MÜHƏNDİSİ

прил. инженерный. Mühəndisi tikinti инженерное сооружение, mühəndisi hidrologiya инженерная гидрология, mühəndisi geologiya инженерная геология
MÜHƏNDİS-TEXNİKİ
MÜHƏNDİSLİK
OBASTAN VİKİ
Mühəndisi geologiya
Mühəndisi geologiya - geologiya elminin insanın mühəndis fəaliyyətilə əlaqədar olaraq Yer qabığının üst qatlarının geoloji şəraitini və dinamikasını öyrənən sahəsi. Mühəndisi geologiya tədqiqatların əsasında tikinti obyektlərinin daha münasib yeri, əlverişli konstruksiyası, inşaat işlərinin üsulları və həmçinin tikintinin təsiri nəticəsində baş verə və onun normal istismarına mane ola biləcək geoloji proseslərə qarşı mübarizə tədbirləri müəyyən edilir. Mühəndisi geologiya tədqiqatlar əsasında: a) tikintinin ağırlığı altında süxurların sıxlaşma həddi və sürəti; b) süxurun özül altından sıxışdırılıb çıxardılmasına qarşı müqaviməti; c) özül, karxana, kanal və b. qazımalarda divarların möhkəmliyi; ç) su hövzəsi bəndinin hövzə suyunun təzyiqinə qarşı davamlılığı; d) su hövzəsi sahillərinin yuyulması; e) qrunt suyu səviyyəsinin qalxdığı ərazilərdə tikinti özüllərinin möhkəmlik şəraiti; ə) seysmik, karstlaşma, sürüşmə və b. zonalarda tikilən obyektlərin davamlılığı öyrənilir. Geologiya Mühəndislik Yer qabığı Geoloji proseslər Qrunt suyu Seysmik zona Sürüşmə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Səs mühəndisi
Bir səs mühəndisi (səs mühəndisi və ya səsyazma mühəndisi və səs rejissoru olaraq da bilinir) , səs yazma və ya canlı bir performans istehsal etməyə, balans, dinamika və səs effektləri, miksləmək, səs mənbələrini balanslaşdırmağa və tənzimləməyə kömək edir. Səs mühəndisləri — mikrofonların yerləşdirilməsi, səviyyələrin tənzimlənməsi üzərində işləyirlər. Hər hansı bir layihənin fiziki qeydləri bir mühəndis tərəfindən aparılır. Səs mühəndisliyi getdikcə musiqi alətləri və texnologiyasının film, radio, televiziya, musiqi və video oyunları üçün səs çıxarmaq üçün istifadə edildiyi bir yaradıcı peşə olaraq görülür. Səs mühəndisləri ayrıca musiqi konsertləri, teatr, idman oyunları və korporativ tədbirlər üçün bir miks konsol və səs gücləndirici sistemdən istifadə edərək səs yoxlamasını həyata keçirir və canlı səsləri miksləyir.
Meşə mühafizə mühəndisi
Meşə mühafizə mühəndisi-peşə [1] meşə təsərrüfatı üzrə mütəxəssis, meşə təsərrüfatının və ya rayon meşə təsərrüfatının mühafisə üzrə rəhbəri. Meşə mühafizə mühəndisi meşə mühafizəsi üzrə köməkçiyə və dövlət müfəttişinə (bir və ya bir neçə nəfər) tabedir. Meşə mühafizə mühəndisi vəzifəsinə ali və orta texniki meşə təhsili və meşə təsərrüfatında təcrübəsi olan şəxslər təyin edilir. Meşə mühafizə mühəndisi müəssisənin direktoruna tabe olmaqla onunla birlikdə meşələrin mühafizəsinə cavabdeh şəxsdir. Meşə mühafizə mühəndisi aşağıdakıları həyata keçirir: 1) Mütəmadi olaraq meşəbəyliklərdə meşələrin mühafizə vəziyyətinə nəzarət həyata keçirir, 2) Meşəbəyilərin, meşəbəyi köməkçisinin, meşə gözətçilərinin və yanğın gözətçilərinin texniki səviyyəsinin artırılması barədə tədbirlərin həyata keçirir, 3) Əhali arasında meşələrin qorunub mühafizə olunması və yanğından qorunması barədə marifləndirmə işlərinin aparır, 4) Meşəpozuntuları barədə akt-protokol tərtib edilməsinin düzgünlüyünə nəzarət edir və onların uçotunu aparır, 5) Meşə təsərrüfatında Meşəbəylik ərazisində yandın əleyhinə illik tədbirlər planın tərtib edir, 6) Meşəbəyliklər ərazisində yanğın əleyhinə aparılan tədbirlərə və meşə yanğınlarının söndürülməsinə rəhbərlik etməyə, 7) Meşə ərazilərində kordonların düzgün istifadə olunmasına, silah , sursatların istifadə və saxlama qaydalarına nəzarət edir.
