçün Parisə köçür və Luvrda işləyir. Bəzən müştərilərin sifarişləri əsasında, qədim rəssamlar Titian və Leonardo da Vinçininin əsərlərini kopyalayır. 9 iyul 1914-cü ildən 1919-cu ilə qədər onun həyatı haqqında çox az şey məlumdur, lakin bir şəkil qeydində onun Sardiniyadakı düşərgədə olduğu qeyd olunur. İkinci Dünya Müharibəsindən bir qədər əvvəl, təxminən 1935-ci ildə, o, həmişəlik Bosniyaya qayıdır və Konjiçin yuxarısında, Boraçko jezero və Prenj dağı arasındakı karst yaylasındakı Borci kəndində məskunlaşır. O, ömrünün sonuna qədər orada tənhalıqda, əvvəlcə bir kənddə yaşayır və xəstələndikdən sonra 1970-ci ildə Boraçko gölünün üstündə yerləşən "Şantića Vila" adlı dağ villasına köçür. O, əvvəlcə Ekspressionizmçi olub, lakin sonrada İmpressionizmçiyə çevrilib. Drlyaça özünü Bosniyalı boqomilçi kimi tanıdıb, ona görə də onu tez-tez sonuncu Bosniyalı boqomilçi adlandırırdılar..
Lazar Markoviç
Lazar Markoviç (serb-kiril. Лазар Марковић , tələffüzü [[Beynəlxalq fonetik əlifba|[lâzaːr mǎːrkoʋitɕ]]] ; 2 mart 1994, Çaçak[d]) — Qaziantepdən icarə əsasında Türkiyə Super Liqasının Trabzonspor klubunda cinah müdafiəçisi kimi çıxış edən serbiyalı peşəkar futbolçudur . Markoviç 2012-ci ildə Serbiya millisində 20-dən çox oyun keçirərək millidə debüt etdi. == Karyera statistikası == === Klub === 4 Fevral 2023 tarixində yenilənib === Milli === 15 noyabr 2016 tarixində yenilənib Matçlar və nəticələr ilk olaraq Serbiyanın qollarının sayını göstərir, hesab sütunu Markoviçin hər qolundan sonra hesabı göstərir.
Sen-Lazar vağzalı (tablo)
Sen-Lazar vağzalı (fr. Le Chemin de fer) — Eduard Mane tərəfindən 1873-cü ildə çəkilmiş rəsm. Əsərdə XIX əsr Paris şəhərinin mənzərəsi təsvir olunmuşdur.
Müqəddəs Lazar kilsəsi (Larnaka)
Müqəddəs Lazar kilsəsi (Larnaka) — Kiprin Larnaka şəhərində yerləşən 9-cu əsrin sonlarına aid kilsədir. == Tarixi == Bu kilsə Əhdi-Cədiddə Yəhya kitabında adı keçən Lazarın adını daşıyır və əfsanəyə görə İsa özünü diriltməklə möcüzə göstərmişdir. Rəvayətə görə, İsa çarmıxa çəkildikdən sonra Lazar həyatı üçün qorxdu. Başına belə bir hadisə gələ biləcəyindən təşvişə düşərək Kiprə qaçır. Burada o, qədim Kition şəhərində kilsənin keşişi olur. O, 30 ilə yaxın burada yaşayır. Lazar öləndən sonra burada da dəfn edilir. Bu gün Lazarın məzarı üzərində Müqəddəs Lazar kilsəsi də tikilmişdir.
La vida de Lazarillo de Tormes
Lazarillo de Tormesin həyatı və onun bəxti və çətinlikləri (daha yaxşı Lazarillo de Tormes kimi tanınır), ilk şəxsdə və epistolyar üslubda (tək uzun bir məktub şəklində) yazılan, bilinən ən qədim nəşrlərinə qədər gedən, anonim bir İspan romanıdır. 1554 . İçərisində, bir uşaq Lázaro de Tormesin siglo həyatı avtobioqrafikdir XVI, anadan olandan və yazıq uşaqlığından toyuna qədər, artıq yetkinlik yaşındadır. Realizm, birinci şəxs rəvayət, gəzinti quruluşu, müxtəlif ustalara xidmət və əxlaqi və bədbin ideologiya kimi ünsürlərə görə picaresque romanının öncüsü sayılır.
