LET

let1

n icarəyə vermə; to get a ~ for one’s house evini kirayə vermək

let2

v 1. icazə vermək; imkan vermək; Let me help you Qoy / Qoyun sənə / sizə kömək edim; 2. əldən vermək, buraxmaq (imkanı, fürsəti); Don’t let the opportunity go İmkanı əldən vermə / verməyin; 3. icazəyə / kirayəyə vermək; 4. I və III şəxslərdə əmr cümlələrini düzəltmək üçün işlədilir: Let him go home Qoy / Qoyun o, evə getsin, Let them answer your questions Qoy / Qoyun onlar sənin / Sizin suallarına / suallarınıza cavab versinlər; 5. qoymaq; imkan vermək; Don’t let yourself fall Özünü / Özünüzü yıxılmağa qoyma / qoymayın; to ~ down 1) uzatmaq, endirmək; aşağı salmaq / buraxmaq; to ~ the curtain pərdəni aşağı salmaq / endirmək; My skirt wants letting down Mənim yubkamın ayağını uzatmaq lazımdır; 2) məc. ümidini puç etmək / boşa çıxartmaq, doğrultmamaq; The weather / The car let us down Hava / Maşın ümidimizi doğrultmadı / boşa çıxartdı; to ~ in içəri buraxmaq; Let me in Məni içəri burax / buraxın; The roof lets in rain Dam yağış buraxır; to ~ off düşürmək, buraxmaq; yerə salmaq; to ~ on d.d. ağzından qaçırmaq / buraxmaq, demək; söyləmək; Don’t let on that we know Bizim bildiyimizi heç kimə demə / deməyin ; to ~ out 1) buraxmaq; açıb buraxmaq; He let out the cat O, pişiyi açıb buraxdı; 2) səs qopartmaq; bərkdən qışqırmaq; He let out a yell O bərkdən qışqırdı / qışqırıq qopartdı

LEST
LETHARGY
OBASTAN VİKİ
Let It Snow! Let It Snow! Let It Snow!
Let It Snow! Let It Snow! Let It Snow! və ya daha çox bilinən adıyla Let It Snow! 1945-ci ildə sözləri Semmi Kan, musiqisi Jüli Stayn tərəfindən yazılmış məşhur mahnı. Mahnı 1945-ci ilin iyun ayında Hollivudda yazlıb və Kaliforniyanın isti günlərindən birində lentə alınıb. Mahnı ilk dəfə Voqn Monronun ifasında, 31 oktyabr 1945-ci ildə lentə alınıb. Bundan sonra mahnının dünya turnesi başlayıb və mahnı dünyanın ən məşhur, dahi ifaçılarının repertuarına daxil olub. Hələ Voqn Monronun ifasında mahnı elə yazıldığı ildəcə Billboard hit paradının birinciliyinə yüksəlib və uzun müddət bu yerini qoruyub. Mahnının tarixçəsində sözsüz ki, ən sevilən və mükəmməl ifalardan biri Vudi Herman və Bob Krosbinin jazz qrupu tərəfindən 1945-ci ilin sonu, 1946-cı ilin əvvəllərində lentə alınan ifa olub.
Let It Be (albom)
Let It Be — Böyük Britaniyanın "The Beatles" rok qrupunun on ikinci studiya albomu.
Let It Be (mahnı)
"Let It Be" (azərb. Qoy belə olsun; Qoy belə də olsun‎) — 1970-ci ilin mart ayında "The Beatles" qrupu tərəfindən sinql kimi çıxarılan və sonradan "Let It Be" albomuna daxil edilən mahnı. Mahnı Pol Makkartni (albomda müəllif kimi Lennon və Makkartni göstərilib) tərəfindən yazılıb. Mahnı Pol Makkartninin qrupu tərk etməsini elan etməsindən əvvəl çıxarılmış sonuncu "The Beatles" sinqlı olub. Mahnı Avropa hit-paradlarında ilk yerləri tutub. == Yazılması və istehsalı == Makkartni bildirib ki, "Let It Be" mahnısını yazmaq fikri onun ağlına "Ağ albom"un yazılışları zamanı yuxuda anasını gördükdən sonra gəlib. Makkartni anasının (Polun 14 yaşı olarkən anası xərçəng xəstəliyindən vəfat edib) onu "Mary Mother" sözləri ilə ruhlandırdığını bildirib. O deyirdi: "Bu yuxudan sonra mən özümü xoşbəxt hiss edirdim. Elə bu da məni "Let It Be"ni yazmağa vadar etdi." Makkartni sonralar bununla bağlı deyirdi ki, yuxuda anası ona: "Hər şey yaxşı olacaq, sadəcə, qoy belə olsun (let it be) deyib." "The Beatles" qrupu 3 yanvar 1969-cu ildə yeni film olan "Qoy belə olsun" üzərində işləməyə başlayıb, "Let It Be"nin ilk məşqi də məhs həmin zaman Twickenham Film Studios-da keçirilib. Mahnının fonoqramı 31 yanvar 1969-cu ildə "Apple studiyasının təqdimat" hissəsi kimi yazılıb.
