lüizit
lüklü
OBASTAN VİKİ
Lük Besson
Lük Besson (fr. Luc Paul Maurice Besson; 18 mart 1959[…], Paris) — Fransa rejissoru. == Həyatı == Lük Bessonun uşaqlıq arzusu delfinlər üzrə mütəxəssis olmaq idi. Amma bədbəxt bir hadisə nəticəsində fiziki imkanları məhdudlaşır və bu səbəbdən o, arzusuna çata bilmir və mehrini kino sənətinə salır. Tanınmış fransız rejissoru və prodüseri Lük Besson böyük kinoya rejissor assistenti kimi gəlir. "Axırdan ikinci" debüt filmi uğurlu alınır və Bessonu ikinci "Yeni dalğa" cərəyanına aid edirlər.
Lük Hovard
Lük Hovard (28 noyabr 1772, London – 21 mart 1864, Tottenhem, Böyük London) — ingilis kimyagər və həvəskar meteoroloq. == Həyatı == 28 noyabr 1772-ci ildə doğulub. Lük Hovard 21 mart 1864-cü ildə vəfat edib.
Lük Makfarleyn
Tomas Lük Makfarleyn (ing. Thomas Luke Macfarlane; * 19 yanvar 1980 - daha çox Lük Makfarleyn kimi tanınan Kanadalı aktyor və musiqiçidir. == Erkən həyatı və təhsili == Makfarleyn Kanadanın Ontario vilayətində yerləşən London şəhərində anadan olub. Onun mərhum atası Tomas, Qərbi Ontario Universitetində tələbə-sağlamlıq xidmətləri direktoru, anası Penni isə yerli London xəstəxanasında psixi sağlamlıq üzrə tibb bacısı vəzifəsində çalışırdı. Makfarleyn əkiz bacısı Rut və böyük bacısı Rebekka ilə birlikdə Londonun Mərkəzi Orta məktəbinə gedirdi. == Karyera == Yeniyetmə yaşlarında Makfarleyn Lester B. Pirson adına incəsənət məktəbinə gedirdi, daha sonra o incəsənət və musiqi sahəsində ABŞ-nin ən böyük institutlarından biri sayılan Nyu Yorkun Culiard məktəbində dram fakültəsini oxumuşdu. Orada o Romeo və Cülyetta, III Riçard, Gecə Məktəbi, Mavi Pəncərə, Qəzəb Salxımı və Sizin bu necə xoşunuza gəlir? kimi teatr tamaşalarında baş rolu oynamışdı. Makfarleyn 14-21 dekabr 2003-cü ildə gənclərin Playwrights Horizons teatrında düzənlənən dramaturqiya tamaşalarında 4 aparıcıdan biri idi. O 2004-cü ilin may ayında Vineyard Teatrının səhnəsində düzənlənən Harada yaşayırıq (ing.
Lük Roessler
Lük Roessler (ing. Luke Roessler; 28 mart 2007, Vankuver, Britaniya Kolumbiyası, Kanada) — Kanadalı aktyor. == Filmoqrafiya == Lük 2015-ci ildə filmlərə çəkilməyə başladı. 2015-ci ildən bu günə qədər 26 fərqli rol oynadı.
Jan-Lük Ponti
Jan-Lük Ponti (29 sentyabr 1942, Avranş) — Cazmen. == Həyatı == Jan-Lük Ponti 1942-ci il sentyabrın 29-da Fransanın Avranşe şəhərində musiqiçi ailəsində anadan olmuşdur. O, 5 yaşında ikən skripkada, sonra isə fortepianoda çalmağı öyrənməyə başlamışdır. Gənc yaşlarında fanatikcəsinə – gündə bir neçə saat skripka çalmaqla məşğul olan Pontinin zəhməti hədər getmədi – onu Paris konservatoriyasına qəbul etdilər. 17 yaşında ikən skripkaçılar arasında keçirilən müsabiqələrin birində birinci mükafat aldığına baxmayaraq o, solist-musiqiçi olmayıb simfonik orkestrdə işləməyə başladı. Bu dövrdə Jan-Lük Stefani Qrappelli və Staf Smit kimi tanınmış sənətkarların lent yazılarının təsiri altında caz skripkası ilə maraqlanmağa başladı. Hətta kiçik heyətlərdə, özü də skripkada yox, klarnetdə və ya saksofonda öz məharətini göstərirdi. İmprovizə musiqisində kifayət qədər təcrübə toplayandan sonra o, skripkaçı məharətini cazda tətbiq etmək qərarına gəlir. Bu hadisə 1962-ci ildə başlanmış və Pontinin hərbi xidmətdə olduğu dövrdə də davam etmişdir. Burada o, bütünlüklə caz skripkasına meyl salır.
