Ley

1) Rumıniyanın milli pul vahidi (1869-cu ildən). 1 ROL = 100 ban. 2) Moldovanın milli pul vahidi. 1 MOL = 100 ban
Leveric
Ləğv Edilmiş Çek
OBASTAN VİKİ
Fransis Ley
Fransis Ley (fr. Francis Lai; 26 aprel 1932[…], Nitsa, Dənizkənarı Alplar, Fransa – 7 noyabr 2018[…], VIII arondisman (Paris), Fransa) — fransız bəstəkarı, "Sevginin tarixi" (1970, ABŞ) filminə görə 1970-ci il musiqi nominasiyasında Oskar mükafatının laureatı. 26 aprel 1932-ci ildə anadan olub. Estrada müğənnilərini müşahidə etməklə musiqi karyerasına başlayıb. 1960-cı illərin əvvəllərində kino bəstəkarı kimi tanınmağa başlayıb. Klod Leluşla uzun müddət və məhsuldar əməkdaşlığı olub. Edit Piaf, Julyett Qreko, İv Montan, Mirey Matye, Conni Halidey üçün mahnılar yazıb. Bu mahnıları həmçinin Tom Cons, Frenk Sinatra və Ella Fitzgerald oxuyub. Mahnılarının bəzilərini ("Sur notre étoile", "La Rose Bleue") özü ifadə edib.
Ley
Belibağlı (lat. Circus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Canq Ley
Canq Ley (d. 9 may 1988) — Çini təmsil edən su poloçusu. Canq Ley, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Ley Zanq
Ley Zanq – Çinli qadın voleybolçu. 2013-cü ildən İqtisadçının şərəfini qoruyur. Zanq voleybol həyatına məktəb səviyyəsində başlamışdır. 2001-ci ildən Şanxay voleybol klubunun A komandasında oynamışdır. Karyerasına uzun müddət doğma vətənində davam edən voleybolçunun legioner həyatı 2013-cü ildə başlayır. Belə ki, o, 2013–14 mövsümündə Bakının İqtisadçı klubuna transfer olunur. 2010-cu ildə isə ilk dəfə milliyə dəvət olunur. Voleybolçu milli komanda da ilk matçını İsveçrə millisinə qarşı oynayır. O milli komanda ilə birlikdə 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında da iştirak edir. Həmin il Zanq komandası ilə birlikdə Asiya kubokunun da sahibi olmuşdur.
Cəfər Cəfərov (baş leytenant)
Cəfər İbrahim oğlu Cəfərov (1985, Cəhri, Babək rayonu – 20 iyul 2012, Əlibəyli, Tovuz rayonu) — Azərbaycan hərbçisi, baş leytenant, 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı kavaleri. Cəfər Cəfərov 1985-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdu. İlk təhsilini Cəhri kənd 1 №-li tam orta məktəbində alan şəhid Cəfər Cəfərov 2003-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. 2009-cu ildə “N” hərbi hissədə taqım komandiri vəzifəsində xidmətə başlamışdı. Bir qədər sonra motoatıcı bölük komandiri vəzifəsinə təyin olunmuşdu. Hər iki vəzifədə komandirlərin tapşırıqlarını layiqincə yerinə yetirən Cəfər Cəfərov 2010-cu ildə baş leytenant rütbəsi almışdı. Hərbi xidmətdə olduğu qısa müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdı. Düşmən tapdağında olan torpaqlarımızın geri qaytarılması arzusu ilə yaşayan, 2012-ci il iyul ayının 20-də Tovuz rayonunun Əlibəyli kəndində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gənc zabitin Vətənimiz qarşısında xidməti əvəzsiz qalmamışdır. O, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medala layiq görülmüşdür.
Cənab Leytenant
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
Cənab leytenant (mahnı)
Cənab leytenant — 1995-ci il Şəmistan Əlizamanlının albomundan olan mahnı. Mahnının sözləri və musiqisi Şahin Musaoğluya aiddir.
Demokratik Leyboristlər Partiyası (Avstraliya)
Demokratik Leyboristlər Partiyası (ing. Democratic Labour Party; DLP) — Avstraliyada siyasi partiya. DLP 1955-ci ildə Avstraliya Leyboristlər Partiyasının (ALP) parçalanması nəticəsində qurulmuşdur. Partiya əvvəlcə Avstraliya Leyboristlər Partiyası (Antikommunist) adını daşımış və 1957-ci ildə Demokratik Leyboristlər Partiyası adlandırılmışdır. Partiya sağçı ünsürlərdən təşkil olunmuşdur. Lyle Allan (1988), "Irish Ethnicity and the Democratic Labor Party," Politics, Vol. 23 No.2, Pages 28–34 Niall Brennan (1964), Dr Mannix, Adelaide, South Australia, Rigby. Ken Buckley, Barbara Dale and Wayne Reynolds. Doc Evatt, Melbourne, Victoria, Longman Cheshire (1994); ISBN 0-582-87498-X Arthur Calwell. Be Just and Fear Not, Hawthorn, Victoria, Lloyd O'Neil (1972); ISBN 0-85550-352-1 Bob Corcoran (2001), "The Manifold Causes of the Labor Split", in Peter Love and Paul Strangio (eds.), Arguing the Cold War, Carlton North, Victoria, Red Rag Publications.