Let's Talk About Love (albom)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
Let’s Talk About Love (Modern Talking albomu)
Let's Talk About Love (azərb. Gəl məhəbbətdən danışaq‎) – Modern Talking qrupunun 2-ci albomu. Bu albomun ən məşhur hiti "Cheri, Cheri Lady" mahnısıdır.
Let Yourself Free
Let Yourself Free — ABŞ musiqi qrupu Fitz and the Tantrums-un beşinci studiya albomu. 11 noyabr 2022-ci ildə Elektra Records tərəfindən buraxılıb.
Let Me Out
Let Me Out — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca beşinci studiya albomu "Humanz"-da səsləndirilmiş mahnı. Bu mahnıda Çikaqodan olan gospel ifaçısı Meyvis Steypls və Nyu-Yorkdan olan repçi Pusha T xüsusi qonaq qismində çıxış edir. Mahnı 6 aprel 2017-ci ildə albomdan beşinci sinql kimi buraxılıb.
You Let Me Walk Alone
You Let Me Walk Alone (azərb. Sən məni yolda yalnız qoydun‎) — Almaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mixael Şulte "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mixael Şulte, Tomas Stenqaard, Nisse İnqversen və Nina Müller tərəfindən bəstələnmişdir.
Can't Let Her Get Away
Can't Let Her Get Away — Maykl Ceksonun mahnısı.
You Let Me Walk Alone (Mixael Şulte mahnısı)
You Let Me Walk Alone (azərb. Sən məni yolda yalnız qoydun‎) — Almaniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mixael Şulte "You Let Me Walk Alone" mahnısı ilə Almaniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Mixael Şulte, Tomas Stenqaard, Nisse İnqversen və Nina Müller tərəfindən bəstələnmişdir.
Jared Leto
Cared Leto (ing. Jared Joseph Leto; 26 dekabr 1971[…], Bossier Siti[d], Luiziana) – aktyor, vokalist. == Həyatı == Cared Leto 26 dekabr 1971-ci ildə ABŞ-nin Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisinə görə onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq idi. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan qismində əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə o, qapıçı işləyir. Erkən yaşlarında Leto ailəsi ilə birlikdə çox səyahət etmiş və Haiti, Kolarado kimi yerlərdə yaşamalı olmuşdu. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır.
Klaudiya Letisiya
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Letargiya
Letargiya və ya letargiya yuxusu — insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan hal. Letargiya termini "Encaphilitis Lethargica" diaqnozundan götürülüb, mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq deməkdir. == Mahiyyəti == Çox az-az hallarda eşitdiyimiz letargiya yuxusu kimi məlum olan dəhşətli bir xəstəlik bu günə qədər sirr olaraq qalır. Letargiya yuxusu insan bədəninin yuxuya bənzər, hərəkətsiz vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə aşkarlana bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan halıdır. İnsanın dərisi solğunlaşır, soyuq olur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa reaksiya vermir. Bu halda insan huşunu itirir və naməlum müddətə yuxuya gedir. Tənəffüsünü və nəbzini xüsusi tibbi avadanlıqlar olmadan aşkar etmək mümkün olmur. Letargik yuxu bir neçə saatdan bir neçə həftəyə qədər, hətta illərlə davam edir. == Səbəbləri və müalicəsi == Müəyyən fərziyyələr olmasına baxmayaraq, letargiyanın səbəbləri və müalicəsi təbabətə tam aydın deyil. Həmçinin oyanmanın nə zaman baş verəcəyini də proqnozlaşdırmaq qeyri-mümkündür.
Letbric
Letbric (ing. Lethbridge) — Kanadanın Alberta əyalətində yerləşən şəhər.