Jan-Lük Qodar
Jan Lyuk Qodar(fr. Jean-Luc Godard, 3 dekabr 1930[…], VII arondisman, Fransa – 13 sentyabr 2022[…]) — fransız rejissor. == Həyatı == Jan Lyuk Qodar 3 dekabr 1930-cu ildə Parisdə doğulub. Onun atası həkim idi və şəxsi klinikası vardı. Anası isə İsveçrə bankirlərinin ailəsindəndir. Qodar məktəbi İsveçrədə oxusa da, ali təhsilini Parisdə alıb, Sorbonna Universitetinin antropologiya fakültəsində oxuyub. Tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirən rejissor sonra kino jurnalı üçün məqalələr yazmağa başlayır. Qodarın həmmüəllifi olduğu "Yeni dalğa" burjualaşmış kinonu, kanonları rədd edərək müəllif kino nəzəriyyəsinin əsasını qoydu. "Yeni dalğa" yaşlı nəsli reallıqdan uzaq kommersiya filmlərinə önəm verdiyi üçün tənqid edir, eksperimentlərə əl atır, sosial normalara qarşı çıxırdılar. Bu nəzəriyyəyə görə rejissor filmin tam müəllifi, kino-prosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır.
Lük-la-Primob
Lük-la-Primob (fr. Luc-la-Primaube, oks. Luc) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Rodez kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12133. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 6 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 5544 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 3483 yaşda olan (15-64 yaş arasında) 2728 nəfər iqtisadi fəal, 755 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.3%, 1999-cu ildə 74.0%).
Lüksemburq (Samux)
Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi 1918-1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salın­mış azərbaycanlı ailələrin məskunlaşması nəticə­sində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəl­xalq sosial-demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871-1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959-1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı). == Coğrafiyası və iqlimi == Kənd Ceyrançöldə yerləşir. == Əhalisi == Əhalisinin sayı 947 nəfərdir. Əhalinin əsası azərbaycanlılardır.
Lüksemburq (dəqiqləşdirmə)
Lüksemburq rayonu — Lüksemburq — Avropada dövlət. Lüksemburq (şəhər) — Lüksemburq şəhəri. Lüksemburq (Samux) — Azərbaycanın Samux rayonunda kənd.
Lüksemburq (şəhər)
Lüksemburq — Lüksemburqun paytaxtı. Əhalisi 100.000 nəfərdən çoxdur.
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində — Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Lüksemburqu müsabiqədə bir çox ölkədən fərqli olaraq bir müğənni təmsil etmişdir. Mişel Arnaud əvvəlcə "Ne crois pas" mahnısı ilə çıxış etmişdir. Daha sonra isə "Les amants de minuit" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün mahnıların tutduqları yer və topladıqları xal məlum deyil.
Lüksemburq 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Lüksemburq — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Lüksemburq Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Lüksemburq 2015 Avropa Oyunlarında
Lüksemburq — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Lüksemburq ümumilikdə 58 idmançı ilə təmsil olunub.
Lüksemburq 2018 Qış Olimpiya Oyunlarında
Lüksemburq 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi olmaqla 1 idman növündə 1 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Lüksemburq «B» kateqoriyası üzrə 1 idmançı ilə təmsil olunacaqdır. Kişilər ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Lüksemburq «B» kateqoriyası üzrə 15 km-lik yürüşdə iştirak hüququ əldə etmişdir. Ancaq sonradan bundan imtina etmişdir.
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 37 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən 1993-cü ilə kimi Lüksemburq yalnız bir dəfə 1959-cu ildə Avroviziyada iştirak etməmişdir. Lüksemburq Avroviziyada beş dəfə qələbə qazanmışdır. Ölkə müsabiqədə ilk dəfə 1961-ci ildə Jan-Klod Paskalın ifa etdiyi "Nous les amoureux" mahnısı ilə qalib gəlmişdir. 1965-ci ildə Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə Lüksemburqa ikinci Avroviziya qələbəsini yaşatmışdır. Üçüncü dəfə ölkəni 1972-ci ildə Viki Leandros səsləndirdiyi "Après toi" mahnısı ilə qalib etmişdir. Növbəti 1973-cü ildə Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə Lüksemburqa ikinci il ard-arda qələbə sevinci yaşatmışdır. Ölkənin indiyədək olan ən son qalibiyyəti isə 1983-cü ildə Korin Hermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə olmuşdur. Lüksemburq eyni zamanda 13 dəfə Avroviziyada ilk beşlikdə yer almış və üç dəfə sonuncu yeri tutmuşdur. Ölkə 1994-cü ildə müsabiqədə iştirakdan imtina etmiş və bir daha qayıtmamışdır.
