Zühtü Müridoğlu
Zühtü Müridoğlu (26 yanvar 1906, Konstantinopol – 21 avqust 1992, İstanbul) ― Türkiyə heykəltaraşı.
Zühtü Müridoğlu 1924-1928-ci illərdə Memar Sinan Gözəl Sənətlər Universitetinin tələbəsi olmuşdur, burada İhsan Özsoy onun müəllimlərindən biri olmuşdur. Bu universiteti bitirdikdən sonra təhsilini Avropada davam etdirmək üçün təqaüd qazandı və Parisə getdi. Orada Luvr nəzdində sənət tarixi və Sarbonnada estetika üzrə təhsil almışdır. Türkiyəyə qayıtdıqdan sonra Muridoğlu 1932-1936-cı illərdə müəllim işləmişdir. O, "D Grubu" ("D qrupu") adlı rəssamlar kollektivinin yaradıcılarından biri idi. 1936-cı ildə İstanbul Arxeologiya Muzeyində heykəltaraş kimi çalışmışdır. 1939-cu ildə Ankara Qazi Pedaqoji İnstitutunda müəllimlik etməyə başlamış və daha sonra alma materdə, İstanbuldakı Gözəl Sənətlər Universitetində işləmişdir. 1947-1949-cu illərdə o, yenidən Parisdə yaşayırdı, amma yenə Gözəl Sənətlər Universitetinə qayıtdı və burada ona şəxsi emalatxana verildi. 1955-ci ildə ağac emalı emalatxanası açdı, 1969-cu ildə isə professor oldu.