linkoln 2021

linkoln
link
linkor 2021
OBASTAN VİKİ
Linkoln
Lincoln — ABŞ-də marka. Linkoln (film, 2012) — Linkoln FK — Linkoln dənizi — Şimal Buzlu okeanın akvatoriyasında yerləşir. Linkoln (İngiltərə) — İngiltərədə şəhər. Linkoln (Nebraska) — Linkoln (Vayominq) — ABŞ-də rayon.
Abraham Linkoln
Avraam Linkoln (ing. Abraham Lincoln; 12 fevral 1809[…] – 15 aprel 1865[…]) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti (1861–1865). ABŞ-nin iki hissəyə parçalanması və vətəndaş müharibəsi dövründə ölkəyə rəhbərlik etmiş, ABŞ-də quldarlığın ləğvini təmin etmişdir. == Siyasi karyerası == 1832-ci ildə(23 yaşında) ABŞ Konqresinə seçkilərdə namizədliyini irəli sürmüş, lakin yetərli səs toplaya bilməmişdi. 1834-cü ildə(24 yaşında) bir daha namizədliyini irəli sürmüş və İllinoys ştatından Konqresin Nümayəndələr Palatasına üzv seçilmişdi. 1855 (46 yaşında) və 1858-ci (49 yaşında) illərdə Senata üzv olmaq üçün çalışsa da, hər 2 kampaniya uğursuzluqla nəticələnmişdir. Onun 1861-ci (52 yaşında) ildə hakimiyyətə gəlməsi ilə eyni vaxtda quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək ABŞ-nin tərkibindən çıxdıqlarını elan etmişlər. 4 il davam edən müharibə sonda ABŞ-nin qələbəsi ilə nəticələnmişdir. Bu qələbədən 6 gün sonra 15 aprel 1865-ci (56 yasinda) ildə Avraam Linkoln teatrda "Bizim Amerikalı əmioğlumuz" (Our American Cousin) tamaşasına baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilmişdir. Bununla o, qətlə yetirilmiş ilk ABŞ prezidenti olmuşdur.
Andrey Linkoln
Endrü Linkoln (Tam adı: Endrü Ceyms Klatterbak; 14 sentyabr 1973, London) — İngiltərə aktyoru. Onun ilk rollarından biri BBC kanalında yayımlanan "Bu həyat" serialındakı Egg olub. Aktyor həmçinin "Müəllimlər" sitkomundakı Saymon Keysi personajını ifa edib. Onun uğuru milad temalı romantik komediya filmi "Gerçək sevgi" ilə daha da artıb. Linkoln "Gəzən ölülər" teleserialında canlandırdığı Rik Qrayms personajı ilə əhəmiyyətli dərəcədə tanınma qazanmışdır. == Həyatı == Endrü Linkoln 14 sentyabr 1973-cü ildə Londonda anadan olmuşdur. Onun atası mühəndis, anası isə Cənubi Afrikalı tibb bacısıdır. O, 18 aylıq olarkən Kinqston-apon-Halla köçmüşdür. Sonralar səkkiz və ya doqquz yaşında olarkən Batda məskunlaşmışdır. O, təhsil almaq üçün Beechen Cliff School-a getdi və burada 14 yaşında ilk dəfə aktyorluq etmək şansı qazandı.
Avraam Linkoln

Endrü Linkoln

Kassio Linkoln
Kassio de Souza Soares (port. Lincoln Cássio de Souza Soares; 22 yanvar 1979, Belu-Orizonti), daha çox Linkoln kimi tanınır — Braziliya futbolçusu, "Koritiba" futbol klubunun yarımmüdafiəçisi.
Linkoln, Nebraska
Linkoln (ing. Lincoln) — ABŞ-də şəhər. Nebraska ştatının inzibati mərkəzi.
Linkoln (Nebraska)
Linkoln (ing. Lincoln) — ABŞ-də şəhər. Nebraska ştatının inzibati mərkəzi.
Linkoln (Vayominq)
Teton Rayonu (ing. Teton County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 14 573 nəfər olmuşdur. Rayonun paytaxtı Kemmerer şəhəridir.
Linkoln FK
Linkoln Red Imps Football Club – Cəbəllüttariq futbol klubu.