Lazarev
Lazarev (rus. Лазарев) — rus soyadı.
Lazarev (Antarktika stansiyası)
Lazarev stansiyası — fəaliyyətini dayandırmış Sovetlər Birliyinə məxsus olan qütb stansiyası. Stansiya 1959-cu ildən 1961-ci ilə qədər fəaliyyət göstərmişdir. == Tarixi == Elmi Lazarev stansiyası Dördüncü Sovet Antarktika ekspedisiyası zamanı 1959-cu ilin 10 martında açılmışdır. Stansiya Şahzadə Astrid sahilində şelf buzlağında inşa edilmişdir. Stansiya Antarktidanı kəşf edən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Stansiyada aerologiya, aktinimetriya, geomorfologiya, qlyasiologiya, meteorologiya və okeanologiya sahəsində elmi araşdırmalar aparılmışdır. Burada xüsusi diqqət qütb parıltısına yönəldilmişdi. Stansiyanın mövcudluğu təhlükə doğururdu. Burada güçlü küləklər qarı sovuraraq stansiyanın üzərinə qədər qaldırırdı. Üstəlik şelf buzlağının qırılma ehtimalı mövcuddur Beşınci Sovet Antarktida ekspedisiyası işini bitirdikdən sonra 26 fevral 1961-ci ildə stansiya fəaliyətini fayandırılmışdır.
Lazarev burnu
Lazarev burnu (Nevelskoy boğazı)
Lazarev burnu (Nevelskoy boğazı)
Lazarev burnu — Rusiya, Xabarovsk diyarı, Şəhər tipli Lazarev qəsəbəsi ərazisində yerləşən burun. Amur limanının qərbində qərarlaşır. Yerləşdiyi yarımada ərazisində Ermak burnu da vardır. Burun dənizçi, admiral, Rusiya İmperiyasının Qaradəniz donanmasının komandanı (1834–1851), Antarktidanı ilk dəfə kəşf edəmnlərdən biri olmuş Mixail Lazaryevin şərəfinə adlandırılmışdır. Burun Saxalin adasına ən yaxın materik sahəsidir.
Lazarev burnu (Sevastopol)
Lazarev burnu (ukr. мис Лазарева) — Krım yarımadasında, Sevastopol buxtasının cənubunda yereləşən burun. Burun Korabelnaya buxtasını, Yujnaya buxtasından ayırır. Burun dənizçi, admiral, Rusiya İmperiyasının Qaradəniz donanmasının komandanı (1834—1851), Antarktidanı ilk dəfə kəşf edəmnlərdən biri olmuş Mixail Lazaryevin şərəfinə adlandırılmışdır. Burunda Sevastopol dəniz zavodu (1783) və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialı yerləşir. Filialı Lazarev kazarmalarında fəaliyyətdədir. 1867-ci ildə isə Mixail Lazaryevə abidə qoyulsa da həmin abidə 1928-ci ildə sökülmüşdür. Onun yenidən bərpası planlaşdırılır.
Lazarev buxtası
Lazarev buxtası — düzbucaqlı formaya malik olan 28 metr uzunluğa və 24 metr enə malik olan körfəz. Körfəz I Aleksandr Torpağı ilə Rotşild adası arasında yerləşir. İki adanı birləşdirən şelf buzlağı buxtanı cənubdan əhatə edir. Körfəzin şimal sahilləri 1821-ci ildə Faddey Bellinshauzen və Mixail Petroviç Lazarev tərəfindən kəşf edilmişdir. Körfəzin şəkli səmadan Finn Ronun rəhbərlik etdiyi ekspedisiya tərəfindən 1947-1948-ci illərfə çəkilmişdir. 1960-cı ildə isə Britaniya Antarktida xidməti tərəfindən çəkilir. Buxta Mirniy gəmisinin kapitanı Mixail Petroviç Lazarevin şərəfinə adlandırılmışdır.
Lazarev dağları
Lazarev dağları — Matuseviç buzlağının qərbində, Eld Pik dağından 40 km aralıda yerləşir. Dağları Sovet Antarktika ekspedisiyası və Avstraliya Antarktika ekspediyası tərəfindən araşdırılmışdır. Sovet ekspedisiyası tərəfindən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Lazarev Mirnı gəmisinin komandiri olmuşdur.