Letea meşəsi
Letea meşəsi — Rumıniyanın ən qədim təbii qoruğudur. 1938-ci ildə, Ruminiya Nazirlər Şurasının meşənin qoruq elan edilməsi ilə bağlı 645 saylı qərarı ilə quruldu. Meşə Dunay çayının dunay deltasında ayrıldığı qolları olan Sulina və Çiçia arasında yerləşir. Təxminən 2,825 hektar ərazini əhatə edir. Bu meşə, Ümumdünya irsi elan edilmiş Dunay Deltası Qoruğunun ilkin təməli idi. 1992-ci ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində Təbii sərvət olaraq beynəlxalq səviyyədə tanınıb. == Biomüxtəliflik == Periploca graeca növlü tropik bitkinin varlığına görə subtropik cəhətə malikdir. Bu, Dunay Deltasında ən şimal sığınacağını tapan Aralıq dənizi bitkisidir. Bununla yanaşı, lianlar və yabanı üzüm, mayaotu və daşsarmaşığı kimi dırmaşan bitki növləri ağaclara qalxır. Letea meşəsi əsasən ağ qovaq, qaraqovaq, qarağac, yay palıdı, tüklü cökə, ensizyarpaq göyrüş və qızılağac kimi ağaclardan ibarətdir.
Letelon
Letelon (fr. Lételon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03143. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 128 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 81 yaşda (15-64 yaş arasında) 56 nəfər iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69,1%, 1999-cu ildə 72.7%). Fəal olan 56 nəfərdən 46 nəfər (25 kişi və 21 qadın), 10 nəfər işsiz (8 kişi və 2 qadın) idi. 25 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 11 nəfər - təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Letenye
Letenye (xorv. Letinja, sloven. Letina) — Macarıstanın Zala medyesində, Xorvatiya ilə sərhəddə yerləşən rayon. 1989-cu ildə rayon statusunu almışdır. == Tarixi == Letenye qədim Hun qəbilələrinin məskənidir. Rayonun əsası Atillanın ağ cəngavərləri tərəfindən qoyulmuşdur. == Nəqliyyat == Letenye Budapeştdə başlayan Macarıstanın M7 magistral yolunun son məntəqəsidir.
Lethe diana
Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir. Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur. == Görünüş == Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir. == Yayılması == Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir. Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.
Letisiya
Letisiya (isp. Leticia) — şəhər, Kolumbiyanın cənubunda (ölkənin ən cənub nöqtəsində) yerləşən şəhərin əsası 1867-ci ildə qoyulmuşdur. == İqlimi == İqlimi isti və çox nəmli. Orta temperatur 28 °C təşkil edir. == Coğrafi sərhədləri == Letisiya, Kolumbiyanın ən cənubunda Amazonun sol sahilində yerləşir. Şimalda Tarapaka, şərqdə Tabatinqa şəhəri (Braziliya), cənubda Santa Rosa de Yavari və qərbdə isə Puerto Narino ilə məhdudlaşır. == Əhalisi == Sakinlərinin bir çoxu yerli, ancaq müxtəlif qruplarda xalqlarada rast gəlmək mümkündür. Ən çox diqqət çəkənlər arasında: Huitotos Yaquas Tukanos Tikunas Kamlar İnqas Şəhərin yerli əhalisinin əksəriyyətinə sahib olmasına baxmayaraq, Letisiya əhalisi iş, biznes və ya turizm üçün imkanlar axtaran Kolumbiyanın daxili əhalisinə də sahibdir.
Letisiya Kristian Tayler
Letisiya Kristian Tayler (ing. Letitia Christian Tyler, 12 noyabr 1790 – 10 sentyabr 1842, Ağ Ev) — ABŞ siyasətçisi, 10-cu Prezidenti Con Taylerin həyat yoldaşı.
Letizia Ramolino
Letizia Romalino (24 avqust 1750, Ayaçço – 2 fevral 1836, Roma) — italyalı zadəgan, Napoleon Bonapartın anası. Letizia 24 avqust 1750-ci ildə Korsikada doğulmuşdur. Həyat yoldaşı Karlo Bonapartdır. 8 uşağı olmuşdur. (5 oğlan 3 qız). Uşaqlarından biri Napoleon Bonapartdır. 2 fevral 1836-cı ildə Romada vəfat etmişdir.
