möcüz 2021
möcüzəkar 2021
OBASTAN VİKİ
Möcüzə qadın
Ecazkar qadın (ing. Wonder Woman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Ədalət Liqasının təməl üzvlərindən olan Ecazkar qadın ilahə və amazonların səfiridir. Personaj ilk dəfə 8 oktyabr 1941-ci ildə "All Star Comics #8"-də debüt etmiş, 1 yanvar 1942-ci ildə ilk dəfə "Sensation Comics #1" üz qabığında təsvir edilmişdir. Vətəni olan Femiskira adasında Ecazkar qadının rəsmi titulu "Hippolitanın qızı, Femiskiralı Şahzadə Dayana"dır. İnsan cəmiyyətində yaşamağa başladıqdan sonra o, Dayana Prins adını götürür. Personaj həm də "Möhtəşəm Amazon", "Həqiqətin ruhu", "Femiskiranın çempionu", "Tanrı öldürən" və "Sevgi və müharibə ilahəsi" ləqəbləri ilə tanınır. Ecazkar qadın ABŞ psixoloqu və yazıçısı Uilyam Molton Marston (təxəllüsü: Çarlz Molton) və rəssam Harri Corc Piter tərəfindən yaradılmışdır. Marstonun sevgilisi Oliv Birn və həyat yoldaşı Elizabet Hollvey Marston personaj üçün ilham mənbəyi olmuşlar. Marston erkən feministlərdən, xüsusilə Marqaret Senqer və onun "Qadın və yeni yarış" pyesindən təsirlənmişdir.
Möcüzə (film, 1992)
Chamatkar (mənası: Möcüzə) komediya janrında olan hind filmidir.
Möcüzə (film, 2014)
Möcüzə — rejissoru və ssenaristi Mahsun Qırmızıgül olan 2014-cü il istehsalı film. Film 1 yanvar 2015-ci ildə kinoteatrlarda göstərilmişdir. Çəkilişləri Foça, Qars, Uşak və Kağızmana bağlı bir kənddə aparılmışdır. Film 1961-ci ildə baş vermiş gerçək hekayəyə əsaslanır. Çox rahat şəraiti olan sahil qəsəbəsindən Anadolunun dağ kəndinə təyin olunan Mahir müəllimin kəndə gəlməsi ilə kəndlilər uşaqlarının savadlancağına ümid edirlər. Lakin kənddə təhsil üçün məktəb binası belə yoxdur. Mahir qızların da məktəbə göndərilməsi şərti ilə kənddə qalmağı qəbul edir. Kəndxudanın Aziz adlı əngəlli oğluna da dərs verən Mahir onun inkişafına səbəb olur. Kəndxuda Azizdən başqa bütün övladlarını evləndirmişdir. Azizin evlənmək istəyini atası hər dəfə rədd etmək məcburiyyətində qalır.
Möcüzə (film, 2017)
Möcüzə (ing. Wonder) — 2017-ci ildə çəkilmiş Amerikan komediya-dram filmi olan Wonder rejissor Stiven Çboski, ssenari-müəllifi Cek Torn, Stiv Konrad və Çboski olmaqla yazıçı R. C. Palasio 2012-ci ildə çap edilmiş eyni adlı romanı əsasında çəkilmişdir. Filmin əsas aktyor heyəti Culiya Roberts, Ouen Vilson, Ceykob Tramble, Mendi Patinkin və Devid Diqs olmuşdur. Treacher Collins sindromlu bir uşağın cəmiyyətə uyğunlaşmasından bəhs edən bu film, 17 noyabr 2017-ci ildə Lionsgate şirkəti tərəfindən Amerika Birləşmiş Ştatlarında çəkilmişdir. Film tənqidçilər və tamaşaçılar tərəfindən müsbət rəylər qəbul etmişdir. Filmin büdcəsi 20 milyon dollar təşkil etməklə filmdən 305 milyon dollar gəlir əldə edilmişdir. Film 90-cı Oskar Mükafatlarında ən yaxşı saç düzümü və makyaj nominasiyası üzrə namizədliyini təqdim etmişdir. Ouqust "Oqi" Pulman Nyu-Yorkda, yuxarı Manhettenda, Şimal Çay Yüksəkliyində anası İzabel, atası Neyt, böyük bacısı Oliviya və iti Deysi ilə yaşayan 10 yaşlı oğlandır. Onda nadir görünən tibbi üz deformasiyası olduğundan 27 müxtəlif əməliyyat keçirmişdir. Ouqi evdə təhsil alsa da, 5-ci sinfə çatanda valideynləri qərara gəlirlər ki, onu özəl məktəbə göndərsinlər.
