Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Google Allo
Google Allo — Google tərəfindən hazırlanmış mobil ani mesajlaşma tətbiqi. Allo, 18 may 2016-cı il tarixində Google I / O-da mobil video söhbət olan Google Duo-nun yanında yer aldı. Başlanğıc ilkin olaraq 2016-cı ilin yayına planlaşdırılmışdı, lakin bir neçə gün sonra 21 sentyabr 2016-cı ildə ABŞ-də və dünyada baş tutdu. Tətbiq Android və iOS platformalarında mövcuddur. Tətbiqin veb versiyası 15 Avqust 2017-ci il tarixdə yayımlandı. Qeydiyyatdan keçərkən tətbiq istifadəçinin telefon nömrəsinə bağlanır və Google Assistant-dan istifadə etmək üçün Google hesabına keçid istifadə olunur.
Allon (Yuxarı Provans Alpları)
Allon (fr. Allons, oks. Alonh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Andre-lez-Alp kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04005. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 131 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 62 nəfərin (15–64 yaş arasında) 33-ü iqtisadi cəhətdən, 29-u fəaliyyətsizdir (fəaliyyət göstərici 53,2%, 1999-cu ildə 68,8%). 33 aktiv adamdan 30 nəfəri (22 kişi və 8 qadın), 3 qadın işsiz idi.
Aliot
Epsilon Ursae Majoris (εUMa) — Böyük Ayı bürcünün ən parlaq ulduzu. Parlaqlığı 1.76 maqnitudadır. Parlaqlığına görə Yer kürəsindən görünə bilən spektrdə ən parlaq ulduzlar arasında Günəşdən sonra 30-ci yerdədir. Hipparkos Kataloqunda HIP 62956 nömrəsi ilə qeyd olunan ulduza ənənəvi olaraq Aliot adı verilmişdir. Yer kürəsindən 81 işıq ili məsafədə yerləşir. Öz oxu ətrafında dönmə periodu 5,088 gün davam edir.
Alkoy
Alkoy (isp. Alcoy) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 129,86 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 61417 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 60 km uzaqlıqda yerləşir.
Allah
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Allan
Allan — ad. Allan Fakir — Pakistanın xalq mahnılarının ifaçısı. Allan Lalin — Honduras futbolçusu Allan Kanningem — Böyük Britaniya botaniki.
Allar
Allar (Yardımlı) — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Allar (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd.
Allel
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.
Allonj
Allonj — Vekselə (və ya dövriyyədə olan digər qiymətli kağızlara) birləşdirilmiş əlavə vərəqdir. Bu vərəqdə vekselin arxa tərəfinə sığışmayan imzalar (indossamentlər) həkk olunur. Həmin imzalar elə həkk olunur ki, onların başlanğıcı vekselin, sonu isə allonjun üzərində yerləşmiş olsun. Bununla yanaşı, allonjun üzərində ötürücü qeydlər və aval da həkk oluna bilər.
Almon
Almon (kommuna)
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Avlos
Avlos (yun. αὐλός; lat. tibia, nadir hallarda aulos) — nəfəslə çalınan qədim musiqi aləti. Yunanıstanda və Ön Asiyada yayılmışdı. Qədim Romada avlos tibiya adlandırılmışdır. == Xüsusiyyətləri == Balabana oxşayan avlosun silindrik (bəzən konusvarı) gövdəsi, ikiqat dilçəyi olmuşdur. Gövdəsinin üzərində əvvəllər 3–4, sonralar isə 15-ə qədər dəlik açılırdı. Solo çalınarkən (avletika) ifaçı (avlet), adətən, eyni zamanda iki avlosdan istifadə edirdi. Avlosun iri il əsas melodiya ifa olunur, ikincisi ilə isə züy tutulurdu. Antik faciə tamaşalarında, qurban məraasimlərində, hərbi musiqisidə avlosdan istifadə edilirdi.
Fallos
Wallows
Wallows — Dilan Minnett, Breydan Lemasters və Koul Preston tərəfindən Los-Ancelesdə qurulmuş alternativ rok qrupu. Qrup 2017-ci ildən etibarən müstəqil olaraq mahnılar buraxmağa başladı, onların "Pleaser" mahnısı Spotify Qlobal Viral 50 hit-paradında ikinci yerdə qərarlaşdı. 2018-ci ildə Wallows Atlantic Records ilə müqavilə imzaladı və ilk mini albomları olan Spring EP-i buraxdı. Qrup 2019-cu ildə debüt studiya albomu olan Nothing Happens-i, ardınca Remote adlı mini albom buraxdılar. Onlar 2022-ci ildə ikinci albomları olan Tell Me That It's Over-i buraxdılar.
14 (albom)
14 – Azərbaycan reperi PRoMetenin 2011-ci ildə buraxdığı albomudur.