Dəri leyşmaniyası
L.tropica 2–8 mkm ölçüdə hüceyrədaxili parazitdir. Bədən xaricdən pellikula pərdəsi ilə örtülmüşdür, sitoplazması zəif rənglənir, nüvəsi zəif-qırmızı rəngə boyanır. İnsanda qamçısız formada olub, kiçik nüvəyə və kinetoplasta malikdir. Parazitin keçiricisi olan mığmığada isə onun bədəni uzunsov olur və qamçıya malikdir. Tripanosomlardan fərqli olaraq bunlarda titrəyici membran olmur. Dəri leyşmaniozu təbii ocaqlı xəstəlik olub, tropik və nisbətən isti ölkələrdə yayılmişdır. Bu parazitin inkişaf dövriyyəsi aşağıdakı kimidir. Səhra və yarımsəhrada yaşa-yan qum siçanı, sünbülqıran və digər gəmiricilər leyşmanioz xəstəliyinə tutulur. Phlebotomus pappatasii mığmığası bu gəmiricilərin qanını sorduqda parazitin qamçısız amastiqot (leyşmanial) forması mığmığanın həzm sistemində intensiv çoxalmağa başlayır. Parazit çoxalıb qamçısız oval vəziyətindən uzunsov, qamçılı forma alır.
Ella Leya
Ella Leya (tam adı: Ella Leya; XX əsr, Bakı) — Azərbaycan-ABŞ bəstəkarı, musiqiçisi və yazıçısı. Ella Leya Bakı şəhərində anadan olmuşdur. Əvvəl Moskvaya köçmüş, daha sonra 1990-ci ildə ABŞ-yə mühacirət etmişdir. "Qadınların sirli həyatı", "Gecə kraliçası" və "Rus romansları" adlı albomları yüksək dəyərləndirilib. "Qadınların sirli həyatı" adlı albom rus romanslarından ibarət olaraq qadınların iç dünyasından, onların mənəvi yaşantılarından bəhs edir. Ella Leya özünün SELAH caz orkestri ilə Avropa və ABŞ-yə dünya turuna çıxmışdır. 2015-ci ildə ilk romanı - "Yetim səma" dərc olunmuşdur. Romanın qəhrəmanı olan istedadlı gənc pianoçu, musiqi və xalq nağılları vasitəsilə keçmiş sovet ölkəsinin həqiqətlərini təsvir edir. Əsərdə Qız qalası da təsvir olunur. Elə müəllif əsəri əvvəlcə "Qız qalası" adlandırmış, sonradan naşirin fikri ilə dəyişdirmişdir.
Elmar Mirzəyev (baş leytenant)
Elmar Mirzəyev (1 may 1995, Ağalıkənd, Biləsuvar rayonu – 13 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elmar Mirzəyev 1995-ci il mayın 1-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2012–2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alaraq "leytenant" hərbi rütbəsi aldı və 2016-cı ildən hərbi xidmətə başladı. Subay idi. Azərbaycan Ordusunun baş leytenantı olan Elmar Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Mirzəyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. 16 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mirzəyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elməddin Nəsibov (baş leytenant)
Elnur Vəliyev (leytenant)
Elnur Əli oğlu Vəliyev (14 aprel 1997, Ucar – 27 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur Vəliyev 1997-ci il aprelin 14-də Ucar şəhərində anadan olub. Elnur Vəliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elnur Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Vəliyev oktyabrın 27-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur VəliyevAsiman Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elsevər Əliyev (leytenant)
Elvin Məmmədov (leytenant)
Elvin Məmmədov (1 oktyabr 1997, Nəzərabad, Naxçıvan Muxtar Respublikası – 1 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Məmmədov 1 oktyabr 1997-ci ildə Babək rayonunun Nəzərabad kəndində anadan olub. Subay idi. Elvin Məmmədov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Məmmədov oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Babək rayonunun Nəzərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elxan Qarayev (polkovnik-leytenant)
Elçin Əsgərov (leytenant)
Elçin Yalçın oğlu Əsgərov (3 fevral 1997, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 25 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Əsgərov 1997-ci il fevralın 3-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Elçin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əsgərov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Kəngərli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Əzizov (baş leytenant)
Elçin Əvəz oğlu Əzizov (30 mart 1985, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 13 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli 1386 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin Əzizov oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elşad Quliyev (polkovnik-leytenant)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur. 1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) Təranə Şükürova.
