LEDİ

сущ. леди (в Англии):
1. жена лорда или баронета
2. замужняя женщина, принадлежащая к аристократическому кругу
LEDERİN
LEGENDA
OBASTAN VİKİ
Dəmir ledi
Marqaret Hilda Tetçer (ing. Margaret Hilda Thatcher; 13 oktyabr 1925[…], Qrantem[d], Linkolnşir qraflığı[d][…] – 8 aprel 2013[…], Rits oteli[d], Vestminster borosu[…]) — Britaniyalı siyasətçi. Birləşmiş Krallıqda ən uzun müddət vəzifədə qalmış baş nazir və ölkənin yeganə qadın baş naziri. Yaxın tarixdə ölkəyə ən çox təsir edən insanlardan olub. Tətbiq etdiyi siyasətlər səbəbi ilə həm böyük dəstək görüb, həm də ciddi müxalifətlə qarşılaşmışdı. Gəncliyində parlaq bir tələbə olduğu kimi mühafizəkar tələbə cəmiyyətində siyasi tədbirlərdə də iştirak edirdi. Mühafizəkar partiyaya gənc yaşda üzv oldu. Zəngin bir iş adamı ilə ailəli olmuşdur. Tetçer 1975–1990-cı illər arasında Mühafizəkarlar Partiyasına rəhbərlik etmiş, 1979–1990-cı illərdə isə baş nazir olmuşdur. Ümumi siyasi yolu liberal-mühafizəkar istiqamətində idi.
Ledi Marion
Ledi Marion ya da Marian, Maid Marian (Bakirə Marian) kimi də tanınır. Robin Qudun sevgilisi olan əsilzadə xanımdır. Bəzi şeirlərdə çoban olaraq xatırlanır. Kral Riçardın qayıtmasından sonra Robinlə evlənmişdir. Köhnə hekayələrdə Klorinda kimi də xatırlanır.
Ledi Peç
Ledi Peç (əsl adı: Ledi Araseli Peç Martin; ing. Leydy Pech; 1965) — meksikalı arıçı və mayalı ekoloqu. 2020-ci ildə Yukatan yarımadasında transgen soya paxlasının əkilməsi əleyhinə işinə görə Qoldman Ətraf Mühit Mükafatına layiq görülmüşdür. == Bioqrafiya == === Arıçılıq işi === Ledi Peç əsasən arıçılıqla məşğuldur. O, bir neçə icmada ənənəvi Maya mədəniyyətinin bir hissəsi kimi əsrlər boyu becərilən Melipona beecheii adlı amansız arı növünü saxlayır. Melipona beecheii pətəklərini içi boş oduncuqlarının içərisində qurur. Əksər arıçılar Apis mellifera növlərindən istifadə etməyə üstünlük versə də, Peç və onun icması yerli olaraq Xunaan Kab (Bal Xanımı) kimi tanınan bölgədə bu növün melipona çeşidindən istifadə ənənəsini saxlamaq üçün M. beecheii-dən istifadə edir. Ledi Peç ənənəvi üsulla bal yetişdirdiyi iki hektar torpaq sahəsinə malikdir. Peç təşkilatı arıların yetişdirilməsi və onların ballarının toplanması ilə bağlı kollektiv iş vasitəsilə icma hissini inkişaf etdirməyə çalışır. O, ailələrin birlikdə işlədiyi və sağ qalmaq üçün bir-birini dəstəklədiyi yaxınlıqdakı İç-Ek icmasını təqlid etməyi hədəfləyir.
Ledi Qaqa
Stefani Coann Ancelina Cermanotta (ing. Stefani Joanne Angelina Germanotta; 28 mart 1986[…], Manhetten, Nyu-York ştatı) — əsasən Ledi Qaqa (ing. Lady Gaga) adı ilə tanınan ABŞ müğənni, bəstəkar və aktrisası. == Həyatı == Hələ də yaşadığı Nyu Yorkda doğulub böyüdü və musiqi həyatına addım atmazdan əvvəl Katolik bir qız məktəbini bitirdi, sonra Nyu York Universitetində təhsil aldı. Mahnı oxumağa Manhettenda bir rok musiqi səhnəsində başladı. 2007-ci ildə "Streamline Records" şirkəti ilə müqavilə imzaladı. Buradakı ilk dövründə digər sənətçilər üçün mahnı yazan Qaqa , bir müddət sonra Akonın marağını çəkdi. Qaqanın musiqi və vokal qabiliyyətini bəyənən Akon, onu yeni qurduğu "Kon Live Distribution" adlı musiqi şirkətinin heyətinə qatdı. Sənətçinin avqust 2008-ci ildə çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya ümumisindəki siyahılarda birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
Ledi Qodiva
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir. == Əfsanə == Əfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.
