LƏPİR

is. Torpaq, qar və s. üzərində insan və ya heyvan ayağının nişanı, izi. At ləpiri. Dovşan ləpiri. Quş ləpiri. – Yerə düşmüş şəbnəm hələ qurumamışdı.
Yer üzündə beş-altı ayaq ləpiri məlum olurdu. T.Ş.Simurq.
Dəvə ləpirlərindən, ayaq izindən; Yolların sinəsi oyuq-oyuqdur. R.Rza.
Oğulsuz-övladsız ocaqlar kimi; Sönüb gedəcəyəm: bu daş, bu torpaq; Bircə ləpirimi yaşatmayacaq. M.Araz.

□ Ləpir tutmaq – izə düşüb getmək, ləpirlə getmək.

Синонимы

  • LƏPİR ləpir bax iz 1
  • LƏPİR iz — nişan
LƏPİKDAŞ
LƏPİR₂
OBASTAN VİKİ
Ləpirçi: Mən yeməli deyiləm
Ləpirçi: Mən yeməli deyiləm — Rövşən Abdullaoğlunun "Ləpirçi" silsiləsindən olan ilk kitabı. == Məzmun == “Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək. Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar. Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı? == Nəşr == Kitab 2020-ci ildə Bakıda Qədim Qala nəşriyyatında "Ləpirçi" silsiləsində 264 səhifədə 60x84 ölçüsündə çap edilib. == İstinadlar == == Xarici keçidlər == "Ləpirçi: Mən Yeməli Deyiləm" ( (az.)). qedimqala.az.

Значение слова в других словарях

гостеприи́мно европе́йцы прилага́ть пятикла́ссник с недове́рчивостью тринадцатиле́тие хро́ник вентиляцио́нщик кадыка́стый малахи́т меже́нный окургу́зить поса́дочный что мне махать шпиль canting elephant-fish move on pigeoneer semasiological West Ham излом исхудать чрез