Proqram təminatı mühəndisi
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. == Proqram təminatının yaradılmasının mərhələləri == Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Azərbaycan Respublikasının əməkdar mühəndisi
Əməkdar mühəndis — fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.
Azərbaycan SSR əməkdar mühəndisi
Azərbaycan SSR əməkdar mühəndisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар мүһәндиси) — Azərbaycan SSR-də xalq təsərrüfatı sahəsində fərqlənən şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1959-cu il tarixli Fərmanı ilə təsis olunmuşdur. Fəxri adla sənaye, nəqliyyat, rabitə müəssisələrində və xalq təsərrüfatının başqa sahələrində ən azı 15 il işləyən, öz əməli fəaliyyəti ilə fərqlənən və Azərbaycanın xalq təsərrüfatını inkişaf etdirmək işində xüsusi xidmətləri olan yüksək ixtisaslı mühəndislər təltif olunurdu. Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti (1990-cı ildən Azərbaycan SSR Prezidenti) tərəfindən verilir və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı (1974-cü ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı) ilə təltif olunurdu.
Hidayət Rüstəmov (yol mühəndisi)
Əbu Mehdi əl-Mühəndisi
Əbu Mehdi əl-Mühəndisi (ərəb. جمال جعفر محمد علي إبراهيمي‎; 1 iyul 1954, Bəsrə – 3 yanvar 2020, Bağdad Beynəlxalq Hava Limanı[d]) — Əsasən İraqdakı fəaliyyəti ilə tanınmış Xalq Səfərbərlik Qüvvələrinin (Al-Hashd Al-Sha'abi) komandanı, İran dövlət xadimi. Əl-Mühəndisinin adı daha çox 2014–2015-ci illərdə rəhbərlik etdiyi hərbi biləşmənin İraq Şam İslam Dövlətinə qarşı apardığı uğurlu hərbi əməliyyatlarda hallanmışdır. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinə olan yaxınlığı ilə bilinirdi. Bir müddət Katibi Hizbullah təşkilatında rəhbər vəzifələr tutmuş əl-Mühəndisi Səddam Hüseyninin İraq Prezindenti olduğu dövrdə İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində ona qarşı mübarizə aparmışdır. 1980-ci illərdə Küveytdəki fəaliyyətləri səbəbindən barəsində terrorizmin yayılması və dəstəklənməsi iddiaları səslənmişdir. 1983-cü ildə Küveytdə baş vermiş partlayışın təşkilatçılığında ittiham olunaraq Küveyt məhkəməsi tərəfindən haqqında qiyabi olaraq edam cəzası çıxarılmışdır. Əbu Mehdi əl-Mühəndisi Amerika Birləşmiş Ştatları tərəfindən rəsmən terrorçu kimi tanınmışdır. 2020-ci ilin 3 yanvar tarixində İraqın paytaxtı Bağdad şəhərində yerləşən Bağdad Beynəlxalq Hava Limanına ABŞ Silahlı Qüvvələri tərəfindən endirilmiş raket zərbələri nəticəsində öldürülmüşdür. Hadisə nəticəsində əl-Mühəndisi ilə birlikdə olan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymanidə həlak olmuşdur.