LEYLACI
LEYLİ
OBASTAN VİKİ
Leylək
Leylək (lat. Ciconia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinin leyləklər fəsiləsinə aid heyvan cinsi.
Ağ leylək
Ağ leylək (lat. Ciconia ciconia) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. İri bataqlıq quşu olan ağ leylək leyləklərin ən tanınmış nümayəndəsidir. Bu quş əsasən ağ rəngdə olub, qanadlarının uc hissələri qara rəngdədir. Ağ leyləyin həmçinin boynu uzun, dimdiyi nazik və uzun, ayaqları isə uzun olub qırmızıya çalan rəngdədir.
Leylək (jurnal)
"Lək-lək" jurnalı (az-əbcəd. لک‌لک‎) — 1914-cü ildə İrəvanda nəşr olunmuş həftəlik satirik jurnal. "Lək-lək" jurnalı həm də İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnaldır. Fəaliyyət göstərdiyi 5 ay ərzində jurnalın 12 sayı nəşr edilib. == Haqqında == Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan senzura sənədinə əsasən İrəvan qubernatoru "Lək-lək" jurnalının nəşri üçün 1914-cü il yanvarın 21-də Mir Məhəmməd Mir Fətullayevə və Cabbar Əsgərzadəyə şəhadətnamə verib. Şəhadətnamədə qeyd olunub ki müəlliflər jurnalda məqalələr, şeirlər, şəhər işləri haqqında xəbərlər, teleqramlar, xarici və daxili xəbərlər, felyetonlar, təmsillər və elanlar çap edə bilərlər. Jurnalının ilk nömrəsi 1914-cü il fevralın 22-də İrəvanda çap edilib. Bununla "Lək-lək" jurnalı İrəvanda Azərbaycan türkcəsində nəşr edilmiş ilk jurnal oldu. İrəvandakı "Luys" mətbəəsində çap olunan jurnalın naşiri və redaktoru Mir Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə idi. "Lək-lək" (əslində senzura sənədlərində "Leylək" jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır.
Leylək (Əsədabad)
Leylək (fars. لک‌لک‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 868 nəfər yaşayır (273 ailə).
Qara leylək
Qara leylək (lat. Ciconia nigra) — leyləklər fəsiləsinin leylək cinsinə aid quş növü. Çox nadir, sayı azalmaqda olan növdür. == Təsviri == Ümumi rəngi qara. Dimdiyi və ayaqları qırmızıdır. Qarnı ağdır. Yayılması: Avropa, Asiya və Şimali Afrikada yayılıb. XX əsrin əvvəllərinə qədər Azərbaycanın düzən və dağətəyi ərazilərində geniş yayılıb. Son illərdə Qarayazı Qoruğunda, Talışın, Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində nadir hallarda məskunlaşır. Meşələrin intensiv qırılması nəticəsində Kür-Araz və Lənkəran ovalıqlarında daha yuvalamır.
Başmaq dimdikli leylək
Başmaq dimdikli leylək, Balinabaş və ya Kral leylək (lat. Balaeniceps rex) — leyləyə bənzər bir quş növü. Adını çox böyük və başmağa bənzəyən dimdiyinə görə almşdır. Forma etibarı ilə leyləyə oxşasa da leyləkkimilər (Ciconiiformes) fəsiləsindəki quşlarla qohumluq əlaqəsi güclü deyil. Bəzi alimlər onları Qutankimilərə (Pelecaniformes) aid edir. Yetkin quşlar ümumi olaraq boz tüklərə sahib olsalar da, cavan ikən tükləri qəhvəyi çalara sahib olur. == Yayılması == Afrikanın tropik şərq bölgəsində, Sudandan Zambiyaya qədər böyük bataqlıqlarda yaşayırlar. Mərkəzi Afrikanın Konqo Demokratik Respublikası, Uqanda, Keniya, Tanzaniya və Zambiya kimi ölkələrində rastlanılır. Onları bəzən Botsvanada belə görürlər. == Təsviri == Boyları 110–140 sm olsa da bəzi fərdlər 152 sm-ə qədər çata bilirlər.
Qara leylək (film, 1985)
== Məzmun == Filmdə danışılır ki, günlərin birində balaca çoban təhlükə altına düşən Qara leyləyi xilas edir. Oğlan quşu sağaldıb onu azadlığa buraxır. == Film haqqında == Kukla filmidir.
Leyləkabad (Sayınqala)
Leyləkabad (fars. ليلك اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (23 ailə).
Leyləkkimilər
Leyləkkimilər (lat. Ciconiiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi.
Leyləklər
Leyləklər (lat. Ciconiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin leyləkkimilər dəstəsinə aid heyvan fəsiləsi. Leyləklər fəsiləsi yalnız tropik və subtropik zonalarda yox, mülayim zonalarda da yayılmışdır. Avropada onun yalnız iki növü ağ leylək (Ciconia ciconia) və qara leylək (Ciconia nigra) növləri yuvalayır. Leyləklərin digər iki nümayəndəsi Mycteria ibis və Leptoptilos crumeniferus nadir hallarda köç edirlər. Leyləklər sakit və ehtiyatla tərpənən quşlardır. Onlar bir-biri ilə dimdiyini şaqqıldatmaqla "danışırlar". Leyləklər aprelin əvvəlində 3-5 ağ yumurta qoyurlar. Yumurtadan çıxan balalar payıza qədər böyüyürlər. Ailə 6 cinsdən və onunla əlaqəli yaşayan 19 növdən ibarətdir.

Значение слова в других словарях