Möcüzəsiz Möcüzə (kitab)
Möcüzəsiz Möcüzə (kitab) — Ərşad Əzimzadə tərəfindən qələmə alınmış kitab. Kitabda müxtəlif növ xəstəliklərin müalicəsinin qarşısını almaq üçün qidalanma normaları barədə məlumat verilir. Müəllif şəxsən bu normalara əməl edərək özünü ağır xəstəliklərdən müalicə etmişdir. Qidalanma sistemi yapon alimi Nişşinin tədqiqatları əsasında formalaşdırılmışdır. Azərbaycanda bu qidalanma sisteminin kifayət qədər davamçısı var. Kitab 2002-ci ildə Bakıda Sabah Nəşriyyatı tərəfindən çap olunub.
Dənizdə möcüzə (film, 1966)
Möcüzə göstərən Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Möcüzə qadın (film, 2017)
"Ecazkar qadın" (ing. Wonder Woman) — "DC Comics" nəşriyyatının eyniadlı personajı əsasında çəkilmiş superqəhrəman filmi. Warner Bros. tərəfindən distribütorluq edilən film DC Genişləndirilmiş Kainatının dördüncü filmidir. Film, Allan Heynberin ssenarisi əsasında Petti Cenkinsin rejissorluğu ilə çəkilmişdir; ssenari əsasında durmuş hekayə Heynberq, Zak Snayder və Ceyson Fuşs tərəfindən yazılmışdır. Əsas personaj Qal Qadot, digər personajlar isə Kris Payn, Robin Rayt, Denni Hyuston, Devid Tyulis, Konni Nilsen və Yelena Anaya tərəfindən canlandırılmışlar. Betmen Supermenə qarşı filmində Ecazkar qadının ilk dəfə layv-ekşn filmində görünməsindən sonra, bu film personaja həsr olunmuş ilk individual layv-ekşn filmidir. Filmdə, Femiskira adasında qəzaya düşmüş ABŞ pilotu Stiv Trevor Dayanaya Birinci Dünya Müharibəsi haqqında məlumat verir və müharibəni dayandırmaq üçün doğma evini tərk edən Şahzadə Dayana Ecazkar qadına çevrilir. Personaj haqqında individual film çəkilməsi ideyası 1996-cı ildən inkişşaf etdirilməyə başlanılmış, 2015-ci ildə Petti Cenkins rejissorluğu öz üzərinə götürməklə bağlı müqavilə imzalamışdır. 21 noyabr 2015-ci ildə əsas çəkilişlərə start verilmiş, çəkilişlər Böyük Britaniya, Fransa və İtaliyada həyata keçirilmiş və 19 may 2016-cı ildə tamamlanmışdır.