Lazarev dənizi
Lazarev dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Kraliça Mod Torpağı sahilində yerləşir. Sahəsi 929,000 km², dərinlik mərkəzə doğru 3.000 m, şimalda dərinlik isə 4500 m təşkil edir. Suları hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. İlin yay və payız mövsümünün sonunda buzlar əsasən sahilə yaxın ərazilərdə qalır. Dəniz 1962-ci ildə Birinci rus antartik ekspedisiyanın rəhbəri M. P. Lazarevin şərəfinə adlandırılmışdır. == Tədqiqatı == Dənizin örgənilməsində Sovet və Rus tədqiqatçılarının böyük rolu olmuşdur. Katerik şelfi burada nisbətən azlıq təşkil edirlər. Selfin sahildə uzunluğu 200 km təşkil edir. Cənubdan mərkəzə doğru dərinlik birdən-birə 3000 m, şimalda isə dərinlik 4500 metrə qədər enir. Sahilləri qayalı olan yerlər əssasən Kraliça Mod Torpağına daxil olan Şahzadə Marta sahili ərazisində müşahidə edilir.
Lazarevats icması
Lazarevats (serb. Лазаревац) — Serbiyada icma, Belqrad dairəsinə aid edilir. İcmanın əhalisi 59.043 nəfərdir (2007), əhalinin sıxlığı 154 nəfər/km²-dır. 384 km²-lik sahəni əhatə edir, onun 60,4%-i sənaye məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Lazarevats şəhəridir. Lazarevats icması 34 yaşayış məntəqəsindən ibarətdir, onların orta sahəsi 11.3 km²-ə bərabərdir.
Lazarevski
Lazarevski — Soçi şəhərinin mikrorayonu, Krasnodar diyarının Qara dəniz sahilindəki kurort. Soçinin Lazarevski rayonunun inzibati mərkəzi. == Coğrafiyası == Lazarevski Qara dəniz sahillərində, Psezuapse çayının mənsəbində, Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Soçidən 42 km şimal-qərbdə və Krasnodar şəhərindən 135 km cənubda yerləşir. Lazarevski A-147 federal magistral yolu (Adler-Dzhubga) ilə və Tuapse-Adler dəmir yolu xətti kəsişməsində yerləşir. Şimal-qərbdə Aşe, şimalda Mamedova Şel, şərqdə Alekseevskoye və cənubda Soloniki mikrorayonlarının əraziləri ilə həmsərhəddir. Qərbdə Qara dənizin suları ilə yuyulur. Şəhər daxilində dəniz sahilinin uzunluğu təqribən 14 km-dir. Lazarevski Baş Qafqaz silsiləsinin cənub yamacının dağətəyi zonasının aran hissəsində yerləşir. Dağlar və silsilələr dəniz sahilindən uzaqlaşdıqca kəskin şəkildə yüksəlməyə başlayır.
Lazarevski rayonu
Lazarevski rayonu — Krasnodar diyarında, Soçi şəhərində yerləşən 4 şəhər daxili rayondan biri. == Coğrafiyası == Lazarevski rayonu Qara dəniz sahilində, Böyük Soçinin qərb hissəsində yerləşir. Şərqdə şəhərin mərkəzi və Xostinski rayonunun ərazisi, qərbdə Tuapse rayonu, şimalda Apşeron rayonu və şimal-şərqdə Adıgey Respublikası ilə həmsərhəddir. Rayonun qərb sərhədi Şepsi və Şuyuk çaylarının su hövzəsi ilə, şimal sərhədi Baş Qafqaz silsiləsinin zirvələri, şərq sərhədi Mamayski aşırımı ilə və cənub sərhədi Qara dəniz sahili ilə keçir. Lazarevski rayonun sahəsi Soçi şəhər ərazisi ilə birlikdə 31,57 km-dir² Tabeliyində olan qəsəbə və kənd rayonları ilə — 1744 km²-dir. Bölgənin iqlimi rütubətli subtropikdir. Orta illik hava temperaturu təxminən 14 ° C, orta illik yağıntı təxminən 1250 mm-dir. Ən çox yağıntı qışda sahilə düşür. Sahildən uzaqlaşdıqca və dağlara qalxdıqca orta illik yağıntı tədricən azalır ki, bu da Baş Qafqaz silsiləsinin cənub yamacını şimaldan əhəmiyyətli dərəcədə fərqləndirir. Dağlara qalxarkən düşən yağıntının miqdarı il artır.