Ledi Slim
Ledi Süzan
Ledi Süzan (ing. Lady Susan) — 1794-cü ildə yazılmış, lakin 1871-ci ilə qədər nəşr olunmamış ingilis yazıçısı Ceyn Ostinin qısa epistolyar romanıdır. Müəllifin sağlığında heç vaxt çap olunmayıb. == Roman haqqında == Roman epistolyar üslubda yazılıb. Mürəkkəb bir hekayə və mürəkkəb personajlardan bəhs edir. Məktublarla yazılmış roman Ostenin çətin karyerasının lap əvvəlində yazılmışdır. Gənc qız heyrətamiz bir hekayə yazdı, bu da onun yaşı üçün xarakterik deyil. Hekayənin hər bir qəhrəmanının xarakterinə və xüsusiyyətlərinə dərin psixologizm və ətraflı məlumat çoxlarını heyrətə gətirir. Görünür, yazıçı ümumiyyətlə kitab nəşr etməyi planlaşdırmayıb. Ceyn Ostin, digər əsərlərindən fərqli olaraq, bunu heç vaxt nəşriyyatlara təklif etməyib.
Ledi Qaqanın ət geyimi
Ledi Qaqanın ət geyimi — ABŞ müğənnisi Ledi Qaqa tərəfindən 2010 MTV Video Musiqi Mükafatlarına geyindiyi çiy dana ətindən hazırlanan və mətbuatda "ət paltarı" olaraq adlandırılan geyim. Argentinalı dizayner Frank Fernandez tərəfindən hazırlanan və Nikola Formiçetti tərəfindən stilləşdirilən geyim, 2010-cu ildə "Time" jurnalı tərəfindən ən əhəmiyyətli moda hadisəsi adlandırılmışdır. Ət geyimi 2011-ci ildə Ledi Qaqanın digər geyimləri kimi arxivləşməsi üçün hazırlandı və qurudulmuş ət şəklində Rock and Roll Hall of Fame muzeyində sərgilənməyə qoyuldu. Mükafat mərasimindən sonra Ledi Qaqa geyimin insanların inandığı şeylər üçün mübarizə ehtiyacının bir ifadəsi olduğunu açıqladı və ABŞ ordusunun "Don't ask, don't tell" ("soruşma, demə") siyasətindən nifrət etdiyini də dedi. Geyim heyvan hüquqları müdafiəçiləri tərəfindən tənqid olundu. Mətbuat geyim ideyasının özünəməxsusluğunu müasir incəsənət və məşhur mədəniyyətdən bəhs edən nümunələrlə müqayisə etməklə mübahisə yaratdı. == Zəmin == 2010-cu il Video Musiqi Mükafatlarında, Ledi Qaqa ümumilikdə 13 dəfə namizəd oldu, o cümlədən "İlin Video Klipi"nə iki nominasiya qazanaraq (bu müvəffəqiyyəti göstən ilk qadın sənətçidir) rekordları qırdı. Ətdən düzəlmiş don, papaq, ayaqqabı və çantadan ibarət olan geyimi geyinməmişdən əvvəl, Gaga Aleksandr Makkvinin geyimi ilə mərasimə gəldi və onu Giorgio Armani tərəfindən hazırlanmış qara paltar ilə əvəz etdi. Gaga ət geyimini "Bad Romance" üçün qazandığı "İlin Video Klipi" mükafatını alanda geyindi. Şerdən mükafatını alan Gaga, "Şerdən ət çantamı tutmasını rica etməyim ağlıma gəlməzdi." deyərək, zarafat etdi.
Baccharis ledifolia
Baccharis ledifolia (lat. Baccharis ledifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Cercocarpus ledifolius
Cercocarpus ledifolius (lat. Cercocarpus ledifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin cercocarpus cinsinə aid bitki növü.
Miconia ledifolia
Miconia ledifolia (lat. Miconia ledifolia) — melastomakimilər fəsiləsinin mikoniya cinsinə aid bitki növü.
Pentacalia ledifolia
Pentacalia ledifolia (lat. Pentacalia ledifolia) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid bitki növü.

Значение слова в других словарях