Möcüzə
Möcüzə — fövqəltəbii hesab edilən və təbiət qanunları və elmlə izahı mümkün olmayan hadisə. Möcüzələrin çox vaxt ilahi müdaxilənin nəticəsi olduğuna inanılır. Başqa bir fəlsəfi dünyagörüşü olan teizm möcüzələrin mümkünlüyü məsələsinə tamamilə fərqli yanaşır. Onun fikrincə, kainatın ilk səbəbi qüdrət, hikmət və xeyirxahlıq xislətlərinə malik olan bir varlıqdır ki, O, yaratdığı dünyanın qayğısına qalır (onun ruzisini verir). Bu baxışa görə möcüzələr nəinki mümkün, hətta zəruri olur. Materializm, panteizm, deizm kimi fəlsəfi dünyagörüşlərində möcüzə ağlabatan hesab olunmur. Möcüzənin mümkünlüyünü etiraf etmək bu və ya digər dünyagörüşünə sadiqliklə ayrılmaz şəkildə bağlıdır. Panteizm çərçivəsində də möcüzə qeyri-mümkündür, çünki onun üçün səbəbi dünyadan kənarda olan hadisələr ağlasığmazdır (çünki panteizm üçün dünyadan kənar heç bir şey yoxdur). Bundan əlavə, deizmdə hesab olunur ki, dünyanın inkişafı və mövcudluğunun təmin edilməsi üçün onun öz qüvvələri və birdəfəlik təsbit edilmiş qanunları tamamilə kifayətdir. Beləliklə, xarici ali gücün dünya həyatına müdaxiləsi lüzumsuz olur.
İqtisadi möcüzə
İqtisadi möcüzə — hansısa ölkənin və ya regionun müəyyən zaman ərzində sürətli iqtisadi inkişafını bildirmək üçün istifadə olur.
Möcüzə həkim
Möcüzə Həkim- "MF Yapım" tərəfindən imzalanmış, ilk seriyası 12 sentyabr 2019-cu ildə yayımlanmış, ssenari müəllifi Pınar Bulut və Onur Koralp tərəfindən yazılmış tibbi dram üslubunda Türk televiziya serialıdır. 2013-cü ildə Cənubi Koreyanın "Good Doctor" dramından uyğunlaşdırılmışdır. 2 mövsümdən ibarət serial "MF Yapım" tərəfindən 14 may 2021-ci ildə elan edilən rəsmi son tarix olan 27 may 2021-ci ildə yayımlanan 64-cü seriya ilə sona çatdı.
Dubay Möcüzə bağı
Dubay Möcüzə bağı (Dubai Miracle Garden) — Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çiçək bağı. Bağ 2013-cü ildə istifadəyə verilmişdir. 72.000 kv. m.-dən (780.000 kv. fut) çox ərazini əhatə edir və 50 milyondan çox çiçək və 250 milyon bitkisi olması onu dünyanın ən böyük çiçək bağçasına çevirir. 2015-ci ilin aprel ayında bağ Garden Tourism Award tərəfindən Mosel Mükafatına layiq görüldü. == İnkişafı == İlk möcüzə bağı layihəsinin konsepsiyası Dubailand və Dubai Properties Group arasında razılaşma əsasında formalaşıb. Layihənin inkişafı iordaniyalı iş adamı Abdel Naser Rahhalın rəhbərlik etdiyi Akar Landscaping and Agriculture Company ilə müqavilə əsasında tamamlandı. Layihənin dəyəri 40 milyon AED (11 milyon ABŞ dolları) olaraq qiymətləndirilmişdir. Birinci mərhələnin inkişafı iki ay çəkdi və buna 400 işçi tələb olundu.
7-ci Palatadakı Möcüzə
Xəzərdə möcüzə (film, 1961)
Film Xəzər dənizində əfsanəvi neftçilər şəhərinin-Neft Daşlarının yaradılmasından, byrada çalışan əmək adamlarından, onların fədakar əməyindən bəhs edir.