4 (albom)
4 – Beyonsenin dördüncü studio albomudur.
Allan Bentsen
Allan Bentsen (21 avqust 1968) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Allan Bentsen Danimarkanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Allan Fakir
Allan Fakir (1932– 4 iyul, 2000) (Sind dilində: علڻ فقيرُ, Urdu dilində: علن فقیر), Pakistanın xalq mahnılarının ifaçısı. Pakistanda Sufi musiqisinin ən qabaqcıl təmsilçilərindən biri. Xüsusilə ekstatik ifa tərzi, həddindən artıq özünəxas ritorikası və sufi rəqsi ilə seçilirdi. == Həyatı == Allan Fakir 1932-ci ildə Sind vilayətinin Camşoro məntəqəsinin Aamari adlı qədim kəndində anadan olmuşdur. Allannın anası ona həyat bəşx etdikdən sonra vəfat etmişdir. O uşaqlığını Sind vilayətinin Sehuan və Heydərabad şəhərləri arasında yerləşən Manhandda keçirmişdir. O Mangrasi tayfasından idi. Onun atası toylarda ənənəvi musiqilər ifa edir və baraban çalırdı. Fakirin qardaşları da indiyə qədər həmin işi görürlər. Fakir ərəb sözüdür, təsəvvüf və mistik anlam verir.
Allan Kanningem
Allan Kanningem (ing. Allan Cunningham; 13 iyul 1791, Uimbldon, Böyük London – 27 iyun 1839, Sidney) — Böyük Britaniya botaniki. Botanik Riçard Kanningemin qardaşı. Avstraliya və Yeni Zellandiya florasını öyrənib.
Allan Lalin
Allan Lalin — Honduras futbolçusu Allan Lalin 1981-ci ildə Hondurasın Tequsiqalpa şəhərində dünyaya gəlib. Karyerasına ölkəsində – "Real Espana"da başlayıb. Daha sonra Avropaya gələrək Visla Krakov ilə müqavilə bağlayıb. Bu komandanın heyətində Polşa çempionu olub. Daha sonra isə ümidləri doğrultmadığından komandadan kənarlaşdırılıb və yenidən "Real Espana"ya dönüb. İndiyə qədər 9 dəfə Honduras millisinə dəvət alıb və 1 qola imza atıb. Lali ilə bağlı başqa bir maraqlı məqam da var. Belə ki, Allanın əmisi oğlu Hendri Tomas da futbolçudur. O, hazırda İngiltərə "Viqan"ının şərəfini qoruyur. 2009-cu ildə Xəzər-Lənkəran klubuna transfer olunub.
Allar (Yardımlı)
Allar — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Alar Yardımlı rayonu ərazisində kənd. Alar çayının (Viləş çayının qolu) sahilindədir. Etnooykonimdir. Müxtəlif məlumat kitablarında Alar/Allar/Alılar Şəklində qeydə alınmışdır. Alarlar monqol yürüşlərində (XIII əsr) iştirak etmiş türk-monqol mənşəli oyrat tayfasının bir qolu olub, həmin əsrdə Talış zonasına köçürülmüşlər. XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. == Tarixi == Türk tayfasının adıdır. Xalq ehtimalına görə İrandan gəlib burada ilk binə salan Alı xan və övladlarının şərəfinə əvvəlcə Alılar adlandırılıb. Sonra Allar və nəhayət Alar formasına düşüb.
Allar mağarası
Allar mağarası — mağara insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri olmuşdur. Mağara Yardımlı rayonunun Allar kəndində Viləş çayın sol sahilindədir. Allar mağarası 1500 metr yüksəklikdə yerləşir. Mağara 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil edilən və A. Q. Cəfərovun rəhbərlik etdiyi ekspedisiya zamanı aşkarlanmışdır. Araşdırmalar nəticəsində mağaradan 9 daş əmək aləti tapılmışdır. Texniki və tipoloji baxımından alətlər orta paleolit dövrünə aiddir. == Mənbə == Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu. Azərbaycan Arxeologiyası. Daş dövrü (6).
Allay xan
Allay xan — türk və altay mifologiyalarında vətən tanrısı. Alay xan və ya Alıy xan olaraq da tanınmaqdadır. Vətəni qoruyar. Nurlu bir görünüşü vardır. Yurduna xəyanət edənlərə xəstəlik və bəla gətirər. İlk Ata olan Elley ilə adında bir əlaqə vardır. Lakin eyni adam olduqlarını iddia etmək o qədər də mümkün görünməməkdədir. Arvadının adı da eynidir: Allay Xanım. == Allay xanım == Vətən, digər variantda isə torpaq ilahəsi. Allay Xanın arvadıdır.
Allel genlər
Allel bir genin müxtəlif formalarını ifadə edir. == Ümumi məlumat == Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir. F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir.