LIS

lıs qalmağ:
(Salyan)
çürümək. – Keçən il hə:tə o qədər su veriblər ki, üzüm tə:kdə lıs qalıb; – Bossanda yemiş çox oldı, yiən olmadı, yemişdər lıs qaldı
LIRTMAÇ
LIZBA
OBASTAN VİKİ
LISP
Lisp — proqramlaşdırma dili 1958-ci ildə yaradılmışdır. Lisp, ikinci qədim yüksək səviyyəli dildir (ilk yüksək səviyyəli dil Fortran). Fortran kimi Lispdə də yarandığı gündən bugünə kimi bir çox dəyişikliklər edilmişdir. Lisp adı – List Processing (siyahıların emalı) sözlərindən götürülmüşdür. == Proqram nümunələri == 1959-cu ildə süni intellekt məsələlərinin həlli üçün LISP (LISt Processing language – “siyahıların emalı dili”) dili meydana çıxmışdır. Bu dilin müəllifi amerikalı riyaziyyatçı Con Makkartidir (John McCarthy). Faktorial funksyanın hesablanmasını təsvir edək (rekursiyadan təyin olunur): == Mənbə == Patrick Winston and Berthold Horn, Lisp, Addison Wesley; 3 edition (January 1, 1989), ISBN 0-201-08319-1 Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Lısa-Gora dağı
Lısa-Gora (pol. Łysa Góra) — Polşa ərazisində dağ. Dağ Sventokşiski massivində yerləşir. Hündürlüyü 594 metrdir. Zirvə bu massivdə hündürlüyünə görə ikincidir (Lısisa - 612 m). Dağın zirvəsinə və yamaclarına müxtəlif istiqamətdə piyada cığırları salınmış. Dağ zirvəsində paqanizmə məxsus müqəddəs məkanın qalıqları var. Bundan başqa ərazidə XI əsrə məxsus Müqəddəs Xaç Benediktinski monastrı mövcuddur. Diqqət çəkən tikililərdən biri də "Sventı-Kşij" teleqülləsidir. Dağla bağlı həmçinin yerli əfsanələr mövcuddur.
Lısov adası
Lısov adası — Şərqi Sibir dənizində, Medvejıy adaları qrupuna daxil olan ada. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Adalar qrupunun mərkəzində Leontev adasında 3,3 km cənubda, materikdən 68 km aralıda yerləşir. Ada cənubdan şimala 2,8 km uzunluğa, 1,2 metr uzunluğa malikdir. 35 metr hündürlüyə malikdir. Şimalında iki kiçik göl vardır. Ada 1769-cu ildə Medvejıy adalarını xəritəyə salan geodeziya işləri aparan üç işçidən biri olan Lısovun şərəfinə adlandırılmışdır.
Lısva
Lısva — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Nikolay Lısenko
Nikolay Vitalyeviç Lısenko (ukr. Мико́ла Віта́лійович Ли́сенко; 22 mart 1842[…] – 6 noyabr 1912[…], Kiyev) — Ukrayna bəstəkar, pianoçu, dirijor və ictimai xadimi. Hazırda Ukrayna milli mədəniyyətinin görkəmli nümayəndələrindən hesab olunur. == Həyatı == Nikolay Lısenko əslən qədim kazak olan Lısenko nəslindəndir. Atası Vitali Romanoviç Lısenko 13-cü draqun alayında polkovnik olmuşdur. Ana, Olqa Yeremeyevna poltava mənşəlidir. Erkən yaşlarından Nikolay Taras Şevçenkonun və Ukraynanın xalq mahnılarının şeirlərini sevirdi, nənələri - Nikolay və Mariya Bulubaşini onda bu sevgini daha ds dərinləşdirmişlər. Ev tərbiyəsi başa çatdıqdan sonra Nikolay gimnaziyaya hazırlaşmaq üçün Kiyevə getdi, burada ilk öncə Veyl pansionatında, daha sonra isə Geduen pansionatında oxudu. 1855-ci ildə Nikolay 1859-cu ilin yazında gümüş medal ilə bitirdiyi ikinci Xarkov gimnaziyasına köçürülmüşdür. Gimnaziyadakı təhsil əsnasında, o, xüsusi olaraq musiqini (müəllimi - N.D.Dmitriyev) öyrəndi və tədricən Xarkovda pianoçu kimi tanındı.