Yaşıl möcüzə (film, 1979)
Xlorellanın nə olduğunu yəqin ki, çoxları bilmir. Halbuki bu yaşıl yosunlar kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində mühüm rol oynaya bilər. Xlorellada çoxlu zülallar və digər qidalı maddələr vardır. Bunlardan iri buynuzlu mal-qaranın, quşların və balıqların yemlərinə əlavə kimi istifadə olunur. Elmi-kütləvi film yosunların xüsusiyyətini, onların xalq təsərrüfatı üçün əhəmiyyətini öyrənmək məqsədilə yaradılmışdır. Filmin çəkilişləri xlorelladan geniş istifadə olunan yerlərdə — Şəki bölgəsində, Özbəkistanda və Moskvada aparılmışdır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Cəlal Əliyev, Vaqif Hümmətoğlu Operator: Sərdar Vəliyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Dünyanın 7 möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
Dünyanın möcüzələri
Dünyanın möcüzələri == Herodota görə üç möcüzə == Bəlkə də ilk belə siyahı eramızdan əvvəl V əsrdə Herodot tərəfindən tərtib edilmişdir. Yazılarında "tarixin atası" antik zamanlarda İon mədəniyyətinin mərkəzi olan Samos adasının üç möcüzəsini sadalayır. Həmən möcüzələr bunlardır: Evpalin tuneli (Samos akveduku) — (bir kilometr uzunluğunda su kəməri şəhəri təmiz su ilə təmin edirdi) Adanın limanındakı damba — (sahilləri qorumaq üçün nəzərdə tutulmuşdur, günümüzə qədər qalmamışdır) Heraion — Samos adasındakı Hera ilahəsinin məbədi == Antik dünyanın yeddi möcüzəsi == Təqribən eramızdan əvvəl III əsrdə dünyanın yeddi möcüzəsindən ibarət klassik bir siyahı meydana gəldi: Xeops ehramı (Cizə, bizim e.ə. 2550-ci il) Semiramidanın asma bağları, (Babil, bizim e.ə. 600-cü il) Olimpdə Zevsin heykəli, (Olimpiya, bizim e.ə. 435-ci il) Artemida məbədi, (Efes, bizim e.ə. 550-ci il) Halikarnas mavzoleyi, (Halikarnas, bizim e.ə. 351-ci il) Rodoslu Koloss, (Rodos, bizim e.ə. 292–280-ci illər arası) İsgəndəriyyə mayakı, (İsgəndəriyyə, bizim e.ə. III əsr) == Müasir dünyanın yeddi möcüzəsi == 2001-ci ildə qeyri-kommersiya təşkilatı New Open World Corporation tərəfindən dünyanın müasir yeddi möcüzəsini ortaya çıxarmaq üçün hazırlanmış bir layihə başladıldı.
Dünyanın yeni yeddi möcüzəsi
== Xarici keçidlər ==
Həyat möcüzədir (film, 2004)
Həyat möcüzədir (serb. Život je čudo/Живот је чудо) — Emir Kusturitsanın rejisorluğu ilə, 2004-cü ildə Serb-Çernoqoriya birliyi və Fransanın istehsal etdiyi tragikomediya janrında çəkilmiş bədii filmdir. == Süjet == Bosniya. 1992-ci il. Luka uzaq bir vilayətdə yerləşən kiçik şəhərcik xatirinə doğma Belqradı tərk etmiş qəribəlikləri olan bir mühəndisdir. O, Serbiya və Bosniyanı birləşdirən dəmiryolu inşa etmək arzusundadır. Lukanın həyat yoldaşı- opera ifaçısı Yadranka ruhi xəstəlikdən əziyyət çəkir, oğlu Miloş isə yerli futbol komandasından, paytaxt Belqradın "Partizan" klubuna keçmək istəyir. Bu vaxt Yuqoslaviyada ciddi siyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər balaca şəhərciyin həyatına da öz təsirini göstərir. Ayı ovu zamanı muzdlu qatil acgöz, arvadbaz, ancaq müəyyən insani keyfiyyətlərini itirməmiş şəhər merini öldürür.