Lazarus A.D.
Lazarus A. D. — Amerikan Thrash metal qrupu,2005-ci ildə yaradılmışdır. Qrupun ilk debüt albomu "The Onslaught" 2007-ci ildə " Earache Records" albom şikətilə birgə çıxarılmışdır. Bu albomdan sonra qrup Avropa turunda Almaniya, Avstriya, İsveçrə və İtaliyada konsertlərdə çıxış etməyə başladı."The Onslaught" albomu 2009-cu ildə yenidən "Metal Blade" albom şirkəti ilə çıxardaraq,Amon Amarth,Goatwhore və Testament kimi qruplarla konsertlər də çıxış edərək tanınmağa başlandılar. Onların ikinci studiya albomları "Black Rivers Flow" 2011-ci ildə işıq üzü görmüşdür. Bu albomdan sonra qrup Şimali Amerika ölkələrin də çıxış etmişdir.
Les Lazarovitz
Les Lazarovitz (Oktyabr 2, 1941 – Yanvar 6, 2017) — ABŞ-lı səs rejissoru. Onun Ən yaxşı səs miksajı nominasiyasında iki dəfə Oskar mükafatını əldə etmək üçün namizədliyi irəli sürülmüşdür. Lazarovitz 6 yanvar 2017-ci ildə 75 yaşında xərçəng xəstəliyindən Floridada vəfat etmişdir.
Mayk Lazaridis
Mayk Lazaridis (Mike Lazaridis; 14 mart 1961, İstanbul) - Kanadalı biznesmen, kvant mühit texnologiyaları üzrə investor, (RIM) şirkətinin banisi və rəhbəri, Blackberry telefonlarının “atası”, == Həyatı == Mayk Lazaridis 14 mart 1961-ci ildə Türkiyənin İstanbul şəhərində Yunan ailəsində anadan olmuşdur. Maykın beş yaşı olarkən ailəsi 1966-cı ildə Kanadaya köçdü və Ontario, Windsor şəhərində məskunlaşdı. == Fəaliyyəti == Mobil rabitə üçün nəzərdə tutulmuş müasir simsiz vasitələrin istehsalı ilə məşğul olan Research In Motion (RIM) şirkətinin banisi və rəhbəri, Blackberry telefonlarının “atası”, kanadalı biznesmen Mayk Lazaridis Vaterloo Universitetinin rektoru və Kanada Ordeni zabitidir. Lazaridis müvəffəqiyyətli sahibkar olmaqla yanaşı, həm də məşhur xeyriyyəçidir. Mayk Lazaridis 1984-cü ildən 2012-ci ilədək BlackBerry-nin həmsədri, həmçinin 2012-ci ildən 2013-cü ilədək İdarə Heyəti sədrinin müavini və İnnovasiya Komitəsinin sədri vəzifələrini yerinə yetirmişdir. == Mənbə == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Mixail Lazarev
Lazaryev Mixail Petroviç (1788-1851) — rus tədqiqatçısı. == Həyatı == "Mirnıy" gəmisinin komandiri M.P.Lazaryev 1788-ci ildə Vladimir quberniyasında anadan olmuşdur. O iki qardaşı kimi dəniz korpusuna daxil olmuşdur. O, Baltik dənizində xidmətə başlayaraq Rusiya İsveç müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra Lazaryev "Svorov" gəmisinə komandir təyin olunur. Bu gəmidə o, dünya səyahətinə çıxmış və bir sıra adalar Sakit okeanda kəşf etməklə Suvorovun şərəfinə adlandırmışdır. Beləliklə, hər iki səyyah 16 iyul 1819-cu il tarixində Kronştadtı tərk edirlər. Ekspedisiyanın qarşıya qoyduğu əsas məqsəd mümkün qədər cənuba enməklə Cənub materikinin mövcudluğu haqqında olan müxtəlif fikirlərə son qoymaq idi. Ingiltərənin Portsmut limanında dayanmaqla bir sıra cihazlar əldə etmiş gəmilər payızın əvvəllərində Braziliyaya istiqamət götürürlər. Braziliya sahillərində Rio-de-Janeyro şəhəri yaxınlığındakı əlverişli limanda löbər salmaqla ilk tanışlığa başlayırlar.

Значение слова в других словарях