Lüksemburq Böyük Hersoqluğu
Lüksemburq (lüksemb. Lëtzebuerg; fr. Luxembourg; alm. Luxemburg) və ya rəsmi adı ilə Böyük Lüksemburq Hersoqluğu (lüksemb. Groussherzogtum Lëtzebuerg; fr. Grand-Duché de Luxembourg​; alm. Großherzogtum Luxemburg) — Qərbi Avropada dövlət. Lüksemburq ərazisi kiçik və dənizə çıxışı olmayan ölkədir. Şimal və qərbdə Belçika, cənubda Fransa, şərqdə isə Almaniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Lüksemburq şəhəri, ümumi sahəsi 2,586.4 kvadrat kilometrdir.
Lüksemburq bayrağı
Lüksemburq bayrağı — Lüksemburqun Dövlət bayrağı
Lüksemburq bağı
Lüksemburq bağı (Fransızca: jardin du Luxembourg) — Parisin 6-cı bölgəsindəki müxtəlif üslublu bağlar toplusudur. 1612-ci ildə Médici ailəsinin üzvü olan Marie de Médicinin hakimiyyəti dövründə salınan bağ, Paris tələbələriin, gəzintiyə çıxanların üstünlük veridikləri məkanlardandır. == Tarixi == 1611-ci ildə Marie de Medici doğma Florensiyadakı Pitti Sarayının oxşarını tikdirmək qərarı verdi. Bu gün kiçik Lüksemburq Sarayı olaraq bilinən Lüksemburq Otelinin binasını aldı və yeni sarayın tikintisinə başlandı. Salomon de Brosseyə sarayın və bu günə qədər qalmış olan fəvvarənin tikintisini tapşırdı. 1612-ci ildə 2000 ədəd ağac əkməkdən əlavə bir çox insanı, xüsusən Tomasso Francini, uşaqlıq Florensiyasının üslubunda bir bağ qurmağı tapşırdı. Orijinal bağ 8 hektar idi, lakin 1630-cu ildə Marie de Medici ətraf əraziləri də alaraq ərazini 30 hektara çatdırdı. Böyüdülmüş ərazinin idarəsi yeni fransız bağçılıq mədəniyyətinin əsasını qoyanlardan biri olan Jak Boyceoya verildi. Bağçanın dairəvi mərkəzində fəvvarə olan səkkizbucaqlı bir hovuz da inşa edildi. Növbəti monarxlar bağçaya məhəl qoymadılar.
Lüksemburq böhranı
Lüksemburq böhranı(alm. Luxemburgkrise‎, nid. Luxemburgse kwestie) — 1866-1867-ci illərdə Fransa ilə Prussiya krallığı arasındakı Lüksemburq Böyük Hersoqluğunun statusunun təyin olunması üstündə münaqişə. Lüksemburq şəxsi miras olaraq Niderland kralı, Оran-Nassaus sülalə evinin nümayəndəsi III Vilhelmə məxsus idi. Eyni zamanda, 1866-cı ilin iyununa qədər Lüksemburq Limburq ilə birlikdə Almaniya ittifaqının üzvü sayılırdı(17 iyun 1866-cı ildə Avstriya-Prussiya müharibəsinin başlanmasına qədər). Burada Prussiya qarnizonu yerləşir və o federal qala olaraq tanınırdı. == Ümumi məlumat == Planını məşhur mühəndis Sebastyen Vaubanın hazırladığı Lüksemburq şəhəri Avropada ən qüdrətli müdafiə istehkamına malik idi. Bu güclü istehkamlar səbəbbindən onu "Şimalın Cəbəlütarixi" adlandırırdılar. 1815-ci ildə Vyana konqresi Lüksemburq Böyük Hersoqluğunun Hollandiya Krallığı ilə fərdi birlikdə olmasına qərar verdi. Prussiyaya güzəştə gedən konqres Lüksemburqun Alman ittifaqına daxil edilməsinə və burada bir neçə min Prussiya əsgərinin yerləşməsinə dair qərar da qəbul etdi.
Lüksemburq dili
Lüksemburq dili (öz dilində adı — Lëtzebuergesch) — Lüksemburq əhalisinin gündəlik danışıqda istifadə etdiyi dillərdən biri (fransız və alman dilləri ilə yanaşı). 1984-cü ildə rəsmi dil statusu alıb. == Təsnifatı == Lüksemburq dili Hind-Avropa dilləri ailəsinin german dilləri qrupuna daxildir. Alman dialektologiyasında bu dil mozel-frank dilaketinə aid (yuxarı alman yarımqrupuna daxil olan orta alman qrupu) qərbi alman, orta alman mədəni dialekti kimi təsnifatlandırılır. Amma, Lüksemburq dilinin ayrı dil kimi təsnifatlandırılmasının əsas səbəblərindən biri ana dili standart alman dili (yuxarı alman dili — Hochdeutsch) olanların bu dili başa düşmələrində çətinlik çəkmələridir. Lüksemburq dilinin bir sıra dialektləri də mövcuddur:: Areler, Eechternoocher, Kliärrwer, Miseler, Veiner, Weelzer və s. Qərbdən şərqə doğru Lüksemburq dili digər mozel-frank dialekləri ilə əvəz olunur. == Coğrafi arealı == Dünyada 300 min nəfər Lüksemburq dilində danışır. Onlardan 250 mini Lüksemburqda (Böyük Lüksemburq Hersoqluğu) yaşayır.
