LEYLİ
LEYTENANT
OBASTAN VİKİ
Leysan
Leysan — qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında düşür, intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Dünyada ən güclü leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Leysan (ad)
Leysan (tatar. Ләйсән, başq. Ләйсән) — azərbaycanlı kişi, tatar və başqırd qadın adı. Ad ərəb dilindəki "Nisan" (نيسان, mənası – azərb. cömərd‎) sözündən, bu söz ivrit dilindəki "Nisan" (נִיסָן‎) sözündən, bu söz isə Akkad dilindəki "Nisan" (ܢܝܣܢ) sözündən gəlir ki, bu da Assuriya təqviminin birinci, Yəhudi təqviminin isə yeddinci ayıdır. Qriqori təqvimində bu ay mart–aprel aylarına təsadüf edir (Bax: Nisan). Bu ad müasir Azərbaycan dilindəki "Niysan" (və ya "Neysan") sözünün canlı dildə istifadə olunan variantıdır. Mənası – "qısamüddətli, böyük intensivliyə malik atmosfer yağıntısı" deməkdir. Digər bir izahı "Niysanda yağan yağış". Adı kiçiltmə mənalı variantları – Leysanoçka, Leysanka, Leysancıq, Leysançik.
Leysan Məmmədov
Leysan Utyaşeva
Leysan Utyaşeva (başq. Ләйсән Альберт ҡыҙы Үтәшева, tatar. Ләйсән Альберт кызы Үтәшева ; 28 iyun 1985) — Rusiya idmançısı; bədii gimnastika üzrə əməkdar idman ustası; Rusiya və beynəlxalq yarışların dəfələrlə çempionu; üzrə Dünya və 6 dəfə Avropa çempionu, Dünya Kubokunun qalibidir; TV aparıcısı, idman şərhçisidir. Başqırdıstan sakini olsa da, Rusiya onu özünün qüruru hesab edir. == Həyatı == Leysan Utyaşeva 28 iyun 1985-ci ildə Başqırd Muxtar Sovet Sosialist Respublikasının Alşeyevski rayonunun Rayevka kəndində anadan olmuşdur. == Şəxsi həyatı == === Ailəsi === Milliyyətcə rus, polyak və Volqa tatarlarının qarışığından olan atası Albert tarixçi, başqırd olan anası Zülfiyyə isə kitabxanaçıdır. Leysan rusiyalı aktyor və komediyaçı Pavel Volya ilə ailə qurmuşdur. Bu evlilikdən onların bir oğlu və bir qızı var; Robert adlı oğulları 14 may 2013-cü ildə ABŞ-də Florida ştatının Mayami şəhərində, Sofiya adı qızları isə 6 may 2015-ci ildə anadan olmuşlar. === Dini === Daha əvvəl müsəlman olan Leysan İslamdan Ortodoks xristianlığına keçmişdir.
Katastrofik leysanlar
Katastrofik leysanlar onların əmələ gətirdiyi sellər hər il ölkə təsrrüfatına böyük zərər vurur. Son onilliklərdə dağlıq rayonların geniş miqyasda məskunlaşması ilə əlaqədar olaraq bu təbiət hadisələrinin yaranma şəraitinin tədqiqinə xüsusi diqqət yetirilir. Bu sahədə Azərbaycanda bir çox mütəxəssislər tədqiqat aparmışlar. Lakin aparılan tədqiqat işləri zamanı əldə olunan nəticələr hələlik ölkə təsərrüfatının tələblərinə yayiqincə cavab verə bilmir.

Значение слова в других словарях