N.V.Lısenko adına Xarkov Opera və Balet Teatrı
N. V. Lısenko adına Xarkov Opera və Balet Teatrı (ukr. Харківський національний академічний театр опери та балету імені Миколи Лисенка) — ilk Ukrayna stasionar opera teatrı. Teatrın repertuarında ukrayna, rus, fransız və italyan dillərində opera tamaşaları, klassik və müasir balet tamaşaları var. == Memarlığı == === Köhnə binası === Rımar küçəsi 21 ünvanındakı bina 1829-cu ildə naməlum memar tərəfindən tikilib. 1855-ci ildə sahibkar Zarudnı tərəfindən satın alındı ​​və tamaşalara ev sahibliyi etmək üçün yenidən quruldu. Sonra bina kommersiya klubunun mülkiyyətinə çevrildi və 1884–1885-ci illərdə opera binası (memar B. G. Mixalovski) üçün tamamilə yenidən quruldu. Bağ tərəfinə səhnə hissəsi əlavə edilib və tamaşa zalı Parisdəki Tüilri sarayının dövlət salonlarından birinin motivlərindən istifadə edilməklə Fransız İntibahı üslubunda bəzədilib. Zalın divarları boyunca boş antablaturlu Korinf ordeninin qoşalaşmış yivli sütunları vardır. Hər bir cüt sütunun üstündə yuxarı mərtəbənin eyvanını dəstəkləyən qanadlı qadın heykəlləri qoyulmuşdur. Balkonun kənarları və benuar qutuları dekorativ qəliblərlə bəzədilib.
Trofim Lısenko
Trofim Denisoviç Lısenko Ukrayna və Sovet aqronomu və bioloqudur. Biologiya- Miçurin aqrobiologiyasında yalançı elmi istiqamətin banisi və ən böyük nümayəndəsi, SSRİ Elmlər Akademiyasının (1939), Ukrayna Elmlər Akademiyasının (1934), VASXNİL-in akademikidir (1935). Sosialist Əməyi Qəhrəmanıdır (1945). Üç dəfə birinci dərəcəli Stalin mükafatı laureatıdır (1941, 1943, 1949). 1934-cü ildə elmi rəhbər, 1936-cı ildə isə Odessada Ümumittifaq Seleksiya və Genetika İnstitutunun direktoru təyin edilir. 1940-1965-ci illərdə SSRİ Elmlər Akademiyasının Genetika İnstitutunun direktoru olub.. Trofim Lısenko bir aqronom kimi bir sıra aqrotexniki üsulları (vernalizasiya, pambıq budanması, kartofun yay əkini) təklif və təbliğ etmişdir. Lısenkonun təklif etdiyi üsulların əksəriyyəti hələ sovet kənd təsərrüfatında geniş tətbiq olunduğu dövrdə də P.N. Konstantinov, A.A. Lyubişev, P.İ. Lisitsyn və başqaları tərəfindən tənqid edilmişdir. Lısenkonun nəzəriyyələrinin və aqronomik metodlarının ümumi çatışmazlıqlarını üzə çıxaran elmi rəqibləri də onu dünya elmi və təsərrüfat praktikasından ayrıldığına görə qınayırdılar. Bəzi üsullar (məsələn, macar entomoloqu Yablonovskinin təklif etdiyi Asproparthenis punctiventris ilə mübarizə üsulu) Lısenkodan çox-çox əvvəl məlum idi, lakin gözləntiləri doğrultmadı və ya köhnəlmişdi..