Lüksemburq himni
"Ons Hémécht" (azərb. Bizim Vətənimiz‎) — Lüksemburq dövlət himni (1895-ci ildən rəsmi). Himnin sözləri 1859-cu ildə Mişel Lentz tərəfindən lüksemburqca yazılıb. Musiqisi isə 1864-cü ildə Jan-Antuan Zinnen tərəfindən bəstələnib. Birinci dəfə himn 5 iyun 1964-cü ildə oxunub.
Lüksemburq komissiyası
Lüksemburq komissiyası (fr. Commission du Luxembourg) — XIX əsrdə Fransanın müvəqqəti hökuməti tərəfindən yaradılmış əmək komissiyası. 25 fevral 1848-ci ildə Lui Filippin taxtdan devrilməsindən sonra yaradılmışdır. Lüksemburq komissiyasının yaradılması, Lui Blanın başçılıq etdiyi fəhlə nümayəndələr məclisi kimi, sosial problemlərin öyrənilməsi və həlli yollarının təklif edilməsi vəzifəsini icra etmək məqsədini güdürdü. Komissiya həmin ilin sonunda fəaliyyətini dayandırmışdır.
Lüksemburq milli futbol komandası
Lüksemburq milli futbol komandası (lüksemb. Lëtzebuergesch Foussballnationalequipe, fr. Équipe du Luxembourg de football, alm. Luxemburgische Fußballnationalmannschaft‎) — Lüksemburqu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Lüksemburq Futbol Federasiyası tərəfindən idarə olunur. 14 iyun 2019-cu ilə olan məlumata görə Lüksemburq millisi FİFA reytinqində 90-cı, 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 43-cü yerdədir. UEFA Avro 1996-nın seçmə mərhələsindən sonra Lüksemburq millisi 10 ildən çox dünya futbolunun autsayderləri sırasında idi. Amma UEFA Avro 2008-in seçmə mərhələsindən etibarən komanda stabil olaraq hər seçmə mərhələnin qrup oyunlarında ən azı 3 xal toplayır və heç olmasa bir qələbə qazanır. Bəzi mütəxəssislər iddia edirlər ki, UEFA Millətlər Liqası qurulandan sonra Lüksemburq millisini yaxın Avropa çempionatlarının birində görmək mümkün olacaq. == FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı seçmə mərhələlərində == Lüksemburq millisinin FİFA Dünya Kubokunun final mərhələsinə düşmə cəhdləri 1934-cü ildən başlayaraq uğursuzluğa düçar olmuşdur.
Lüksemburq milli futbol komandası (Qadınlar)
Lüksemburqun Qadınlardan ibarət milli futbol komandası — Lüksemburqu beynəlxalq futbol arenasında təmsil edən Lüksemburqun milli futbol komandasıdır. Lüksemburqun Qadınlardan ibarət milli futbol komandası 2003-cü ildə təsis edilmişdir. 2008-ci ildən beynəlxalq turnirlərdə çıxış etməyə başlamışdır. Lüksemburq komandası ilk oyununu 2009-cu ildə Avropa Çempionatının təsnifat mərhələsi çərçivəsində oyunda keçirmişdir. Lüksemburq qrupda Slovakiya, Litva və Malta milli komandaları ilə üz-üzə gəlmişdir. Lüksemburq sonda qrupda ikinci yeri tutmuşdur. Lüksemburq millisi Almaniyada keçirilən Dünya Çempionatına vəsiqə qazana bilməmişdir. Komanda tez-tez kişilərin milli komandasından daha uğurlu olması ilə tanınır. == Dünya Çempionatı rekordları == *Penaltilərlə uduzulan oyunlar heç-heçə kimi qeyd edilir.
Lüksemburq qalalarının siyahısı
Lüksemburq qalalarının siyahısı—Bəzi nikbin qiymətləndirmələrə görə, Lüksemburqda 130-a qədər qala, böyük yaşayış yerləri və ya malikanələr var. Lüksemburqdakı mövcud qalalar siyahısı təxminən 50-yə qədərdir və ölkədəki bütün tanınmış qalaları və yaşayış şatolarını əhatə edir.

Значение слова в других словарях