Möhlət

əmtəə və xidmətlərin birdəfəlik qaydada, tam məbləğdə deyil, hissə – hissə ödənilməsi.
Möhkəm Bazar
Möhtəkirlər, Alverçilər
OBASTAN VİKİ
Möhlət Abbasov
Möhlət Müslümov
Möhlət Xanəli oğlu Müslümov (9 avqust 1954) — tar ifaçısı, 2000 ci ildə Əməkdar artist, Azərbaycan Respublikasının xalq artisti (2005). Milli konservatoriyanın professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir. M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir. Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tailand, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya, Qətər, İordaniya, Nikaraqua, Kosta-Rika, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır. Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır. M.Müslümov 2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı,2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür. M.Müslümov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir.
Möhlət Məmmədov

Значение слова в других словарях