Elşən Məmmədov (leytenant)
Elşən Məmmədov (21 aprel 1999, Danyeri, Şərur rayonu, Azərbaycan – 21 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Elşən Məmmədov 21 aprel 1999-cu ildə Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun leytenantı olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavəndin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Emil Qurbanov (leytenant)
Emil Vaqif oğlu Qurbanov (25 avqust 1980, Lənkəran – 29 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Emil Qurbanov 1980-ci il avqustun 25-də Lənkəranda anadan olmuşdur. 1986–1997-ci illərdə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə Lənkəran Dövlət Universitetinin Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlığı fakültəsinə daxil olmuşdur. 2002–2003-cü illərdə həqiqi hərbi xidmətdə olan Emil Qurbanov leytenant rütbəsi alaraq bitirmişdir. 2003-cü ilin oktyabrında Tərtər rayonunun "N" saylı hərbi hissəsində taqım komandiri kimi xidmətə başlamışdır. 2005-ci ildə "Zirvə" idman kompleksində məşqçi-müəllim işləməyə başlamış, idman müəllimi kimi müxtəlif yarışlarda iştirak etmişdir. Daha sonra o, Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbində gənclərin çağırışaqədərki hazırlığı müəllimi vəzifəsində işləməyə başlamışdır. 2001-ci il 27 oktyabrda ailə həyatı qurub.
Eşq-i-Leyla (film, 1957)
"Eşq-i-Leyla" filmi — Münşi Dilin rejissorluğu ilə çəkilmiş 1957 Pakistan filmi. Film görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərinin motivləri əsasında çəkilmişdir. "Leyli və Məcnun (Nizami)" məqaləsindən götürülmüşdür. Atasının nəzirlərindən sonra nəhayət ki, Məcnun dünyaya gəlir. Onun adını Qeys qoyurlar və naz-nemət içərisində böyüdürlər. Daha sonra təhsil alması üçün Qeysi məktəbə verirlər. O, qəbilə qızları ilə birlikdə oxuyur. Bu qızlar içərisində Leyli adlı gözəl bir qız var, Qeys onu görür və sevir. Qız da onu sevir. Bu eşq dilə-dişə düşür.
Faiq Qasımov(polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
Faiq Qasımov (polkovnik-leytenant)
Faiq Qaçay oğlu Qasımov (10 fevral 1974; Qubadlı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Faiq Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Faiq Qasımovun ailədə bir bacısı və beş qardaşı olmuşdur. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olmuşdur. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar. Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olmuşdur və 1990-cı ilə qədər orada təhsil almışdır. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Faiq Qasımov 1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılmışdır və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşmışdır. 1992-ci ildə Yuxarı Cibikli isiqamətində gedən döyüşlər zamanı Faiq Qasımovun qardaşı — "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında həlak olmuşdur. O gündən sonra Faiq Qasımov qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara almışdır.
Fransis Leyn
Fransis Leyn (d. 23 sentyabr 1874; Çikaqo, Birləşmiş Ştatlar - ö. 17 fevral 1927; Çikaqo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında bürünc medal qazanıb. Fransis Leyn 1874-cü ilin 23 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Çikaqondə anadan olub. 1927-ci ilin 17 fevral tarixində isə elə həmin şəhərdə ömrünün 52-ci yaşında vəfat edib. Fransis Leyn 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Leyn təsnifat mərhələsində 12.2 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 12.6 saniyə nəticəyə imza atan Fransis Leyn Macarıstanlı Alajos Szoкolyi ilə birgə I Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Fuad Məmmədov (general-leytenant)
Fuad Məmmədov (31 yanvar 1968, Bakı – 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi.221 nömrəli məktəbdə təhsil alıb. Fuad Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir. 1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib. Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Fuad Əlizadə (baş leytenant)
Fuad Nazim oğlu Əlizadə (25 iyun 1994, Kolanı, Naxçıvan Muxtar Respublikası – 7 noyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı, Vətən Müharibəsinin şəhidi. Fuad Əlizadə 1994-cü il iyunun 25-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 17 saylı məktəbdə almışdır. 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbidə ali təhsil alıb. Fuad Əlizadə 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Aprel döyüşlərindən qayıtdıqdan sonra 2016-ci ilin may ayında Murovdağ zirvəsində 4 il müddətində sinəsini sipər etmişdir. 2018-ci ildə baş leytenat rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin fevral ayından 777 saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Fərid Məmmədov (leytenant)
Fərid Məmmədov (tam adı: Fərid Vəlhəd oğlu Məmmədov; 29 aprel 1990; Bakı, Azərbaycan — 25 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Fərid Məmmədov 29 aprel 1990-cı il tarixində Abşeron rayounu Xırdalan şəhərində anadan olmuşdur. 1997–2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb. 2014–2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının - Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili almışdır. Ailəli idi, bir oğlu var. Fərid Məmmədov 2008–2010-cu illərdə AR Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2010–2016-cı illərdə AR DİN Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunmuş, 2019-cu il dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan "leytenant" rütbəsini almış və Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə "taqım komandiri" vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunmuş və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 26 Oktyabr tarixində Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Значение слова в других словарях