Möcüzəgöstərən Qriqori
Qriqori Tavmaturq (213, Niksar[d], Toqat ili – 270, Niksar[d], Toqat ili) — xristian dünyasının məşhur ilahiyyatçılarından biri. Məşhur xristian müqəddəslərindən olan Qriqori Tavmaturq 213-cü ildə Roma İmperiyasının Neokesareya (müasir Türkiyədə Niksar şəhəri) şəhərində doğulmuşdur. Onun bütpərəst ailəsində böyüdüyü salnaməçilər tərəfindən nəql edilmişdir. Yeniyetmə yaşlarında atasını itirmişdir. Öz dövrünə görə standart təhsil almış, anasının istəyinə əsasən, ritor (natiq) sənətinə yiyələnsə də, bundan tamah məqsədilə istifadə etməmişdir. Latın dili müəlliminin təsirinə düşərək fəlsəfə məktəbinə daxil olmaqdan imtina etmiş və hüquqşünaslıqla məşğul olmuşdur. Qardaşı ilə birgə Beyrut şəhərinə yollanaraq, orada digər məşhur ilahiyyatçı Origenlə tanış olmuşdur. Onun təsiri altında xristianlığı qəbul etmiş, nəticədə də bütün həyat tərzini dəyişmək qərarına gəlmiş və onun tələbəsi olmuşdur. Origenin yanında beş il təhsil alan Qriqori antik və xristian fəlsəfəsinin əsaslarını öyrənmiş, bu barədə biliklərini möhkəmləndirmişdir. Daha sonra vətəninə qayıtmış, burada da elmi məlumatlarını zənginləşdirməklə məşğul olmuşdur.
Möcüzəkar Nikolay kilsəsi
Müqəddəs Nikolay kilsəsi — Bakı yeparxiyası tabeliyində kilsə. Baş rahib hieromonax Venedikt Zayçevdir. 1946-cı ildə şəxsi ev kilsə kimi istifadəyə verilmişdir. Kilsənin həyəti abadlaşdırılmış, əlavə olaraq dini ayinlər həyata keçirmək üçün üç otaq tikilmişdir. Bölgə xristianlarının dini mərkəzi kimi fəaliyyət göstərən kilsədə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının rəhbərliyi ilə dini ayinlər icra edilir.
Möcüzəli Ağac (1984)
Möcüzəli ağac (film, 1984)
Möcüzələr (film,1989)
"Möcüzələr" (ing. Miracles) — 1989-cu ildə Honq Konqda çəkilmiş,Ceki Çanında rejissorluq və baş rol oynadığı bir filmdir. Daha yaxşı bir həyat axtarışında olan Çarli (Jackie Chan) Honq Konqa gəlir və burada dərhal yerli bir fırıldaqçı tərəfindən aldadılır, bunun nəticəsində Çarli son penniesini itirir. Son qəpiklərini kasıb bir tacirə bir gül çiçəyi üçün verir, bu da ona uğurlar gətirməlidir. Və "xoşbəxt" davası çox keçmədi. Çarlie iki mafiya klanının atışmasında iştirak edən bir məcburiyyətli bir iştirakçı olur və quldur dəstələrindən birinin əsas patronunun atəşindən çıxır. Ölərkən, mafiya lideri Çarlini varisi və qəbiləsinin Böyük Qardaşı təyin edir. Honq Konqun cinayətkar yarısının "babası" rolunda, Çarli çeviklik və ixtiraçılıq möcüzələrini göstərməlidir ...
Möcüzələr (film, 1989)
"Möcüzələr" (ing. Miracles) — 1989-cu ildə Honq Konqda çəkilmiş,Ceki Çanında rejissorluq və baş rol oynadığı bir filmdir. Daha yaxşı bir həyat axtarışında olan Çarli (Jackie Chan) Honq Konqa gəlir və burada dərhal yerli bir fırıldaqçı tərəfindən aldadılır, bunun nəticəsində Çarli son penniesini itirir. Son qəpiklərini kasıb bir tacirə bir gül çiçəyi üçün verir, bu da ona uğurlar gətirməlidir. Və "xoşbəxt" davası çox keçmədi. Çarlie iki mafiya klanının atışmasında iştirak edən bir məcburiyyətli bir iştirakçı olur və quldur dəstələrindən birinin əsas patronunun atəşindən çıxır. Ölərkən, mafiya lideri Çarlini varisi və qəbiləsinin Böyük Qardaşı təyin edir. Honq Konqun cinayətkar yarısının "babası" rolunda, Çarli çeviklik və ixtiraçılıq möcüzələrini göstərməlidir ...
