Möhür Qanunu
Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi.
Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar.
Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar. Massaçusetsdən Cənubi Karolinaya qədər, bu qanun ləğv edildi və xalq kütlələri bədbəxt gömrük agentlərini öz idarələrini tərk etməyə məcbur edərək, nifrət doğuran möhürləri sıradan çıxardılar.
Nümayəndə Pətrik Henrinin təhriki ilə Virciniya Bələdiyyə Palatası may ayında təqdim olunmadan vergiqoymanı kolonial azadlıqlar üçün təhlükə hesab edən bir neçə qətnamə qəbul etdi. Bələdiyyə Palatası elan etdi ki, virciniyalıların da ingilislərin hüquqları kimi hüquqları var və ona görə də onlara ancaq öz nümayəndələri vergi qoya bilər.