Litoral zona
Litoral zona - dəniz və okeanların çəkilmələr zamanı vaxtaşırı (hər 12 saat 26,4 dəqiqə-dən bir) quruyan sahilyanı hissəsi. Ən yüksək qabarma (sizigi) və ən aşağı çəkilmə səviyyələri arasında yerləşir. Eni, adətən, 1 km yaxın, bəzən 10–15 km, dərinliyi bir neçə on m-dək olur. Litoral zona səciyyəvi əlamətləri: quru və dəniz rejimlərini göstərən əlamətlərinin qarışığı, dibin vaxtaşırı quruması, işıq bolluğu, suların yüksək mütəhərrikliyi, temperatur və duzluluğunun kəskin dəyişkənliyi, çöküntülərin (valun və çaqılllardan gil materialına kimi) və faunanın müxtəlifliyi. Sinonim: Qabarma-çəkilmə zonası.
== Həmçinin bax ==
Çöküntülər
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.