Möcüzələr Adası (1978)
Filmdə nəql olunur ki, bir fərasətli və xəyalpərəst oğlan Neft Daşlarına gedib çıxır. O, komik vəziyyətlərə düşür. Lakin burada da öz bacarığını, fərasətini nümayiş etdirir. 1) 1978-ci ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Animasiya filmi rejissor işinə görə Mükafat almışdır. Kukla filmidir. Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Tahir Piriyev Bəstəkar: Ruhəngiz Qasımova Səs rejissoru: Bəxtiyar Dehniya Cizgi rəssamı: Tahir Piriyev Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Möcüzələr Akademiyası (film, 2022)
Möcüzələr Akademiyası — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoy və həyat yoldaşı Zəhra Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbi Uşaq Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərsəyə gətirilib. Nağıllar aləminin mənfi personajları artıq xeyirlə mübarizədən yorulmuşdular. Nə illah edirdilərsə də mümkün olmurdu. Hər zaman xeyir qalib olurdu. Onlar fərqli çıxış yolları axtarırdılar. Gözəl Rapunzelin anası Hötel Manifisenta və Cəfər bir araya gəlib çox fikirləşib araşdırdılar. Nəhayət dünyanın varlığından xəbər tutdular. İllərlə dünyaya gəlmək üçün müxtəlif yollar axtardılar.
Möcüzələr adası (film, 1963)
Kinopovest Xəzər dənizində salınmış Neft Daşlarının qəhrəman neftçilərinə, onların əməyinə və məişətinə həsr olunmuşdur. Polad dirəklər üzərində qurulmuş dəniz estakadası yüz kilometrlərlə dənizin içərilərinə doğru uzanır, burada igid adamların əlləri ilə neft buruqları və neftçilər şəhəri salınmışdır. Filmdə ömrünün yarısını bu adada keçirən adamlar, buraya işləməyə gələn gənclər, onların qarşılıqlı münasibətləri haqqında söhbət gedir, xarakterləri açılıb göstərilir. Film aktyor Hamlet Xanızadənin kinoda ilk işidir. Dənizdə olan çəkilişlərdə süni çəkiliş metodlarından istifadə edilib. Ssenari müəllifi: Həsən Seyidbəyli Quruluşçu rejissor: Həsən Seyidbəyli Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Tofiq Quliyev Mahnıların mətni: Nəbi Xəzri, A.Plavnik Səs operatoru: İlya Ozerski Rejissor: Məmməd Əlili Rejissor assistenti: Ramiz Əliyev, Elmira Əliyeva Montaj üzrə assitent: Tamara Nərimanbəyova Operator assistenti: V.Həsənov, Fikrət Əsgərov, Həmzə Əhmədoğlu, Valeri Kərimov Rəssam assistenti: T.Məlikzadə, Abdullazadə Qrim rəssamı: S.Pozdeyeva, G.Koçarov Redaktor: Nataliya Şneyer Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Çalır: Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Dirijor: Tofiq Quliyev Filmin direktoru: Nazim Ələkbərov Mahnı ifa edən: Anatollu Qəniyev ("Lirik mahnı") (titrlərdə yoxdur) Həsən Məmmədov — Nazim Oleq Xabalov — Kamran Zoya Nedbay — Məryəm Fazil Salayev — Fazil Leonid Piroqov — Polyakov Tamilla Qafarova — Samiyə İ.Müxtəliyev — Cabbar Aleksandr Stepanov — Kapitonov Yusif Yulduz — Qulam dayı Yaroslava Turılyova — Nataşa İsmayıl Əfəndiyev - neftçi alim Ambartsumov - Artur Roza Tağıyeva - Teleqrafçı qız Hamlet Xanızadə — Sadıq Hüseynov Məmmədov Vəliyev Çirkov - neftçi Dadaşov Ş. Bağırova - İşçi qız Əli Zeynalov — Nazim (Həsən Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Məryəm (Zoya Nedbay) (titrlərdə yoxdur) Həsənağa Turabov — Kamran (Oleq Xabalov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov — Polyakov (Leonid Piroqov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Cabbar (İ.Muxtəliyev) (titrlərdə yoxdur) Bahadur Əliyev — Artur (Ambartsumov) (titrlərdə yoxdur) Kamil Qubuşov - Kapitonov (Aleksandr Stepanov)(titrlərdə yoxdur) Əfrasiyab Məmmədov - neftçi alim (İsmayıl Əfəndiyev)(titrlərdə yoxdur) Hamlet Xanızadə - neftçi (Çirkov);işçi (titrlərdə yoxdur) Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Əhədoğlu, Y. “Belə bir ada da var” //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun. Məmmədov, R. “Neft daşları və ekran” [Azərbaycan kinematoqrarafiyası haqqında] //Azərbaycan.- 1965.- № 2.- səh. 211-216. Кино: Энциклопедический словарь / Гл.
