MÜARİZ sif. və is. [ ər. ] köhn. Əks olan, zidd olan, müxalif olan, qarşı olan. [Mehriban] bir çox fikirlərinə müariz idi. S.Hüseyn. Qüdrət qəsdən müarizinin dililə, rəsmi bir ahənglə danışırdı. M.Hüseyn.