Leto (mifologiya)
Leto (yun. Λητώ miken yazılarında ra-to) — yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Rəvayətə görə Zevs bildirçin cildinə girərək Letonun könlünü alaraq ona yiyələnir. Zevsdən hamilə qalan və Heranın qəzəbinə gəlmiş və onun tərəfindən göndərilmiş Pifon əjdahanın təqibinə düçar olmuş Leto doğmağa yer tapa bilmir. Leto sığınacaq tapa bilməyərək bütün Ellada elini dolaşdıqdan sonra nəhayət otsuz ələfsiz səhralıq olan üzən Delos (Ortigiya) adasına gəlib çıxır. Delosun onu qəbul etməsi üçün, söz verir ki, doğulacaq uşaq adanı məşhurlaşdıracaqdır. Təkcə doğuş ilahəsi Eylifeyaya möhtac olan Leto doqquz gün sancılardan əziyyət çəkir. Hera doğuş ilahəsini qızılı buludlara qərq edir ki, Eylifeya heç nə duymasın. Xoşbəxtlikdən becit ayaqlı İrida doğuş ilahəsini adaya yetişdirir və Apollon doğulmuş olur. Digər bir rəvayətdə guya ilk doğulmuş Artemida dərhal anasına Apollonu doğmaqda kömək edir.
Letoon
Letoon (q.yun. Λητῶον) ― Likiyada, qədim şəhər Ksantos yaxınlığında Letoya həsr olunmuş ziyarətgah. Bura bölgədəki ən əhəmiyyətli dini mərkəzlərdən biri olmuşdur. Ziyarətgah Türkiyənin Muğla ilinin Fethiye rayonunda, Kumluova kəndinin cənubunda yerləşir. Letoon Ksantos çayı boyunca yerləşən eyniadlı şəhərin təxminən dörd kilometr cənubundadır. Abidə 1988-ci ildə Ksnatos ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Heç vaxt tam məskunlaşılmış yaşayış yeri olmayan, sadəcə dini bir mərkəz olaraq qalan ərazidəki arxeoloji tapıntılar eramızdan əvvəl VI əsrin sonlarına aiddir. Bu, Likiyada dördüncü əsrin əvvəllərində başlayan Yunan mədəni hegemonluğundan əvvəl idi. Ksantus vadisində Apolloya erkən pərəştişin olması tarix və ya arxeologiya baxımından təsdiqlənilməsə də, iddia hər ikisi "Likus" adlı şəxslə bağlı iki mifdən qaynaqlanmışdır. Ərazinin müqəddəsliyi Appianın VI Mitridatla əlaqəli yazdığı lətifə ilə əlaqəlidir.
Letopis
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
Letre
Letre (fr. Lettret, oks. L'Estrech) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Kommuna Yuxarı Alplar departamentinə aiddir və Qap dairəsinə aid edilir. Tallar kantonuna daxildir. Kommunanın INSEE kodu 05074-dür. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 115 nəfərin (15-64 yaş arasında) 90 nəfəri iqtisadi cəhətdən fəal, 25 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,3%, 1999-cu ildə bu göstərici 69.4%). Fəal olan 90 nəfərdən 83 nəfəri (40 kişi və 43 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 25 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 8 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə aktiv iş fəaliyyəti göstərmir.
Letrizm
Hərfçilik (letrizmdə deyilir) — bir ədəbi axındır. İkinci Dünya müharibəsi sonunda ortaya çıxmışdır. Rumıniyalı şair Isidore Isou tərəfindən başladılmışdır. Şeirlərə istiqamətli bir ədəbi axındır. Xüsusiyyəti, şeirdə sözlərin deyil hərflərin təməl alınmasıdır. Məqsədi, hərflərin təməl alınması yoluyla fərqli tərzdə bir şeir yazılmasıdır. Ədəbiyyatda klassik axınlara qarşı çıxan bir qarşı-axındır. Axının qurucusu Isidore Isou hərfçiliyi "Hərf olmayan və ya hərf olmayacaq heç bir şey mənəvi olaraq da var ola bilməz" formasında yekunlaşdırmışdır. Maurice Lemaitre və François Dufrêne, Letrizmin qabaqda gələn şairləridir. Letrizm bir ədəbi axın olaraq doğulmuş olmasına qarşı kino başda olmaq üzrə dövrün musiqi və rəqs axınları üzərində də təsirini göstərmişdir.
Neoseiulus letrauformis
Neoseiulus letrauformis (lat. Neoseiulus letrauformis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Senecio letouzeyanus
Senecio letouzeyanus (lat. Senecio letouzeyanus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sofian Ben Letaif
Sofian Ben Letaif (19 oktyabr 1966) — Tunisi təmsil edən stolüstü tennisçi. Sofian Ben Letaif Tunisi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 29-cu pillənin sahibi olub.