Möcüzələr adası (film, 1978)
Filmdə nəql olunur ki, bir fərasətli və xəyalpərəst oğlan Neft Daşlarına gedib çıxır. O, komik vəziyyətlərə düşür. Lakin burada da öz bacarığını, fərasətini nümayiş etdirir. 1) 1978-ci ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Animasiya filmi rejissor işinə görə Mükafat almışdır. Kukla filmidir. Rejissor: Vaqif Behbudov Ssenari müəllifi: Rasim İsmayılov Operator: Vaqif Behbudov Quruluşçu rəssam: Tahir Piriyev Bəstəkar: Ruhəngiz Qasımova Səs rejissoru: Bəxtiyar Dehniya Cizgi rəssamı: Tahir Piriyev Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Möcüzələr dükanı (roman)
Möcüzələr dükanı — (port. Tenda dos Milagres) 1960-cı illərin ortalarında Jorje Amadu tərəfindən yazılmış sehrli realizm romanıdır. Romanın əsas mövzusu Braziliyada mədəniyyətlərin qarışması və irqçiliyin araşdırılmasıdır. 1977-ci ildə roman Nelson Pereira dos Santos tərəfindən Amadunun özünün ssenarisi əsasında lentə alınıb. 1985-ci ildə roman əsasında kiçik serial (30 seriya) səhnələşdirilib. Baş qəhrəman eyni zamanda candomblé keşişi, kapoeyra ustası, orijinal sosial mütəfəkkir və şair, fransız, ispan və ingilis dillərini mükəmməl bilən, simvolik "bütün insanların atası" olan melez dilənçi Pedro Arçenjodur. Romanın hərəkəti 1968-ci ildə amerikalı antropoloq, Nobel mükafatı laureatı Levensonun Bahiaya gəlişi ilə başlayır, təhsilli braziliyalılar Arçenxonun varlığını ilk dəfə ondan öyrənirlər. Levenson braziliyalının 100 illik yubileyini qeyd etmək istəyir və yerli şair Fausto Penaya onun tərcümeyi-halı üçün materiallar hazırlamağı əmr edir. Bu, çox sayda personaj və vəziyyətin olduğu romanın əsas süjet quruluşudur. Levenson Amerikada Arçenjodur onunla heç bir əlaqəsi olmayan tərcümeyi-halını nəşr etdirdi: o, Fausto Penanın əlyazmasına belə baxmadı.
Möcüzələr meydanı (televiziya oyunu)
Möcüzələr meydanı — Rus (televiziya oyunu) Möcüzələr meydanı (rus. Поле Чудес) Möcüzələr meydanı "VİD" televiziya şirkətinin birinci əyləncə proqramlarından biridir. Aparıcısı Leonid Yakuboviçdir.
7-ci kameradakı möcüzə (film, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.
7-ci palatadakı möcüzə (film, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.
7-ci kameradakı möcüzə (Türkiyə filmi, 2019)
7-ci kameradakı möcüzə (türk. 7. Koğuştaki Mucize) — Türkiyə istehsalı dram filmi. Cənubi Koreya filmi "Miracle in Cell No.7"ə əsaslanır. 2019-cu ildə Türkiyədə ən çox izlənilən film olmuşdur.

Значение слова в других словарях