Linkoln dənizi
Linkoln dənizi — Şimal Buzlu okeanın akvatoriyasında yerləşir. Elsmir adası və Qrenlandiya adaları sahillərində yerləşir. Qərbdə Kolumbiya burnu, şərqdə isə Moris Desup (Qrenlandiya) burnu yerləşir. Baffin dənizi ilə Nares boğazı vastəsilə birləşir. Narsen boğazı özü də bir necə boğaza bölünür: Robeson boğazı, Kennedi boğazı, Smit boğazı. Dəniz qütb səyyahı Adolfus Vaşinqton Qrili tərəfində qütbə 1881–1884-cü illərdə təşkil olunan ekspedisiya zamanı kəşf edilir. Dəniz 16-cı ABŞ prezidenti Avraam Linkolnın adı ilə deyil, onun oğlu hərbi nazir Robert Toddam Linkolnun adı ilə bağlıdır. == Hidroqrafiyası == Sahilləri qayalıdır. Sahillərində çoxlu fiordlar vardır. Dərinliyi 100–500 arası dəyişir.
Linkoln memorialı
Linkoln memorialı ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ prezidenti Abraham Linkolnun xatirəsinə inşa edilmiş bir abidədir. Dözümlülüyü, dəqiqliyi və qətiyyəti simvollaşdırır. Henry Bacon tərəfindən, Afina Akropolundakı Parfenonu xatırladacaq üslubda tərtib edilmişdir; Hündürlüyü 13.4 m olan 36 sütuna malikdir. Kolorado mərmərindən hazırlanmış bu sütunların sayı ABŞ-nin Linkolnun dövründəki əyalətlərinin sayı qədərdir. Linkolnun 5.80 m hündürlüyündəki heykəli ağ Corciya mərmərindən düzəldilib və Tennesse mərmərindən düzəldilmiş bir özül üzərindədir. Daniel Chester French tərəfindən hazırlanan heykəl Nyu-Yorkdakı Piccirilli qardaşları tərəfindən mərmərə həkk edilmişdir. Abidənin önündəki bir hovuzun üstündən şərqə, Vaşinqton abidəsi və Kapitola doğru baxır. Abidə içərisində, Lincolnun Gettyburg nitqi cənub divarına həkk edilmişdi və ikinci dəfə prezident seçildikdən sonra etdiyi çıxışı isə şimal divarına həkk olunmuşdur. Tavanda Jules Guerinin iki rəsm əsəri var; bunlardan biri Birləşmə və Tərəqqi, digəri Bir irqin azadlığını əldə etməsi adlanır.
Uilyam Linkoln
Vilyam Volles "Villi" Linkoln (ing. William Wallace Lincoln) — Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkolnun oğlu. 1850-ci ilin 12 dekabrında İllinoys ştatının Sprinqfild şəhərində anadan olmuşdur. O, Sprinqfilddə xanım Corcoranın şəxsi məktəbində 2 il təhsil almışdır. Villinin elmə çox böyük marağı vardı, dəqiq elmləri, əsas da riyaziyyatı gözəl bilirdi. 1859-cu ildə Villi vəkil işləyən atası Avraam Linkolnun işləri səbəbi ilə bir müddətlik Çikaqoya getmişdir. Buradan yaxın dostu olan Henri Remanna məktub yazdığı məlumdur. Məktubda əsasən öz səfər düşüncələri yer alır. Vilyam Linkoln 1861-ci ildə atası, Avraam Linkolnun prezident seçilməsindən sonra Ağ evdə yaşamışdır. 1861-ci ildə Ağ evdə Villinin ad günü mərasimi kecirildi.
Vilyam Linkoln

Linkoln (film, 2012)
Linkoln — Stiven Spilberqin ərsəyə gətirdiyi epix tarixi dram filmi. Filmdə Deniel Dey-Lüis ABŞ prezidenti Abraham Linkolnu, Selli Fild isə Meri Todd Linkolnu canlandırır. Film Abraham Linkolnun həyatının son dörd ayını əhatə edir. Filmin çəkilişləri 17 oktyabr 2011-ci ildə başladı və həmin il 19 dekabrda bitdi. 8 oktyabr 2012-ci ildə filmin Nyu-York Film Festivalında premyerası baş tutdu. Film kritiklər tərəfindən çox təriflər aldı. Əsas müzakirə mövzularından biri isə Deniel Dey-Lüisin yaratdığı obraz idi, hansı ki, ona həm Qızıl Qlobus və Oskar mükafatı qazandırdı. Ümumilikdə film yeddi sahə üzrə Qızıl Qlobusa və 12 sahə üzrə Oskar mükafatına nominasiya oldu. Film 275 milyon dollardan çox gəlir gətirdi. == Haqqında == Deniel Dey-Lüis Stiven Sbilberqin rəhbərliyi altında çəkilən ilk kino akyoru idi ki, bu roluna görə Oskar Mükafatı qazandı.
Meri Todd Linkoln
Meri Todd Linkoln (ing. Mary Ann Todd Lincoln; 13 dekabr 1818[…], Leksinqton, Kentukki – 16 iyul 1882[…], Sprinqfild) — ABŞ siyasətçisi, 17-ci Prezidenti Avraam Linkolnun həyat yoldaşı.
