Elsevər Əliyev (leytenant)

Elsevər Allahverdi oğlu Əliyev (1 mart 1971, Yerasx, Ararat rayonu22 dekabr 1995, Bakı) — leytenant, taqım komandiri.

Elsevər Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1 mart 1971(1971-03-01)
Doğum yeri
Vəfat tarixi 22 dekabr 1995(1995-12-22) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbə leytenant
Döyüşlər

Həyatı[redaktə | mənbəni redaktə et]

Elsevər Əliyev 1 mart 1971-ci ildə Vedi rayonunun Arazdəyən kəndində doğulub. Orta məktəbi elə həmin kənddə bitirib. Daha sonra hərbi xidmətə yollanıb.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Hərbi xidmətini Çexoslovakiyada başa vurduqdan sonra Bakıya qayıdır. Həmin illərdə artıq Azərbaycanda Qarabağ müharibəsi başlamışdı. Hərbi xidmətdən leyetenant rütbəsilə qayıdan Elsevər Əliyev 1993-cü ildə könüllü olaraq birbaşa döyüş bölgəsinə yollanır.

Leytenant Elsevər Əliyev taqım komandiri kimi TərtərKəlbəcər rayonlarında gedən döyüşlərdə iştirak edib. Döyüşlərdə ağır yaralandıqdan sonra hospitala yerləşdirilib. Hospitalda bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. İki il davam edən döyüş yolu 1995-ci il Tərtər istiqamətində gedən döyüşlərdə ağır yaralanması ilə nəticələnir. Yenidən hospitala yerləşdirilən Əliyev Elsevər 1995-ci il dekabr ayının 22-də aldığı yaralardan vəfat edir.[1]

Xətai rayonundakı Günəşli qəbiristanlığında dəfn olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elsevər Əliyev (leytenant) // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə). III cild. Bakı: "Respublika Xatirə Kitabı" redaksiyası, 2001.