LƏLÖYÜN

sif. dan. Acgöz, tamarzı, görməmiş.
// İs. mənasında. Acdan ləlöyün törər. ( Ata. sözü ).
// Ehtiraslı, həris.
◊ Ləlöyün getmək – bir şeyin arzusunda olmaq, həsrətini çəkmək; bir şey üçün əldən getmək.
[Veys:] Sən ondan ötrü, deyəsən, lap ləlöyün gedirsən ki! Ə.Əbülhəsən.

Синонимы

  • LƏLÖYÜN acgöz — tamahkar — dargöz — qarınqulu
  • LƏLÖYÜN ləlöyün bax acgöz(lü)
LƏLO
LƏLÖYÜNLÜK

Значение слова в других словарях