Nebraska-Linkoln Universiteti
Nebraska-Linkoln Universiteti (digər adları: Nebraska Universiteti Linkolnda, Nebraska, UNL və ya NU) — Linkoln, Nebraskaşəhərində yerləşən Amerika ictimai tədqiqat universiteti. Ştatın ən qədim və ən böyük universiteti, əsas kampusu və Nebraska Universitetindəki sistemdəki flaqman. Universitet 1869-cu ildə Nebraska qanunverici orqanı tərəfindən Nebraska ABŞ ştatına çevrildikdən iki il sonra 1862-ci il Morrill Aktı ilə Land-qrant universiteti kimi yaradılmışdır. XX əsrin əvvəllərində universitet əhəmiyyətli dərəcədə genişlənməyə başladı, Şərq məktəblərindən müəllimləri yeni yaradılmış kollecdə dərs deməyə, eləcə də kənd təsərrüfatı elmləri sahəsində innovativ tədqiqatlara cəlb etdi. Qısa müddətdə burada inkişaf etdirilən ekoloji tədqiqatların “Nebraska metodu” XX əsrdə nəzəri ekologiya sahəsində tədqiqatların əsasını qoydu. Universitet 100-dən çox bina və tədqiqat obyekti olan Linkolnda iki kampusda yerləşən səkkiz kollecin birliyi kimi təşkil edilmişdir.
Robert Tod Linkoln
Robert Tod Linkoln (ing. Robert Todd Lincoln 1 avqust 1843[…], Sprinqfild – 26 iyul 1926[…]) — Amerikalı hüquqşünas, iş adamı və siyasətçi. XVI ABŞ prezidenti Avraam Linkolnun oğlu. 1897-ci ildə Pulman şirkətinin prezidenti seçilmişdir.
Avraam Linkoln sui-qəsdi
Avraaam Linkoln sui-qəsdi, 14 aprel 1865-ci ildə Müqəddəs Cümə günü baş verən Amerika vətəndaş müharibəsinin son böyük hadisələrindən biridir. Amerika Birləşmiş Ştatlarının prezidenti Abraham Linkoln, Amerikalı qardaş oğlu adlı tamaşanı həyat yoldaşı və iki qonağı ilə Ford Teatrında seyr edərkən silahla vurulmuşdur. Aktyor və Konfederasiya simpatiyaçısı John Wilkes Booth, digər sui-qəsdçilər Lyuis Pauell və Corc Atzerodt ilə birlikdə, müvafiq olaraq o dövrün xarici işlər naziri William H. Seward və vitse-prezident Andrew Johnsonu öldürməyi planlaşdırdılar. But, xaos yaradacağına və Linkoln, Seward və Johnsonu öldürərək Federal Hökuməti məhv edəcəyinə ümid etmişdi. Booth Linkolnu öldürməyə müvəffəq olsa da, plan ümumi məqsədinə çatmadı. Sewardda da hücum edildi, ancaq o sağaldı. Johnsonu vurmalı olan adam isə panikaya düşərək Vaşinqtona qaçdı. John Wilkes Booth, həddindən artıq cənub tərəfdarı və Konfederasiya adından çalışan bir Marylandli casusu idi. Boothun ilk planı, Lincolnu bazarlıq üçün Konfederasiya həbsxanasına qaçırmaq idi, lakin Linkolnun 11 apreldə afroamerikalıların hüquqları mövzusunda etdiyi nitqinə görə planını dəyişdirərək onu öldürməyə qərar verdi. Booth, Linkoln və həyat yoldaşının Ford Teatrında bir tamaşa izləməyə gələcəyini öyrəndi.
Linkoln milli ev-muzeyi
Linkoln milli ev-muzeyi (ing. Lincoln Home National Historic Site) — tarixi binada ABŞ Prezidenti Abraham Linkoln və həyat yoldaşı Meri Todd Linkoln yaşamışdır. Bina İllinoys ştatının Sprinqfild şəhərində yerləşir. Linkolnlər bu evi 1844-cü ildə satın alıblar. Onlar burada 1861-ci ilə, Abraham Linkoln ABŞ Prezidenti seçilənədək yaşayıblar. Tarixi bina 4 blokdan və 1 qonaq otağından ibarətdir. Abraham Linkolnin oğlu Robert Tod Linkoln 1887-ci ildə ailə evini İllinoys ştatına bağışlamışdır. O evin daim diqqətdə olmasını və ictimaiyyətə açıq olmasını istəyirdi. Ev və tarixi bölgə 18 avqust 1971-ci ildə ABŞ-nin Milli Tarixi Abidələri siyahısına salınmışdır.